F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyul – Beynəlxalq Dostluq Günü, (2011)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə75/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   71   72   73   74   75   76   77   78   ...   146

225 

 

30 İyul – Beynəlxalq Dostluq Günü, (2011) 

 

 

 



  

 

 



 

 

 



Bu  gün  24  aprel  2011-ci  ildə  BMT-nin  qərarı  ilə  təsis  olunmuşdur.  Bütün 

planetin marağında olan  Beynəlxalq Dostluq Günü əsasən zorakılığa qarşı olmaqla, 

mədəniyyətlərin  dostluğunu  nümayiş  etdirir.  BMT-nin  Baş  Məclisi  Paraqvayın 

təşəbbüsü  ilə  iyulun  30-nu  Beynəlxalq  Dostluq  Günü  elan  etmişdir.  Baş  Məclis 

qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə etmişdir. 

Bu  münasibətlə  Baş  Məclis tərəfindən  yekdilliklə qəbul  edilmiş qətnamədə  bütün 

dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığı 

və böyük əhəmiyyəti vurğulanmışdır.  

          Baş Məclis qurumun üzvü olan ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-

ənənələrinə uyğun qeyd etməyi məsləhət görmüşdür. 

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 

 

 

 

 

 

 



226 

 

Bu tarixi unutmayaq 



23 İyul – Ağdam rayonunun işğalı günü, (1993)

 

 



“Mənim  üçün  hər  şeydən  əziz  mənim  xalqımdır,  mənim  Vətənimdir,  mənim 

torpağımdır”.                                                          

                                                                                         Ümummilli lider Heydər Əliyev 

      Ağdam  rayonunun  88.395  hektar 

ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi 

Ermənistan  silahlı  qüvvələri  tərəfindən 

işğal  olunub.  Rayonda  işğaldan  əvvəl 

1736  hektar  dövlət  meşəsi,  710  hektar 

kolxoz  meşəsi,  560  hektar  yol,  su  və 

kanal  kənarı,  şəhərətrafı  meşə  sahəsi 

mövcud 

idi. 


Rayonun 

ehtiyatı 

64.863000  kubmetr    olan    mişar    daşı, 

140.464000  ton  Çobandağ  əhəng daşı, 

44.708000  ton.  Boyəhmədli  və  25.197 

min  ton  Şorbulaq  gil  yataqları  işğal  olunmuş  ərazilərdə  qalıb.  Rayon  ərazisindən 

keçən  ən  iri  çay  olan  Xaçınçayın  uzunluğu  104  km,  sutoplayıcı  sahəsi  isə  657 

kvadratmetrdir.  Ağdam  şəhərində  yaşı 150-250  ilədək  olan  14  ədəd,  Boyəhmədli 

kəndi  ətrafında  isə  yaşı  400  ilə  çatan  71  ədəd  Şərq  çinarı  təbiət  abidəsi  kimi 

qorunurdu. İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan Şərq çinarı növündən olan 

ağacların  doğranaraq  Ermənistana  aparılması  və  irigövdəli  ağacların  qırılaraq 

yığıldığı  müşahidə  edilib.  Rayonun  işğal  altında  olan  Novruzlu,  Yusifcanlı, 

Kəngərli, Çəlik, Qaradağlı Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar 

otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı "Qırmızı kitab"a 

və  Beynəlxalq  Təbiəti  Mühafizə  İttifaqının  "Qırmızı  siyahısına"  düşmüş  müxtəlif 

sayda  turac,  qırqovul  və  gürzə  məhv  edilib.  İşğal  nəticəsində  təhsil,  səhiyyə, 

mədəniyyət ocaqları, yaşayış evləri, inzibati binalar dağıdılaraq yerlə-yeksan edilib. 

Erməni  faşistləri  tərəfindən  aparılan  bu  ədalətsiz  müharibə  nəticəsində  çoxsaylı 

həmvətənlərimiz qətlə yetirilmiş, itkin düşmüş, əsir götürülmüşdür.

 

  



Milli  Ordumuz  son  illər  möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  rəhbərliyi 

altında daha da güclənmiş, daha da qüdrətli olmuşdur. Xalqımız inanır ki, dövlətimiz 

tərəfindən  aparılan  ardıcıl,  məqsədyönlü  siyasət  torpaqlarımızın  işğaldan  azad 

olmasına gətirib çıxaracaqdır.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 




227 

 

Yubilyar yazıçı və şairlər 



1 İyul – Şair Məmmədov Sultan İsgəndər oğlunun 70 illiyi, (1948) 

 

 

       Sultan  Mərzili  1948-ci  il  iyulun  1-də  Dağlıq  Qarabağda  anadan  olmuşdur. 

Soykökü Ağdamın Mərzili kəndindəndir. Orta məktəbi bitirdikdən sonra ADU-nun 

fizika fakültəsində təhsil almışdır. Təyinatla Dağlıq Qarabağın Əmiranlar kəndinin 

səkkizillik  məktəbində  dərs  hissə  müdiri  işləmişdir.  Sonra  Qaradağlı  kənd  orta 

məktəbində fizika və riyaziyyat müəllimi, Sumqayıt şəhərində 4 saylı orta məktəbdə 

müəllim,  Moskvada  sənaye  sahələrində  qaynaq  texnologiyası  laboratoriyasında 

mühəndis,  SSRİ  Dövlət  Təchizat  İdarəsində  usta,  tikinti  idarəsində  usta, 

təhlükəsizlik  texnikası  üzrə  mühəndis,  polad  və  dəmir-beton  konstruksiyalarının 

quraşdırıcısı  olmuşdur.  Sultan  Mərzili  1978-ci  ildən  Moskvada  yaşayır.  Bədii 

yaradıcılığa  orta  məktəbdə  oxuduğu  illərdən  başlamışdır.  Lakin  ilk  mətbu  şeiri  

1971-ci  ildə  "Azərbaycan  gəncləri"  qəzetində  dərc  olunmuşdur.  Dövri  mətbuatda 

müntəzəm çıxış etmişdir. "Dünya bir pəncərədir" adlı ilk şeirlər məcmuəsi 1984-cü 

ildə "Yazıçı" nəşriyyatında çıxmışdır. "Bir addımlıq ömür..." (2006) "Bəyaz vərəq 

içində" (2009) kitabının müəllifidir. Yazıçı Əbdül Hüseynovun "Üsyankar Xaqani" 

romanını rus dilindən tərcümə etmişdir. Klassik və modern şeirlər, hekayələr, ədəbi-

tənqidi və elmi-publisistik məqalələr də yazır. Şeirləri Azərbaycan və rus dillərində 

çap olunmuşdur. 



Kitabları: "Dünya bir pəncərədir" (1984), "Bir addımlıq ömür..." (2006), "Bəyaz 

vərəq içində" (2009) 



Tərcümələri: Ə.Hüseynov, “Üsyankar Xaqani”, F.Ağamalıyev. “Canəli ay altında” 

2011 və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 

 

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə