F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Ədəbiyyatşünas Vüqar Əhmədin 55 illiyi, (1963)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə45/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   41   42   43   44   45   46   47   48   ...   146

136 

 

17 Aprel – Ədəbiyyatşünas Vüqar Əhmədin 55 illiyi, (1963) 



 

       Əhmədov Vüqar Mikayıl oğlu 1963-cü il aprel ayının 

17-də  Bakı  şəhərində  hərbiçi-dənizçi,  ziyalı  ailəsində 

anadan 


olmuşdur. 

1984-1987-ci 

illərdə 

Şamaxı 


rayonu  Dərəkənd  kəndində dil-ədəbiyyat müəllimi işləyib. 

Müxtəlif illərdə "Novruz" qəzeti və "Azərbaycan dünyası" 

nəşriyyatlarında  baş  redaktor,  Azərbaycan  Kütləvi 

İnformasiya  Vasitələri  Həmkarlar  Komitəsinin  sədr 

müavini  vəzifəsində,  1987-ci  ildən  2006-ci  ilə  kimi 

Azərbaycan  Teleradiosunda  məsul  vəzifələrdə  çalışıb. 

Hazırda   AMEA-nın   Nizami   adına   Ədəbiyyat  İnstitutunun   baş  elmi  işçisidir.  

2005-2011-ci illərdə AMİ-nin professoru olmuşdur. Rəhbərliyi altında gənc ailimlər 

yetişməkdədir. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-

cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin 

aspiranturasını  bitirib.  1992-ci  ildə  filologiya  elmləri  namizədi,  2005-cü  ildə  isə 

filologiya elmləri doktoru elmi dərəcəsi alıb. "Rus uşaq ədəbiyyatı və Azərbaycan" 

(Bakı,  1992),  "Mircəfər  Pişəvərinin  həyat  mühiti  və  yaradıcılığı"  (Bakı,  1998), 

"Azərbaycan  uşaq  ədəbiyyatı"  (Bakı,  2006),  "Ədəbiyyatşünaslıq"  (Bakı,  2007), 

"Anam mənim" (Tehran.2008), "Ş.M.Xiyabani" (Bakı 2010) və s. kimi 30 kitab və 

300-dən çox elmi, publisistik məqalə müəllifidir. Nəğməkar şair kimi 500-dən çox 

mahnının söz, eləcə də musiqi müəllifidir. Üç roman və 10 şeir kitabının, yüzlərlə 

teleradio  verilişinin  müəllifidir.  İki  dərslik,  iki  tədris  proqramı  çap  olunub. 

Filologiya  elmləri  doktoru,  professor,  eləcə  də  AMEA-da  ədəbiyyatşünaslıq  üzrə 

dissertasiya  şurasının  üzvüdür.  "Qızıl  Qələm",  AHİK-nın  (2  dəfə)  və  AMEA-nın 

"Fəxri  Fərman"ları  ilə  təltif  olunmuşdur.  50  illiyi  ilə  əlaqədar  "Vüqar  Əhmədin 

yaradıcılıq yolu" adlı monoqrafiya yazılmış, telekanallar tərəfindən silsilə verilişlər 

və filmlər lentə alınmışdır. Müxtəlif illərdə Moskva, Tehran və İsveçdə yaradıcılıq 

gecələri  keçirilib.  Dəfələrlə  Asiya  və  Avropa  ölkələrində  beynəlxalq  elmi 

konfranslarda məruzələr edib. Eyni zamanda "Azad Azərbaycan" teleradio şirkəti 

Bədii şurasının üzvüdür. 



Kitabları: “Səyavuşun faciəsi” (1993), “Hər kəsin öz səsi” (1993), “Şahnaz sədası” 

(1994),  “Səsi Quran sədasıdı” (2002) və s . 

 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 


137 

 

20 Aprel – Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusiflinin 70 illiyi, (1948) 



 

      Vaqif Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan 

kəndində  anadan  olmuşdur.  Orta  məktəbi  həmin  kənddə 

bitirmiş  (1966),  ADU-nun  filologiya  fakültəsində  təhsil 

almışdır (1967-1972). 1968-ci ildən dövri mətbuatda çıxış 

edir.  Universiteti  bitirdikdən  sonra  üç  il  (1972-1975) 

Masallı  rayonunda,  orta  məktəblərdə  dil-ədəbiyyat 

müəllimi işləmişdir. 1975-ci ildə Azərbaycan Milli Elmlər 

Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  əyani 

aspiranturasına  daxil  olmuş,  1979-cu  ilin  oktyabr  ayında 

“Müasir  Azərbaycan  nəsrində  konflikt  və  xarakter”  mövzusunda  namizədlik 

dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının 

tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin 

noyabrından   həmin   jurnalın   baş   redaktor   müavini  vəzifəsinə  təyin  edilmişdir. 

2002-ci  ildən  0,5  ştat  vahidi  ilə  Ədəbiyyat  İnstitutunda  aparıcı  elmi  işçi  kimi  də 

çalışmaqdadır. 2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” 

mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan 

Yazıçılar Birliyinin üzvüdür. Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən 

görkəmli  tənqidçilərdən  biridir.  Onun  ədəbiyyatın  müxtəlif  problemlərinə  həsr 

olunmuş 1000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci 

yarısından  başlayaraq  Azərbaycan  nəsrinin,  poeziyasının,  dramaturgiyasının  və 

ədəbi  tənqidinin  inkişaf  prosesini,  mənzərəsini  əks  etdirir.  O,  tənqidin  müxtəlif 

janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini 

sınamışdır.  Məqalələri  Azərbaycanın  hüdüdlarından  kənarda  –  Türkiyədə  və 

Almaniyada  da  çap olunmuşdur.  Respublikanın  Əməkdar  Mədəniyyət  işçisi  fəxri 

adına layiq görülmüşdür (2003). Beynəlxalq Rəsul Rza mükafatı və Məmməd Araz 

ədəbi mükafatı laureatıdır. 

Kitabları:  “Yolun  düşsə  Şirvana”  (1993),  “Ürəyimi  sərdim  günəşə”  (1997), 

“İlhamın kitabı” (1999), “Yollar hayana aparır” (1999) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 

 


138 

 

26 Aprel – Yazıçı, ədəbiyyatşünas Mir Cəlalın 110 illiyi, (1908-1978) 

Mir Cəlal Paşayev 1908-ci ildə İranın Ərdəbil şəhərinin 

Əndəbil   kəndində  doğulmuşdur.  Kiçik  yaşlarında  atası 

Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə 

atası vəfat etmiş,  böyük  qardaşının himayəsində  yaşamışdır. 

1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai 

təhsil  almışdır.  Kazan  Şərq  Pedaqoji  İnstitutunun  ədəbiyyat 

şöbəsində  (1930-1932),  Azərbaycan  Dövlət  Elmi-Tədqiqat 

İnstitutunun  aspiranturasında  təhsilini  davam  etdirməklə 

yanaşı,  müəllimlik  etmişdir  (1932–1935).  "Füzulinin  poetikası"  mövzusunda 

namizədlik  dissertasiyası  (1940),  "Azərbaycanda  ədəbi  məktəblər"  mövzusunda 

doktorluq dissertasiyası (1947) müdafiə etmişdir. Onun ədəbiyyat nəzəriyyəsinə dair 

araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan 

filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair 

məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda 

yazdığı  doktorluq  dissertasiyası,  "Füzuli  sənətkarlığı",  "Cəlil  Məmmədquluzadə 

realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və 

sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.1928-ci ildən ədəbi 

fəaliyyətə başlamışdır. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində 

məsul  katib,  həm  də  Azərbaycan  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat 

İnstitutunda  elmi  işçi  olmuşdur  (1932-1935).  Azərbaycan  Dövlət  Universitetində 

dosent, 1948-ci ildən  professor kimi  fəaliyət  göstərmişdir. Azərbaycan  ədəbiyyatı 

kafedrasının  müdiri  olmuşdur  (1961-ci  ildən).  1978-ci  il  sentyabrın  28-də  vəfat 

etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı küçələrindən birinə onun adı 

verilmişdir. 



Kitabları: Sağlam yollarda (oçerklər). (1932), Boy (novellalar və oçerklər). (1935), 

“Dirilən  adam”  (1936),  “Bostan  oğrusu”  (1937),  “Axundun  iştəhası”  (1938), 

“Gözünaydın”  (1939),  “Füzulinin  poetik  xüsusiyyətləri”  (1940),  “Vətən” 

(hekayələr).  (1942),  “İlyas”  (1942),  “İsrafil”  (1942),  “Şərbət”  (1943),  “Vətən 

yaraları”  (1943),  “Həyat  hekayələri”  (1945),  “İki  rəssam”  (1947),  “Yeni  kəndin 

adamları” (1948), “İlk vəsiqə” (1949), “Təzə şəhər” (1951), “Söyüd kölgəsi” (1951), 

“Fitnə”  (1955),  “Yaşıdlarım”  (1955),  “Yuxu  və  külək”  (1956),  “Dirilən  adam” 

(1978),  “XX  əsr  Azərbaycan  ədəbiyyatı”  (1982),  “Bir  gəncin  manifesti”  (1984), 

“Seçilmiş əsərləri (iki cilddə). I c.(1986), “Seçilmiş əsərləri” (iki cilddə). II c. (1987), 

“Ədəbiyyatşünaslığın əsasları” (dərs vəsaiti). (1988) və s.  



Filmoqrafiya: Bir ailə (film, 1943), Mətbuat fədaisi (film, 2007), Üç zirvənin fatehi 

(film, 2008). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə