F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə63/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   59   60   61   62   63   64   65   66   ...   146

191 

 

17 İyun – Tibb İşçiləri Günü, (2001) 



 

          Yaxşı sağlamlıq ən böyük var-dövlətdən bahadır. 

                                                                                                            Latın atalar sözü 

 

     İnsan  üçün  çox  qiymətli  olan,  lakin  çox  vaxt 

qayğısına  qalmadığı  ən  böyük  sərvət  sağlamlıqdır. 

İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.  

      Azərbaycanda    tibbin    inkişafı    daha    çox    XX 

əsrlə  bağlıdır.  Azərbaycan  Xalq  Cümhuriyyəti 

qurulduqdan  sonra  onun  həyata  keçirdiyi  sosial-

mədəni  tədbirlərdən  biri  də  sağlamlığın  mühafizəsi 

ilə bağlı olmuşdur. Bununla əlaqədar olaraq, Nazirlər 

Şurasının  17  iyun  1918-ci  il  tarixli  sərəncamı  ilə 

Səhiyyə 

Nazirliyi 

təşkil 

olunmuşdur. 



İndi 

Azərbaycanda  öz  sənətinin  sirlərinə  dərindən  bələd  olan,  insanların  sağlamlığının 

keşiyində duran minlərlə səhiyyə işçisi vardır. 

 

       Ümummilli  lider  Heydər  Əliyevin  sərəncamına  əsasən  Azərbaycan 



Respublikası  Səhiyyə  Nazirliyinin  yaradılmasını  nəzərə  alaraq,  “Tibb  işçilərinin 

peşə bayramı gününün təsis edilməsi haqqında” 4 iyun 2001-ci il tarixli sərəncamına 

əsasən hər il 17 iyun Tibb İşçiləri Günü kimi qeyd olunur. 

İnternetdə: 

www.books.google.com 

 

18 İyun – Beynəlxalq Atalar Günü, (1909) 

Dünyanın  bir  çox  ölkələrində  iyunun 

üçüncü  bazar  günü  Atalar  Günü  (Father's 

Day) kimi qeyd olunur. Onu ilk dəfə ABŞ-da 

qeyd  etməyə  başlamışlar.  Sonora  Smart 

Dodd  1909-cu  ildə  kilsədə  Analar  Gününə 

həsr olunmuş ibadət zamanı düşünmüşdür ki, 

anasının  ölümündən  sonra  onu  və  daha  beş 

uşağı  atası  böyüdüb  tərbiyə  etmişdir.  Sonra 

atasının  özü  üçün  necə  xüsusi  insan 

olduğunu, 

onu 


necə 

sevdiyini 

və 

qiymətləndirdiyini bilməsini istəmişdir. Bu ənənə bir çox ölkələrə yayılmışdır və hər 



kəs atasına öz sevgisini bildirmək üçün bu günü əlavə bir fürsət hesab edir.  

İnternetdə: 

www.books.google.com 

 


192 

 

20 İyun – Ümumdünya Qaçqınlar Günü, (2000)  



     

BMT Baş Assambleyası 4 dekabr 2000-ci 

ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü 

kimi  qeyd  edilməsinə  dair  qətnamə  qəbul  edib. 

BMT-nin açıqlamasına görə hazırda dünyada 15.4 

milyon insan qaçqınlıq həyatı yaşayır və onların 

sayı artmaqda davam edir. Beynəlxalq Qaçqınlar 

Günü Azərbaycanda  da  hər  il  geniş  qeyd  edilir. 

Bu isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan 

xalqı  bir  əsrdə  dörd  dəfə ermənilər  tərəfindən  soyqırımına  məruz  qalıb,  tarixi 

torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib. Sonuncu 

dəfə  250  min  etnik  azərbaycanlı Ermənistandakı  tarixi  torpaqlarından  qovulub, 

Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və 

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 

67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar.  

Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri 

vaxtı  Orta  Asiyadan  gələn  Ahıska  türkləri,  11  minə  yaxını  isə  sığınacaq  

axtaranlardır. Ermənistan  Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  başlayandan  

Azərbaycanda  mövcud  olan  12 çadır  düşərgəsinin 5-i  2003-cü ildə, 7-si isə sonrakı 

4 ildə ləğv olunub. 2007-ci il dekabrın 24-ü Azərbaycan tarixinə, həm də son çadır 

düşərgələrinin ləğvi kimi düşüb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 

sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi  köçkünlərin  yaşayış  şəraitinin  

yaxşılaşdırılması  və məşğulluğunun  artırılması  üzrə  Dövlət  Proqramı" nın və 

sonradan həmin Dövlət Proqramına  31  oktyabr  2007-ci  il,  21  fevral  2011-ci  il  

tarixli    sərəncamlarla  təsdiq  olunmuş  əlavələrin  icrasında  uğurlu  işlər  görülüb. 

Fəaliyyətə  başladığı  ilk  gündən Heydər  Əliyev Fondu  da  məcburi  köçkünlərin 

üzləşdikləri  çoxsaylı  problemlərin  dünya  ictimaiyyətinə  çatdırılmasına  çalışıb. 

Dövlət proqramına uyğun olaraq, məcburi köçkünlərin "böyük qayıdışı" layihəsi də 

artıq  hazırdır.  Bu  proqram  müxtəlif  nazirliklər,  dövlət  komitələri  və  beynəlxalq 

təşkilatlar  tərəfindən  razılaşdırıblar.  Layihə  işğal  altında  olan  Azərbaycan 

torpaqlarının azad olandan sonra həyata keçiriləcək. Qaçqın o şəxsdir ki, vətəndaşı 

olduğu  ölkənin  himayəsindən  istifadə  edə  bilmir.  İrqi  əlamətinə,  milliyyətinə, 

müəyyən  sosial  qrupa  mənsubluğuna,  siyasi  əqidəsinə  və  dini  etiqadına  görə 

təqiblərə məruz qalır. 



İnternetdə: 

www.books.google.com 

 

 


193 

 

21 İyun – Dünya Yoqa Günü 

Yoqa  –  ənənəvi Asiya sisteminə  əsaslanan  fiziki 

tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın 

ən  aydın,  şəffaf  mənası  onun  etimoloji  mənşəyində 

saxlanılır. Yoqa sözü – Sanskrit dilində yuj sözündən 

götürülüb. Mənası, "birlik", "ittifaq" deməkdir. "Yoqa" 

sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən 

götürür  ki,  o  da  tərcümədə  "birləşmə",  "qovuşma", 

"tövhid"  mənasını  verir.  Yoqa  –  altı  əsas  ortodoksal 

hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk 

dəfə  sistemli  şəkildə  qədim  hind  müdriki  Patacalinin  (e.ə.  I  əsr)  "Yoqa  sutra" 

əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-

yoqa,  jnani-yoqa,  bxakti-yoqa  və  s.  kimi  mərhələlərə  bölünür  ki,  bu  mərhələlərin 

hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini 

oxumağı  və  s.  bacarırlar.  Yoqa  təlimi  bugünkü  elmə  təsir  etmiş  ən  güclü  mistik 

cərəyandır  və  bugünkü  alimlər  mistikanı,  fövqəltəbii  qabiliyyətləri  analiz  etmək 

üçün  ən  çox  hind  yoqları  üzərində  təcrübə,  müşahidə  aparırlar.  Demək  olar  ki, 

fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir. 

Yoqa səkkiz hissədən meydana gəlir. Bu hissələr Ashta-Anga olaraq adlandırılar.



 

 



Yama – müsbət yönlərin inkişaf etdirilməsi 

 



Niyama – mənfi yönlərin aradan qaldırılması 

 



Asana – fiziki duruşlar 

 



Pranayama – nəfəs və enerji texnikaları 

 



Pratyahara – bioenerji və çakra texnikaları 

 



Dharana – konsentrasiya texnikaları 

Yoqanın  tarixi  öz  kökləri  ilə  qədim  zamanlara  gedib  çıxır.  Hind  çayı  boyunca 

tapılmış və Hind sivilizasiyasına (b.e.ə. 3300-1700 illər) aid olan bəzi əlyazmalarda 

meditativ və yoqa pozalarında olan fiqurlar təsvir olunmuşdur. 

 

Dhyana – Meditasyiya texnikaları 



 

Samadhi – süpermeditasiya texnikaları 



İnsanlığın  başlanğıcından  bəri  Yoqa  tətbiq  olunmaqdadır.  İlk  başlarda  Ustaddan 

şagirdə  şifahi  köçürülən  məlumatlar  zaman  içində  başqa  təlimlərlə  qarışdırıldığı 

üçün  günümüzdən  2000-3000  il  əvvəl  Ustad  Patancali  tərəfindən  təkrar  orijinal 

halına sadələşdirilib kitab halına gətirilmişdir. Yoqanın bu orijinal halını izah etdiyi 

kitab Yoqa Sutradır. Yoqa bütün dünyada populyarlaşmaqdadır. 2014-cü ilin dekabr 

ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətləri 21 iyunun Beynəlxalq 

Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Həmin tarixdən etibarən 

21 iyun Beynəlxalq Yoqa Günü dünyada milyonlarla insan tərəfindən qeyd olunur. 



İnternetdə: 

www.books.google.com

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə