5
də Vətən üçün yaşaya, öz əməli ilə Vətənin şöhrətini artıra bilər.
Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Əsgər
döyüş meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərdə
yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətin iqtisadi
qüdrəti artır. Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə
edilə bilər.
Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla,
Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur.
Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır,
müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı
və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an
canını qurban verməyə hazırdır. Vətən uğrunda canından keçən
qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəfli şəhid adı qazanırlar.
Bu vətən övladları doğma yurda sədaqət rəmzi,
məhəbbət sinvoludurlar. Onlar Vətən torpağı uğrunda vuruşmuş,
onun bölünməzliyı uğrunda canlarını qurban vermişlər!
Eşq olsun belə qəhrəmanlar! Eşq olsun onların amalına! Bax
budur əsl vətəndaşlıq borcu, vətəndaşlıq amalı.
Biz “Vətən” anlayışını müqəddəsliyini dahi Üzeyirin
“Koroğlu” uvertürasını dinləyəndən, Sabiri, Mirzə Cəlili oxuyub
dərk etməyə başlayanda duyuruq. Bu müqəddəslik bizim
qəlbimizə ana laylası, ana zümzüməsi ilə axıb gəlir.
Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq.
Onun dünəninə, bu gününə və sabahına da hamımız cavabdehik:
əməyimizlə, lazım gəlsə canımızla və qanımızla. Bu müqəddəs
məkanda keçmişlə gələcəyimiz qovuşur.O əbədi və əzəlidir.
Onun göylərində əcdadlaımızın ruhu dolaşır. Vətəni bizlərə
babalarımız ərmağan etmişlər. Əcdadlarımız onun uğrunda
vuruşmuş, onu qorumuşlar.
Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və
məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam
hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan
amildir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı
özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və
6
istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların
zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu
vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə
xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.
Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də
aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının,
bütövlüyünün təməli desək, yəqin ki, səhv etmərik. Bir xalqın,
millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər
tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən
əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi
ilə ölçülür. Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki,
doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli
qızları həmişə vətənpərvər olmuş, işğalçılara qarşı
qəhrəmancasına mübarizə apararaq, Vətənimizi düşmən ayağına
verməmişlər. Mərd, mübariz oğul və qızlarımız doğma Vətəni
həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə
canlarını qurban verməkdən çəkinməmişlər. Azərbaycan xalqının
igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli
işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə, bu günümüzün
qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlar son dövrlərin Qarabağ
savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan
şəhidlərdir.
Bəs Vətən sevgisi nədir? Üzərində həyat sürdüyümüz bu torpaq
üçün lazım gələndə həyatını, sahib olduğu hər şeyi Vətən yolunda
düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür Vətən
sevgisi. Vətən sevgisi ən əsil, ən uca sevgidir. Məqamı gəlincə
Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür.
Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar
yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcəyı
olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət,
soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə
olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı
əhəmiyyətli məsələ kimi baxmışdır. Biz şanlı tariximizlə, əfsanəvi
7
qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşır, Babək, Şah
İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid
bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi
Hüseynzadə kimi igid və cəsur sərkədələrimizin şəxsi nümunəsi
bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və
bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin
gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim
savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi
nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön
plana keçməlidir. Respublikamızın ümumtəhsil, orta ixtisas və ali
məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin,
humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-
vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır.
Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı
aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan
şagirdlərə və alı məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı
fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər
də verilsin. Keçmiş Sovetlər birliyi dövründə mövcud
dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi
vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu
biliklər məxfilik üzündən verilmirdi. Əslində bu, bilərəkdən ona
görə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum
olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq
bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən
nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq
hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində
ailənin, cəmiyyətin- ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar
bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada
onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək
vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi
keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-
insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub
olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun
təhlükəsizliyi üçün məsuliyyət daşıyan, ölkənin yüksəlişində
Dostları ilə paylaş: |