F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü, (2012)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə12/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   8   9   10   11   12   13   14   15   ...   146

35 

 

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü, (2012) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

14  Fevral  –  Beynəlxalq  Kitab  Bağışlama  Günü  (International  Book  Giving 

Day)  –  təqvimdə  ən  gənc  bayramlardandır.  Bu  gün  uşaqlara  kitab  bağışlayan  və 

onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.  

Bu  bayram  2012-ci  ildə  özünün  meydana  gəlməsində  ABŞ-da  məşhur 

Delightful  Children’s  Books  uşaq  kitabı  saytının  yaradıcısı  Emmi  Brodmura 

borcludur. Bu ideyanı ona balaca oğlu vermişdir. O, anasından soruşmuşdur ki, niyə 

insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur. 

Öncə  Emmi  Brodmur  internet  şəbəkəsində  müxtəlif  insanlara bu təşəbbüsə 

qoşulmağı təklif etmişdir. İki il ərzində bu təşəbbüs dünyada dəstək qazanmış və  

indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. 

Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq 

yazıçılarının dəstəyi mühüm rol oynamışdır. Hər il minlərlə həm oxunmuş, həm də 

yeni  kitablar  dünyanın  bütün  istiqamətlərinə  yola  salınır  və  uşaqlarda  kitaba 

məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.  

 

 



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 


36 

 

17 Fevral – Təmənnasız Xeyirxahlıq Günü 



 

  

 



 

 

 



 

 

 



 

 

 



Hər  il  fevralın  17-də  bütün  dünyada  qeyd  olunan  Təmənnasız  Xeyirxahlıq 

İfadəsi Günü (Random Acts of Kindness Day) beynəlxalq xeyriyyə təşkilatlarının 

təşəbbüsü ilə təsis olunmuşdur. Bu bayram ABŞ-da yaransa da, lakin bu gün artıq 

ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir və vətəndaşlıqdan, milliyyətdən və 

dini inanclardan asılı olmayaraq qeyd olunur.  

Bu bayram daha çox Qərbi Avropa və ABŞ-da məşhurdur. Həmin gün bir çox 

şəhərlərdə ənənəvi olaraq məşhur aktyorların, ictimai və siyasi xadimlərin iştirakı 

ilə xeyriyyə tədbirləri və marafonları keçirilir.  

Əgər insan öz yaxşılığı müqabilində təşəkkür gözləyirsə, bu həqiqi yaxşılıq, 

xeyirxahlıq hesab olunmur. Siz xeyirxahlıq etdiyiniz insanların sevincini görməyi 

və  tərifini  eşitməyi  gözləməməlisiniz.  Xeyirxah  əməllər  özlüyündə  sizə  zövq 

verməlidir, buna görə tərif gözləməməlisiniz. Əsl xeyirxahlıq budur! 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 



37 

 

21 Fevral – Beynəlxalq Ana Dili Günü, (1999) 



 

“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir”. 

                                                                               

Ümummilli lider Heydər Əliyev 

“Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir 

sözünü ləl cavahirata dəyişməyin”.

                                    

   

Şah İsmayıl Xətai 

 

 

 



 

 

 



 

Beynəlxalq  Ana  Dili  Günü  YUNESKO-nun  1999-cu  il  noyabr  tarixində 

keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən 

dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.  

Dil  hər  bir  millətin  maddi  və  mənəvi  irsini  qoruyan  və  inkişaf  etdirən  ən 

mühüm  və  ən  güclü  vasitədir.  Hər  bir  insan  öz  ana  dilini  yaxşı  bilməli  və  onu 

qorumalıdır.  Çünki  Ana  dili  insanın  mənəvi  aləminin  zənginləşməsində, 

dünyagörüşünün  genişlənməsində,  mükəmməl  təhsil  almasında,  öz  soydaşları  ilə 

ünsiyyət  qurmasında  mühüm  rol  oynayır.  Ana  dili  millətin  özünəməxsusluğunu 

qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, 

onlarla ünsiyyət qurmağa imkan yaradır. Dünyada məhv olmaq təklükəsi ilə üzləşən 

dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz 

doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ 

olduğunu  bir  daha  xatırladır.  Dil  ünsiyyət  vasitəsidir,  millətin  simasını 

səciyyələndirən  amillərdən    biri,  bəlkə  də  birincisidir.  O,  hər  hansı  bir  xalqın 

varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, 

mənəviyyatı  və  mədəniyyəti  olan  dil  cəmiyyətin  təşəkkülü  və  inkişafı  ilə  birgə 

yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, 

milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.  

 

                                          



İnternetdə: 

www.books.google.com 


38 

 

27 Fevral – Beynəlxalq Qütb Ayısı Günü 

 

Hər  il  fevralın  27-də  dünyada  Beynəlxalq  Qütb  Ayısı  Günü  (International 



Polar  Bear  Day)  qeyd  olunur.  Bu  günün  qeyd  olunmasının  əsas  məqsədi 

ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının 

vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul 

olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər 

həyata keçirilir.  

Qütb  ayılarının  yoxolma  təhlükəsinin  əsas  səbəblərindən  biri  olan  qütb 

buzlaqlarının ərinməsidir. Ağ ayıların məhv olmasının daha bir səbəbi ətraf mühiti 

çirkləndirən neft quyularının işlənməsidir.  

Son  illərdə  əldə  olunmuş  məlumatlar  sübut  edir  ki,  Qütb  ayısı  təqribən  5 

milyon il əvvəl təkamülə başlamışdır. Onun  əcdadı qonur ayı olmuşdur. Lakin ağ 

ayı,  qonur  ayıdan  fərqli  olaraq,  uzaq  Şimalda,  dəniz  buzları  arasında  yaşamağa 

uyğunlaşmışdır. 

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 



 

 

 

 

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə