F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə81/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   77   78   79   80   81   82   83   84   ...   146

243 

 

28  İyul  –  Azərbaycanın  Milli  Qəhrəmanı  Yusifov  Roman  Yasəf  oğlunun             



45 illiyi, (1973-1995) 

 

28 iyul 1973-cü ildə Dəvəçi rayonunda doğulmuşdur. 1980-ci ildə burada 2 

saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə onuncu sinfi bitirmişdir. 

1992-ci ildə Milli Orduya çağırılmışdır. Bir müddət Naxçıvan şəhərində hərbi təlim 

keçdikdən sonra Sədərək rayonuna göndərilir. O vaxt erməni qəsbkarları Naxçıvana 

tez-tez  hücumlar  edir,  hər  vəchlə  oranı  zəbt  etməyə  çalışırdılar.  Ermənistanla 

həmsərhəd olan Sədərək rayonu əsl döyüş meydanına çevrilmişdi. Roman Yusifov 

bu  döyüşlərdə  Vətən  qarşısında  borcunu  mərdliklə  yerinə  yetirirdi.  1992-ci  ilin 

oktyabr ayında o yaralanır. Əvvəlcə Naxçıvanda, sonra isə Bakı şəhərində müalicə 

olunur. Müalicədən sonra xidmətini 777 saylı hərbi hissədə davam etdirir. 

Gənc  əsgər  nümunəvi  davranışı  və  yüksək  hərbi  hazırlığı  ilə  burada  da 

yoldaşlarına  örnək  olur.  O,  komandirin  təqdimatı  ilə  birillik  zabitlər  kursuna 

göndərilir. Roman Yusifov kursu müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsi alır 

və yenidən hərbi hissəyə qayıdır. Onu taqım komandiri təyin edirlər. 17 mart 1995-

ci  ildə  ölkədə  sabitlik  yenidən  pozuldu.  Bakıda  az  qala  vətəndaş  müharibəsi 

başlayacaqdı. Ürəklər həyəcanda idi. Dövlət çevrilişinə cəhd edənlərin məqsədi yeni 

qurulmuş  dövləti  devirib,  ölkədə  anarxiya  yaratmaq  idi.  Milli  Ordu  vətəndaş 

müharibəsinin qarşısını məharətlə aldı, qara niyyətlər puç oldu. Qəlbi vətən sevgisi 

ilə döyünən Roman Yusifov bu hadisələrə biganə qala bilməzdi. O, dövlətçiliyimiz 

yolunda  öz  canını  qurban  verdi.  Subay  idi.  Dəvəçi  rayonunun  Qalagah  kəndində 

dəfn edilmişdir. Oxuduğu 2 saylı orta məktəb onun adını daşıyır. 

 

Azərbaycan  Respublikası  Prezidentinin  4  aprel  1995-ci  il  tarixli  307  saylı 



fərmanı  ilə  Yusifov  Roman  Yasəf  oğluna  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilmişdir. 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 


244 

 

Avqust 



Əlamətdar tarixi günlər və bayramlar 

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, (2001) 



          2 Avqust – Azərbaycan Kinosu Günü, (1898) 

3 Avqust – Ümumdünya Qarpız Günü 

5 Avqust – Hərbi Donanma Günü, (1996) 

5 Avqust – Beynəlxalq İşıqfor Günü, (1914) 

8 Avqust – Beynəlxalq Alpinizm Günü, (1786) 

12 Avqust – Beynəlxalq Gənclər Günü, (1999) 

15 Avqust – “Allo” sözünün ad Günü, (1877) 

18 Avqust – Sərhəd  Qoşunları  Günü, (2002) 

26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010) 

Bu tarixi unutmayaq 

23 Avqust – Cəbrayıl rayonunun işğalı günü, (1993) 

23 Avqust – Füzuli rayonunun işğalı günü, (1993) 

31 Avqust – Qubadlı rayonunun işğalı günü, (1993) 



Azərbaycanın tanınmış şəxsiyyətləri 

Azərbaycan klassik miniatür sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan 

Məhəmmədin 525 illiyi, (21.08.1493-1555) 

Yubilyar yazıçı və şairlər 

Ədəbiyyatşünas Hidayət Əfəndiyevin 110 illiyi, (01.08.1908-29.04.1979) 

Şair, ədəbiyyatşünas Ənvər Əhmədin 75 illiyi, (08.08.1943) 

Ədəbiyyatşünas İntiqam Qasımzadənin 75 illiyi, (12.08.1943) 

Tərcüməçi Kamil Məmmədovun 95 illiyi, (12.08.1923-1989) 

Ədəbiyyatşünas Kamal Talıbzadənin 95 illiyi, (14.08.1923-20.01.2006) 

Şair, yazıçı Qəşəm İsabəylinin 70 illiyi, (14.08.1948) 

Ədəbiyyatşünas, tənqidçi Şamil Salmanovun 85 illiyi, (17.08.1933) 

Filologiya elmləri doktoru Əliyev Vilayət Hüseyn oğlunun 80 illiyi, (23.08.1938) 

Folklor 

Şair, ədəbiyyatşünas Məhərrəm Qasımlının 60 illiyi, (05.08.1958) 



Xarici ədəbiyyat 

Rus şərqşünası Berje Adolf Petroviçin 190 illiyi, (10.08.1828-12.02.1886) 

Rus yazıçısı Aleksandr Çakovski Borisoviçin 105 illiyi, (26.08.1913-1994) 

 

 




245 

 

İncəsənət 

Xalq artisti, aktyor Ramiz Məlikovun 75 illiyi, (04.08.1943) 

Xalq artisti, aktyor Rasim Balayevin 70 illiyi, (08.08.1948) 

Xalq rəssamı Kazım Kazımzadənin 105 illiyi, (10.08.1913-1992) 

Xalq artisti, müğənni İlhamə Quliyevanın 75 illiyi, (17.08.1943) 

Xalq artisti, aktyor Şahmar Ələkbərovun 75 illiyi, (23.08.1943-1992) 

Milli Qəhrəmanlar Zirvəsi 

Azərbaycanın  Milli  Qəhrəmanı  Cəbrayılov  Fəxrəddin  Mövsüm  oğlunun  60  illiyi, 

(12.08.1958) 

Azərbaycanın  Milli  Qəhrəmanı  Atakişiyev  Aslan  Qabil  oğlunun  65    illiyi, 

(16.08.1953-1992) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


246 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili  Günü, (2001) 

       “Dil  hər  bir  xalqın  mənəvi  sərvəti,  qürur  yeridir.  Tarixin  sınağından  çıxıb 

cilalana-cilalana  bu  günümüzədək  gəlib  çatan  Azərbaycan  dili  də  bizim  hər 

birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir. Öz ana dilini bilməyən adamlar 

şikəst adamlardır...”

                                          

                                           Ümummilli lider  Heydər Əliyev 

                                                                           

        Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət 

əlifbası  vardı.  Ölkəmizdə  İslam  dininin  yayılması  ilə 

əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz 

illər  boyu  ərəb  dili  din,  elm  və  təhsil  dili  rolunu 

oynamışdır.  Lakin  əsrlərlə  müxtəlif  xalqların  mədəni 

əlaqələrinə  xidmət  etmiş  ərəb  qrafikası  dilimizin  səs 

sistemini  dolğunluğu  ilə  əks  etdirə  bilmir,  onun 

quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. 

F. Axundzadə başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı 

keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün 

olmamışdı. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi 

yaradıldı. Bu komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək 

tapşırığı verildi. Bu, yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 

1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı 

ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-

cu  il  yanvarın  1-dən  etibarən  Azərbaycanda  kütləvi  şəkildə  latın  qrafikalı  əlifba 

tətbiq edildi. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi 

və  bunun  nəticəsində  SSRİ-də  və  xaricdə  yaşayan  türk  xalqları  arasında  mədəni 

əlaqələrin  güclənməsi  qorxusu  Sovet  imperiyası  rəhbərliyində  Azərbaycan 

əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. 1940-cı il yanvarın 1-dən kiril 

qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının 

Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril 

qrafikasında  müəyyən  dəyişikliklər  aparıldı.  Azərbaycan  öz  dövlət  müstəqilliyini 

bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait 

yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə 

Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa 

çatdırıldı.  Latın  qrafikalı  əlifbanın  tətbiqinin  Azərbaycan  Respublikasının  siyasi 

həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 

Azərbaycan  Prezidenti  Heydər  Əliyev  2001-ci  il  avqustun  9-da  fərman 

imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan 

Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.



  İnternetdə: 

www.books.google.com

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə