F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyun – Xalq artisti, aktyor Əli Qurbanovun 120 illiyi, (1898-1962)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə71/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   67   68   69   70   71   72   73   74   ...   146

212 

 

20 İyun – Xalq artisti, aktyor Əli Qurbanovun 120 illiyi, (1898-1962) 



 

     Əli  Qurbanov 1898-ci  ildə   Tbilisi   şəhərində  dünyaya 

gəlmişdir. Əli Qurbanov aktyorluq fəaliyyətinə 1914-cü ildə 

Tiflisdə 

teatr 

həvəskarları 



truppasında  başlamışdır. 

1930, 1957 və 1959-cu  illərdə Moskvada  keçirilən  milli 

teatrlara  Ümumittifaq  baxışlarında  paytaxt  tamaşaçıları  Əli 

Qurbanovun  Yanardağ,  Məmmədəlibəy,  Əsgərbəy  ("Hacı 

Qara"),  Mor  Amurim  ("Zaqmut"),  Lord  Mounten  ("Gülən 

Adam"),  Hacı  Əhməd  və  s.  rollarda  dəfələrlə  görmüşlər. 

1957-ci  ildə  Moskvada  keçirilən  teatr  festivalı  zamanı 

V.Komissarjevskaya 

və Nazim 

Hikmət, xüsusilə 

Hacı 

Əhməd rolunda Əli Qurbanovun böyük bir ifaçılıq məharəti ilə obrazı aça bildiyini 



qeyd etdilər. "Pravda", "İzvestiya", "Sovetskaya Kultura", "Literaturnaya Qazeta", 

"Veçernyaya  Moskva"  və  "Trud"  qəzetlərində  Əli  Qurbanovun  təqdirəlayiq  bir 

sənətkar olduğu vurğulanır. Əli Qurbanov 50 ildən artıq böyük səhnədə olmuşdur. 

Bu müddətdə 200-ə yaxın müxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə 

oynamışdır.  Aktyor  40  ildən  artıq  C.Cabbarlı  adına "Azərbaycanfilm" 

Kinostudiyasının  filmlərində  də  çəkilmişdir.  İlk  dəfə 1928-ci  ildə  "Hacı  Qara" 

filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov, sonralar "Kəndlilər", "Almaz" (Aftil), 

"Yeni  Horizont",  "Səbuhi"  (Ağalarov),  "Bəxtiyar"  (Qurban),  "Doğma  Xalqıma" 

(buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), 

"Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran 

baba) və s. filmlərdə çıxış edərək yaddaqalan, yüksək səviyyəli obrazlar yaratmışdır. 

Xalqımız və dövlətimiz Əli Qurbanovun xidmətlərini nəzərə alaraq ona 1938-ci ildə 

Azərbaycan SSR əməkdar artisti, 1940-cı ildə isə Azərbaycan SSR xalq artisti adı 

vermişdir.  O,  "Şərəf  Nişanı",  "Qırmızı  Əmək  Bayrağı"  ordenlərinə  və  bir  neçə 

medallara layiq görülmüşdür. 

Filmoqrafiya:

 

Hacı Qara (film, 1929),



 

İsmət (film, 1934), Kəndlilər (film, 1939), 

Yeni horizont (film, 1940), Vətən oğlu (film, 1941),

 

Səbuhi (film, 1941), Fətəli xan 



(film, 1947),

 

Doğma xalqıma (film, 1954), Bəxtiyar (film, 1955),



 

Qara daşlar (film, 

1956),  Qızmar  günəş  altında  (film,  1957),  Mahnı  belə  yaranır  (film,  1957), 

Məhəmməd  Füzuli  (film,  1958),  Ögey  ana  (film,  1958),  Bir  qalanın  sirri  (film, 

1959),

 

Koroğlu (film, 1960), Böyük dayaq (film, 1962), Qayıdış (film, 1992), Prima 



(film, 1992). 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 



 

 


213 

 

Milli Qəhrəmanlar Zirvəsi 



19 İyun – Azərbaycanın Milli Qəhrəmanı Axundov Səfa Fətulla oğlunun  

60 illiyi, (1958-1992) 

 

19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı 

rayonunda  almışdır,  sonra  Cəlilabad  rayonuna  köçdüklərindən  təhsilini  burada 

davam  etdirmişdir.  Səfa  uşaqlıq  vaxtlarından  Təyyarəçi  olmaq  arzusunda  idi,  bu 

istəyi  onu  Bakı  Aeroportuna  gətirir.  Daha  sonra  isə  Orenburq  Mülki  Aviasiya 

Məktəbinə  daxil  olur.  1979-cu  ildə  bu  məktəbi  bitirərək  Yevlax  rayonundakı 

Aeroportda pilot təyin edilir.1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının 

vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat 

"Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir. 1992-ci 

il  28  yanvar  Şuşaya  iki  uğurlu  uçuş  etmişdi.  Yenidən  Şuşa  istiqamətində  uçuş 

edərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Üç heyət üzvü 

və  47  nəfər  sərnişin  faciəli  surətdə  həlak  oldu.  Evli  idi,  iki  oğlu  həyatda  yadigar 

qalıb.  Bakıda  Şəhidlər  xiyabanında  dəfn  edilib.  Cəlilabad  şəhərinin  mərkəzində 

büstü qoyulmuşdur. 



Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı 

fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" adına layiq görülmüşdür.  

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 



214 

 

24 iyun – Azərbaycanın Milli Qəhrəmanı Hacıyev Əlif Lətif oğlunun 65 illiyi, 



(1953-1992) 

         Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində 

doğulmuşdur. 1971-ci  ildə  ordu  sıralarına  çağırılmışdır. 

Hərbi  xidməti   Minsk   şəhərində  keçmişdir. 1974-1984-cü 

illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin 

daxili 


işlər 

orqanlarında 

müxtəlif 

vəzifələrdə 

işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi 

Orta  Milis  Məktəbinə  daxil  olmuşdur. 1979-cu  ildə  həmin 

məktəbi  bitirmiş, 1981-ci  ildən  təhsilini  SSRİ  DİN-nin 

Akademiyasında  davam  etdirmişdir.  Hacıyev 1990-cı 

ildə Xocalıya qayıdaraq  və Dağlıq  Qarabağ üzrə  Təşkilat 

Komitəsində,  Qarabağa  Xalq  Yardımı  Komitəsində  fəaliyyət  göstərir. O, 1990-cı 

ilin  dekabr  ayında  daxili  işlər  orqanlarına  yenidən  bərpa  olunur  və Xocalı  hava 

limanı xətt  daxili  işlər  bölməsinə  rəis  təyin  edilir. Eyni  zamanda  Xocalı  hava 

limanının  komendantı  olur. Gördüyü  işlərinə  görə 1991-ci  ilin  dekabr  ayında 

ona mayor rütbəsi  verilir.  Xocalı  hava  limanının  strateji  əhəmiyyətini  başa  düşən 

ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışırlar.  O, hava limanı binasındakı 

otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, “filan batalyon 

filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür 

ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını 

tərk  etmək  məcburiyyətində  qalırlar.  1992-ci  ilin fevralın  25-də Əlif  Hacıyev  və 

onun  dəstəsi  səhər  saat  beşə  qədər  düşmənə  ciddi  müqavimət  göstərirlər.  Əlif 

Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk 

növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş 

gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələ 

də  təhlükədə  xeyli  adam  vardı  və  bu  adamlar  Əlif  Hacıyevin  yolunu 

gözləyirdi. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevin qəlbinə 

sancılır.  Əlif  Hacıyev  Bakının  Şəhidlər  xiyabanında   dəfn  edilmişdir. 

Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.  

Azərbaycan  Respublikası  Prezidentinin 6  iyun 1992-ci  il  tarixli  831  saylı 

fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə