F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə72/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   68   69   70   71   72   73   74   75   ...   146

215 

 

İyul



 

Əlamətdar  tarixi günlər  və bayramlar 

2 İyul – Polis İşçiləri Günü, (1998) 

4 İyul – Beynəlxalq Əsir Delfinlər Günü, ( 1960) 

11 İyul – Ümumdünya Şokolad Günü, (1995) 

20 İyul – Beynəlxalq Şahmat Günü, (1996)  

20 İyul – Beynəlxalq Tort Günü 

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü, (1875) 

23 İyul – Ümumdünya Balina və Delfinlər Günü, (1986) 

29 İyul – Beynəlxalq Pələng Günü, (2010) 

30 İyul – Beynəlxalq Dostluq Günü, (2011) 



Bu tarixi unutmayaq 

23 İyul – Ağdam rayonunun işğalı günü, (1993) 



Yubilyar yazıçı və şairlər 

Şair Məmmədov Sultan İsgəndər oğlunun 70 illiyi, (01.07.1948) 

Dramaturq Firudin Aşurovun 85 illiyi, (01.07.1933) 

Şair Hüseyn Əzimin  105 illiyi, (05.07.1913-1987) 

Tərcüməçi Şəfiqə Ağayevanın 100 illiyi, (06.07.1918-1983) 

Tərcüməçi Mehdi Mirkişiyevin 90 illiyi, (15.07.1928-27.09.1992) 

Ədəbiyyatşünas, tərcüməçi, dramaturq Akif  Bayramovun 80 illiyi, (20.07.1938) 

Ədəbiyyatşünas Abdulla Surun 135 illiyi, (23.07.1883-08.05.1912) 



Folklor 

Şair Xəstə Bayraməlinin 120 illiyi, (10.07.1898-1952) 



Xarici yazıçılar 

Avstriya yazıçısı Frans Kafkanın 135 illiyi, (03.07.1883-03.06.1924) 

İngilis yazıçısı Ceyms Oldricin 100 illiyi, (10.07.1918-23.02.2015) 

İsrail yazıçısı Aqnon (Çaçkes) Şmuel Yosefin 130 illiyi, (17.07.1888-17.02.1970) 

Rus şairi Vladimir Mayakovskinin 125 illiyi, (19.07.1893-14.04.1930) 

Rus yazıçısı Çernışevski Nikolay Qavriloviçin 190 illiyi, (24.07.1828-29.10.1889) 



İncəsənət 

Xalq artisti, Mirzə Babayevin 105 illiyi, (16.07.1913-14.01.2003) 

Xalq artisti Ramiz Əzizbəylinin 70 illiyi, (20.07.1948) 

 

 



 


216 

 

Milli Qəhrəmanlar Zirvəsi  

Azərbaycan  Milli  Qəhrəmanı  İsgəndərov  Əlabbas  Qara  oğlunun  60  illiyi, 

(25.07.1958-04.03.1992) 

Azərbaycanın  Milli  Qəhrəmanı  Yusifov  Roman  Yasəf  oğlunun  45  illiyi, 

(28.07.1973-17.03.1995) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




217 

 

Əlamətdar  tarixi günlər və bayramlar 

 

2 İyul – Polis İşçiləri Günü, (1998) 

                                    Xidmət etmək sayılır kişilikdən nişana, 

                                        Xalqına xidmət etmək bir şərəfdir insana.

 

                                                                                                                               Nizami Gəncəvi 

 

        Azərbaycanın  ilk  polis  bölüyü  1918-ci il 

iyulun  2-də  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə cinayətkarlıqla mübarizə aparmaq və 

ictimai  təhlükəsizliyi  təmin  etmək  məqsədilə 

yaradılıb. Polis bölüyünün yaranmasından 80 il 

sonra  həmin  gün  polislərin  peşə  bayramı  kimi 

qeyd  olunmağa  başlayıb.  Belə  ki,  Prezident 

Heydər  Əliyevin  24  may  1998-ci  il  tarixli 

“Azərbaycan  Polisi  Gününün  təsis  edilməsi 

haqqında”  fərmanına  əsasən  iyulun  2-si 

Azərbaycan  daxili  işlər  orqanları  əməkdaşlarının  peşə  bayramı  kimi  qeyd  olunur. 

Azərbaycan  polisinə  verilən  bu  önəmin  səbəbi  ondan  qaynaqlanır  ki,  ulu  öndər 

ölkəmizdə daim polisin fəaliyyətinə yüksək qiymət verib. İctimai sabitliyin qorunub 

saxlanmasında,  cinayətkarlıq  hallarının  qarşısının  alınmasında  daxili  işlər 

orqanlarının fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan polisi dövlətə və xalqa 

yüksək  sadiqlik  nümayiş  etdirməklə,  mühüm  vəzifələrin  öhdəsindən  həmişə 

layiqincə gəlib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam 

etdirilir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın 

və  təhlükəsizliyin  təminində,  daxili  sabitliyin  yaradılması  sahəsində  qanunla 

müəyyən  edilən  vəzifəsini  layiqincə  yerinə  yetirir.  Azərbaycan  polisi  Qarabağ 

müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak 

etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu 

müharibədə  şəhid  olmuşdur.  Polisin  sıralarında  xeyli  sayda  "Azərbaycanın  Milli 

Qəhrəmanı" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün 

Azərbaycan  polisi  öz  peşəkarlığını  artırmaqla  yanaşı,  eyni  zamanda  beynəlxalq 

standartlara uyğunlaşdırılır.  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 


218 

 

4 İyul – Beynəlxalq Əsir Delfinlər Günü, (1960) 

 

Bu günün təsis olunması delfinlərin və 



digər  dəniz  məməlilərinin  hərbi  məqsədlərlə 

istifadə  olunması  və  onların  qapalı  yerlərdə 

saxlanmasına  qarşı  mübarizə  aparanlar 

tərəfindən  irəli  sürülmüşdür.  Qeyd  edək  ki,  

dəniz  heyvanlarından  hərbi  məqsədlərlə 

istifadə  olunması  ideyası  hələ  ötən  əsrin 

əvvəllərində meydana gəlmişdir.  

Düşmən  gəmilərinin  partladılması, 

minaların aşkara çıxarılması, düşmən üzgüçü-

kəşfiyyatçıların  zərərsizləşdirilməsi  üçün  xüsusi  delfin  dəstələrinin  yaradılması 

təklif  olunurdu.  Belə  layihələr  1960-cı  illərdən  başlayaraq  SSRİ-də  və  ABŞ-da 

reallaşdırılırdı. Döyüş delfinləri amerikalılar tərəfindən Vyetnam müharibəsində və 

İraqda  xüsusi  əməliyyatların  gedişində  istifadə  olunmuşdur.  SSRİ-də  isə  xüsusi 

təlim görmüş delfin dəstələri Qara dənizdə minaları axtarırdı. SSRİ-nin süqutundan 

sonra Rusiyada belə fəaliyyət qadağan olunmuşdur. ABŞ-da isə bu gün də bununla 

məşğul  olan  beş  mərkəz  fəaliyyət  göstərir.  Dəniz  məməlilərinin  okeanarium  və 

delfinarilərdə saxlanmasının da mənfi tərəfi var. Delfinlər təbiətdə gün ərzində 100 

km-dən  çox  məsafə  qət  edirlər  və  200  m-dən  çox  dərinliyə  enə  bilirlər.  Heç  bir 

delfinari  əsir  delfinlərə  belə  imkan  yarada  bilmir.  Delfinlərin  hərəkət  zamanı 

çıxardıqları  səs  hovuzda  təhrif  və  dəfələrlə  əks  olunduğu  üçün  onlara  çox  böyük 

zərər vurur. Xlorlu su onların dərisini və görmə orqanlarını zədələyir. Nəticədə bu 

heyvanların qapalı yerlərdə saxlanması onların yaşama müddətini 5-6 dəfə azaldır. 

Buna  görə  də  belə  sual  yaranır:  insanın  bu  heyvanları  əsir  etməyə  haqqı  varmı? 

Beynəlxalq Əsir Delfinlər Günü bu heyvanların azad və özlərinin təbii mühitlərdə 

yaşamaq  hüquqlarını  təmin  etmək  məqsədilə ictimaiyyətin  diqqətini bu  problemə 

cəlb etməyə xidmət edir. Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı 

heyvan  insanı  çox  tez  başa  düşmək  qabiliyyətinə  malikdir.  Hovuzlarda  bəslənən 

delfinlər  az  bir  zamanda  nimçədən  səliqə  ilə  balıq  götürüb  yeməyi,  yanan  şamı 

söndürməyi,  voleybol  oynamağı  öyrənirlər.  Delfinlər  balıqları  ultrasəslə  axtarıb 

tapır. Yarasalar kimi, delfinlər də şaqqıltılı səslər və ya ucadan qırıq-qırıq fit səsinə 

oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını 

tapırlar. Delfinlərin beyni insanlara çox oxşardır. Ekoloqlar onların qorunmasında 

çox israrlıdırlar. Hal-hazırda dünyada delfinlərlə birgə olan üzmə proqramları çox 

məşhurdur. 

 

İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə