F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə65/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   61   62   63   64   65   66   67   68   ...   146

197 

 

26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü  

 

Narkomaniya    “ağ  ölümdür”,    həyatdan    üz  



çevirməkdir. “Narkomaniya” və  “ölüm”  sözləri   bu   gün   

insanların    təsəvvüründə  sinonim  sözlərə  çevrilib. 

Müasir dövrümüzdə  insanlıq   üçün   böyük  bəla  olan 

narkomaniya  bütün  dünyada  geniş  yayılmışdır. Bu bəla 

ilə  mübarizə  etmək  bir  o  qədər  asan  deyil.  Narkotik 

maddə  alverçiləri  uşaqların  çox  olduğu  yerlərdə  olur, 

onlara  həmin  məhsulları  təklif  edirlər.  Pul  qazanmaq 

naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu 

pis vərdişə alışdırırlar. Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları 

isə  xaşxaş,  tiryək,  marixuana,  heroin,  kokain  və  s.-dir.  Son  illər  kimyəvi 

laboratoriyalarda  hazırlanan  yeni  sintetik  narkotik  maddələr  meydana  gəlmişdir. 

Bunlar  xüsusilə  təhlükəlidir,  çünki  birinci  dəfədən  adamı  özünə  alışdıra  bilir. 

Narkotiklərdən asılılıq ağır xəstəliyə – narkomaniyaya gətirib çıxarır.  

Narkotik  maddələr  insan  sağlamlığına  bərpaedilməz  ziyan  vurur,  fiziki 

qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir. 

Narkomaniya  keçici  xəstəliklərin  sürətlə  yayılmasına  səbəb  olur.  Narkotik 

maddələrin  bir  çoxu  şprislə  qana  ötürüldüyündən  və  narkoman  qrupları  daxilində 

eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə 

tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz 

və  ya  şəkər  tozu  qatıb  satırlar,  ona  görə  də  narkomanda  şəkərli  diabet  tez  inkişaf 

edir. Əgər "xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, 

zəhərin  güclü  təsirindən  o  saat  ölmək  olar. Ən  dəhşətlisi  odur  ki, bir  neçə  dəqiqə 

ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. 

Belə  halda  adam  düşünmək,  hərəkət  etmək,  reaksiya  vermək  qabiliyyətini  itirir, 

danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur.  

Narkotik  maddələrin  gənc  nəsillər  arasında  yayılması  təhlükəsini  nəzərə 

alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. 

Buraya 


təhsil 

ocaqlarında,  hüquq  mühafizə  orqanlarında,  təşkilatlarda 

narkomaniyanın  ziyanı  haqqında  maarifləndirilmə  kampaniyaları  daxildir.  Bu 

kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə 

aparılır.  Narkomaniya  ilə  bağlı  problemləri  daim  ictimaiyyətin  nəzarəti  altında 

saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı 

Beynəlxalq Mübarizə Günü elan etmişdir. 

 

İnternetdə: 



www.books.google.com 

 


198 

 

Yubilyar yazıçı və şairlər 



5 İyun – Şair Mikayıl Müşfiqin 110 illiyi, (1908-1937) 

 

Azərbaycan  poeziyasının  yaranmasında  və  inkişafında 

böyük  rolu  olan  nadir  istedadlı  şairlərdən  biri  olan 

M.Müşfiq   1908-ci  il  iyunun  5-də   Bakı   şəhərində,  ziyalı 

ailəsində  anadan  olmuşdur.  O,  əslən Xızı rayonundan  olub. 

İbtidai  təhsilini  inqilabdan  əvvəl  rus-tatar  məktəbində 

almışdır.  Azərbaycan Dövlət Darülfünunun dil və  ədəbiyyat 

fakültəsini  bitirmişdir  (1927-1931).

 

Məktəb  fəaliyyətinə 



pedaqoq  kimi  başlamışdır. Bakı orta  məktəblərində  yeddi  il 

müəllimlik  etmişdir.  Son  iş  yeri  18  saylı  Bakı  şəhər  orta 

məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).

 

Poetik yaradıcılığa 1926-cı 



ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirlə başlamışdır. Bundan sonra 

dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı –"Küləklər" 1930-cu ildə nəşr 

olunmuşdur.

 

O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci  illərdə  



onun    beş    tərcümə    kitabı    nəşr  edilmişdir.  Bunlar   A.S.  Puşkinin   "Qaraçılar" 

(Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun "Kobzar" (Əhməd Cavadla  birlikdə), 

Yegişe  Çarensin  "Şeirlər", S.Y.Marşakın  "Huşsuza  bax,  huşsuza",  Mirzə  Fətəli 

Axundovun  "A.S.Puşkinin   ölümünə  şərq  poeması"  kitablarıdır.   1968-ci 

ildə   Bakıda  M.Müşfiqin   həyat  yoldaşı  Dilbər  Axundzadənin "Müşfiqli 

günlərim" adlı  xatirələr  kitabı  nəşr  olunmuşdur.  Kitabın  son  genişləndirilmiş 

nəşri 2005-ci  ildə  "Gənclik"  nəşriyyatında  işıq  üzü  görmüşdür.  Mikayıl 

Müşfiq 1938-ci  il   6  yanvarda cəza  tədbirləri  dövründə  güllələnmişdir.  Xatirəsini 

əbədiləşdirmək  üçün Bakıda büstü  qoyulmuş,  qəsəbəyə,  məktəbə,  küçəyə  və 

meydana  adı  verilmişdir.  Mikayıl  Müşfiqin Bakıda yaşadığı  binanın  (Süleyman 

Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulmuşdur.  

Kitabları:  “Küləklər”  (1930),  “Vuruşmalar”  (1932),  “Pambıq”  (1932),  “Şəngül, 

Şüngül,  Məngül”  (1934),  “Kəndli  və  ilan”  (1935),  “Duyğu  yarpaqları”  (1966), 

“Qaya”(1978), “Ədəbiyyat nəğməsi” (1978), “Könlümün dedikləri”(1988), “Həyat 

sevgisi” (1988) və s.  



Filmoqrafiya:Qızıl  gül  olmayaydı...  (film,  1965),  Mikayıl  Müşfiq  (film,  1978), 

Yenə o bağ olaydı (film, 2002), Cavid ömrü (film, 2007), Şeirin Müşfiq zirvəsi (film, 

2007), Muğamat var olan yerdə... (film, 2009) və s.  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə