F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə60/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   56   57   58   59   60   61   62   63   ...   146

180 

 

İyun 



Əlamətdar tarixi günlər və bayramlar 

 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, (1950)  

1 İyun – Ümumdünya Süd Günü, (2001)  

3-4 İyun – Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955) 

4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü, (1982) 

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, (1972) 

8 İyun – Ümumdünya Okeanlar Günü, (1992) 

14 İyun – Beynəlxalq Blogger Günü, (2004) 

15 İyun – Milli Qurtuluş Günü, (1993) 

15 İyun – Ümumdünya Külək Günü 

17 İyun – Tibb İşçiləri Günü, (2001)  

18 İyun – Beynəlxalq Atalar Günü, (1909) 

20 İyun – Ümumdünya Qaçqınlar Günü, (2000)  

21 İyun – Dünya Yoqa Günü 

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü, (2006) 

23 İyun – Beynəlxalq Olimpiya Günü, (1948) 

26 İyun – Silahlı Qüvvələr Günü, (1918) 

26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü  



Yubilyar yazıçı və şairlər 

Şair Mikayıl Müşfiqin 110 illiyi, (05.06.1908-06.01.1937) 

Şair, dramaturq Tofiq Ağayevin 85 illiyi, (06.06.1933) 

Şair Əli Vəkilin 80 illiyi, (10.06.1938) 

Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) 90 illiyi, (12.06.1928-01.04.2014) 

Şair, yazıçı Əminə Tuncayın 75 illiyi, (14.06.1943)  

Yazıçı Bayram İsgəndərlinin 75 illiyi, (17.06.1943) 

Şair Qasım Qasımzadənin 95 illiyi, (23.06.1923-28.07.1993) 

Şair Nigar Rəfibəylinin 105 illiyi, (23.06.1913-10.07.1981) 

Şair Vaqif Məmmədovun 70 illiyi, (28.06.1948-06.02.2016) 

 

 

 



 

 

 




181 

 

İncəsənət 

Xalq artisti, aktrisa Hökümə Qurbanovanın 105 illiyi,  (11.06.1913-02.11.1988) 

Xalq artisti, aktyor Hacıbaba Bağırovun 85 illiyi, (12.06.1933-04.10.2006) 

Xalq artisti, kinodramaturq Oqtay Mirqasımovun 75 illiyi, (12.06.1943) 

Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun 100 illiyi, (15.06.1918-07.04.2005) 

Xalq artisti, aktyor Hacıağa Abbasovun 130 illiyi, (16.06.1888-07.05.1975) 

Xalq artisti, aktyor Əli Qurbanovun 120 illiyi, (20.06.1898-14.10.1962) 



Milli Qəhrəmanlar Zirvəsi 

Azərbaycanın  Milli  Qəhrəmanı  Axundov  Səfa  Fətulla  oğlunun  60  illiyi, 

(19.06.1958-1992) 

Azərbaycanın  Milli  Qəhrəmanı  Hacıyev  Əlif  Lətif  oğlunun  65  illiyi,  

(24.06.1953-25.02.1992) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




182 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, (1950) 

 

     “Uşaqlar  bizim  gələcəyimizdir,  gələcəyimizi  nə  cür  tərbiyə  edəcəyiksə, 

ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!” 

                                                                                          Ümummilli lider  Heydər Əliyev 

 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi 

Gününün  (International  Children's  Day)  qeyd 

olunması 1950-ci ildə BMT Baş Assambleyası 

tərəfindən  qərara  alınıb.  Həmin  gün  təşkil 

olunan  Qadınların  Beynəlxalq  Konfransında 

uşaq  hüquqlarının  təmin  edilməsi  ilə  bağlı 

təkliflər  səslənib  və  elə  həmin  tədbirdə  də  1 

iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə 

həsr  etmək  qərarı  verilib.  Bu  gün  dünyanın 

əksər  ölkələrində  olduğu  kimi,  bu  gün 

Azərbaycanda  da  qeyd  edilir.  Bu  bayramla 

yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 

20  noyabr  tarixində  Ümumdünya  Uşaqlar  Günü  də  qeyd  olunur.  Ümumdünya 

Uşaqlar  Günü  1954-cü  ildə  BMT-nin  Baş  Assambleyasının  №  836  (IX)  saylı 

qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə 

edilən bayram kimi qeyd olunub. 

  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Azərbaycan 



Respublikasında  uşaqlara  dövlət  qayğısının  gücləndirilməsi,  uşaq  problemlərinə 

vətəndaş  cəmiyyəti  qurumlarının  diqqətinin  artırılması  və  ölkənin  uşaqlarla  bağlı 

demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il 

tarixli  sərəncam  imzalamışdır.  Sərəncama  görə  2009-cu  il  "Uşaq  ili"  elan 

olunmuşdur.  1924-cü  ildə  ilk  dəfə  olaraq  Uşaqların  hüquqlarını  təmin  edən 

Bəyənnamə qəbul edilmişdir. Bu  bəyənnamədə  deyilirdi ki, "bəşəriyyət məcburdur  

ki,  uşaqları  ən yaxşı şeylərlə təmin etsin". Həmin  bəyənnamənin qəbul edilməsi ilə 

bağlı ilk işlər Eglantyne Djebb tərəfindən görülmüşdür. O, bacısı Doroti Bakstonun 

köməyi ilə 1919-cu ildə uşaqlara yardım göstərmiş, onların müdafiəsini təmin etmək 

üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoymuşdur.  



İnternetdə: 

www.books.google.com 

 

 

 


183 

 

1 İyun –  Ümumdünya Süd Günü, (2001)   

 

         Ümumdünya    Süd    Gününün    məqsədi 



uşaqların  müdafiəsində,  sağlamlığında  südün 

rolunun  aşılanmasıdır.  Süd  məhsullarının 

faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd 

məhsulları  mədə  şirəsinin  ifraz  olunmasını 

stimullaşdırır,  bağırsaqların  fəaliyyətini  və 

maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm 

tərəfindən  çox  tez  və  asan  mənimsənilir. 

Bundan    əlavə,  insan  orqanizminə  düşdükdə 

südturşulu bakteriyalar C, B1, B2, B12, D vitaminlərini və hətta  təbii  antibiotikləri 

istehsal  edir  ki, onlar  xəstəlikləri  törədən mikrobların (o cümlədən, mədə-bağırsaq 

və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv 

edir. Süd  məhsullarının  tərkibində  orqanizm  üçün  vacib  olan  çoxlu  miqdarda 

kalsium  və  fosfor  mikroelementləri  var  ki,  bu  da  insanın  dişləri  və  sümükləri 

tərkibinə  daxildir.  Bundan  əlavə,  kalsium  insanın  ürək  əzələsinin,  gözlərin,  sinir 

sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə müqayisədə, 

kalsium  daha  çox  miqdarda  bərk  pendirlərin  tərkibində  olur. Lakin  süd 

məhsullarının,  bəlkə  də,  ən  əsas  dəyəri  ondan  ibarətdir  ki,  onlar  bağırsaq 

mikroflorasını yaxşılaşdırırlar. 

         Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, 

düzgün  olmayan  qidalanma  bağırsaqların  mikroflorasına  güclü  zərbə  vurur. 

Nəticədə, orada “yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və 

əksinə  zərərli  mikroorqanizmlərin  sayı  artır.  Bu  balans  pozulduqda  disbakterioz 

inkişaf  edir,  nəticədə  isə  insanın  immun  sistemi  zəifləyir.  İmmun  sistemin 

zəiflənməsi  isə  orqanizmdə  müxtəlif  xəstəliklərin  və  pozğunluqların  əmələ 

gəlməsinə səbəb olur. 

Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini 

yaxşılaşdırır.  Onlar  qəbizlik,  kolit,  qastrit,  qaraciyər  və  öd  yollarının  xəstəlikləri, 

piylənmə,  ateroskleroz,  hipertoniya,  qanazlığı,  miokard  infarktı  zamanı  çox 

xeyirlidir. 

  

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə