F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə17/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   13   14   15   16   17   18   19   20   ...   146

51 

 

Xarici ədəbiyyat 



8 Fevral – Fransız yazıçısı Jül Vernin 190 illiyi, (1828-1905) 

Ona  dünya  şöhrəti  gətirmiş  əsərlərindən  “Yerin 

mərkəzinə  səyahət”  (1864),  “Kapitan  Qrantın  uşaqları” 

(1867),  “20  000  lye  su  altında”  (1870),  “80  gün  dünya 

ətrafında”  (1873)  misal  göstərmək  olar.  Kosmik  və  sualtı 

gəmilərin  hələ  ixtira  olunmadığı  bir  dövrdə  əsərlərində  bir 

qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və 

bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın 

yerdən  görünməyən  hissəsindəki kraterlərdən birinə onun 

adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir. O, 

YUNESKO-nun  Index Translationum  adlı, bütün dövrlərin 

ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə 

qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo 

Vernbak və Herbert  Uellslə  birgə  elmi  fantastika  janrının  “atası”  sayılır.  8  fevral 

1828-ci il də Fransanın Nant şəhərində doğulub. Jul Vern qısa hekayələr və şeirlər 

yazmağa  başladığı  internat  məktəb  dövrünün  ardından  1846-cı  ildə  atasının  işini 

davam etdirə bilmək üçün hüquq təhsili almaq üzrə Parisə getdi. Yazıçılığa yoldaşı 

musiqiçi Jean Louis Aristide Hignard ilə birlikdə teatr oyunları yazaraq başladı. İlk 

teatr  əsəri  12  İyun  1850-ci  ildə  səhnəyə  qoyuldu.  1852-1855-ci  illərdə  Paris 

teatrlarından  birində  katiblik  etdi;  komediyalar,  operettalar  yazdı;  qısa  hekayələr 

qələmə  alıb  jurnallarda  yayınlamağa  başladı.  Jül  Vern  ümumilikdə  66 romanın 

(bunlardan  üçü  –  “Keşiş  1839-cu  ildə”,  “Robinzon  dayı”  və  əfsanəvi  “Paris  XX 

əsrdə” ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq povest və hekayənin, 30-dan 

artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir. Səfərlərinin bir çoxu sonradan 

onun bir sıra məşhur əsərlərinin süjet xəttini təşkil etmişdir – “Üzən şəhər” (1870), 

“Qara  Hindistan”  (1877),  “Yaşıl  şüa”  (1882)  və  s.  Onun  “Klodius  Bombarnak” 

əsərində Azərbaycan, Bakı və Xəzər dənizi təsvir olunmuşdur.  

Kitabları:  “Yerin  mərkəzinə  səyahət”  (1864),  “Yerdən  Aya”  (1865),  “Kapitan 

Haterasın səyahət və  macəraları” (1865), “Kapitan Qrantın uşaqları” (1867), “Ay 

ətrafında” (1869), “80 gün dünya ətrafında”(1872), “Sirli ada” (1874), “On beş yaşlı 

kapitan” (1878) və s.                   



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 


52 

 

İncəsənət 



5 Fevral – Xalq artisti, bəstəkar Qara Qarayevin 100 illiyi (1918-1982) 

        


        Qarayev   Qara  Əbülfəz  oğlu  1918-ci  il   fevralın 

5-də Bakı şəhərində  məşhur    həkim  –  pediatr   Əbülfəz 

Qarayevin v

ə  Sona  xanım  İskəndər  qızının

  ailəsində 

anadan  olmuşdur.   1926-cı  ildə   Azərbaycan  Dövlət 

Konservatoriyası yanında  musiqi  məktəbinə  qəbul 

edilmiş,   1935-ci  ildən  isə  Azərbaycan  Dövlət 

Konservatoriyasında  bəstəkarlıq  və  Azərbaycan  xalq 

musiqisinin  əsasları siniflərinin tələbəsi olmuşdur.  

        1937-ci 

ildən  


Azərbaycan 

Bəstəkarlar 

İttifaqına üzv  qəbul  edilmişdir. 1941-ci  ildə  Müslüm 

Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 

bədii  rəhbəri  vəzifəsini  tutmuşdur.  1946-cı  ildən 

Azərbaycan  Dövlət  Konservatoriyasında  bəstəkarlıq  sinfində  müəllim  kimi  işə 

başlamış, elə həmin il Cövdət Hacıyevlə birlikdə yazılmış "Vətən" operasına görə 

SSRİ Dövlət mükafatı laureatı olmuşdur. 1948-ci ildə "Leyli və Məcnun" simfonik 

poemasına  görə  Dövlət  mükafatı  laureatı  olmuş  və  Azərbaycan  Elmlər 

Akademiyasının  memarlıq  və  incəsənət  İnstitutunun  musiqi  bölməsinə  rəhbərlik 

etməyə başlamışdır. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının 

direktoru  olmuşdur.  1952-ci  ildə  Azərbaycan  Bəstəkarlar  İttifaqı  idarə  heyətinin 

sədri  seçilmişdir.  1953-cü  ildə  Leninqrad  Dövlət  Kiçik  ("Malıy")  opera  teatrında 

"Yeddi  gözəl"  baletinin  ilk  tamaşası  qoyulmuşdur.  1955-ci  ildə  Azərbaycan       

SSRİ-nin  əməkdar  incəsənət  xadimi, 1958-ci  ildə  Azərbaycan  SSR  xalq  artisti 

adlarını  almışdır.1959-cu  ildə  SSRİ  xalq  artisti,  Azərbaycan  Dövlət 

Konservatoriyasının  bəstəkarlıq  kafedrasının  professoru,  Azərbaycan  Elmlər 

Akademiyasının  akademiki  seçilmişdir.  1982-ci  il mayın  13-də Moskva şəhərində 

dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur. 

Operalar: "Vətən" (1945) – Cövdət Hacıyevlə birgə, "Zəriflik" (1972);  

Baletlər:  "Yeddi  gözəl"  (1952),  "İldırımlı  yollarla"  (1958),  "Leyli  və  Məcnun" 

(1969);  Orkestr  üçün  əsərləri:  "Azərbaycan  süitası"  (1939),  "Leyli  və 

Məcnun" simfonik  poeması  (1947),  "Yeddi  Gözəl"  simfonik  süita  (1949),  "Don 

Kixot"  simfonik  qravürləri  (1960),  Üç  simfoniya  (1943,  1946,  1965),  "Vyetnam 

süitası"; Filmoqrafiya: Xəzər dənizçiləri (film, 1944), Bakının işıqları (film, 1950), 

Xəzər  neftçiləri  haqqında  dastan  (film,  1953)  Doğma  xalqıma  (film,  1954),  Bir 

məhəllədən iki nəfər (film, 1957),

 

Leyli və Məcnun (film, 1961), İnsan məskən salır 



(film, 1967) və s.                                                       

İnternetdə:

 www.az.wikipedia.orq

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə