F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyun – Şair, dramaturq Tofiq Ağayevin 85 illiyi, (1933)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə66/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   62   63   64   65   66   67   68   69   ...   146

199 

 

6 İyun – Şair, dramaturq Tofiq Ağayevin 85 illiyi, (1933) 



 

 

Ağayev Tofiq Hüseynbala oğlu 1933-cü il iyunun 6-da Azərbaycanda Bakı 

şəhərində  doğulmuşdur.  Burada  6  saylı  şəhər  orta  məktəbini  bitirdikdən  sonra 

Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinin  rus  şöbəsində  təhsil 

almışdır (1952-1957). Bakıda “Vışka”qəzeti redaksiyasında məsul katibin müavini, 

məsul katib(1972-1995) vəzifələrində işləmişdir. Onun azərbaycan və rus dillərində 

yazdığı  şeirləri  və  kiçik  həcmli  pyesləri  “Murzilka”,  “Kolobok”,  “Kastyor”, 

“Literaturnıy Azerbaydjan” Göyərçin”  və s. jurnallarında dərc olunmuşdur. A.Şaiq 

adına Azərbaycan Dövlət kukla Teatrında  “Cırtdan ayıdan və qurddan yaxasını necə 

qurtardı”,  “Cırtdanın  yeni  sərgüzəştləri”,  “Cəsur  Əhməd”  pyesləri  rus  dilində 

tamaşaya  qoyulmuşdur.  Əsərləri  digər  ölkə  xalqlarının  dillərinə  tərcümə 

olunmuşdur.  Bədii  tərcümə  ilə  də  məşğuldur.  Azərbaycan  Ali  Sovetinin  Fəxri 

fərmanı ilə təltif edilmişdir (1979). 

Kitabları:  “Rozovıy  olen”  (1967),  “Volşebnıy  xorey”  (1971),  “Krik  kukuşki” 

(2002), “Ya popuqaya ukusil” (2003), “Smelıy Axmed” (2003), və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 

 

 

 


200 

 

10 İyun – Şair Əli Vəkilin 80 illiyi, (1938) 



 

        Səfiyev Əli Vəkil  oğlu 1938-ci il  iyunun 10-da  Basarkeçər 

rayonunun   Yuxarı  Şorca kəndində  kolxozçu  ailəsində  anadan 

olmuşdur. Orada  Şişqaya  kənd orta məktəbini bitirib Pedaqoji 

İnstitutun  fizika-riyaziyyat  fakültəsində  təhsil  almışdır  (1955-

1960).  Azərbaycan  Dövlət  İncəsənət  İnstitutunun  teatrşünaslıq 

fakültəsini  qiyabi  bitirmişdir  (1970).  Əli  Vəkil   Azərbaycan 

Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş 

redaksiyasında redaktor (1972-1975), Azərnəşrdə "Göy qurşağı" 

redaksiyasının müdiri işləmişdir. Əli Vəkilin “Sona bulağı” adlı ilk kitabı 1963-cü 

ildə işıq üzü görmüşdür. Göyçə mahalında el arasında məşhur olan Sona bulağına 

həsr edilmiş poema-əfsanə bədii təxəyyülün və müəllifin mövzuya yanaşma tərzinə 

görə  maraq  doğurmuşdur.  Əli  Vəkilin Azərbaycan  Dövlət  İncəsənət 

İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alması onun yaradıcılığına da müsbət 

təsir  etmiş,  bir  sıra  kitabları  məhz  Bakıda  işıq  üzü  görmüşdür.  1972-ci 

ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “İki 

günəş”  (1971),   “Doğma   Yollar”   (1979),   “Ata   həsrəti”   ( 1979),   “Göyərçinlər”  

( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları 

onun sovet dövrü yaradıcılığını əks etdirir. 

Kitabları:  “Sona  bulağı”  (1963),  “Zəfər  çələngi”(1967),  “Ata  həsrəti”  (1979), 

“Göyərçinlər” (1983), “Yeddi dağ” (1984), “Ana qayğısı” (1991), “Ədəbi dünya” 

(2003), “Qoşmalar” (2004), “Aqillər, ariflər, alicənablar” (2007) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


201 

 

12 İyun – Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) 90 illiyi, (1928-2014) 



 

      İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində 

dünyaya  gəlib.  Atası  Mustafa  məktəb  müəllimi  olub.  Orta  məktəbi  bitirdikdən 

sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, (1945) 4 ay sonra kəndə 

qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil 

olub. 1952-ci  ildə Moskvadakı M.Qorki  adına  Ədəbiyyat  İnstitutunu bitirib. 

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" 

qəzetində  nəsr  şöbəsinin  müdiri  (1960-1964), C.Cabbarlı  adına  "Azərbaycanfilm" 

kinostudiyasında baş  redaktor  (1964-1968),  redaktor  (1968-1974),  Ssenari  şurası 

üzvü  (1974-1979),  Azərbaycan  SSR  Dövlət  Kinemotoqrafiya  Komitəsində  baş 

redaktor  (1979)  vəzifələrində  çalışıb.  1948-ci  ildən  ədəbi  fəaliyyətə  başlamış  İsa 

Muğannanın  "Anadil  oxuyan  yerdə"  yazısı  ilk  dəfə 1949-cu  ildə "İnqilab  və 

Mədəniyyət"  qəzetində  çap  edilib. 1950-ci  illərdən  etibarən  kitabları  nəşr  olunub. 

Ssenariləri əsasında ("Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri 

xarici dillərə tərcümə olunmuşdur. Yazıçı İsa Hüseynov 2014-cü il 1 aprel tarixində 

gecəyarısı qəfildən vəfat etmiş,  Fəxri Xiyabanda dəfn olunmuşdur. 



Kitabları: “Bizim qızlar” (1953), “Dan ulduzu”(1955), “Hekayələr” (1957), “Yanar 

ürək” (1960), “Doğma və yad adamlar” (1962), “Teleqram” (1963), “Yanar ürək” 

(1965),  “Tütək  səsi”  (1965),  “Pyeslər”(1967),  “Kollu  koxa”  (1969),  “Ömrümdə 

izlər”  (1971),  “Saz”  (1971),  “Seçilmiş  əsərləri”  (1972),  “Məhşər”  (1979),  “İdeal” 

(1985), “Cəhənnəm” (2013), “Seçilmiş əsərləri” (I-VI). 

Filmoqrafiya:  Dəli  Kür  (film,  1969),  İyirmialtılar  (film,  1966),  Ulduzlar  sönmür 

(film,  1971),  Nəsimi  (film,  1973),  Tütək  səsi  (film,  1975),  Qərib  cinlər  diyarında 

(film,  1977),  Od  içində  (film,  1978),  Arvadım  mənim,  uşaqlarım  mənim  (film, 

1978), Nizami (film, 1982), Zəlimxan dastanı (film, 2007), Liderlik missiyası. 1-ci 

hissə (film, 2008) və s.  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə