F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə69/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   65   66   67   68   69   70   71   72   ...   146

207 

 

İncəsənət 



11 İyun – Xalq artisti, aktrisa Hökümə Qurbanovanın 105 illiyi, (1913-1988)  

       Hökümə  Abbasəli  qızı  Qurbanova  1913-cü  il  iyun  ayının 

11-də  Bakıda  ziyalı  ailəsində  doğulub.  Hökümə  xanım  Bakı 

Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan 

Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində 

təhsil  alıb.  Romantik  faciə  rolları:  Hökümə  xanımın  Hüseyn 

Cavidin  "Şeyx  Sənan"  (Xumar),  "Səyavuş"  (Südabə),  Vilyam 

Şekspirin  "Antoni  və  Kleopatra"  (Kleopatra),  "Qış  nağılı" 

(Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d'Are), Səməd 

Vurğunun  "Fərhad  və  Şirin"  (Şirin  və  Məryəm),  Cəfər 

Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə 

təfsiri bu  bölümə  aiddir. Realist  faciə  rolları. Süleyman  Sani Axundovun "Eşq və 

intiqam"ında  Zöhrə,  Səməd  Vurğunun  "İnsan"ında  Səhər,  Qeybulla  Rəsulovun 

"Qarabağ  əfsanəsi"ndə  Günəş,  Anatoli  Boryanovun  "O  tayda"sında  Valentina 

Nikolayevna  rollarının  ifası  realist  faciə  janrında  köklənib.  Romantik-dramatik 

rollar  bölümünə  Gülbahar  ("Müsibəti-Fəxrəddin",  Nəcəf  bəy  Vəzirov),  Xuraman 

("Vaqif",  Səməd  Vurğun),  Afaq  ("Nizami",  Mehdi  Hüseyn),  Oliviya  ("On  ikinci 

gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D'Nyusso), 

Nataşa  ("Şərqin  səhəri",  Ənvər  Məmmədxanlı),  Reyhan  ("Cavanşir",  Mehdi 

Hüseyn) və müəyyən mənada Hermiona ("Qış nağılı", Vilyam Şekspir) obrazlarının 

ifası  daxildir.  Realist-dramatik  rollar  bölümünün  estetik  prinsiplərini  təhlil 

süzgəcindən  keçirəndə  nəzərlərimiz  önünə  ilkin  Sona,  Yaxşı  ("1905-ci  ildə"  və 

"Almaz",  Cəfər  Cabbarlı),  Həyat,  Məhmənə  banu  ("Məhəbbət  əfsanəsi",  Nazim 

Hikmət),  Sevgili  ("Ana  ürəyi",  İslam  Səfərli)  və  s.  Aktrisa  "Azərbaycanfilm"in 

istehsal  etdiyi  "Bir  ailə"  filmində  Leyla,  "Onu  bağışlamaq  olarmı?",  "Mən  rəqs 

edəcəyəm"  kinolentlərində  Laçın,  Mahmudun  anası,  "İnsan  məskən  salır"da  Ana 

rollarına  çəkilib.

 

Hökümə  Qurbanova  iki  çağırış  Azərbaycan  SSR  Ali  Sovetinin 



deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 

may  1960-cı  ildə  xalq,  2  mart  1965-ci  ildə  SSRİ  xalq  artisti  fəxri  adlarına  layiq 

görülüb.

 

Hökümə Qurbanova 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri 



xiyabanda dəfn olunub.

 

Filmoqrafiya: Almaz (film, 1936), Bir ailə (film, 1943), Qara daşlar (film, 1956), 

Kölgələr sürünür (film, 1958), Onun böyük ürəyi (film, 1958), Uzaq sahillərdə (film, 

1958), Onu bağışlamaq olarmı? (film, 1959), Aygün (film, 1960), Bizim küçə (film, 

1961),  Həyat  öyrədir  (film,  1961),    Böyük  dayaq  (film,  1962),  Əmək  və  qızılgül 

(film, 1962), Əhməd haradadır? (film, 1963), İnsan məskən salır (film, 1967)  və s.



  

İnternetdə: 

www.az.wikipedia.orq

  



208 

 

12 İyun – Xalq artisti, aktyor Hacıbaba Bağırovun 85 illiyi, (1933-2006) 

 

        1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində 



anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 

1947-ci  ildə  orta  məktəbi  bitirəndən  sonra  onu  Azərbaycan 

Dövlət  Akademik  Dram  Teatrı  nəzdindəki  aktyor  studiyasına 

gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri 

və  təcrübi  vərdişlər  teatra  marağını  və  məhəbbətini  daha  da 

artırıb  və  1950-ci  ildə  Lənkəran  Dövlət  Dram  Teatrında  ilk 

müstəqil  yaradıcılıq  fəaliyyətinə  başlayıb.  1960-cı  ildə 

C.Cabbarlı  adına  Gəncə  Dövlət  Dram  Teatrının  aktyor 

truppasına  qəbul  olunub.  1962-ci  ildə  Musiqili  Komediya  Teatrına  dəvət  olunub. 

Burada  fəaliyyət  göstərdiyi  26  il  ərzində  yaratdığı  50-dən  çox  surətin  onun  gülüş 

ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Teatrla yanaşı 

kino  sahəsində  də  fəaliyyəti  uğurlu  olub.  "Ulduz"da  Möhsün,  "Mehman"da  Arif, 

"Onun  bəlalı  sevgisi"ndə  Qaraxalov,  "Alma-almaya  bənzər"də  Məmmədəli, 

"Şirbalanın  məhəbbəti"ndə  Şirbala  rolları  kino  həvəskarları  tərəfindən  maraqla 

qarşılanıb.

 

1974-cü ildə Respublikanın Əməkdar Artisti, 1982-ci ildə "Azərbaycanın 



Xalq  Artisti"  fəxri  adlarına  layiq  görülüb.  H.A.Bağırov  Azərbaycan  Respublikası 

Prezidentinin  11  iyun  1998-ci  il  tarixli,  717  nömrəli  Fərmanına  əsasən  “Şöhrət” 

ordeni  ilə  təltif  edilib.

 

1989-cu  ildən  1996-cı  ilədək  yaratdığı  "Tənqid-təbliğ" 



teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov 

adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və 

aktyoru  olub. 2001-ci  ildə  E.Sabitoğlu, T.Vəliyevanın  "Bankir adaxlı" tamaşasına 

görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

 

Hacıbaba Bağırov 6 oktyabr 2006-ci 



il tarixində vəfat edib. II Fəxri Xiyabanda dəfn edilib. 

Filmoqrafiya: Ulduz (film, 1964), Müşavirə (film, 1971), Ömrün səhifələri (film, 

1974),  Onun  bəlalı  sevgisi  (film,  1980),  Salam,  Zeynəb!  (film,  1982),  Sonuncu 

məhəbbət (film, 1985), Pərdə arxasında (film, 1987), Sehrli çıraq (film, 1987), Gülüş 

sanatoriyası (film, 1989), Şirbalanın məhəbbəti (film, 1991), Məhəllə 2 Moskvada 

(film, 2004) və s. 

İnternetdə: 

www.az.wikipedia.orq

  

 



 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə