F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Akademik Zərifə Əliyevanın 95 illiyi, (1923-1985)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə44/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   40   41   42   43   44   45   46   47   ...   146

133 

 

28 Aprel – Akademik Zərifə Əliyevanın 95 illiyi, (1923-1985) 



 

Zərifə Əziz qızı Əliyeva 1947-ci ildə N. Nərimanov 

adına  Azərbaycan  Dövlət  Tibb  İnstitutunu  bitirmişdir. 

Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi 

işçi, 1969-cu  ildən  isə  Ə.Əliyev  adına  Azərbaycan 

Həkimləri  Təkmilləşdirmə  İnstitutunda  göz  xəstəlikləri 

kafedrasının  dosenti,  professor,  görmə  orqanlarının  peşə 

patologiyası  laboratoriyasının  müdiri,  oftalmologiya 

kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır. 

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri 

vardır.  O,  vaxtilə  Azərbaycanda  geniş  yayılmış  traxomanın,  dünya  təcrübəsində 

birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə 

bağlı  göz  xəstəliklərinin  öyrənilməsi,  profilaktikası  və  müalicəsinə,  habelə 

oftalmologiyanın  müasir  problemlərinə  dair  bir  çox  sanballı  tədqiqatların,  o 

cümlədən  "Terapevtik  oftalmologiya",  "İridodiaqnostikanın  əsasları"  kimi  nadir 

elmi   əsərlərin  müəlliflərindən  biri,  12  monoqrafiya,  dərslik  və  dərs  vəsaitinin, 

150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva 

yüksək  ixtisaslı  səhiyyə  kadrları  hazırlanmasına  böyük  əmək  sərf  etmişdir. 

Akademik  Zərifə  Əliyeva  Ümumittifaq  Oftalmoloqlar  Cəmiyyəti  Rəyasət 

Heyətinin,  Sovet  Sülhü  Müdafıə  Komitəsinin,  Azərbaycan  Oftalmologiya 

Cəmiyyəti  İdarə  Heyətinin,  "Vestnik  oftalmoloqu"  (Moskva)  jurnalı  redaksiya 

heyətinin  üzvü  idi.  Yüksək  elmi  nailiyyətlərinə  görə  SSRİ  Tibb  Elmlər 

Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür (1981). 1985-ci 

il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 

1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri 

Xiyabanda,  atasının  qəbri  yanında  dəfn  olunmuşdur.  Fəxri  xiyabanda  məzarı 

üstündə 

tuncdan 


heykəli 

ucaldılmışdır. 

Bakıda 

Göz 


xəstəlikləri 

İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu 

ərazisində  adına  istirahət  parkı  salınmışdır.  Bakı  və Naxçıvanda küçə  Zərifə 

Əliyevanın adını daşıyır. 



 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 




134 

 

Yubilyar yazıçı və şairlər 



 

1 Aprel – Yazıçı Aqil Abbasın 65 illiyi, (1953) 

Abbasov  Aqil  Məhəmməd  oğlu  –  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  deputatı,  Azərbaycanın 

əməkdar  jurnalisti,  1986-cı  ildən  Azərbaycan  Yazıçılar 

İttifaqının üzvü, Azərbaycan komsomolu mükafatı laureatı 

(1987)  ("Ən  yaxşı  adam"  kitabına  görə),  Azərbaycan 

Jurnalistlər  Birliyinin  "Qızıl  qələm"  mükafatı  laureatı 

(1993),  "Məmməd  Araz"  adına  ədəbi  mükafat  laureatı 

(1994),  "Dan  ulduzu"  (1993),  "Yaddaş"  və  "Zeynalabdin 

Tağıyev" mükafatları laureatı. 

          Aqil  Abbas   1953-cü  il   aprelin  1-də   Ağcabədi 

rayonunun Kolalı kəndində  doğulub.  1955-ci  ildə  2  yaşında  olarkən  ailəsi  ilə 

birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun 

filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu 

rayonundakı  internat  məktəbində  müəllim  (1976-1977)  kimi  başlayıb,  "Elm  və 

həyat"  jurnalında  fotomüxbir,  şöbə  müdiri  (1977-1987),  "Sovet  kəndi"  qəzetinin 

xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" 

(1993-cü  ildən)  qəzetlərinin  baş  redaktorudur.  Bədii  yaradıcılığa  1970-ci  ildən 

başlasa  da,  ilk  mətbu  hekayəsi  "Şirinlik"  1976-cı  ildə  "Ədəbiyyat  və  incəsənət" 

qəzetində  dərc  olunub.  Bunun  ardınca  1977-ci  ildə  "Şəbədə  Nazim"  hekayəsi 

"Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda 

müntəzəm  çıxış  edir.  "Qiyamət  gecəsi"  və  "Qapqara  uzun  saçlar"  povestlərinin 

müəllifidir (2003).2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. 

Kitabları:  “Evləri  köndələn  yar”  (1983),  “Ən  xoşbəxt  adam”  (1987), 

“Batmanqılınc” (1994), “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” (2001), “Dolu” 

(2008) və s.  

Filmoqrafiya: Biz qayıdacağıq (veriliş, 2007) (II), Dolu (film, 2012) 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 



135 

 

10 Aprel – Yazıçı Salam Qədirzadənin 95 illiyi, (1923-1987) 

     Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da 

Bakı  şəhərində  anadan  olub.  Hələ  uşaq  illərindən  ədəbiyyata 

böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi 

dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil 

almağı  planlaşdırırdı.  1948-ci  ildə  isə  Azərbaycan  Dövlət 

Universitetinin  filologiya  fakültəsinin  qiyabi  şöbəsinə  daxil 

olur  və  eyni  zamanda  Mərkəzi  radionun  yerli  verilişləri  üzrə 

məsul redaktoru vəzifəsində çalışmağa başlayır. 1960-cı ildə S. 

Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur 

və 1966-cı ilədək həmin vəzifədə çalışır. 1975-1976-cı illərdə 

Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 

1976-cı  ildə  isə  “Kirpi”  satirik  jurnalının  baş  redaktoru  təyin  olunur  və  1980-cı 

ilədək həmin vəzifəni icra edir. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-

nin  birinci  katibi  Heydər  Əliyevin  iştirakı  ilə  keçirilən  Azərbaycan  yazıçılarının 

qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir. Salam Qədirzadə 35-ə 

qədər kitab müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl 

var”,  “Sevdasız  aylar”  kimi  romanları  gənclərin  masaüstü  kitabına  çevrilmişdir. 

Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla 

nəşr  olunurdu.  Salam  Qədirzadə  dramaturq  kimi  də  tamaşaçıların  rəğbətini 

qazanmış,  onun  pyesləri  təkcə  Azərbaycanda  deyil,  Ukrayna,  Moldova  və  digər 

ölkələrdə  səhnəyə  qoyulmuşdur.  “Hardasan,  ay  subaylıq”,  “Həmişəxanım”, 

“Gurultulu  məhəbbət”,  “Şirinbala  bal  yığır”  kimi  komediyaları  isə  elə  indi  də 

gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri 

müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini 

qoydu.  Salam  Qədirzadə  yaradıcılıq  baxımından  çox  dolgun,  təqvimi  hesabla  isə 

qısa  bir  həyat  yaşadı.  O, 1987-ci  ilin  noyabrın  15-də  64  yaşında  dünyasını 

dəyişmişdi.  

Kitabları:  “Qış  gecəsi”,  “Yarpaqlar  pıçıldaşır”,  “46  bənöşvə”,  “Sevdasız  aylar”, 

“Ülkər Aytəkin”, “Kəndimizdə bir gözəl var” və s. 



Filmoqrafiya: Biri vardı, biri yoxdu... (film, 1967), Təşəkkür (film, 1978) 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə