F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyun – Xalq artisti, kinodramaturq Oqtay Mirqasımovun 75 illiyi, (1943)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə70/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   66   67   68   69   70   71   72   73   ...   146

209 

 

12 İyun – Xalq artisti, kinodramaturq Oqtay Mirqasımovun 75 illiyi, (1943) 

 

                    Oqtay    Mirqasımov   12  iyun 1943-cı  ildə Bakı şəhərində  anadan  olub. O, 



1963-1968-ci  illərdə   Moskvada   ÜDKİ-nin  rejissorluq  fakültəsində  təhsil 

alıb, Bakıya "Azərbaycanfilm"  kinostudiyasına qayıdıb. Bir  neçə  sənədli,  bədii 

filmlərin  quruluşçu  rejissoru  və  ssenari  müəllifidir.  Filmləri  Ümumittifaq 

festivallarında  mükafat  alıb.  Azərbaycanın  xalq  artistidir.  1993-2001-ci  illərdə 

"Azərkinovideo"  İstehsalat  Birliyinin  baş  direktoru  vəzifəsində  çalışıb. 2015-ci 

ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.  



Filmoqrafiya: Əmək və qızılgül (film, 1962), Dəniz (film, 1965), Qobustan (film, 

1967),  Bu, həqiqətin  səsidir.  Bəstəkar  Qara  Qarayev  (film,  1968),  Cəfər  Cabbarlı 

(film, 1969), Xəzinə (film, 1970), Gecə söhbəti (film, 1971), Rəşid Behbudov (film, 

1975),  Leylək  gözləyir  (film,  1977),  De  ki,  məni  sevirsən!  (film,  1977),  Gecəniz 

xeyrə qalsın (film, 1977), İşgüzar adamlar (film, 1977), Fənd (film, 1978), Kallıq 

(film, 1981), Günlərin bir günü... (film, 1981), Gümüşü furqon (film, 1982), Qaladan 

tapılan mücrü (film, 1982), Əhməd haradadır? (film, 1983), Vətəndaş, həkim, alim 

(film, 1984), Cin mikrorayonda (film, 1985), Cəza (film, 1986), Günah (film, 1989), 

Kədərimiz... Vüqarımız... (film, 1998), Şəhidlik zirvəsi (film, 2001), Ovsunçu (film, 

2002),  Günaydın,  mələyim!  (film,  2008),  Qisas  almadan  ölmə.  Keçmişdən 

məktublar (film, 2014) və s.  

 

İnternetdə: 



www.az.wikipedia.orq

  

 



 

 

 



 

 

 



 


210 

 

15 İyun – Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun 100 illiyi, (1918-2005)  

 

       Hacı  Xanməmmədov  1918-ci  il  iyunun  15-də  Dərbənd 



şəhərində anadan olub. 14 yaşında ikən Bakıya gələn Hacı 

Xanməmmədovun   Üzeyir  Hacıbəyovla   tanışlığı  onun 

gələcəyini, bütövlükdə taleyini müəyyənləşdirib, bəstəkar və 

musiqiçi kimi püxtələşməsində həlledici rol oynamışdır. O, 

Ü.Hacıbəyovun  himayədarlığı  ilə Azərbaycan  Dövlət 

Konservatoriyasının nəzdindəki fəhlə fakültəsinə daxil olur 

və  Səid  Rüstəmovun  tar  sinfində  təhsil  alır.  1934-cü  ildə 

Ü.Hacıbəyov  H.Xanməmmədovu  özünün  rəhbərlik  etdiyi 

Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri 

Orkestrinə  solist  kimi  qəbul  edir.  1943-cü  ildə  Azərbaycan  Dövlət 

Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə "Xalq musiqisinin əsasları" şöbəsi 

açıldıqda  H.Xanməmmədov  bu  şöbəyə  qəbul  olunur.  1947-ci  ildə  H. 

Xanməmmədov  öz  təhsilini  Azərbaycan  Dövlət  Konservatoriyasının  bəstəkarlıq 

fakültəsində davam etdirir. 1990-cı ildə H.Xanməmmədov yenə də musiqimizdə ilk 

dəfə  olaraq  kamança  və  orkesrt  üçün  "Konsert"  bəstələyir  və  əsər  mərhum 

sənətkarımız  Ədalət  Vəzirovun  ilk  və  kamil  ifasından  sonra  tez  bir  zamanda 

məşhurlaşır,  ifaçıların  repertuarına  və  tədris  proqramlarına  daxil  olur.  H. 

Xanməmmədovun  istedadı  digər  janrlarda  da  özünü  bariz  şəkildə  nümayiş 

etdirmişdir.  Keçən  əsrin  60-cı  illərində  bəstəkar  Azərbaycan  Dövlət  Musiqili 

Komediya  Teatrında  səhnələşdirilmiş  "Bir  dəqiqə"  (librettosu  Məhərrəm 

Əlizadənin),  "Bütün  ərlər  yaxşıdır"  (librettosu  Aleksandr  Xaldeyevin)  musiqili 

komediyalarını yaradır. Xüsusilə, H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun 

"Azərbaycan  eskizləri"  süitasında  və  "Simfoniyetta"da  bariz  nəticəsini  vermişdir. 

Onun  150-dən  çox  mahnısı  görkəmli  müğənnilərimizin  repertuarında  layiqli  yer 

tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin 

şeirləri təşkil edir. Xüsusilə, H.Xanməmmədovun lirik mahnıları xalqımız arasında 

geniş  yayılmışdır.  Bu  baxımdan  "Yaşa könül",  "Arzuya  bax,  sevgilim",  "Yadıma 

düşdü", "Gözünə qurban", "Güllü", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" 

və s. gözəl örnəklərdir. Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, 

"Şöhrət"  ordenli,  Prezident  təqaüdçüsü,  Bakı  Musiqi  Akademiyasının  professoru 

Hacı Dadaş oğlu Xanməmmədov 2005-ci il aprelin 7-də ömrünün 87-ci ilində vəfat 

etmişdir. 



İnternetdə: 

www.az.wikipedia.orq

  

 



 


211 

 

16 İyun – Xalq artisti, aktyor Hacıağa Abbasovun 130 illiyi, (1888-1975) 



 

         Hacıağa  Abbasov  16  iyun  1888-ci  ildə  Bakının  Maştağa 

kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu 

kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda 

oxuyub. 

1906-1909-cu 

illərdə 

Petrovsk-Portda 

(indiki 

Mahaçqala)  pedaqoji  təhsilə  yiyələnib.  Burada  oxuyarkən 

azərbaycanlılardan  ibarət  teatr  dəstəsi  yaradıb  və  həmin  truppa 

ilə  Teymurxanşurada  (sonra  Bunyaksk  adlandırıldı)  teatr  açıb. 

Təhsilini  başa  vurduqdan  sonra  müəllim  diplomu  ilə  Bakıya 

qayıdıb.  Balaxanı  kəndində  Mirzə  Ələkbər  Sabirlə  birlikdə 

uşaqlara  dərs  deyib.  Eyni  zamanda  "Müsəlman  artistləri  cəmiyyəti"nin,  "Nicat", 

"Həmiyyət"  teatr  truppalarının  fəal  üzvü  olub.  Sonralar  "Səfa"  cəmiyyətinin  teatr 

truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə 

aktyorluq  edib.1920-ci  ildə  bugünkü  Akademik  Milli  Dram  Teatrına  üzv  olan 

Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə 

birgə  1921-ci  il  noyabrın  13-də  Bakı  Türk  Azad  Tənqid  və  Təbliğ  Teatrını 

yaradıblar,  özü  direktor  olub.  Həmin  sənət  ocağı  bu  iki  aktyorun  adı  ilə  bağlı 

olduğuna görə tamaşaçılar arasında "Hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci 

ildə  Hacıağa  Abbasov  Akademik  teatra  direktor  təyin  olunub.  Bakı  Teatr 

Məktəbində  direktor  işləyib  (1929-1937).  Repressiya  illərində  təqib  olunduğuna 

görə bir müddət Orta Asiya respublikalarında yaşayıb. Əsas rolları: Şeyx Nəsrulla 

("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə Mehdi xan, Şamdan bəy ("Nadir şah" və 

"Şamdan bəy", Nəriman Nərimanov), Ağa Kərim xan, Hacı Qəmbər ("Ağa Kərim 

xan Ərdəbili" və "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Molla İbrahimxəlil ("Molla 

İbrahimxəlil  kimyagər",  Mirzə  Fətəli  Axundzadə),  Osip  ("Müfəttiş", Nikolay 

Qoqol). Aktyor Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın mal alan", "Ər və 

arvad"  operettalarında  Məşədi  İbad,  Soltan  bəy,  Kəblə  Qubad  rollarını  müxtəlif 

quruluşlarda dəfələrlə və uğurla oynayıb. Sənətdə qazandığı nailiyyətlərə və teatr 

sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Hacıağa Abbasova xalq artisti fəxri 

adı  verilib  (1932).  Hacıağa  Abbasov  7  may  1975-ci  ildə,  87  yaşında  Bakıda 

dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn olunub. 

Filmoqrafiya: Hacı Qara (film, 1929) , Səhnə veteranı (film, 1974) və s.  

 

İnternetdə: 

www.az.wikipedia.orq

  

 



 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə