F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Teatrşünas, tənqidçi Mehdi Məmmədovun 100 illiyi, (1918-1985)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə59/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   55   56   57   58   59   60   61   62   ...   146

177 

 

22 May – Teatrşünas, tənqidçi Mehdi Məmmədovun 100 illiyi, (1918-1985) 



 

      Mehdi  Əsədulla  oğlu  Məmmədov   1918-ci  il  may 

ayının 

22-də  


Şuşada 

 doğulsa 

da, 

məktəb 


təhsilini  Bakıda  alıb. Yeddinci sinifdən Bakı Türk İşçi 

Teatrının  tamaşalarında  kütləvi  səhnələrə  çıxan  Mehdi 

Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935), həmin 

il   Moskvada   ali   rejissor   təhsili    almağa    getmişdi.  

Ayrı-ayrı  illərdə  Gəncə  Dövlət  Dram  Teatrında  (1942-

1945),  Milli  Dram  Teatrında  (1960-1963),  Opera  və 

Balet  Teatrında  (1956-1960),  Azərbaycan  Dövlət  Rus 

Dram  Teatrında  (1978-1982)  baş  rejissor  kürsüsünü 

tutub.  Sıravi  quruluşçu  rejissor  kimi  ən  çox  Milli  Dram  Teatrında  quruluşlar 

vermişdi.  Mehdi  Məmmədov  həm  romantik,  həm  də  realist  səpkili  tamaşalara 

quruluşlar  verib.  O,  rejissor-pedaqoq  kimi  aktyorun  rol-obraz  üzərində  analitik 

təhlilini əsas, mühüm prinsip kimi götürürdü. 1968-ci ildə "Azəri dramaturgiyasının 

estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdiı. 1960-cı 

ildən  professor  vəzifəsini  tutan,  sənətşünaslıq  doktoru  Mehdi  Məmmədov  "Azəri 

dramaturgiyasının  estetik  problemləri",  "Teatr  düşüncələri",  "Teatrlar.  Aktyorlar. 

Tamaşalar",  "Hüseyn  Ərəblinski",  "Onun  sənət  ulduzu",  "Moskva  Akademik 

Bədaye  Teatrı",  "Aleksandr  Tuqanov"  (rus  dilində),  "Rejissor  sənəti",  "Sabit 

Rəhman" və digər kitabların müəllifidir. Zəngin elmi təfəkkürə malik olan Mehdi 

Məmmədov  milli  teatrşünaslıq  elmimizin  inkişafında,  resenziya  janrının 

formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı illərdə Azərbaycan Teatr 

Cəmiyyətinin  (hazırki  Teatr  Xadimləri  İttifaqı)  sədri  seçilmişdi.  Görkəmli  alimin 

yazdığı  və  dərslik  kimi  keçilən  "Rejissor  sənəti",  "Həyat  və  sənət  yollarında" 

kitabları  elmi  dəyərlərini  bu  gün  də  saxlamaqdadır.  Mehdi  Əsədulla  oğlu 

Məmmədov  1985-ci  il  yanvar  ayının  8-də  qəflətən  vəfat  edib.  Bakıda  Fəxri 

xiyabanda dəfn olunub. 

Kitabları: “Böyük vətəndaş, dahi sənətkar”, “Həyat və sənət yollarında”, “Estetika 

haqqında söhbətlər”, “Rejissor sənəti” və s. 



Filmoqrafiya: Onu bağışlamaq olarmı? (film, 1959), Azərbaycan teatrının ustaları 

(film,  1966),  Cavidi  xatırlarkən  (film,  1982),  Qayıdış  (film,  1992),  Dahilərin 

dostluğu və s. 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 




178 

 

24 May – Xalq aristi, aktyor Fuad Poladovun 70 illiyi, (1948) 

  

 

Fuad  Ağarəhim  oğlu  Poladov   Azərbaycanın  görkəmli  teatr  və  kino 



aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, 

fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısıdır. Fuad Poladov  1948-ci il  may 

ayının  24-də Bakıda doğulub.  132  saylı  orta  məktəbi  bitirib.  Sənətə 1966-cı 

ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və 

kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun 

dəvəti  ilə  tələbə  ikən  Akademik  Milli  Dram  Teatrında  hazırlanan İlyas 

Əfəndiyevin "Məhv  olmuş  gündəliklər"  pyesinin  tamaşasında  Savalan  rolunu 

oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın 

aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə 

Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

 

1989-cu ildən Səməd Vurğun adına 



Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. 

Filmoqrafiya: Ad günü (film, 1977), Qayınana (film, 1978), Atayevlər ailəsi (film, 

1980),  Qırmızı  qatar  (film,  1993),  Qara  "Volqa"  (film,  1994),  Beşmərtəbəli  evin 

altıncı  mərtəbəsi  (film,  1996),  Ailə  (film,  1998),  Qırmızı  terror  və  ya  Mircəfər 

Bağırov (film, 1999), Küçələrə su səpmişəm (film, 2004), Arxada qalmış gələcək 

(film,  2005),  Aktrisa  (film,  2011),  Dolu  (film,  2012),  Mən  evə  qayıdıram  (film, 

2014), Axırıncı dayanacaq (film, 2014) və s.  

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 



 

 

 

 


179 

 

Milli Qəhrəmanlar Zirvəsi 



23 May – Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Yusif  Vəli oğlunun 60 illiyi, 

(1958-1993)  

 

1958-ci  il   23  may   Babək  rayonunun   Böyükdüz  kəndində  anadan 



olmuşdur. 1975-ci  ildə  İ.Səfərli  adına  1  saylı  məktəbi  bitirmişdir. 1988-ci  illərdə 

Xalq Hərəkatına qoşulur. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Yusif tez bir 

zamanda taborun ən ad-sanlı döyüşçülərindən birinə çevirilir. Yusif 14 nəfərlik dəstə 

ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində mühasirəyə düşən bölüyü 

itkisiz  azad  edə  bilmişdi.  Yusif  Mirzəyev 1993-cü  il 19  fevralda Ağdərədə  gedən 

qanlı  döyüşlərdə  mühasirəyə  düşmüş  döyüşçüləri  xilas  edərkən  qəhrəmancasına 

həlak oldu. Ailəli idi, bir övladı qalıb.

  

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Naxçıvan şəhərində 



büstü qoyulmuşdur. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın 

adı verilmiş, qarşısında büstü qoyulmuşdur. 



Azərbaycan  Respublikası  Prezidentinin 27  mart 1993-cü  il  tarixli  495  saylı 

fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli 

Qəhrəmanı" adı verilmişdir. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə