F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə41/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   37   38   39   40   41   42   43   44   ...   146

123 

 

21 Aprel – Beynəlxalq Sirk Günü 

 Sirk  (lat. Circus – "çevrə" deməkdir) – 

bir  qrup   artist   və  ya  müəssisə  tərəfindən 

akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları 

kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət 

növüdür.  Sirk  peşəsi   heyvanlarla   işləməklə 

bərabər müxtəlif akrobatika və gimnastika kimi 

sahələri  də  özündə  cəmləşdirir.  Buraya, 

həmçinin tamaşaçılar üçün maraqlı olan havada 

kəndir   üzərində  yerimək,   velosiped  sürmək,   janqlyorluq   etmək  və 

yerdə idman növləri yerinə yetirilir. Kloun daha mürəkkəb sirk janrıdır. O, bir neçə 

ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur. 

Klounun mənası gülməli çıxış deməkdir. Sirkin yaranmasının qədim tarixi vardır. 

Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəsində sirk sənəti də inkişaf 

etmiş  və  istər  xarici  görünüşündə  (çevik karvan  və teatrsəhnələri),  istərsə 

də atraksiyonların  aparılmasında  (at teatrı, pantomima)  müəyyən  dəyişikliklərə 

məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur. Klassik 

sirkin  atası  ingilis Filip  Astli (1742–1814)  sayılır.  İllər  keçdikcə  sirkin  inkişafına 

müxtəllif xalqların təsiri nəticəsində bu və ya digər sahədə öz üstünlüyünə malik 

milli  sirklər  yaranmağa  başlamışdır.  Avropada  hələ  də  közəri  halda  fəaliyyət 

gösətərən sirklər mövcud olsa da bir çox Şərq ölkələrində sirk teatrları tikilmiş və 

burada  mütəmadi  olaraq  öz  proqramları  ilə  çıxış  edirlər.  Köçəri  sirk  ustaları 

avtomobil  karvanlarında  şəhər-şəhər  gəzərək  öz  sənətləri  ilə  tamaşaçıları  heyran 

edirlər.  Azərbaycanda  milli  sirk  sənətinin  tarixi  çox  qədimdir.  Hələ  qədim 

zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, 

kəndirbazların  və  pəhləvanların  çıxışlarında  bugünkü  peşəkar  sirkin  güc 

jonqlyorluğu,  kəndirbazlıq,  akrobatika,  cigitlər  və  digər  janrlarının  elementləri 

mövcud olmuşdur. İlk peşəkar sirk – heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı 

illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan tikilmiş həmin 

sirk  binası  az  sonra  yanır.  1905-ci  ildə  yeni  şəhərin  başqa  ərazisində  sirk  binası 

tikilərək istifadəyə verilmişdir. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk 

truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə 

estrada və balet artistlərinin çıxışları salınmışdı. 1967-ci ildə Bakı Dövlət Sirkinin 

memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilmişdir. Həmin 

dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından 

bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir. 

 

İnternetdə: 



www.books.google.com

 

 




124 

 

22 Aprel – Ümumdünya Yer Kürəsi Günü, (1970) 



                                                                                                                                          

Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir. 

 

 

 



     

Ümumdünya Yer Kürəsi Gününün və ya “Ağac Günü”nün tarixi XIX əsrin 

70-ci illərinə təsadüf edir. ABŞ-da senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən 

bu  bayramda  məqsəd  insanların  diqqətini  ətraf  mühitin  çirkləndirilməsi  və  canlı 

aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. 

 Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona 

yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək höküməti ekoloji problemləri həll 

etməyə  çağırıb.  Həmin  vaxtdan  etibarən  başlanan  kütləvi  ekoloji  hərəkat  təbii 

ehtiyatların  qorunmasına  və  sənaye  istehsalı  üzərində  ekoloji  nəzarətə 

istiqamətlənib.  Məhz  XX  əsrin  70-ci  illərindən  etibarən  şirkətlər  ətraf  aləmin 

mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar.  

  

Son  illər  Ümumdünya  Yer  Kürəsi  Günü  ilə  bağlı  müxtəlif  layihələr  və 



tədbirlər həyata keçirilir. 2003-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı 

şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli 

Parkı,  Ağcabədi  və  Beyləqan  rayonlarını  əhatə  edən  Ağ  göl  Milli  Parkı 

yaradılmışdır. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 



125 

 

23 Aprel – Ümumdünya Kitab və Müəllif  Hüquqları Günü, (1995) 



   

1995-ci  ilin  bu  günündə  Parisdə 

YUNESKO-nun  Baş  konfransı  keçirilib. 

Konfransda nümayəndələr həmin gün kitab və 

müəlliflərə  ehtiram  göstərilməsini  qərara 

alaraq,  hər  kəsi,  əsasən  də  gənc  nəsli 

mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin 

ictimai  və  mədəni  inkişafında  böyük  rolu 

olmuş insanların zəhmətinə hörmət bəsləməyə 

çağırıblar. Elə həmin konfransda Ümumdünya 

Kitab və Müəlliflik Hüququ Günü, həmçinin 

uşaq  və  yeniyetmə  ədəbiyyatında  dözümlülük  ideallarının  təbliğinə  görə 

YUNESKO mükafatı təsis edilib.  

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən 

başlayaraq ənənəvi şəkildə qeyd edilir. Müəlliflik hüququnun kitabla bağlı olması, 

başqa sözlə, “Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna” yolu heç də 

təsadüfi  deyil.  Məşhur  Volterin  kəlamı  ilə  desək,  “onlar  ocaqlarımızdakı  oda 

bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, 

onlar hamıya məxsusdur”.  

 Azərbaycan müasir müəllif-hüquq sisteminə malikdir. Ümumdünya Kitab və 

Müəlliflik Hüququ Gününə həsr olunan tədbirlərin keçirilməsinin məqsədi kitab və 

müəlliflik  hüququnun  mədəni  irsimizlə  bağlı  əhəmiyyətini  bir  daha  açıqlamaq, 

davamlı  iqtisadi  inkişafda  və  informasiya  cəmiyyətinin  formalaşmasında  rolunu 

diqqətə  çatdırmaq,  yaradıcı  şəxslərə  öz  hörmət  və  ehtiramlarımızı  bildirmək  və 

mədəni  ənənələrimizin  qorunub  saxlanmasının  vacib  olduğunu  bir  daha 

təsdiqləməkdir. 

 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə