8
iştirak edən insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulub,
vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil və əmək
proseslərində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə,
bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük
mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur.
Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki,
ailədə vətəndaşlıq tərbiyəsi kor-koranə deyil, planlı, sistemli,
məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq
tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə
və şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur. Onlar nizam-
intizamlı, savadlı olmalı, hər zaman nümunəvi davranmalı,
vətənin tarixini, coğrafiyasını, xalqının mədəniyyətini, milli adət-
ənənələrini bilməlı, bu torpağin hər daşını belə sevməlıdirlər. Bu
sahədə biz kitabxanaçıların da üzərinə çox böyük məsuliyyət
düşür. Uşaq kitabxanalarında çalışan hər birimiz anlamalıyıq ki,
uşaqlar savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli,
vicdanlı, mübariz ruhda böyüməli, pis niyyətlə, əliəyriliklə
barışmamalıdırlar.
Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət
quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən
böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi
diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq
hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı
müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı
olmuşdur. Hərbi – vətənpərvərlik tərbiyəsini quru sözlərlə,
nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Müstəqil Azərbaycan
dövlətinin qorunub saxlanılması, onun tərəqqisi naminə gələcəyin
qurucuları olan bügünkü nəslin əsl vətəndaş kimi yetişməsi üçün,
biz kitabxanaçılar xalqımızın keçmişini mükəmməl öyrənməyə
səy göstərən məktəbliləri torpaqlarımızın bütövlüyü və
toxunulmazlığı, azadlığı və müstəqilliyi yolunda qəhrəmancasına
həlak olmuş şəhidlərimizin həyat və döyüş yollarını əks etdirən
kitablarla tanış etməli, öz şərəfli ölümləri ilə ölümsüzlük zirvəsini
9
fəth etmiş oğullarımızın qısa, lakin mənalı həyat yolları haqqında
ətraflı məlumat verməliyik.
II Vətənpərvərlik tərbiyəsi ilə bağlı keçiriləcək tədbirlər
İnsana məxsus yüksək mənəvi keyfiyyətlər sırasında
vətənpərvərlik hissi mühüm yer tutur. Bu müqəddəs hissin lap
kiçik yaşlardan aşılanması böyük əhəmiyyət kəsb edir. Bu sahədə
məqsədəuyğun nəticə əldə etmək üçün uşaq tərbəyə
müəssisələrilə, məktəblərlə yanaşı, kitabxana da, hər şeydən
əvvəl, öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri
qabaqcadan müəyyənləşdirməlidir. Burada tədbirlər arasında
yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.
Belə ki, uşaqların vətənpərvərlik tərbiyəsinin kitabxanalarda
təbliği oxucularla aparılacaq söhbətlər, keçiriləcək tədbirlər
öncədən planlaşdırılmalıdır. Bu məqsədlə kitabxanada söhbət,
oxucu konfransı, ədəbi-bədii gecə və sair keçirmək olar. Bu gün
kitabxana hərbi-vətənpərvərlik anlayışını oxuculara necə
çatdırmalıdır? Bunun üçün ilk növbədə uşaq və yeniyetmələrdə
müharibə ilə bağlı təsəvvür yaratmaq məqsədilə sərgi təşkil
olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı,
hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər və foto-
şəkillər də nümayiş oluna bilər. Orada ədəbiyyat siyahısı asmaq
və kartoteka qutusu da qoymaq olar. Sərgi aşağıdakı başlıqlar
altında təşkil oluna bilər: “Vətənpərvərlik tərbiyəsi ümummilli
xilas yolumuzdur”, “Tariximizin şanlı səhifələri”, “Heç kim və
heç nə unudulmur”, “Qəhrəmanlıq zirvəsinə ucalanlar”, “Vətən
bizi çağırır”, “Vətənpərvərlik
- ən ülvi bir hissdir” və s. Sərgidə
görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında söylədikləri
fikirlərdən, sitatlardan istifadə etmək sərgini daha da məzmunlu
və dolğun edər.
11
Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında
söylədiyi kəlamlardan, atalar sözlərindən istifadə edilir:
Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik,
Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır
olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ
etməkdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir,
Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət
müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət
müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub
saxlamaqdır. Bizim vəzifəmiz bu müstəqilliyi möhkəmləndirmək
dən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti
çatdırmaqdan ibarətdir.
Heydər Əliyev
Ümummilli lider
Dağlıq Qarabağ bizim torpağımızdır, tarixi Azərbaycan
torpağıdır və biz onu istənilən yolla, istənilən vasitə ilə işğaldan
azad etməliyik. Ona görə də iqtisadiyyat daha da inkişaf etməli,
daha güclü ordu yaranmalı, gənclərimiz hərbi vətənpərvərlik
ruhunda daha yüksək dərəcədə tərbiyə olunmalıdırlar".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə
bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpər
vərliklə uyğunlaşdırsın.
M.F.Axundzadə
Azərbaycan dramaturgiyasının banisi
Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi
olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.
N.Nərimanov
İctimai-siyasi xadim,yazıçı