F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyun – Azərbaycanın Xalq şairəsi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə68/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   64   65   66   67   68   69   70   71   ...   146

205 

 

23 İyun – Azərbaycanın Xalq şairəsi



 

Nigar Rəfibəylinin 105 illiyi, (1913-1981) 

 

      Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində 

anadan  olmuşdur.  Bakı  Pedaqoji  Texnikumunu  bitirmişdir 

(1930).  Moskvada  Pedaqoji  İnstitutda  təhsilini  davam 

etdirmişdir  (1932-1936).  Xidmətlərinə  görə "Şərəf"  nişanı, 

orden  və  medallarla  təltif  olunmuşdur.  "Çadra"  adlı  ilk 

şeiri   1928-ci  ildə  "Dan  ulduzu"  jurnalında  dərc 

edilmişdir. 1934-cü  ildə  nəşr  olunmuş  ilk  "Şeirlər"  kitabı 

Azərbaycan  qadınlarının  yeni  həyat  quruculuğunda 

iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeiri ispan 

xalqının  faşizmə  qarşı  qəhrəmanlıq  mübarizəsinə  həsr 

olunmuşdur.  Məhsəti  Gəncəvinin   rübailərini,  Fridrix  Şillerin  "Məkr  və 

məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E.L.Voyniçin 

"Ovod",  O.Qonçarın  "Bayraqdarlar"  romanlarını, Əlişir  Nəvai, Aleksandr 

Puşkin, Mixail  Lermontov, Taras  Şevçenko,  A.Sereteli  və  başqalarının  əsərlərini 

tərcümə etmişdir. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr 

olunmuş  qüvvətli  lirik  əsərlərdəndir.  Əsərləri  xarici  dillərə  tərcümə  olunmuşdur.

 

Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən 



Nigar  Rəfibəylinin  yaradıcılıq  qayəsinin  əsasını  vətənə  bağlılıq,  insanın  mənəvi 

ucalığı  təşkil  edir.  Nigar  Rəfibəyli  Azərbaycan  ədəbiyyatında  öz  səsi,  sözü  olan 

şairədir. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı 

və  sevilə-sevilə  oxunan  şeirlər  külliyyatı  vətən  torpağının  gözəlliyinə,  insanlar, 

onların taleyi, mənəvi aləminə həsr olunub. Daim nikbin olan Nigar Rəfibəylinin ən 

kədərli şeirində belə ümidli günəşin şəfəqləri duyulur. Nigar xanımın lirikası geniş, 

vüsətli  bir  lirikadır.  Onun  palitrasındakı  rənglər  yalnız  məhəbbətin  tərənnümü, 

hicran  yanğısının  təsviri  üçün  deyil.  Bu  rənglər  həyatın  daha  əlvan  hadisələrinin 

inikası  üçün,  ictimai  həyatda,  insanlar  arasındakı  münasibətlərdə  yol  verilən 

haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür. 

1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır. 

Kitabları: “Qoçaq Kərim” (1937), “Kəndli və qurd nağılı” (1938), “Anaların səsi” 

(1951),  “Pərvanə”  (1952),  “Dənizin  səsi  gəlir”  (1964),  “Bir  cüt  xurma”  (1965), 

“Məstanın balaları” (1968), “Günəşin cavabı” (1971)  və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


206 

 

28 İyun – Şair Vaqif Məmmədovun 70 illiyi (1948) 



 

         Vaqif  Məmmədov  1948-ci  il  iyun  ayının  28-də 

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək 

kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini 

(1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini 

(1975)  bitirib. 1970-ci  ildən  bədii  yazıları  mətbuatda  çap 

olunur.  Şeirləri  Türkiyədə,  İranda,  İraqda,  Rusiyada, 

Ukraynada,  Belorusda,  Özbəkistanda,  Almaniyada, 

Bolqarıstanda,  Yunanıstanda,  ABŞ-da  çap  olunmuşdur. 

Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), 

İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya 

Yazarlar  Birliyinin  (2010)  üzvüdür.  2001-ci  ildə  "Cəlil  Məmmədquluzadə  adına 

Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda 

dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 

       1995-2000-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  deputatı 

olub.  1968-1975-ci  illərdə  Sədərək  kənd  orta  məktəbində  müəllim,  1975-1978-ci 

illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 

1978-1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982-1995-ci illərdə 

həmin  məktəbdə  direktor  vəzifələrində  çalışmışdır.  1998-ci  ilin  iyun  ayından 

Naxçıvan  Dövlət  Universitetinin  "Qeyrət"  nəşriyyatının  direktoru,  həmçinin 

universitetin "Elmi əsərlər" jurnalının redaktoru, "Fikir" jurnalının məsul redaktoru, 

universitetin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müəllimi vəzifəsində 

çalışır. V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan 

"Oğuz  yurdu"  qəzetinin  nəşrə  başladığı  vaxtdan  (22/III-2000)  2008-ci  ilin  fevral 

ayınadək  həmin  qəzetin  redaktoru  olmuşdur.  2005-ci  ildə  Naxçıvan  Muxtar 

Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2007-ci ildə 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə 

təltif olunmuşdur. Vaqif Məmmədov  2016-cı ildə vəfat etmişdir.  



Kitabları:  “Yaşadacaq  bu  yol  məni”  (1987),  “Sədərək  harayı”  (1994),  “Qeyrət 

qalası”  (1999),  “Erməni  xəyanəti”  (2000),  “Salam  oğuz  elləri”  (2001),  “Arazdan 

keçə  bildim”  (2003),  “Bu  dünyanın  sevinci  nə,  qəmi  nə...”  (2004),  “Seçilmiş 

əsərləri” (3 cilddə) (2008) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə