F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Ümumdünya Sağlamlıq Günü, (1950 )



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə39/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   35   36   37   38   39   40   41   42   ...   146

117 

 

7 Aprel – Ümumdünya Sağlamlıq Günü, (1950 ) 



 

  “Sağlam bədəndə sağlam ruh olar”. 

1948-ci  ildə  I  Ümumdünya  Səhiyyə 

Assambleyası 

Ümumdünya 

Səhiyyə 

Təşkilatının   (ÜST)   yaranmasını  qeyd etmək  

üçün      Ümumdünya      Sağlamlıq    Gününün  

təsis  edilməsi   təşəbbüsü   ilə   çıxış  etmişdir. 

1950-ci 

ildən  başlayaraq  Ümumdünya  

Sağlamlıq   Günü  hər   il  7 aprel  tarixində  

qeyd  edilir.  

Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan 

bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə 

sahəsində  beynəlxalq  ictimaiyyətə  təsir  göstərən  başlıca  problemlərə  yönəltmək 

üçün dünya səviyyəsində bir imkandır. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız 

xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial 

sağlamlıq  vəziyyəti  kimi  müəyyən  edilir.   ÜST  özünün  Ümumdünya  Səhiyyə 

Assambleyası vasitəsi ilə 193 üzv dövlət tərəfindən idarə olunur.  

  

Sağlam  yaşlanmaq  beynəlxalq  ictimai  səhiyyə  proqramının  gündəliyində 



prioritet məsələyə çevrilir. Bu həyatın ilkin mərhələlərindəki sağlamlıqla əlaqədardır 

və sağlam yaşlanma bir çox amillərdən asılıdır. Fərdin bioloji sisteminin funksional 

imkanları  ömrün  ilk  illərində  formalaşır,  ilkin  yetkinlik  dövründə  ən  yüksək 

səviyyəyə çatır və bundan sonra təbii olaraq zəifləməyə başlayır. Yaşlanma harada 

yaşamasından, cavan və ya qoca, kişi və ya qadın, zəngin və ya kasıblığından asılı 

olmayaraq, hər bir insanı düşündürür. İqtisadiyyatın qloballaşdığı, texnologiyanın 

sürətlə inkişaf etdiyi, urbanizasiyanın artdığı, ailə modellərinin dəyişdiyi XXI əsrdə 

ən böyük sosial dəyişikliklərdən biri də əhalinin yaşlanması məsələsidir. Tezliklə 

dünyada həm yaşlı insanların ümumi sayı  bütün həyatı boyu davranışları və məruz 

qaldığı təsirlərlə müəyyən edilir. Buraya onun qidalanması, fiziki aktivlik səviyyəsi 

və  sağlamlıqla  bağlı  risklərə  məruz  qalması  (məsələn,  siqaret  çəkmək,  spirtli 

içkilərdən  sui-istifadə  və  ya  zəhərli  maddələrin  təsirinə  məruz  qalmaq)  halları da 

daxildir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 


118 

 

12 Aprel – Beynəlxalq Aviasiya və Kosmonavtika Günü, (1962) 

 

       12 



aprel 

1962-ci 


il 

Beynəlxalq 

Kosmonavtika  günü  elan  olunub. 

Bu 


bayram əvvəllər ancaq Rusiyada keçirilirdi. 

Amma  artıq  belə  deyil.  Belə  ki,  BMT-nin 

Baş  Assambleyasının  65-ci  sessiyasında 

yekdilliklə  qəbul  edilən  qətnaməyə  əsasən 

12  Aprel  Beynəxalq  Kosmosa  Uçuş  Günü 

(Space Probe Day) kimi bütün dünyada qeyd 

olunur.  

       1961-ci  il  aprelin  12-də  SSRİ  vətəndaşı  Yuri  Qaqarin  “Vostok”  kosmik 

gəmisində  Yer  kürəsinin  ətrafında  orbital  uçuş  həyata  keçirərək,  kosmik  uçuş 

dövrünün əsasını qoydu. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin 

və mənimsənilməsinin başlanğıcı oldu. Başlanğıcda kosmosun tədqiq edilməsi, ABŞ 

və SSRİ arasında strateji yarış şəklini alsa da, sonralar bu əməkdaşlığa çevrildi. SSRİ 

dağıldıqdan sonra bunu Rusiya davam etdirir. Ancaq ABŞ kosmonavtlarının Aya 

uçmasını çıxmaqla, bütün digər ilk addımlar SSRİ tərəfindən atılıb. Bu günə qədər 

kosmosa təqribən 517 insan uçub, onlardan 55-i qadındır. Təəssüf ki, indiyədək 22 

kosmonavt  müxtəlif  şəraitdə  həyatını  itirib.  Vətəndaşları  kosmosa  uçuş  keçirən 

ölkələr  SSRİ,  Rusiya,  ABŞ,  Çexoslovakiya,  Polşa,  Almaniya  Demokratik 

Respublikası,  Bolqarıstan,  Macarıstan,  Vyetnam,  Kuba,  Monqolustan,  Rumıniya, 

Fransa, Almaniya Federativ Respublikası, Hindistan, Kanada, Səudiyyə Ərəbistanı, 

Niderland,  Meksika,  Suriya,  Əfqanıstan,  Yaponiya,  Böyük  Britaniya,  Avstriya, 

Qazaxıstan, Belçika, İtaliya, İsveçrə, Ukrayna, İspaniya, Slovakiya, Cənubi Afrika 

Respublikası, İzrail, Çin, Braziliya, İsveç,  Malayziya və Koreya Respublikasıdır. 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 


119 

 

13 Aprel – Ümumdünya Rok-N-Roll Günü, (1954) 



 

Əslində bayramın qeyd olunmasına səbəb olan tarixi hadisə aprelin 12-də baş 

vermişdir. Belə ki, 1954-cü il aprelin 12-də Bill Xeyli adlı musiqiçi bu sahədə yeni 

istiqamətin  başlanğıcını  qoyan  “Rock  Around  The  Clock”  sinqlini  yazmışdır.  Bu 

musiqi cəmiyyətə və ənənlərə meydan oxuyaraq ABŞ-ın sərhədlərini aşmış və bütün 

ölkələrə  və  qitələrə  yayılmışdır.  Musiqidə  bu  istiqamətin  yaradıcılarından  biri  də 

əfsanəvi Elvis Presli olmuşdur. Onun geyim üslubu, hərəkətləri və davranışları onu 

yeniyetmə  və  gənclərin  kumirinə  çevirmişdir.  1960-cı  illərin  əvvəllərində  rok-n-

rollun yeni üslubu – pop-rok meydana gəlmişdir. Onun əsas nümyəndələri “Bitlz” 

qrpunun  üzvləri,  Liverpullu  dördlük  olmuşdur.  Ötən  illərin  geniş  yayılan  rok 

musiqisi daha çox texniki, sürətli, güclü səslə müşayiət olunur. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə