F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Ümumdünya İngilis dili Günü, (2010)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə42/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   38   39   40   41   42   43   44   45   ...   146

126 

 

23 Aprel – Ümumdünya İngilis dili Günü, (2010) 



 

 

 



 

 

 



 

 

Ümumdünya İngilis Dili Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur. Belə 



təkliflə  təşkilatın  ictimaiyyətlə  əlaqələr  departamenti  çıxış  etmişdir.  Bayramın 

məqsədi dünyada çoxdillilik ənənələrini möhkəmləndirməkdir. Birləşmiş Millətlər 

Təşkilatı təqvimdə altı gün – hər bir rəsmi dil üçün bir gün ayırmışdır. İngilis Dili 

Gününün qeyd edilməsi böyük ingilis şairi, yazıçısı, dünyanın ən məşhur dramaturqu 

Vilyam  Şekspirin  anadan  olduğu  günlə  bağlıdır.  Bu  gün  ingilis  dili  “dünya  dili” 

hesab olunur, bu dildə dünyanın onlarla ölkəsində bir milyarddan çox insan danışır. 

Bu dil yalnız ingilislərin deyil, həm də ABŞ, İrlandiya, Kanada, Malta, Avstraliya, 

Yeni  Zelandiya  sakinlərinin  dilidir.  İngilis  dili  Asiya  və  Afrikanın  bir  neçə 

dövlətinin rəsmi dilidir.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


127 

 

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günü, (1957) 

 

 

 



  

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər 

il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth 

Solidarity) qeyd olunur. Bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin 

və  kütləvi  informasiya  vasitələrinin  diqqətini  gənclərin  problemlərinə  yönəltməyə 

xidmət  edir.  Eyni  zamanda  bu  bayrama  gənclər  birliklərinin,  ictimai  təşkilatların, 

geniş  əhali kütlələrinin, öz uşaqlarının və  nəvələrinin  gələcəyinə laqeyd  olmayan 

insanların  səylərinin  birləşdirilməsi,  cəmiyyətin  gənclərin  hüquqlarına  əməl 

edilməsinə  nəzarət  etməsinə,  cəmiyyətin  iqtisadi,  sosial,  elmi-texniki  və  mənəvi 

problemlərinin  reallaşdırılmasında  gənclərin  mütəşəkkilliyinin  və  yaradıcı 

fəallığının yüksəldilməsinə, nəsillərin varisliyinə, qanunların və hüquq qaydalarının 

qorunmasına yardım edir.  

  

1955-ci ildə gənclərin həmrəylik gününün hansı günə təyin olunması ilə bağlı 



Asiya və Afrika ölkələrinin Bandunq konfransında yekun iclas keçirilib. Beləliklə, 

Gənclərin  Beynəlxalq  Həmrəylik  Günü  ilk  dəfə  1957-ci  ildə  müstəmləkəçilik 

əleyhinə mübarizədə, sülh şəraitində yanaşı yaşama uğrunda Gənclərin Beynəlxalq 

Həmrəylik  Günü  kimi  qeyd  olunub.  Sözügedən  tarixdə  gənclər  üçün  konfranslar, 

konsertlər və bayram tədbirləri təşkil olunur. Lakin Sovet İttifaqı dağıldıqdan sonra 

beynəlxalq gün öz əsas sponsorunu itirdiyi üçün arabir qeyd edilir. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 



128 

 

28 Aprel – Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı Günü, (1997) 

1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini 

bərpa  etdikdən  sonra 1919-cu  il  martın  28-də  Azərbaycanda 

ilk  milli  təhlükəsizlik  orqanı  yaradıldı.  Lakin  azadlıq  çox 

çəkmədi və 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan 

yenidən işğal edildi. 

      Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 

1-də Milli  Təhlükəsizlik  Nazirliyi yarandı.  Prezident Heydər 

Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli 

təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.  

İnternetdə: 

www.books.google.com 

 

29 Aprel – Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü, (1962) 

 

 

 



 

 

 



 

 

 



 

 

Bu  gün  1962-ci  ildə  Beynəlxalq  Qardaşlaşmış  Şəhərlər  Federasiyası 



tərəfindən təsis olunub və aprel ayının axırıncı  bazar günü qeyd olunur. 

Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası beynəlxalq qeyri-hökumət 

təşkilatı olub, 1957-ci il aprelin 29-də Parisdə yaradılmışdır. Bu təşkilatın əsası Eks-

le-Bendə (Fransa) qardaşlaşmış şəhərlərin nümayəndələri tərəfindən  qoyulmuşdur. 

Onlar 1970-ci ildə Avropa, Asiya, Afrika və Amerikanın 50-dən çox ölkəsinin minə 

qədər şəhərini birləşdirdilər. Hitlərə qarşı koalisiyanın müttəfiq ölkələrinin şəhərləri 

arasında  dostluq  və  əməkdaşlıq  haqqında  ilk  saziş  hələ  1942-ci  ildə  müharibə 

nəticəsində  tamamilə  dağılmış  SSRİ-nin  –  Stalinqrad  və  İngiltərənin  Koventri 

şəhərləri  arasında  imzalanmışdır.  Beləliklə,  hər  il  aprelin  29-da,  aprel  ayının 

sonuncu bazar günü dünyada, ənənəvi olaraq, Ümumdünya Qardaşlaşmış Şəhərlər 

Günü keçirilir.  

İnternetdə: 

www.books.google.com 

 



129 

 

29 Aprel – Beynəlxalq Rəqs Günü, (1982) 

 

29  aprel  peşəkar  və  ya  həvəskar  rəqslə 



məşğul  olan,  rəqsi  sevən  hər  kəsin  bayramıdır. 

Beynəlxalq  Rəqs  Günü  1982-ci  ildən  bəri 

YUNESKO-nun qərarı ilə qeyd olunur. Bu tarix 

Fransız  baletmeysteri  Jan  Jorj  Noverin  doğum 

gününə, yəni aprelin 29-na təsadüf edir. Jan Jorj 

Nover müasir baletin nəzəriyyəçisi hesab olunur. 

Dünyanın  əksər  ölkələrində  olduğu  kimi, 

Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olduğu tarixdən hər il qeyd olunur. 

Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan 

rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min il əvvəl 

Azərbaycan  ərazisində  rəqslər  insanların  həyatında  müəyyən  yer  tutmuşdur.  Bu 

baxımdan Qobustan qayaüstü təsvirləri arasında “Yallı” oynayan insanların təsviri 

xüsusilə maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan 

marağından  xəbər  verir.  Bir-birindən  maraqlı,  məzmunlu  xalq  rəqslərimiz  nəinki 

Vətəndə,  dünyanın  böyük  konsert  salonlarında  da  sevilir.  Onların  simasında 

Azərbaycan milli xoreoqrafiya sənəti inkişaf yolunu tapmışdır. İncəsənətin ayrılmaz 

hissəsi olan milli rəqslərimiz gözəlliyi, bədiiliyi və zərifliyi ilə seçilir. Folklor, qədim 

xalq  oyunları,  rəqs  havaları  milli  incəsənətimizin  qızıl  fonduna  həmişəlik  daxil 

olmuşdur.  “Tərəkəmə”,  “Naz  eləmə”,  “Turacı”,  “Uzundərə”,  “Qoçəli”, 

“Heyvagülü”,  “Vağzalı”  xalq  rəqslərinə  tamaşa  etmək  kifayətdir  ki,  xalqımızın 

zəngin  musiqiyə,  köklü  adət-ənənəyə  bağlı  olduğunu  duyasan.  Filmlərimizdə  də 

rəqslərdən  elementlərə  rast  gəlmək  olar  ki,  bu  da  milli  rəqs  sənətinin  inkişafı  və 

təbliğində mühüm rol oynayır. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə