F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyul – Dramaturq Firudin Aşurovun 85 illiyi, (1933)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə76/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   72   73   74   75   76   77   78   79   ...   146

228 

 

1 İyul – Dramaturq Firudin Aşurovun 85 illiyi, (1933) 

 

Aşurov Firudin Məmməd oğlu 1933-cü il iyulun 1-də Azərbaycanın Qazax 



rayonunun  Tatlı  kəndində  anadan  olmuşdur.  Ağstafa  şəhər  dəmir  yolu  orta 

məktəbini  bitirdikdən  sonra  M.A.Əliyev  adına  Azərbaycan  Dövlət  Teatr 

İnstitutunda  təhsil  almışdır  (1956-1959).  Əmək  fəaliyyətinə  “Azərbaycanfilm” 

kinostudiyasında rejissor assistenti kimi başlamışdır (1957). Sonra dublyaj qrpunda 

redaktor,  rejissor  assistenti,  aktyor  (1958-1959),  Respublika  Xalq  Yaradıcılığı 

Evində teatr şöbəsinin metodisti, şöbə müdiri olmuşdur (1960-1974). “Azərbaycan” 

jurnalı  redaksiyasında  tənqid  və  ədəbiyyatşünaslıq şöbəsinin müdiri  (1974-1976), 

“Azərbaycanfilm”  kinostudiyasında  redaktor  işləmişdir.  Dramaturji  yaradıcılığa 

“Qanlı çinar” pyesi ilə başlamışdır. Onun “Qanlı çinar” (1960), “Qəribə qız” (1961), 

“Həyatdan qiymətli” (1962), “Təranə” (1963), “Gözəlin taleyi” (1965), “Səməndər” 

(1966) və digər pyesləri tamaşaya qoyulmuşdur. M.Qorki adına Ədəbiyyat İnstitutu 

nəzdində ikiillik ali ədəbiyyat kurslarında oxumuşdur (1976-1978). Onun “Nəsimi”, 

“Qəribə qız”, “Qəz”, “Avqust qayğılar”, “Bağışla, gözəlim” pyesləri mavi ekranda 

nümayiş etdirilmişdir. “Nəsimi” pyesi Tehranın “Bağban” nəşriyyatı tərəfindən çap 

olunmuşdur.  

Kitabları: “Qanlı çinar” (1960), “Qəribə qız” (1961), “Həyatdan qiymətli” (1962), 

“Təranə” (1963), “Gözəlin taleyi” (1965) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 

 

 

 

 

 

 

 



229 

 

5 İyul – Şair Hüseyn Əzimin 105 illiyi, (1913-1987) 

 

Əzimov Hüseynqulu Qurban oğlu 1913-cü il iyulun 5-də İrəvan quberniyası 



Ordubad qəzasının Dəstə kəndində doğulmuşdur. Orta təhsili kənddə aldıqdan sonra 

Ordubad  pedoqoji  məktəbini  bitirib  ADU-nun  jurnalistika  şöbəsində  qiyabi 

oxumuşdur (1955-1960). Poetik yaradıcılığa 1934-cü ildən “Ordubad işçisi” rayon 

qəzetində  dərc  olunan  “Yaz  səhəri”  şerilə  başlamışdır.  Hüseyn  Əzim  “Ordubad 

işçisi”  qəzeti  redaksiyasında  məsul  katib  (1945-1946),  Ordubad  rayon  mədəni-

maarif  şöbəsinin  müdiri  (1946-1948),  “Şərq  qapısı”  qəzetinin  Ordubad-Culfa 

rayonları üzrə xüsusi müxbiri (1958-1965), Ordubad rayon mədəniyyət şöbəsində 

müdir (1965-1974), “Ordubad işçisi” qəzeti redaksiyasında şöbə müdiri (1974-1987) 

işləmişdir. “Əkbər kimdir” mənzum pyesi xalq teatrlarında tamaşaya qoyulmuşdur. 

Xidmətlərinə  görə  Naxçıvan  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  fərmanına  və 

medallara layiq görülmüşdür. Hüseyn Əzim 1987-ci il fevralın 8-də vəfat etmişdir.  

 

Kitabları:  “Şeirlər”  (1957),    “Dübəndi  çayı”  (1973),  “Gəncliyimdən  yadigar” 

(1980), “Mən günəşə borcluyam” (1985) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 


230 

 

6 İyul – Tərcüməçi Şəfiqə Ağayevanın 100 illiyi, (1918-1983) 



 

 

Ağayeva  Şəfiqə  Əli  qızı  1918-ci  il  iyulun  6-da  Azərbaycanın  Ağdamda 



anadan olmuşdur. 1931-ci ildə Ağdamda ibtidai təhsil alıb pedoqoji texnikuma daxil 

olmuşdur.  Azərbaycan  uşaq  ədəbiyyatının  inkişafında  xidmətləri  olmuş  Şəfiqə 

Ağayeva uzun illər “Azərbaycan qadını”, “Gənc işçi” və “Azərbaycan pioneri” kimi 

mətbuat orqanlarında çalışmışdır. Şəfiqə Ağayeva uşaq və gənclərin mütaliəsi üçün 

etdiyi  bədii  tərcümə  əsərlərinin  müəllifi  kimi  də  tanınmışdır.  A.P.Çexovun 

“Hekayələri” (1951), “Vanka” (1977), M.Prilejayevanın “Dostlar səninlədi” (1951), 

K.Komarovskinin  “Sənin  yaşıdların”  (1951),  Y.Koşevayanın  “Oğlum  haqqında 

povest”  (1951),  A.Kononovun  “Çapayev  haqqında  hekayələr”  (1952), 

A.Avdeyenkonun  “Tisa  üzərində  şəfəq”  (1955),  V.Ardamatskinin  “Mən  11-17-

yəm” (1958), H.Malovun  “Ailəsiz” (1958), A.Vestlinin “Ata, ana, səkkiz uşaq və 

yük  maşını”  (1971)  və  əsərlər  Ş.Ağayevanın  tərcüməsində  işıq  üzü 

görmüşdür.   1944-cü  ildə  Azərbaycan  Baş  Mətbuat  İdarəsində  rəis  müavini 

vəzifəsinə irəli  çəkilmiş, 1946-cı  ildə  “Azərbaycan pioneri”  qəzeti  redaksiyasında 

elm şöbəsinin müdiri vəzifəsinə layiq görülmüşdür. Əsasən, 60-70-ci illərin bədii 

əsərlərini rus dilindən ana dilimizə tərcümə  etmiş Şəfiqə Ağayeva gənc oxucuların 

estetik tərbiyəsində  mühüm  rol  oynamışdır.  “Qafqazın  müdafiəsinə görə”,  “1941-

1945-ci illərdə İkinci Dünya müharibəsində əmək igidliyinə görə” medalları ilə təltif 

olunmuşdur. Ağayeva Şəfiqə 1983-cü il oktyabrın 7-də Bakıda vəfat etmişdir.  

   

Tərcümələri: “Slavyan nağılları” (1951), A.P.Çexov “Hekayələr” (1951), “Vanka” 

(1977), N.Nosov “Gizlənpaç” (1955) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə