F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə74/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   70   71   72   73   74   75   76   77   ...   146

222 

 

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü, (1875) 



 

     “Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş 

milli  mətbuatımız  həmişə  xalqımızın  şanlı 

tarixinin güzgüsü olmuşdur”.

                  

                                                                                                                                          

                            Ümummilli lider Heydər Əliyev 

 

  

 



 

 

        Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 



Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin çap olunmasına nail olmuş və qəzetin 

ilk  sayı  1875-ci  ilin  iyulun  22-də  işıq  üzü  görmüşdür. "Əkinçi"  qəzeti  xalqımızın 

milli oyanışında, milli birliyinin möhkəmləməsində böyük rol oynamışdır. Qəzetin 

müttərəqqi  ideyaları  Rusiya  hakim  dairələrini  narahat  etmiş  və  iki  il  sonra  qəzet 

bağlanmışdır.  XIX  əsrin  sonlarında  "Ziya",  (1879),  "Kəşkül"  (1880),  "Kaspi"  

(1880-1890-ci  illər)  qəzetləri  nəşrə  başlamışdır.  XX  əsrin  əvvələrində 

C.Məmmədquluzadə, M.Şaxtaxtiniski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov 

və  başqaları  yeni  demokratik  mətbuatın  yaranması  uğrunda  mübarizə  aparırdılar. 

Həmin  dövrdə  "Həyat",  "Açıq  söz",  "Azərbaycan"  kimi  demokratik  ruhlu,  milli 

qayəli qəzetlər meydana çıxmışdır. 1906-ci ildə "Molla Nəsrəddin" jurnalının nəşrə 

başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Azərbaycan 

öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  bir  çox  milli-mənəvi  dəyərlərə  qayıdış 

mətbuat  sahəsində  də  özünü  göstərdi.    Bu  gün  ölkəmizdə  yüzlərlə  mətbu  orqanı 

qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı 

ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika 

Günü  kimi  qeyd  olunur.

 

Azərbaycan  Respublikasının  1995-ci  ilin  noyabrında 



ümumxalq səsverməsi ilə qəbul  edilən  Konstitusiyasının  50-ci  maddəsində  söz, 

azad  məlumat  toplamaq  azadlıqları,  öz baxışlarının  azad  ifadə  edilməsi  və  digər 

azadlıqlar möhkəmləndirilib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər 

vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. 

Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat 

azadlığının  daha  geniş  təşəkkülünə  şərait  yaradıb. Azərbaycan  Prezidenti  İlham 

Əliyevin  2009-cu  ilin  martın  sonunda  imzaladığı  sərəncamla Prezident  yanında 

Kütləvi 


İnformasiya 

Vasitələrinə 

Dövlət 

Dəstəyi 


Fondu 

yaradılıb. 

Fondun yaradılmasında  məqsəd  Azərbaycanda  fikir,  söz  və  mətbuat  azadlığı 

şəraitini yaxşılaşdırmaqdır.  



İnternetdə: 

www.books.google.com

 


223 

 

23 İyul – Ümumdünya Balina və Delfinlər Günü, (1986) 



 

                             

  

1986-cı  ildə  Beynəlxalq  Balinaovlama  Komissiyası  (International  Whaling 



Comission:  IWC)  bu  heyvanların  200  illik  amansız    şəkildə  qırılmasından  sonra 

balina  sənayesinə  qadağa  qoymuşdur.  Bu  qadağa  indi  də  qüvvədədir  və  bütün 

dünyada  balinaların  ovlanması,  o  cümlədən  balina  ətinin  ticarəti  qadağan 

olunmuşdur.  Lakin  balina  sənayesi  bu  heyvanlar  üçün  yeganə  təhlükə  deyil. 

Balinaların, delfinlərin və digər dəniz məməlilərinin yox olmasının daha bir səbəbi 

– onların delfinarilər, okeanariumlar və sirklər üçün tutulmasıdır. Buna görə də bu 

gün  yalnız  balinaların  deyil,  bütün  dəniz  məməlilərinin  qorunması  günü  hesab 

olunur.  Beynəlxalq  Delfinovlama  Komissiyası  balinaların  ovlanmasına  qadağa 

tətbiq  etdikdən  sonra  Yaponiya  sanksiyalardan  çəkinərək  bu  sazişə  qoşulmağa 

məcbur  olmuşdur.  Lakin  balinaların  elmi  məqsədlərlə  ovlanması  hüququ  vardır. 

2007-ci  ildə  balinaların  ovlanma  kvotası  950  balina  təşkil  edirdi.  Həmin  kvotaya 

görə,  hər  il  Yaponiya  ancaq    üçə  qədər  balina  ovlayırdı.  Lakin  həmin  il  yapon 

“Nissin-maru” balina ovlama donanmasında yanğın baş verir və “tədqiqat” üçün 508 

heyvan öldürülür.  

Elmi işlər başa çatdıqdan sonra heyvanların əti əsasən yapon restoranlarında 

istifadə  olunur.  Beynəlxalq  Balinaovlama  Komissiyasının  qadağası  19  fevralda 

qüvvəyə minmişdir. 

 Hər  il  fevralın  19-da  daha  bir  bayram  –  Beynəlxalq  Balinalar  Günü  qeyd 

olunur.  Bəzən  müxtəlif  ölkələrin  ekoloji  təşkilatları  bu  günü  birlikdə  məhvolma 

təhlükəsi qarşısında qalan hər bir növ dəniz məməlisinin müdafiəsinə həsr edirlər.  

 

 

İnternetdə: 



www.books.google.com 

 


224 

 

29 İyul – Beynəlxalq Pələng Günü, (2010) 



 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

29 iyul – Beynəlxalq Pələng Günüdür. Bu gün 2010-cu ildə Sankt-Peterburqda 



keçirilən “Pələng sammit”ində təsis olunub. 

Pələnglər pişikkimilər fəsiləsinin ən güclü və böyük üzvləridir. Faunanın bu 

yırtıcı  nümayəndələri,  əsasən,  Banqladeş,  Malayziya,  Hindistan  və  Koreyada 

yaşayırlar. Pələnglərin sayına görə Hindistan dünyada birinci yerdədir. Dünya Vəhşi 

Təbiəti  Müdafiə  Fondunun  məlumatına  görə,  Yer  kürəsində  mövcud  olan  3890 

pələngdən 2500-dən çoxu Hindistandadır. 

Pələnglərin  sayının  azalmasında  əsas  faktor  brakonyerlik, qanunsuz  heyvan 

ticarəti  kimi  antropogen  amillər,  iqlim  dəyişikliyi  və  onların  yaşayış  areallarını 

itirməsidir. 

Beynəlxalq Pələng Günü bəşəriyyətin diqqətini bu yırtıcıların qorunmasına və 

onların  sayının  azalmasının  qarşısının  alınmasına  çəkmək  üçün  bir  çox  ölkələrdə 

qeyd edilir. 

 

 

İnternetdə: 



www.books.google.com

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə