F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyun – Beynəlxalq Blogger Günü, (2004)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə62/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   58   59   60   61   62   63   64   65   ...   146

188 

 

14 İyun – Beynəlxalq Blogger Günü, (2004)



 

 

        Bu  bayramın  keçirilməsi  ideyası 

2004-cü  ildə  yaranmışdır.  40-dan  çox 

ölkədən  500  insan  eyni  vaxtda  birləşərək 

qərara  gəlmişlər  ki,  onlara  –  bütün 

dünyanın  şəbəkə  bloggerləri  arasında 

dostluq  münasibətlərinin  simvolu  kimi 

özlərinə aid gün lazımdır. 2007-ci il iyunun 

14-də  Beynəlxalq  Blogger  Gününün 

üçüncü 


ildönümündə 

ümumdünya 

şəbəkəsinin  öz  bloqu  olan  hər  bir  üzvü 

bütün  bloggerlər  arasında  həmrəylik 

haqqında qısa bildiriş yazmışlar.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



189 

 

15 İyun – Milli Qurtuluş Günü, (1993) 



 

     “Azərbaycan xalqı birləşməli, öz müqəddəs 

torpaqlarını  göz  bəbəyi  kimi  qorumalıdır. 

Azərbaycan  Respublikası  iqtisadi  və  siyasi 

müstəqillik  yolu  ilə  getməli,  tam  istiqlaliyyət 

uğrunda mübarizə aparmalıdır...”

  

                       Ümummilli lider  Heydər Əliyev 

 

 

 

        

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu 

qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən 

həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar 

üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. 

Bu  tarixi  yaradan  isə  yenə  də  Azərbaycanın  inkişafında,  müstəqilliyində, 

gələcəyində müstəsna rol oynayan, daim  xalqına arxalanan və xalqa arxa olan bir 

insandır  –  Heydər  Əliyev.  Heydər  Əliyevin  müstəqil,  tarazlı  və  cəsarətli  siyasət 

yeritməsi  bütün  Azərbaycan  xalqının  diqqətini  cəlb  edir,  ona  ümidləri  artırırdı. 

İqtidar  isə  onun  siyasətini  separatçılıq  kimi  qiymətləndirir  və  Naxçıvan  Muxtar 

Respublikasında  hakimiyyət  çevrilişi  etməyə,   qeyri-demokratik  yolla  Xalq 

Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Azərbaycanın görkəmli oğlu, böyük 

vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə xalqın və respublikanın hakim 

dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Bununla da daxili 

və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Bütün Azərbaycan xalqı bu 

gəlişi  böyük  ümid  və  sevinclə  qarşıladı.  1993-cü  il  iyunun  15-də  Heydər  Əliyev 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  Sədri  seçildi.  Bu  gün  tariximizə  Milli 

Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 

bu günü bayram elan etdi. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən 

böyük  xidmətləri  kəskin  geosiyasi  ziddiyyətlərin  mövcud  olduğu  bir  şəraitdə 

Azərbaycan   dövlətçiliyini  xilas  etməsində,  Azərbaycan  varlığını  parçalanıb  yox 

olmaq  təhlükəsindən  qurtarmaqda  idi.  Ümummilli  lider  Heydər  Əliyevin 

Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun 

qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas 

olmuş,  sivil  demokratik  inkişaf  yolu  ilə  inamla  irəliləyərək  böyük  nailiyyətlər 

qazanmışdır.  Heydər  Əliyev  öz  gücünə,  təcrübəsinə  güvənən  dahi  siyasətçi  kimi 

dəfələrlə  söylədiyi  məşhur  kəlamına  sadiq  qaldığını  sübut  etdi  ki,  “Azərbaycanın 

dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.  



İnternetdə: 

www.books.google.com 


190 

 

15 İyun – Ümumdünya Külək Günü 

 

    Bu  qeyri-adi  bayramın    keçirilməsi 



Avropa    Külək    Enerjisi    Assosiasiyası    və  

Ümumdünya    Külək    Enerjisi  Şurası 

tərəfindən  təklif  olunmuşdur.  Həmin  günü 

keçirməkdə  məqsəd  dünya  ictimaiyyətini 

maarifləndirmək,  diqqətini  bu  məsələyə 

yönəltməkdir.

 

Külək enerjisi küləyi  meydana  



gətirən hava  axınının  sahib  olduğu  hərəkət 

(kinetik) enerjisidir.  Alternativ enerji  (bərpa 

olunan)  mənbələrindən biri  hesab  olunur. Bu  

enerjinin  bir  hissəsi  faydalı  olan  mexaniki  

və    ya  elektrik    enerjisinə    çevrilə    bilər.  Külək  enerjisi  digər  alternativ  enerji 

mənbələri  olan  günəş,  hidroenergetika,  geotermal  və  biokütlə  enerjilərdən  özünün 

maya  dəyərinə,  ekoloji  təmizliyinə  və  tükənməzliyinə  görə  ən  sərfəlisidir.  İnsanlar 

küləyin gücündən çox qədim dövrdən bəri faydalanırlar. Buna misal  olaraq yelkənli 

gəmilər  və  yel  dəyirmanları  göstərilə  bilər.  Daha  sonra  taxıl  dənüyütmə,  nasosla 

suvurma, ağackəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda 

daha çox elektrik enerjisi almaq məqsədilə istifadə edilməkdədir. 

Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək 

qurğularının inşasına  ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az 

vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi 

təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez 

inkişaf edən sahələrindən biridir. Azərbaycan ərazisində əsasən Abşeron yarımadası, 

Xəzər  dənizi  və  digər  ərazilər  külək  enerjisindən  istifadə  etmək  üçün  daha 

məqsədəuyğun sayılır. Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu 

da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır. 

İnternetdə: 

www.books.google.com

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə