F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə49/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   45   46   47   48   49   50   51   52   ...   146

149 

 

8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953) 



 

 

 



 

 

 



 

Bu gün 1828-ci il may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist 

ictimai xadim, “Nobel” sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilmişdir 

və 1953-cü ildən qeyd olunur.  

Anri  Düna  1859-cu  ildə  İtaliyanın  Solferino  əyalətində  Avstriya  və  Fransa 

orduları arasında baş vermiş döyüşün şahidi olmuş və müharibənin dəhşətlərini öz 

gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmişdir. 1863-cü ildə Anri 

Dünanın  təşəbbüsü  ilə  yaralılara  yardım  göstərən  Beynəlxalq  Komitə  (gələcək 

Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi)  yaradılmışdır.  1864-cü  il  avqust  ayının  22-də 

İsveçrədə keçirilən Diplomatik Konfransda emblem – ağ fonda qırmızı xaç qəbul 

olunmuşdur.  Belə  fərqləndirici  nişan,  qırmızı  fonda  ağ  xaçı  əks  etdirən  İsveçrə 

dövlətinin bayrağına olan hörmətin əlamətidir.  

1876-cı  ildə  Osmanlı  imperiyası  rus-türk  müharibəsində  iştirak  edən  tibbi 

işçilərinin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif etmişdir. O vaxtdan adı 

çəkilən emblem, ağ fonda qırmızı xaç emblemi ilə yanaşı, bərabər hüquqlu nişan 

kimi qəbul olunub. Hazırda həmin emblem bir sıra ölkələr tərəfindən istifadə edilir. 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və 

Qızıl  Aypara  cəmiyyətlərini,  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsini  və  Beynəlxalq 

Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləşdirir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 

 


150 

 

9 May –  Faşizm Üzərində Qələbə Günü, (1945) 



 

“Tarix  bu  gün  də,  gələcəkdə  də  bilməlidir  ki,  II  Dünya  müharibəsində, 

Böyük  Vətən  Müharibəsində  Azərbaycan  Respublikasının  fəaliyyəti,  rolu  çox 

böyük olmuşdur”.                                                                         

                                                                                  

Ümummilli lider Heydər Əliyev 

 

Müharibədə    Azərbaycanın    600 

mindən  çox  oğul  və  qızının  amansız 

düşmənlə döyüşlərdə göstərdikləri misilsiz 

şücaət və igidlik, arxa cəbhədə çalışanların 

isə əmək rəşadəti dillər əzbəridir və bugünki 

nəsillər üçün daim örnək olaraq qalacaqdır.  

Azərbaycan  xalqının  İkinci  Dünya 

Müharibəsində 

göstərdiyi  qəhrəmanlıq 

nümunələri  haqqında  çoxlu  sayda  şeirlər, 

kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr 

ucaldılmış,  onların  adları  əbədiləşdirilmişdir.  9  may  –  Faşizm  Üzərində  Qələbə 

Günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, 

minlərlə  həmvətənlərimiz  bu  qələbə  naminə  canlarından  keçiblər.  Onlar  doğma 

Azərbaycanın  hüdudlarından  çox-çox  uzaqlarda  mərdliklə,  hünərlə  vuruşaraq  və 

həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının 

orden  və  medallarla  təltif  edilməsi,  130  nəfər  həmyerlimizin  isə  Sovet  İttifaqı 

Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt  Azərbaycan 

nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli lider 

Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə 

demişdir:  “Bu  qələbənin  çalınmasında  Azərbaycanın  xüsusi  rolu  bir  də  ondan 

ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla 

aparılması  üçün  ən  mühüm  amillərdən  biri  olmuşdur”.  Müharibənin  ilk  illərində 

faşist  Almaniyası işğal  etdiyi  Avropa ölkələrinin iqtisadi  və hərbi potensialını öz 

əlində  cəmləşdirmişdi.  Lakin  “Hər  şey  cəbhə  üçün,  hər  şey  qələbə  üçün”  şüarı 

altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları, nəinki 

dayandırıldı,  faşistlər  Moskva,  Stalinqrad,  Kursk  və  başqa  döyüşlərdə  ən  ağır  və 

sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi. 

 

İnternetdə: 



www.books.google.com 

 

 


151 

 

15 May – Beynəlxalq Ailə Günü, (1994) 



“Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, 

ailə mühitini əvəz edə bilməz”.

                                                                          

 

Mehriban Əliyeva, 



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  

 

Ailə Azərbaycan dövləti, Azərbaycan 

cəmiyyəti  üçün  həmişə  müqəddəsdir. 

Dövlətimiz  cəmiyyətin  əsas  atributu  olan 

ailənin  rifah  halının  gündən-günə  daha  da 

artmasının  qayğısına  qalmaqla,  onun 

müqəddəsliyini bir daha təsdiq edir. 

BMT Baş Assambleyası 1993-cü ilin 

sentyabrında 15 may tarixini 1994-cü ildən 

etibarən hər il Beynəlxalq  Ailə Günü kimi 

qeyd  etməyi  qərara  almışdır.  Ailənin  cəmiyyətin  əsas  elementi,  kiçik 

demokratiyanın  təməli  olduğunu  nəzərə  alaraq,  BMT  demokratik  ideyaları 

dəstəkləyən,  sülh  və  demokratik  millətlər  birliyini  qurmağa  səy  göstərən  bütün 

dünya  ailələrini  birləşdirməyə  çalışır.  Azərbaycanda  ailə  bütün  zamanlarda 

cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev 

Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət 

indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün ölkəmizdə 

ailə  cəmiyyətin  əsas  özəyi  kimi  dövlətin  xüsusi  himayəsindədir  və  dövlət  öz 

siyasətində  ailənin  sosial  müdafiəsi,  gənc  ailələrə  qayğını  əsas  tutur.  Azərbaycan 

ailəsi  və  onun  problemlərini  həmişə  diqqətdə  saxlayan  ulu  öndər  Heydər  Əliyev 

cəmiyyətdə  qadınların  rolunun  artırılması,  qadınlarla  kişilər  arasında  bərabərliyin 

gerçəkləşdirilməsi,  qadın,  ailə  problemlərinin  həlli  istiqamətində  də  böyük  işlər 

görmüşdür. 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət 

Komitəsi  yaradılmışdır.  Bu  məsələyə  böyük  həssaslıqla  yanaşan  Prezident  İlham 

Əliyev  2006-cı  il  fevralın  6-da  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət 

Komitəsinin  yaradılması  haqqında  Sərəncam  imzalamışdır.  Hazırda  bu  komitə 

dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində 

işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkənin birinci 

xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın ailə, 

qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu 

bir daha təsdiq edir. M. Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata 

keçirdiyi  nəhəng  proqram  və  layihələr  ailələr  üçün,  sözün  əsl  mənasında,  böyük 

dayaqdır.  “Uşaq  evləri  və  internat  məktəblərinin  inkişafı  proqramı”  çərçivəsində 

görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət 

edir.                                                                          

İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə