F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
1   2   3   4   5   6   7   8   9   ...   13

 

iştirak edən insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulub, 



vətəndaş  kimi  fəaliyyət  göstərərək  tərbiyə-təhsil  və  əmək 

proseslərində  vətəndaş  hazırlığı  keçir.  Əsl  vətəndaş  dedikdə, 

bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük 

mənəvi  keyfiyyətlərə  malik  olan  insan  nəzərdə  tutulur. 

Vətəndaşlıq  tərbiyəsinin  mənbəyi  ailədir.  Təcrübə  göstərir  ki, 

ailədə  vətəndaşlıq  tərbiyəsi  kor-koranə  deyil,  planlı,  sistemli, 

məqsədli  şəkildə  təşkil  olunmalıdır.  Uşaqların  vətəndaşlıq 

tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə 

və  şəxsiyyət  kimi  yetişməsi  nəzərdə  tutulur.  Onlar  nizam-

intizamlı,  savadlı  olmalı,  hər  zaman  nümunəvi    davranmalı,  

vətənin tarixini, coğrafiyasını, xalqının mədəniyyətini,  milli adət-

ənənələrini bilməlı, bu torpağin hər daşını belə sevməlıdirlər.  Bu 

sahədə  biz  kitabxanaçıların  da  üzərinə  çox  böyük  məsuliyyət 

düşür.  Uşaq  kitabxanalarında  çalışan  hər  birimiz  anlamalıyıq  ki, 

uşaqlar  savadlı  olmalı,  işə  şüurlu  yanaşmalı,  məsuliyyətli, 

vicdanlı,  mübariz  ruhda  böyüməli,  pis  niyyətlə,  əliəyriliklə 

barışmamalıdırlar.  

Azərbaycan  Respublikasında  hüquqi,  demokratik  dövlət 

quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən 

böyüməkdə  olan  nəslin  hərbi  vətənpərvərlik  tərbiyəsinə  xüsusi 

diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq 

hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı 

müharibəni  arzulamır,  həmişə  sülhün,  əmin-amanlığın  tərəfdarı 

olmuşdur.  Hərbi  –  vətənpərvərlik  tərbiyəsini  quru  sözlərlə, 

nəsihətlərlə  də  məhdudlaşdırmaq  olmaz.  Müstəqil  Azərbaycan 

dövlətinin qorunub saxlanılması, onun tərəqqisi naminə gələcəyin 

qurucuları olan bügünkü nəslin əsl vətəndaş kimi yetişməsi üçün, 

biz  kitabxanaçılar  xalqımızın  keçmişini  mükəmməl  öyrənməyə 

səy  göstərən  məktəbliləri  torpaqlarımızın  bütövlüyü  və 

toxunulmazlığı, azadlığı və müstəqilliyi yolunda qəhrəmancasına 

həlak  olmuş  şəhidlərimizin  həyat  və  döyüş  yollarını  əks  etdirən 

kitablarla tanış etməli, öz şərəfli ölümləri ilə ölümsüzlük zirvəsini 




 

fəth etmiş oğullarımızın qısa, lakin mənalı həyat yolları haqqında 



ətraflı məlumat verməliyik.  

 

II Vətənpərvərlik tərbiyəsi ilə bağlı keçiriləcək tədbirlər 

 

İnsana  məxsus  yüksək  mənəvi  keyfiyyətlər  sırasında 

vətənpərvərlik  hissi  mühüm  yer  tutur.  Bu  müqəddəs  hissin  lap 

kiçik yaşlardan aşılanması böyük əhəmiyyət kəsb edir. Bu sahədə 

məqsədəuyğun  nəticə  əldə  etmək  üçün    uşaq    tərbəyə 

müəssisələrilə,  məktəblərlə  yanaşı,    kitabxana  da,  hər  şeydən 

əvvəl,  öz  işini  düzgün  planlaşdırmalı,  il  ərzində  görəcəyi  işləri 

qabaqcadan  müəyyənləşdirməlidir.  Burada  tədbirlər  arasında 

yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.  

Belə  ki,  uşaqların  vətənpərvərlik  tərbiyəsinin  kitabxanalarda 

təbliği  oxucularla  aparılacaq  söhbətlər,  keçiriləcək  tədbirlər 

öncədən  planlaşdırılmalıdır.    Bu  məqsədlə  kitabxanada  söhbət, 

oxucu konfransı, ədəbi-bədii gecə və sair keçirmək olar. Bu  gün 

kitabxana  hərbi-vətənpərvərlik  anlayışını  oxuculara  necə 

çatdırmalıdır?    Bunun üçün  ilk  növbədə  uşaq  və  yeniyetmələrdə 

müharibə  ilə  bağlı  təsəvvür  yaratmaq  məqsədilə  sərgi  təşkil 

olunmalıdır. Sərgidə  kitab, qəzet və  jurnal məqalələri ilə  yanaşı, 

hərbi-vətənpərvərlik  mövzusuna  həsr  olunmuş  şəkillər  və  foto-

şəkillər də nümayiş oluna bilər. Orada  ədəbiyyat siyahısı asmaq 

və  kartoteka  qutusu  da  qoymaq  olar.  Sərgi  aşağıdakı  başlıqlar 

altında  təşkil  oluna  bilər:  “Vətənpərvərlik  tərbiyəsi  ümummilli 

xilas  yolumuzdur”,  “Tariximizin  şanlı  səhifələri”,  “Heç  kim  və 

heç  nə  unudulmur”,  “Qəhrəmanlıq    zirvəsinə  ucalanlar”,  “Vətən 

bizi çağırır”, “Vətənpərvərlik 



ən ülvi bir hissdir” və s. Sərgidə 

görkəmli  şəxsiyyətlərin  vətənpərvərlik  haqqında  söylədikləri 

fikirlərdən,  sitatlardan  istifadə  etmək  sərgini  daha  da  məzmunlu 

və dolğun edər. 




10 

 

 



 

 


11 

 

Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında 



söylədiyi kəlamlardan, atalar sözlərindən istifadə edilir: 

 

 Hamımızın  ümumi  vəzifəmiz  xalqımızda  vətənpərvərlik, 

Vətən  torpağına,  millətə  sədaqət,  Vətən  uğrunda  şəhidliyə  hazır 

olmaq    hisslərini  formalaşdırmaq,  inkişaf  etdirmək  və  təbliğ 

etməkdir.  Azərbaycanın  dövlət  müstəqilliyi  tarixi  hadisədir, 

Azərbaycan  xalqının  tarixi  nailiyyətidir.  Azərbaycanın  dövlət 

müstəqilliyi  dönməzdir,  əbədidir  və  bizim  borcumuz  dövlət 

müstəqilliyini,  əldə  etdiyimiz  milli  azadlığı  daim  qoruyub 

saxlamaqdır. Bizim vəzifəmiz bu müstəqilliyi möhkəmləndirmək 

dən  və  gələcək  nəsillərə  müstəqil,  qüdrətli  Azərbaycan  dövləti 

çatdırmaqdan ibarətdir.

                                 

                                                            

          Heydər Əliyev 

                                                                      Ümummilli lider  

Dağlıq  Qarabağ  bizim  torpağımızdır,  tarixi  Azərbaycan 

torpağıdır və biz onu istənilən yolla, istənilən vasitə ilə işğaldan 

azad etməliyik.  Ona görə  də  iqtisadiyyat daha da  inkişaf etməli, 

daha  güclü  ordu  yaranmalı,  gənclərimiz  hərbi  vətənpərvərlik 

ruhunda daha yüksək dərəcədə tərbiyə olunmalıdırlar". 



                                                                               İlham Əliyev 

                                    Azərbaycan Respublikasının Prezidenti 

 

   Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə 

bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpər 

vərliklə uyğunlaşdırsın.  

                  

 

 



 

       M.F.Axundzadə 



                    

      Azərbaycan dramaturgiyasının banisi

   

 

Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi 

olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. 

                                           

 

 

 N.Nərimanov 

  İctimai-siyasi xadim,yazıçı    



Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə