F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Xalq artisti, aktyor Həsənağa  Turabovun 80 illiyi, (1938-2003)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə47/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   43   44   45   46   47   48   49   50   ...   146

142 

 

 



24 Aprel – Xalq artisti, aktyor Həsənağa  Turabovun 80 illiyi, (1938-2003) 

 

        Həsənağa  Səttar  oğlu  Turabov   1938-ci  il   aprelin 

24-də  Bakı  şəhərində anadan olub. 31 saylı orta məktəbdə 

təhsil  alıb.  Orta  məktəbi  bitirdikdən  sonra   Azərbaycan 

İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq 

ixtisası  üzrə  ali  təhsilini  başa  vurub.  Elə  həmin 

ildən  Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə 

başlayıb  və  ömrünün  sonuna  qədər  bu  teatrda 

çalışıb. 1987-2001-ci  illərdə  teatrın  direktoru  və  bədii 

rəhbəri  vəzifələrində  işləyib.  Onun  rəhbərliyi  dövründə 

teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur. 

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan 

və  dünya  dramaturqlarının  əsərlərində  baş  rolları  ifa  edib.   Ağasadıq 

Gəraybəyli,   İsmayıl  Dağıstanlı,   İsmayıl  Osmanlı,  Mehdi  Məmmədov, Adil 

İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı 

rollar  arasında  Vahid  ("Kəndçi  qızı"),  Azər  ("Yaxşı  adam"),  Hamlet  ("Hamlet"), 

Lionel  ("Orman  qızı"),  İsgəndər  ("Ölülər")  Xəyyam  ("Xəyyam")  xüsusilə  seçilir. 

Həsənağa  Turabov  bir  sıra  bədii  filmlərdə,  o  cümlədən,  televiziya  filmlərində 

maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy 

obrazı  onun  ən  yaddaqalan  rollarındandır.  Onun  digər  bir  yaddaqalan 

rolu   "Babək" filmində  yaratdığı  Afşin  roludur.  Həsənağa  Turabovun "Axırıncı 

aşırım", "Çarvadarların  izi  ilə", "Ürək...  Ürək...", "Sevinc  buxtası", "Dantenin 

yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz 

ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru olmuşdur.  

H.Turabovun  son  çəkildiyi  filmlər  isə   Rüstəm  İbrahimbəyovla   Ramiz 

Həsənoğlunun   "Ailə"   və   Eldar  Quliyevin   "Nə  gözəldir  bu  dünya..." filmləri 

olmuşdu.  Həsən  Turabovun   Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət 

Universitetinin professoru  kimi  pedaqoji  fəaliyyəti  də  səmərəli  olub.  O,  zəngin 

təcrübəsinə  əsaslanaraq,  gənclərin  bu  nəcib,  eyni  zamanda  mürəkkəb  sənətin 

incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək 

sənətkarların yetişdirilməsi işində əlindən gələni edib. Həsən Turabov 2003-cü ildə 

vəfat etmişdir.  



Filmoqrafiya: Yeddi oğul istərəm... (film, 1970), Babək (film, 1979), Mən mahnı 

qoşuram (film, 1979), Qızıl uçurum (film, 1980),  Anlamaq istəyirəm (film, 1980), 

Gözlə məni (film, 1980) ,  Xeyir və Şər (film, 1980).

  

İnternetdə: 

www.books.google.com 



143 

 

Milli Qəhrəmanlar Zirvəsi 



20 aprel – Azərbaycanın Milli Qəhrəmanı Xasıyev Samir Zirəddin oğlunun 45 

illiyi, (1973-1995) 

20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 

1980-ci ildə Bakının Nərimanov rayonundakı 82 saylı orta 

məktəbin  birinci  sinfınə  getmişdir.  1988-ci  ildə  ailəsi 

Gəncə  şəhərinə  köçdüyü  üçün,  orta  təhsilini  14  saylı 

beynəlmiləl  orta  məktəbdə  tamamlamışdır.  O,  məktəbi 

bitirib  Bakıya  qayıdır.  1991-ci  ildə  Bakı  Soyuducular 

Zavodunda  işləməyə  başlayır.  Elə  həmin  il  Bakı  Dövlət 

Universitetinin  tarix  fakültəsinin  axşam  şöbəsinə  daxil 

olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır. O, 

əvvəlcə  Dərnəgüldəki  tikinti  batalyonunda  xidmət  edir. 

1992-ci  ildə  isə  Vətənin  çağırışına  səs  verərək  rəhbərlikdən  döyüş  bölgəsinə 

göndərilməsini xahiş edir. S.Xasıyev qısa təlim keçdikdən sonra ön cəbhəyə yola 

düşür.  İlk  döyüşü  Ağdam  rayonunun  Mərzili  kəndindən  başlayır.  1993-cü  ildə 

Füzuli, Ağdərə bölgələrində aparılan əməliyyatlarda fəal iştirak edir. Samir bir neçə 

dəfə yaralansa da, döyüş bölgəsini tərk etmir, yoldaşlarının yanında qalmağı üstün 

tutur. Samirin gərgin döyüşlərinin biri də Tərtər cəbhəsində oldu. Ölümün gözünə 

dik  baxan  cəsur  döyüşçü  bir  neçə  dəfə  mühasirəni  yararaq  yoldaşlarını  xilas  etdi. 

Bacarığını,  səriştəsini  nəzərə  alıb  onu  iki  aylıq  zabitlər  kursuna  göndərdilər.  O, 

leytenant rütbəsi alandan sonra yaratdığı bölüyün komandiri oldu. Samir 1994-cü 

ildə Gəncə qiyamının yatırılmasında fəal iştirak etdi, "Hərbi xidmətlərə görə" medalı 

ilə təltif edildi. Subay idi. Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.  

Bakının  Nərimanov  rayonundakı  keçmiş  Montin  adına  Mədəniyyət  və 

İstirahət parkına Samir Xasıyevin adı verilmiş və parkda büstü qoyulmuşdur. 

 

Azərbaycan  Respublikası  Prezidentinin  4  aprel  1995-ci  il  tarixli  307  saylı 

fərmanı  ilə  leytenant  Xasıyev  Samir  Zirəddin  oğluna  ölümündən  sonra 

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. 

 

 



İnternetdə: 

www.books.google.com 

 

 



 

 



144 

 

May 



Əlamətdar tarixi günlər və bayramlar 

3 May – Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü, (1993) 

3 May – Türk Dünyasının Həmrəylik Günü, (1944) 

3 May – Beynəlxalq Günəş Günü, (1994) 

5 May – Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992) 

8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953)  

9 May – Faşizm üzərində Qələbə Günü, (1945) 

15 May – Beynəlxalq Ailə Günü, (1994) 

15 May – Beynəlxalq İqlim Günü, (1992) 

18 May – Beynəlxalq Muzeylər Günü, (1977) 

20 May – Ümumdünya Meteorologiya Günü, (1875) 

21 May – Ümumdünya Dialoq və İnkişaf  Naminə Mədəni Müxtəliflik  Günü, (2002) 

22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000)  

23 May – Ümumdünya Tısbağa Günü,  (2000) 

28 May – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, (1918) 

31 May – Ümumdünya Tütünlə Mübarizə Günü,

 

(1988)  


Bu tarixi unutmayaq 

8 May – Şuşa şəhərinin işğalı günü, (1992)  

17-18 May – Laçın rayonunun işğalı günü, (1992) 

Azərbaycanın tanınmış şəxsiyyətləri 

10 May – Ümummilli lider Heydər Əliyevin 95 illiyi, (10.05.1923 - 12.12.2003) 



Yubilyar yazıçı və şairlər 

Şair Eyvaz Borçalının 80 illiyi, (05.05.1938) 

Xalq yazıçısı, dramaturq, tənqidçi Elçin Əfəndiyevin 75 illiyi, (13.05.1943) 

Şair Əli Qurban Dastançının 90 illiyi, (14.05.1928-27.03.2004) 

Şair, ədəbiyyatşünas Bəkir Çobanzadənin 125 illiyi, (15.05.1893-1937) 

Şair Əhməd Mahmudun 90 illiyi, (17.05.1928) 

Ədəbiyyatşünas, tərcüməçi, biblioqraf Əmin Əfəndiyevin 85 illiyi, (18.05.1933) 

Dramaturq Rauf İsmayılovun 95 illiyi, (20.05.1923-1980) 

Yazıçı Rəşid bəy Əfəndiyevin 155 illiyi, (24.05.1863-1942) 

Ədəbiyyatşünas, tənqidçi Mustafa Quliyevin 125 illiyi, (24.05.1893-1938) 

Ədəbiyyatşünas, publisist Əli Mirzəyevin 85 illiyi, (24.05.1933) 

Ədəbiyyatşünas, tərcüməçi Elmira Axundovanın 65 illiyi, (26.05.1953) 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə