F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə73/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   69   70   71   72   73   74   75   76   ...   146

219 

 

11 İyul – Ümumdünya Şokolad Günü



,

 (1995) 

 

 

.

 



      Şokolad Günü 

(

World Chocolate Day) ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. 

Tez bir zamanda məşhurluq qazanaraq Almaniya, İtaliya, İsveçrə və digər Avropa 

ölkələrində,  eləcə  də  Avropadan  kənarda  keçirilməyə  başlanılıb.  Çox  sevdiyimiz 

şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır. Əvvəllər içki 

kimi  qəbul  edilən  bu  şirniyyatın  adı  haqqında  müxtəlif  versiyalar  var.  Onlardan 

birinə  görə,  şokolad  qədim  astek  sözü  olub,  "xocolatl"  yəni,  kakao  paxlasından 

alınan içkinin adını bildirir. Mənası isə "acı su" kimi tərcümə olunur. Avropada "qara 

qızıl" adı ilə tanınması isə ispanlara məxsus olub. Şokoladın tarixi 3000 il əvvəlki 

dövrə aid edilən nemətlər sırasına daxildir. Təxminən bizim eradan 1500 il  əvvəl 

Meksika  körfəzi  sahillərində  yeni  sivilizasiya  meydana  gəlmişdir.  İrəli  sürülən 

fikirlərə əsasən məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən dildə "kakava" 

kimi  tələffüz  edilib.  Dünyada  sevgi  rəmzi  kimi  tanınan  ilk  şirniyyat  şokoladdır. 

Statistikaya  əsasən  20  yaşlı  əksər  gənclər  məhz  ağ  şokolada  üstünlük  verir. 

Şokoladın tərkibindəki fenamin maddəsi, insanda sevgi hissi yaradır. Şokolad A, B, 

C,  D,  E,  kalsium,  kalium  və  natrium  vitaminləri  ilə  zəngindir.  Kakao  və  şokolad 

antiseptik  xüsusiyyətlərə  malik  olub,  dişi  bir  çox  zərərdən  qoruyurlar.  Şokolad 

yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olar. Dünyanın ən kalorili 

şokoladı  südlü  şokolad  hesab  edilir.  Dünya  qadınlarının  15%-i    hər  gün  şokolad 

yeyir. İsveçrəlilər dünyada ən çox şokolad yeyən əhali sayılır. Belə ki, hesablamalara 

əsasən bu ölkədə hər sakinə il ərzində 10 kq şokolad düşür.  

   Müasir elm şokoladın tərkibində insanı psixoloji rahatladan elementlərin olduğunu 

göstərir. Tünd şokoladın növləri bədəndən endorfinin – insanda rahatlıq, xoşbəxtlik, 

məmnunluq və razılıq hissləri yaradan hormonu stimullaşdırır və əhvali-ruhiyyəni 

yüksəldir. Həmçinin ehtimal olunur ki, şokolad xərçəng əleyhinə effektə malikdir və 

qocalma prosesini ləngidir. 

 

İnternetdə: 

www.books.google.com

 



220 

 

20



 iyul – Beynəlxalq Şahmat Günü, (1996) 

 

1996-cı  ildən  20  iyul  dünyanın  hər  yerində  Beynəlxalq  Şahmat  Günü  kimi 

qeyd  olunur.  Bu  bayram  əsası  1924-cü  ildə  qoyulmuş  Beynəlxalq  Şahmat 

Federasiyasının (FİDE) qərarı ilə keçirilir. Bütün rəsmi yarışlar, o cümlədən kişi və 

qadınlar  arasında  dünya  çempionatları,  kişi,  qadın,  tələbə  və  yeniyetmələrin 

komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, 

Panamerikan fərdi yarışları FİDE-nin himayəsi altında keçirilir. FİDE 1950-ci ildən 

kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı verir.  

Azərbaycanda  şahmat  ən  populyar  idman  növlərindən  biridir.  Azərbaycan 

Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına 

dair Dövlət Proqramı təsdiq edilmişdir. Ölkəmizdə şahmat ötən ilin 70-ci illərində 

inkişaf  etməyə  başlamışdır.  Ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

respublikada  müasir  şahmat  məktəbi  binaları  tikilməyə  başlanmış,  gənclərin  bu 

idman növünə marağı artmış, gənc və istedadlı şahmatçılar yetişmişdir. 

Şahmat  oyununun  adı  farsca  “şah”  və  “mat”  sözlərindən  yaranıb.  Mənası 

“hökmdar öldü” deməkdir. Şahmatın vətəni Hindistan hesab edilir. Şahmatın sələfi 

olan “Şətrənc” oyunu V əsrdə Hindistanda yaranıb. Azərbaycanda şahmatın təqribən 

V-VI  əsrlərdə  yaranması  güman  edilir.  Şərq  poeziyasının  klassikləri,  Xaqani  və 

Nizaminin  (XII-XIII  əsrlər),  habelə  Füzulinin  (XVI  əsr)  və  başqa  böyük 

mütəfəkkirlərin  əsərlərində şahmatdan  bəhs  edilir.  Böyük  yazıçı  və  filosof  Mirzə 

Fətəli Axundzadə 1864-cü ildə yazdığı “Şətrənc oyunu” şeirində şahmat oyununun 

qaydalarını poetik dildə şərh edib. 

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 

 



221 

 

20 İyul – Beynəlxalq Tort Günü 

 Hər bir ölkənin mədəniyyətinə uyğun 

reseptlərdən  yararlanaraq  tortlar  bişirilir. 

Tortları  müxtəlif  mərasimlərlə  əlaqədar 

hazırladıqlarına  görə  onların  forma  və 

ölçüləri  də  kəskin  surətdə  fərqlənir.  Tortla 

əlaqədar  çoxsaylı  faktlar  və  maraqlı 

məlumatlar verilmişdir. Bunların çox hissəsi 

hətta   Ginnesin  rekordlar  kitabına   daxil 

edilmişdir.  Bunlara  misal  olaraq  ABŞ–ın 

Miçiqan ştatında hazırlanmış tortu göstərmək 

olar.  Bu  tort  stoldan  13  metr  hündür  idi  və 

100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu 

tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir. Bu 

möhtəşəm tortun bir hissəsini dondurma təşkil edirdi, onun görkəmi isə ştatın coğrafi 

kartında  olduğu  kimdir.  Dünyada  ən  uzun  toru Peru kulinarları  tərəfindən 

yaradılmışdır.  Onun  uzunluğu  46  metrdən  ibarət  idi.  Üzəri  bolluca  şəkərlə 

qarışdırılmış meyvələrdən və kremdən olan qızılgüllərdən təşkil olunmuşdu. Daha 

sonra bu tortu 15 000 hissəyə bölərək, Peruda həmin ay ərzində ad günü olan bütün 

uşaqlarına payladılar. Bizim qonşu Rusiya da bu rekordlardan uzaqda qalmamışdır. 

Ən  böyük  formada  olan  tort  Moskvanın  tanınmış  Mərkəzi  Univermağının  ad 

günündə hazırlanmışdır. Tort bol formada cem və marsipanla (badam qurəbiyyəsi; 

döyülmüş  badamla  şəkərdən  hazırlanan  şirniyyat)  bəzədilmişdir.  Onun 

hündürlüyü Ginnesin  rekordlar  kitabında mütəxəssiz  kimi  işləyən  ekspertlər 

tərəfindən ölçülmüşdür. Üç  metrdən  və  üç  tondan  ibarət olan bu tort seçilirdi.  İlk 

əvvəl  çoxpilləli  tortlar  Londonda  meydana  gəlmişdir.  Bu  kimi  tortları  zallara 

gətirərkən öz görkəmi, hündürlüyü, çəkisi ilə mərasim iştirakçılarını heyrətləndirir. 

Lakin  bu  tipli  proses  ilk  dəfə  olaraq  XVIII  əsrdə  həyata  keçirilmişdir.  Müasir 

zamanımızda tortlar beze, marsipan, şokolad, meyvə və merenqa (çalınmış yumurta 

ağı, qənd və qaymaqdan hazırlanan pirojna) ilə hazırlanır. Tortun bəzədilməsi isə 

insanın fantaziyasından və onu sifariş verən şəxsin istəklərindən asılı olaraq dəyişir. 

Vətənimizdə də çox çeşidli tortlara rast gəlmək mümkündür və hazırkı dövrdə 

xüsusi kulinarlar tərəfindən hazırlanan şirniyyatlar öz görkəmi, keyfiyyət ilə seçilir. 

Toy üçün nəzərdə tutulmuş tortların əksəriyyətinə Qədim Romada rast gəlmək olar, 

lakin  burada  tortu  gəlinin  başı  ilə  bəzəyirdilər.  Xüsusən  istəkdən  asılı  olaraq 

dəyişikliklər  də  etmək  olurdu.  Müasir  zamanımızda  isə  toy  üçün  nəzərdə  tutulan 

tortlar xüsusən seçilir. Əvvəllər tortların görkəmi əhəmiyyət kəsb etmirdi və onlar 

çox sadə hazırlanırdı. Beləliklə, xüsusi qaydada hazırlanan böyük desertlər bir neçə 

mərtəbədən təşkil olunur, bol qaydada meyvə və kremlə bəzədilir.

 

İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə