F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Şair, dilçi, publisist Adil Babayevin 80 illiyi, (1938)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə46/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   42   43   44   45   46   47   48   49   ...   146

139 

 

28 Aprel – Şair, dilçi, publisist Adil Babayevin 80 illiyi, (1938)



 

 

Adil  Məhəmməd  oğlu  Babayev  28  aprel  1938-ci  ildə 



Azərbaycanın  Naxçıvan  Muxtar  Respublikasının  Ordubad 

rayonunun  Dırnıs  kəndində  anadan  olmuşdur.  Burada  kənd 

orta  məktəbini  bitirdikdən  sonra  Azərbaycan  Dövlət 

Universitetinin  filologiya  fakültəsində  təhsil  almışdır  (1957-

1962). Əmək fəaliyyətinə Azərbaycan Pedoqoji Xarici Dillər 

İnstitutunda  baş  laborant  kimi  başlamışdır.  Burada 

Azərbaycan  dili  və  ədəbiyyatı  kafedrasında  müəllim,  baş 

müəllim (1962-1973), dosent (1973), professor (1997) olmuş, 

kafedra  müdiri  seçilmişdir  (1997-ci  ildən).  1969-cu  ildə 

namizədlik dissertasiyası müdafiə etmişdir. “Azərbaycan dilçiliyinin inkişaf yolları” 

mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir  (1996).  “Dilçiliyə  giriş” 

(1992),  “Azərbaycan  dilçiliyi  tarixi”  (1996),  “Azərbaycan  dili”  (2000),  “Müasir 

Azərbaycan  dilinin  funksional  üslubları”  (2001),  “Dilçiliyin  məbədi”  (2002) 

kitabları kütləvi tirajla nəşr olunmuşdur. Elmi-pedoqoji fəaliyyəti ilə yanaşı bədii 

yaraıcılıqla da ardıcıl  məşğul olmuşdur. Dövri mətbuatda hekayə, şeir, poema və 

publisistik yazılar çap etdirmişdir. “O qızı hər gün görürəm”, “Sarı gəlin” əsərləri 

əsasında  televiziya tamaşası çəkilib nümayiş etdirilmişdir. Krım-Azərbaycan ədəbi 

əlaqələrinə  görə  ilk  dəfə  olaraq  Krım  mədəniyyət  fondunun  Bəkir  Çobanzadə 

mükafatına layiq görülmüşdür. Dövlət Dil Komissiyasının üzvüdür (2001). 

 

Kitabları:  “Koroğlunun  Çənlibelə  qayıdışı”  (1997),  “Bəkir  Çobanzadə”  (1998), 

“Elimizin və elmimizin soyqırımı” (2003) və s. 



 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 


140 

 

İncəsənət 



4 Aprel – Xalq artisti Əli Zeynalovun 105 illiyi, (1913-1988) 

 

Xalq  artisti  Əli  Zeynalov  Azərbaycan  teatr  və  kino 

sənətində  səhnə  və  ekran  hadisələrini  real  həyat  faktı  kimi 

təqdim  edən,  yaratdığı  maraqlı,  dolğun  rolları  tamaşaçıların 

həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub. Əli 

Yusif  oğlu  Zeynalov  4  aprel  1913-cü  ildə  Salyanda  anadan 

olub.  Atası  Yusif  Zeynalov  (1887-1965)  ilk  əlifba  kitabının 

müəllifidir.  Uzun  illər  pedaqoji  fəaliyyətlə  məşğul  olub.  Əli 

Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil 

alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə 

üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı 

baş  rolu  ilə  çoxlarının  rəğbətini  qazanıb.  Bakı  Pedaqoji  və  Teatr  Texnikumlarını 

(1933)  bitirdikdən  sonra  o,  bir  müddət  Moskva  teatrlarında  istehsalat  təcrübəsi 

keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib. İrəvan Tearında 

(1934-1935),  Dram  Teatrında  (1945-1975)  işləyib. Əli  Zeynalovun uzun  illər 

rejissor  Tofiq  Kazımovla  fəal  yaradıcılıq  əlaqəsi  ona  gözəl  sənət  uğurları 

gətirib. İlyas  Əfəndiyevin "Sən  həmişə  mənimləsən"  pyesində  bu  iki  sənətkar  – 

quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük 

uğur  əldə  ediblər.  Yumşaq  tembrli  gözəl  səsə,  aydın  diksiyaya  malik  оlan  Əli 

Zeynalоv  bədii  qiraət  ustası  kimi  də  tanınmışdı.  İncəsənət  İnstitutunda  "səhnə 

danışığı"  fənnindan  dərs  deyib.  Əli  Zeynalov  "İki  ömrüm  olsaydı..."  kitabının 

müəllifidir. Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib. 



Filmoqrafiya:  Axşam  konserti  (film,  1948),  Bəxtiyar  (film,  1955),  Qara  daşlar 

(film, 1956), Uzaq sahillərdə (film, 1958),  Bir qalanın sirri (film, 1959), Əsl dost 

(film, 1959),  Aygün (film, 1960), Qəribə əhvalat (film, 1960), Bizim küçə (film, 

1961), Leyli və Məcnun (film, 1961), Telefonçu qız (film, 1962), Möcüzələr adası 

(film,  1963),  Yenilməz  batalyon  (film,  1965),  Qaraca  qız  (film,  1966)(film, 

kinoalmanax), Dağlarda döyüş (film, 1967), Qanun naminə (film, 1968), Uşaqlığın 

son gecəsi (film, 1968), Mən ki gözəl deyildim (film, 1968),  Birisigün, gecəyarısı... 

(film, 1981), Üzeyir ömrü (film, 1981) və s.  



İnternetdə: 

www.books.google.com 

 

 

 

 


141 

 

17 Aprel – Xalq artisti Lütfiyar İmanovun 90 illiyi, (1928-2008) 



 

Lütfiyar İmanov 1929-cu il aprelin 17-də  Sabirabadda 

anadan  olmuşdur.  İlk  dəfə  məktəbli  olarkən  1943-cü  ildə 

Sabirabad  Dövlət  Dram  Teatrında  aktyor  kimi  özünü 

sınamışdır. 18 yaşıdaykən dram dərnəyinin rəhbəri olmuşdur. 

1948-ci  ildən  Sabirabad  şəhər  mədəniyyət  evində  bədii 

rəhbər  işləmişdir.  1957-ci  ildə  Asəf  Zeynallı  adına  Bakı 

musiqi  məktəbinin  vokal  şöbəsini  bitirmişdir.  1968-ci  ildə 

Azərbaycan  Mədəniyyət  və  İncəsənət  Universitetinin 

teatrşünaslıq fakültəsini bitirmişdir.  

1954-1956-cı  illərdə  Azərbaycan  televiziya  və 

radiosunun xor solisti olmuş, 1956-1957-ci ildə Azərbaycan 

Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili 

Komediya  Teatrında  işləmişdir.  İlk  dəfə  1957-ci  ildə  Moskvada  Üzeyir 

Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün 

sonuna  qədər  Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet  Teatrının  solisti 

olmuşdur.  1965-ci  ildə  Moskvada  Böyük  Teatrda,  1975-ci  ildə  İtalyanın  Milan 

şəhərində “La Skala” teatrında təcrübə keçmişdir. 1968-ci  ildən  başlayaraq  30-dan    

çox  operada  baş rolda çıxış etmişdir. Konsertlərdə Azərbaycan və dünya xalqlarının 

mahnılarını  və  s.  ifa  edirdi.  İran,  İtaliya,  Almaniya,  Hindistan,  Kanada,  ABŞ, 

Türkiyə,  bir  sıra  ərəb  öləkələrində  və  s.  qastrol  səfərlərində  olub.  Pedaqoji 

fəaliyyətlə məşğul olub. Sovet dönəmində Azərbaycan  Dövlət  Konservatoriyasında  

(professor),  1991-1995-ci  illərdə  İstanbul  və  İzmirin  opera  teatrlarında  dərs  

demişdir. 1996-cı 

ildə 

İtaliyada  



Vivaldinin 

 xatirəsinə 

həsr 

edilən 


konsertdə,   Almaniyada "Milleniumun    mahnısı"  festivalında  çıxış  etmişdir. 

"Karmen",  "Faust",  "Otello",  "Trubador",  "Aida",  "Riqoletto"  və s. klassik opera 

əsərlərində  rollar  oynayıb.  1987-1991-ci  illərdə  Azərbaycan  Teatr  Xadimləri  

İttifaqının  sədri  olmuşdur.  1980  və  1985-ci  illərdə  Azərbaycan  SSRİ-nin  Ali 

Sovetinin  deputatı  seçilmişdir.  21  yanvar  2008-ci  ildə  Bakı  şəhərində  rəhmətə 

getmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. 



Filmoqrafiya: Görüş (film, 1955), Koroğlu (film, 1960), Səhər (film, 1960), Ulduz 

(film,  1964),  Sevil  (film,  1970),  Səni  tərənnüm  edirəm,  Vətən!  (film,  1975), 

Azərbaycan  elləri  (film,  1976),  Xalq  nəğməkarı  (film,  1979),  Nəğməkar  torpaq 

(film, 1981),

 

Əzablı yollar (film, 1982), Lütfiyar İmanov (film, 2002), Maestro (film, 



2002) və s. 

 

İnternetdə: 



www.books.google.com 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə