F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Xalq artisti, aktyor Əliağa Ağayevin 105 illiyi, (1913-1983)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə35/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   31   32   33   34   35   36   37   38   ...   146

104 

 

21 Mart – Xalq artisti, aktyor Əliağa Ağayevin 105 illiyi, (1913-1983) 



 

Əliağa  İsmayıl  oğlu  Ağayev  21  mart  1913-cü  ildə 

Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə 

yeddinci  sinfi  bitirərək  Paris  kommunası  adına  gəmi  təmiri 

zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı 

bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin 

zümzüməli  səslə  işdə  də  dodaqaltı  oxuyan  Əliağa  zavodun 

dram  dərnəyinə  yazılıb.  İlk  rolu  Mirzə  Fətəli  Axundzadənin 

"Hacı  Qara"  komediyasında  Hacı  Qaradır.  Əliağa  Ağayev 

1936-cı  ildə  Gənc  Tamaşaçılar  Teatrının  kollektivinə  daxil 

olub. Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" 

bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda 

da  şöhrətlənən  Əliağa  Ağayev  1961-ci  ilin  payızında  Akademik  Milli  Dram 

Teatrının kollektivinə qəbul olunub. Televiziyanın fondunda aktyorun iştirak etdiyi 

tamaşaların  və  satirik  səhnəciklərin  lentləri  saxlanır.  Həmişə  populyar  və  sevilən 

aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə respublikanın əməkdar artisti, 27 

fevral 1954-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub.  Səhnə görkəmicə ağır 

olan Əliağa Ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, danışığında 

duzlu və məzəli idi. Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, 

sonra  onun  bədii  məzmununa  uyğun  formanı  dəqiqləşdirirdi.  Əliağa  Ağayev  ilk 

növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə 

deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük 

verirdi. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi 

vasitələrin  məntiqi  ahəngdarlığına  çalışırdı.  Həyatda  da  şuxluğu  xoşlayan  Əliağa 

Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə 

söyləyib  güldüyü  yerdəcə  gözlərini  əbədi  qapayıb.  Məzarı  Bakıda,  Yasamal 

qəbristanlığındadır. 

 

Filmoqrafiya: Arşın mal alan (film, 1965), Bir məhəllədən iki nəfər (film, 1957), 

Bizim Cəbiş müəllim (film, 1969), Bizim küçənin oğlanları (film, 1973), Dəli Kür 

(film, 1969), Dərviş Parisi partladır (film, 1976), Evlənmək istəyirəm (film, 1983), 

Əhməd  haradadır?  (film,  1963),  Görüş  (film,  1955),  Qanun  naminə  (film,  1968), 

Qara daşlar (film, 1956), Papaq (film, 2007) Sehrli xalat (film, 1964), Telefonçu qız 

(film, 1962), Üzeyir ömrü (film, 1981) və s.  

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 



105 

 

22 Mart – Xalq artisti, müğənni Rübabə Muradovanın 85 illiyi, (1933-1983) 



 

Rübabə  Muradova  22  mart  1933-cü  ildə  İranın  Ərdəbil  şəhərində  anadan 

olmuşdur. Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən 

onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət 

Opera və Balet Teatrının solisti olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbini 

(Seyid Şuşinskinin sinfini) bitirmişdir (1955). 1971-ci ildə Azərbaycan SSRİ Xalq 

Artisti  adına  layiq  görülmüşdür.  Güclü,  təsirli  və  müxtəlif  çalarlı  səsə,  orijinal 

ifaçılıq  üslubuna  malik  müğənni  idi.  1954-cü  ildən  Azərbaycan  Dövlət  Opera  və 

Balet Teatrının solisti olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 28 avqust 

1983-cü ildə Bakıda vəfat etmişdir. Yasamal rayonunda yerləşən qəbristanlıqda dəfn 

edilib. 

Əsas partiyaları: Leyli ("Leyli və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və 

Kərəm"  –  Üzeyir  Hacıbəyov),  Xanəndə  qız  ("Koroğlu"  –  Üzeyir  Hacıbəyov), 

Ərəbzəngi ("Şah İsmayıl" – Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü 

Hacıbəyli),  Sənəm  ("Gəlin  qayası"  –  Ş.  Axundova)  və  s.  Muğam,  təsnif  və  xalq 

mahnılarının mahir ifaçısı idi. 

Filmoqrafiya:  Muğamlar  (film,  1965),  Ölümdən  24  saat  əvvəl  (veriliş,  2007), 

Rübabə Muradova (film, 2007), Üzeyir ömrü (film, 1981) 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 



 

 

 

 


106 

 

Milli Qəhrəmanlar Zirvəsi



 

4 Mart – Azərbaycanın Milli Qəhrəmanı Əhədov Elşad Saday oğlunun 50 illiyi, 

(1968-1993) 

 

Əhədov  Elşad  Saday  oğlu  4 mart  1968-cı  ildə  Masallı  rayonunun  Təzə 



Alvadı  kəndində  dünyaya  göz açıb. Orta  məktəbin  birinci  sinfinə  1975-ci  ildə  

gedib, 1982-ci  ildə  yeddinci  sinfi  bitirərək  birbaşa Cəmşid Naxçıvanski adına 

Hərbi  liseyə  daxil  olub.    Əhədov  Elşad    liseyi    müvəffəqiyyətlə    bitirərək  

Ukraynanın    Kamenets-Podolsk  Ali  Komandirlər  məktəbinə  qəbul  olunub. 

1989-cu  ildə  baş  leytenant  rütbəsi  ilə  Volqoqrad  vilayətindəki  hərbi  hissələrdən 

birinə rota komandiri vəzifəsinə göndərilib. Gənc zabit bir müddətdən sonra doğma 

Vətəninə  dönür.  Əvvəlcə,  Bakının  Güzdək  qəsəbəsində,  sonra  isə  Lənkəran 

rayonunda  rota  komandiri  kimi  fəaliyyət  göstərir.  O,  erməni  işgalçılarının 

Azərbaycan torpaqlarına hücumundan hiddətə gələrək bir komandir kimi qazandığı 

hərbi  təcrübəni  öz  xalqının  bu  təcavüzdən  qorunmasına  sərf  etmək 

istəyirdi. Beləliklə, Elşad döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli 

rayonu  ərazisindən  başlayır.  Həmçinin  Daşburun,  Nərgiztəpə,  Aşağı  Veysəlli, 

Şişqaya  və  Beyləqanda  da  mərdliklə  vuruşur,  böyük  rəşadət  göstərir.  Onun 

minaladığı  sahəyə  8  düşmən  tankı  və  onlarla  erməni  yaraqlısı  düşərək  məhv 

olur. Qəhrəmanın son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il 

Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə Elşad Əhədov şəhidlik zirvəsini fəth edir. 

Azərbaycan  Resbublikası  Prezidentinin  14  dekabr  1993-cü  il  tarixli fərmanı ilə   

Əhədov  Elşad  Saday  oğlu ölümündən  sonra  “Azərbaycan  Bayrağı”  ordeni ilə  

təltif    edilmişdir.  Elşad  Əhədov  doğma  kəndində  dəfn  olunub.  Öz  kəndində  orta 

məktəb və park Milli Qəhrəmanın adını daşıyır. 



Azərbaycan  Resbublikası  Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı 

fərmanı  ilə  Əhədov    Elşad    Saday    oğluna  ölümündən   sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” adına layiq görülmüşdür.  

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə