F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyun – Şair, yazıçı Əminə Tuncayın 75 illiyi, (1943)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə67/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   63   64   65   66   67   68   69   70   ...   146

202 

 

14 İyun – Şair, yazıçı Əminə Tuncayın 75 illiyi, (1943) 



 

      Abbasova  Əminə  Abbas  qızı  1943-cü  il  iyunun  14-də 

Azərbaycanda  Bakı  şəhəri  yaxınlığındakı  Nardaran 

kəndində  anadan  olmuşdur.  Bakı  şəhərində  134  saylı  orta 

məktəbi  bitirdikdən  sonra  M.Əliyev  adına  Azərbaycan 

Dövlət  İncəsənət  İnstitutunda  təhsil  almışdır  (1963-1969). 

“Azərbaycanda  incəsənətin  inkişafı”  mövzusunda  elmi 

araşdırmalar aparmış, dissertasiya müdafiə etmişdir. Fəlsəfə 

elmləri 

namizədidir 

(1993). 

Hazırda 


Azərbaycan 

Respublikası  hərbi  komissarlığının  əməkdaşıdır  (1994-cu 

ildən). XX əsrin 70-ci illərindən bədii yaradıcılıqla  ardıcıl 

məşğul olmuşdur. İlk mətbu hekayəsi “Peşmana nə deyim”, “Azərbaycan qadını”  

jurnalının  1973-cü  il  9-cu  sayında  dərc  olunmuşdur.  “Ədəbiyyat  və    incəsənət”, 

“Bakı”, “Şərq qapısı”, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri” qəzetlərində, 

“Azərbaycan”,  “Ulduz”,  “Kirpi”  jurnallarında  hekayə,  mənsur  şeir,  oçerk,  lirik 

şeirləri çap edilmişdir. “Günəş və dəniz” (1980) və “Yolunu gözləyirəm” (1984), 

“Közərən  məhəbbət”  (2003),  “Xatirələr”  (2004),  “Azərbaycanın  görkəmli 

şəxsiyyətləri” (2004) kitabları nəşr olunmuşdur. Əminə Tuncayın Üzeyir bəyə həsr 

etdiyi “Musiqi töhfələri” adlı əsəri öz bədii dəyəri ilə musiqi, incəsənət aləmi üçün 

çox  böyük  bir  mənəvi  töhfədir.  Ədəbiyyat  tariximizin  dəyərli  bilicilərindən  olan 

Əminə Tuncayın bir söz adamı kimi ədəbiyyatda özünəməxsus layiqli bir yer tutması 

da  təqdirəlayiqdir.  Əminə  Tuncay  təqdim  etdiyi  bu  yeni  əsəri  ilə  ədəbi-mənəvi 

irsimizi  bir  daha  zənginləşdirən  dəyərli  ziyalı,  alim-yazar  kimi  öz  sözünü  deyib. 

Qələminə, istedadına hörmətlə yanaşdığımız M.Füzuli yaradıcılığının şah əsəri olan 

“Leyli və Məcnun” poemasına sənət həyatı verən Üzeyir bəyin “Leyli və Məcnun” 

operasının mənəvi-psixoloji, ədəbi-estetik dəyərlərini ustalıqla verən Əminə Tuncay 

böyük  Füzulinin,  Üzeyir  bəyin  layiqli  tədqiqatçısı,  dəyərli  davamçısı  –  xələfi 

olduğunu  bu  əsərilə  təsdiqləyir.  Əminə  Tuncayın  “Musiqi  töhfələri”  kitabı  elmi 

mənbələr toplusudur. 

 Kitabları: “Günəş və dəniz” (1980), “Közərən məhəbbət” (2003),  “Azərbaycanın 

görkəmli şəxsiyyətləri” (2004), “Xatirələr” (2004),  və s.  



Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 




203 

 

17 İyun – Yazıçı Bayram İsgəndərlinin 75 illiyi, (1943) 



 

 

İsgəndərov  Bayram Məmməd oğlu 1943-cü ildə iyun ayının 17-də Naxçıvan 

şəhərində doğulub. Burada 1 saylı şəhər orta məktəbi bitirdikdən sonra Azərbaycan 

Dövlət  Universitetinin  filologiya  fakültəsində  təhsilini  davam  etdirmişdir  (1962-

1967).    Uzun  illər  jurnalist  peşəsi  ilə  məşğul  olmuşdur.  Ədəbi  yaradıcılığa  erkən 

yaşlardan  başlamışdır.  İndiyə  qədər –  “Bir  payız  günü”,  “Günəş  həmişə  olacaq”, 

“Balaca  nağılçı”,  “Yeddi  ilin  ayrılığı”,  “Vaxtla  üz-üzə”,  “Sevgi  məktubları”, 

“Qorxaq  ayı  balası  Toxmaq”  və  “Çil  xoruzun  aqibəti”  kitabları  işıq  üzü  görüb. 

Uşaqlar  üçün  bir  sıra  pyeslər  yazıb.  Onlardan  “Cırtdanın  yeni  sərgüzəşti”  və 

“Xeyirxah  kirpi”  pyesləri  Naxçıvan  Dövlət  Kukla  Teatrında,  “Meşə  əhvalatı”  və 

“Sıçanların  hiyləsi”  pyesləri  isə  Naxçıvan   Dövlət  Uşaq  Teatrında  tamaşaya 

qoyulub. Hekayələri  müntəzəm  olaraq  “Azərbaycan”,  “Ulduz”,  “Göyərçin” 

jurnallarında, “Ədəbiyyat qəzeti”, “Kaspi “, “525-ci qəzet” və digər qəzetlərdə çap 

olunur. 


Kitabları:  “Günəş  həmişə  olacaq”  (1984),  “Balaca  nağılçı”  (1987),  “Yeddi  ilin 

ayrılığı” (1990) və s. 



 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 




204 

 

23 İyun – Şair, ədəbiyyatşünas Qasım Qasımzadənin 95 illiyi (1923-1993) 



 

Qasım  Xansuvar  oğlu   Qasımzadə  1923-cü  il  iyunun  23-də  Qubadlı 

rayonunun  Xocamusaxlı  kəndində  anadan  olmuşdur.  Şəki  pedaqoji  texnikumunu 

bitirdikdən  sonra  Kəlbəcərdə  orta  məktəb  müəllimi,  Yevlax  rayon  xalq  maarifi 

şöbəsində  metodist  işləmişdir.  ADU-nun  filologiya  fakültəsində  təhsilini  davam 

etdirmişdir  (1945-1950).  Eyni  zamanda  "Azərbaycan  gəncləri"  qəzeti 

redaksiyasında  ədəbiyyat  və  incəsənət  şöbəsinin  müdiri  (1947-1949)  olmuşdur. 

Ədəbi fəaliyyətə 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" 

adlı  ilk  şeiri  ilə  başlamışdır.  Dövri  mətbuatda  şeirləri,  ədəbi-tənqidi  və  publisist 

məqalələri ilə ardıcıl çıxış etmişdir. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında 

tənqid  şöbəsinin  müdiri,  Azərbaycan  EA  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 

aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), 

"Ədəbiyyat  və  incəsənət"  qəzetinin  redaktoru  (1957-1963)  olmuşdur.  Yenidən 

Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, burada baş elmi işçi 

(1963-1973), sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir (1973-

cü ildən). Bakıda rayon xalq Sovetinə deputat seçilmişdir (1950). Azərbaycan Ali 

Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1982) və bir medala layiq görülmüşdür. 

1993-cü il iyulun 28-də vəfat etmişdir. 



Kitabları:  “Bizim  kənd”  (1951),  “Bizim  şəhər”  (1953),  “Bizim  dağlar”  (1955), 

“Son görüş” (1960), “Kiçik dayə” (1962), “İsmət” (1966), “Aşıq gördüyünü çağırır” 

(1969), “Daşdan keçən söz” (1981), “Səndən ayrılalı” (1985), “Ədəbiyyatımız və 

mənəviyyatımız” (1988), “Seçilmiş əsərləri” (2005) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə