Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi Azərbaycanın həsrət nəğməli şairəsi



Yüklə 45 Kb.
tarix17.11.2017
ölçüsü45 Kb.

Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

mədinə gülgün.jpg

Azərbaycanın həsrət nəğməli şairəsi

M. Gülgün -90

Metodik məktub

Zərdab- 2016

Mədinə Gülgün -90

1926- 1991





Bu il Azərbaycan şairəsi, Azərbaycan Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 90 illiyi tamam olur.

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada İbtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur... Onuda da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafiksaını və fars dilini öyrənir.  Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı]]nın fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun(indiki ADPU) dil  ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitirmişdir.

Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri,M.Ə.Sabiri  Natəvanı sevərək mütaliə etmşdir. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda iştirak edir, bəzən göstərilən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi.  Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır. 

Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. Mədinə Gülgünün "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görmüşdür. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanmışdır. Mədinə Gülgünün ilk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. Vətən sevgisi,azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran,həsrət motivləri də əsasən buradan irəli gəlirdi.

M. Gülgünün əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur.

 Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin Bakıda  Moskvada "Təbrizin baharı" (1950), “Savalanın ətəklərində” (1950) , “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953), “Təbriz qızı” (1956), “Firudin “(poema) (1963) ,”Dünyamızın sabahı” (1974),”Durnalar qayıdanda” (1983), “Dünya şirin dünyadır” (1989) ,"Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarca diğər şeir kitabıları dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnmişdir.



O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları (1960, 1974, 1986), "Şərəf Nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" (1948) və digər medallarla təltif olunmuşdur. 1987- ci ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

M. Gülgünün 90 illik Yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər

Mədinə Gülgün…Bu ad bizə hər şeydən əvvəl həsrət, ayrılıq, qürbət, Təbriz, Savalan, Səhənd sözlərini xatırladır . Bu il yanvar ayında Azərbaycanın həsrət nəğməli şairəsi Mədinə Gülgünün 90 yaşı tamam olur.

Kitabxanalar yubiley ilində fəal iştirak etməli, şairənin ədəbi yaradıcılığını geniş oxuci kütlələri arasında təbliğ olunmasına çalışmalıdırlar.İlk öncə hər bir kitabxanada Mədinə Gülgünün yubileyinə həsr olunmuş tədbirlər planı işlənib hazırlanmalıdır. Tərtib edilən tədbirlər planında əyani və şifahi təbliğatın bütün forma və metodları – kitab sərgisi, stend, oxucu konfransı , ədəbi-bədii gecə , məruzə, dəyirmi masa , kitab həftəsi, ucada oxu , məlumat günləri, sual- cavab gecələri və sair tədbirlər öz əksini tapmalıdır.

Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: ” İdeyalar,arzular şairi“, ”Görkəmli Azərbaycan şairi M.Gülgün”, ” Şeirdi həyatda sərvətim mənim”, ”Azərbaycanın həsrət nəğməli şairi”,” M. Gülgünün yaradıcılığında Təbriz həsrəti”,”Ruhumuzun şairi “,” Mədinə Gülgün -90”,” Mən bu ömrü yaşadım”, “Yenə şeirə döndü sözüm ey Vətən”! və sair.

Yubiley tədbirlərinə kitab sərgiləri ilə başlamaq olar. Sərgiyə “ Mədinə Gülgün-90 “, “ Ruhumuzun şairi “ başlığı vermək olar. Sərgi zövqlə tərtib edilməli, Mədinə Gülgünün yaradıcılığını özündə əks etdirmədir. Sərgilərin təşkilində görkəmli şəxslərin şairə haqqında dedikləri sitatlardan, izahlı mətnlərdən və dövri mətbuat materiallarından da istifadə etmək olar.

Mədinə Gülgünün yubileyi ilə əlaqədar ədibin yaradıcıliğını geniş təbliğ etmək üçün poeziya gecəsinin keçirilməsinin rolu böyükdür. Tədbirin daha maraqlı və keyfiyyətli alınması üçün onun onun keçirilməsinə hazırlıq işlərinə əvvəlcədən başlamaq tövsiyə olunur (1- 1, 5 ay ) . Gecəni kitabxanaçı Mədinə Gülgünün həyat və yaradıcılığından məlumat verməklə açır. Çıxışdan sonra kitabxanaçı sözü gecənin iştitakçılarına verir. İştirakçılar şairə Mədinə Gülgünün “Sevin, ürək, bahar gəlir”, “Bu səhər”, “Layla”, Nə deyərəm”, “Aparın məni”, “Olmadı” adlı şeirlərini söyləyirlər. Gecəni şairə haqqında xatirələr və onun barəsində deyilmiş sitatlarla bitirmək olar.

Yubileylə əlaqədar kitabxanalarda mütaliə həftəsinin təşkili də məqsədəuyğundur . Tədbirı “ Azərbaycan ədəbiyyatının görkəmli şairi M. Gülgün “ , “Şeirə sığmayam ömür “ və s. başlıqlar altında keçirmək olar.

M. Gülgünün həyat və yaradıcılığını geniş təbliğ etmək üçün kitabxanalarda kiçik yaşlı oxucular üçün şairənin həyat və yaradıcılığına həsr olunmuş şeir müsabiqəsi də keçirmək yaxşı olar.Tədbirləri bu başlıqlar altında keçirmək olar: “ “Şeirdi həyatda sərvətim mənim”, “Həzin ,kövrək bir müsiqini xatırladan poeziya” və.s.

Kitabxanalarda M. Gülgünün yaradıcılığını təbliğ etmək məqsədilə kiçik yaşlı oxucular üçün ucadan oxu , keçirmək olar. İfadəli oxudan sonra kitabxanaçı sual- cavab keçirə bilər.Sual- cavab əsasında uşaqların nə dərəcədə diqqətcil olmaları, onların zehni, qavrama qabiliyyəti öyrənilir.

Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Ümumiyyətlə , çalışmaq lazımdır ki , tədbirlər forma və məzmunca maraqlı , təsirli olsun , görkəmli şairə Mədinə Gülgünün həyat və yaradıcılığı , onun Azərbaycan ədəbiyyatında mövqeyi haqqında oxucularda tam təsəvvür yaratsın. Hər bir kitabxanaçı keçirilən yubiley tədbirlərinə yaradıcı münasibət bəsləməli , onun yüksək ideya və bədii səviyyədə keçirilməsinə çalışmalıdır. Tədbirlərin keçirilməsinə kömək məqsədilə metodiki vəsaitin sonuna ədəbiyyat siyahısı əlavə edirik.

___________________

Ədəbiyyat:



  • Gülgün , M.Seçilmiş əsərləri / ön söz . müəl.Elçin.- Bakı: “ Şərq-Qərb, 2004.-224 s.

  • Gülgün , M . Mən bu ömrü yaşadım.-Bakı : “ Nurlan “, 2010.- 208 s.

  • Gülgün, M. Dünyamızın sabahı. Bakı: 1976, 211 s.

  • Gülgün, M. Arzu da bir ömürdür: (Şeirlər və poemalar).- Bakı: Gənclik,- 1976.

  • Gülgün, M. Ömrün payız dayanacağı.Bakı: Yazıçı,1983.- 236 s.

  • Gülgün, M. Dünya şirin dünyadır.- Bakı: Gənclik, 1989.- 200 s.

  • Gülgün ,M. Mən bu ömrü yaşadım: (Şerlər).- Bakı: Tədris, 1997.- 87 s.

  • Gülgün, M.Yora bilməz yollar məni.-Bakı:Azərnəşr,1978.- 302 s.

  • Gülgün, M.Çinar olaydı.-Bakı:1985, - 285 s.

  • Gülgün, M . Yora bilməz yollar məni.- Təbriz , 1991.- 96 s



Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri - G. Qasımova

Redaktor : Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti - M.Əhmədova
: front -> files -> libraries -> 2711 -> documents
libraries -> Hüseyn Arif-90
libraries -> []
libraries -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman
libraries -> Elmi redaktor: Sakit Hüseynov
libraries -> Kürdəmir rayon mks-nin Metodika və biblioqrafiya şöbəsi. Vətənim Azərbaycandır. Metodik vəsait
libraries -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşdirilmiş kitabxana sistemi
libraries -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşmiş kitabxana sistemi
documents -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi Bura Vətəndir
documents -> Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsi Bir gecənin qanla yazılmış tarixi Metodik məktub
documents -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə