F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
1   ...   5   6   7   8   9   10   11   12   13

25 

 

Böyük  yaşlı  oxucuların  yaşını  və  zövqünü  nəzərə  alıb 



kitabxanada  guşə  təşkil  etmək  yerinə  düşər.  Çünki  guşə  sərgiyə 

nisbətən  geniş  olur.  Guşədə  kitabdan  başqa  qəzet  və  jurnal 

məqalələri,  ədəbiyyat  tövsiyə  siyahıları,  mövzuya  uyğun  şəkillər 

nümayiş  olunur.  Guşənin  birinci  hissəsini  ulu  öndər  Heydər 

Əliyevə  həsr  etmək  olar.  Çünki    məktəblilərin  vətənpərvərlik 

tərbiyəsində ən başlıca yeri görkəmli şəxsiyyət, müdrik və aqil bir 

insan,  Azərbaycanın  müstəqilliyinin  möhkəmlənməsi  sahəsində 

böyük  xidmətləri  olan  ulu  öndər  Heydər  Əliyevin  həyatı, 

fəaliyyəti  və  ömür  yolunun  mənalı  səhifələrinin  vərəqlənməsi 

tutur.  Bu  böyük  insanın  simasında  vətənə  məhəbbətin,  torpağa 

bağlılığın,  vətənpərvərliyin  gözəl  nümunələrini  görən  oxucuların 

hər  biri  bu  böyük  şəxsiyyətdən  əxlaqi  keyfiyyətlər  əxz  edirlər.  

Nəticədə  oxucular  özlərini  Azərbaycanın  layiqli  vətəndaşı  sayır, 

özlərində onun müdafiəsinə hazır olduqlarına əminlik yaradır. Bir 

vətənpərvər  şəxsiyyət  kimi  kitabxanada  ulu  öndərə  həsr  edilən 

“Biz qalib gələcəyik!” başlığı ilə poeziya gecəsi də keçirmək  olar.  

Poeziya  gecəsində  öncə  aparıcı  ulu  öndərin  həyat  və 

fəaliyyətindən,  Azərbaycan  Respublikasının  azad,  müstəqil  bir 

dövlət  kimi  tanınmasında  gördüyü  işlərdən  danışmalı,  sonra  ona 

həsr  olunmuş  şeirlər  dinlənilməlidir.  Bundan  əlavə.  “Heydər 

Əliyev  və  müstəqil  Azərbaycan”  mövzusunda  rəsm  müsabiqəsi 

keçirilə  bilər.  Müsabiqənin  vaxtı  bitdikdən  sonra  oxucuların 

rəsmlərinin  sərgisi  keçirilməli  və  münsiflər  heyəti  tərəfindən 

qaliblər müəyyənləşdirilməli və mükafatlandırılmalıdır.  

Azərbaycan    şifahi  xalq  və  yazılı  ədəbiyyatı  daim  xalqın, 

xüsusilə 

uşaq 

və 


yeniyetmələrin 

vətənpərvər 

kimi 

formalaşmasinda  mühüm  rol  oynamışdir.  Kalssiklərimiz  Mirzə 



Fətəli Axundovun maarifçilik ənənələri, Cəlil Məmmədquluzadə, 

Seyid Əzim Şirvani,  Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Səməd 

Vurğun    və    digərlərinin  yaradıcılığındakı  vətənpərvərlik 

prinsipləri  həmişə  uca  tutulmalıdır.  Belə  ki,    bu  klassiklərimizin 

əsərləri əsasında “Torpaq, uğrunda ölən varsa, Vətəndir”, “Vətən 

daşı olmayandan, olmaz ölkə vətəndaşı”, “Vətəndaşlıq borcumuz” 




26 

 

və  s.  mövzularda  oxucu  konfransı,  müzakirələr,  ədəbi-bədii 



gecələr hazırlamaq olar. 

Vətənpərvərlik  mövzusunda  yazılmış  kitabların  oxucular 

arasında təbliği üçün daha böyük vaxt tələb edən tədbirlərdən biri 

oxucu  konfransıdır.  Oxucu  konfransları  geniş  oxucu  kütləsinin 

dərin  marağına  səbəb  olan  tədbirlərdəndir.  Müxtəlif  yazıçıların 

vətənə, qəhrəmanlara aid əsərləri ilə bağlı oxucu konfranslarının 

keçirilməsi əhəmiyyətlidir. Oxucu konfransının keçirilməsinə 1,5-

2  ay  qalmış  mövzu  seçilməli,  hazırlıq  işləri  görülməlidir. 

Kitabxanaçı  konfransda  iştirak  edəcək  hər  bir  oxucunu 

ədəbiyyatla  təmin  etməlidir.  Məsələn:  Elxan  Elatlının  “Qisas 

gecəsi” əsəri üzrə oxucu konfransının keçirilməsi mövzuya daha 

uyğun  gəlir.  Konfransın  daha  maraqlı  və  səmərəli  keçməsi  üçün 

kitabxanaçı  tədbirə  bir  ay  qalmış  kitabı  oxuculara  təqdim 

etməlidir.  Oxucu  konfransına  əsərin  müəllifini,  müəllimləri, 

zabitləri, müharibə  veteranlarını   və  başqa insanları  dəvət etmək 

olar.  Konfransda  əvvəlcə  kitabxanaçı  özü  çıxış  etməli,  əsər 

haqqında danışmalıdır. Kitabxanaçının çıxışı: 

Kitabxanaçı:  “Əziz  oxucular!  Bugünkü  konfrans  Elxan 

Elatlının  vətənpərvərlik  mövzusunda  yazılmış  “Qisas  gecəsi” 

əsərinə  həsr  edilb.  Bu  yazıçının  vətənpərvərlik  mövzusunda 

qələmə  aldığı  üçüncü  romanıdır.  Bundan  əvvəl  E.Elatlı 

vətənpərvərlik  mövzusunda  “Qan  ləkəsi”,  “Cəhənnəmdən  gələn 

səs”  romanlarını  yazmışdır.  Bu  romanlar  xalqımızın  böyük 

sevgisini  qazanmışdır.  Hər  hansı  bir  şəxsiyyətin  qəlbərdə  uzun 

illər yaşamasında və sevilməsində bədii əsərlərin nə qədər böyük 

rola malik olduğunu hamımız yaxşı bılırik.  “Qisas gecəsi” romanı 

Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz  İbrahimovun  qısa 

həyatından  və  şərəfli  döyüş  yolundan  bəhs  edir.  Romanın 

gənclərimizin  hərbi  vətənpərvrlik  tərbiyəsində  böyük  rol 

oynayacağina    inanırıq.  Kitabın  ilk  səhifəsində  Azərbaycan 

Respublikasının    Prezidentinin    Mübariz  İbrahimov  haqqında 

dediyi  sözlər  verilmişdir.  “Mübariz  yaxşı  bilirdi  ki,  o  döyüşdən 

sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən sevgisi, torpaq sevgisi, 



27 

 

onda  olan  vətənpərvərlik  ruhu  onu  şəhidlik  zirvəsinə  ucaltdı. 



Mübariz bütün gənclərimiz üçün örnəkdir, nümunədir”.  

Mübariz İbrahimov son döyüşdən sağ qayıtmayacağını yəqin ki 

bilirdi.    Buna  görə  də  bacardığı  qədər  düşmən  əsgəri  öldürüb, 

sonra həlak olmuşdur. Düşmənə xeyli itki verib özü də şəhid olan 

Mübarizə  həsr  olunmuş  bu  kitabı  oxumaqla  şəhidlərimizin  ruhu 

qarşısında borcumuzun bir hissəsini yerinə yetirmiş olarıq. Yazıçı 

E.Elatlı  Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz  İbrahimovun 

iyirmi  iki  illik  ömür  yolundan  bəhs  edən  bu  romanında  onun 

daxili  aləmini,  həyacanlarını,  mənəvi  dünyasında  baş  verən 

oyanışı, onu daim narahat edən, intiqama səsləyən səbəbləri bədii 

detallarla açıb göstərməyə çalışmışdır.  

Kitabxanaçının  çıxışından  sonra  söz  konfrans  iştirakçılarına 

verilir.  Sonda  iştirakçılar  gələcəyimiz  olan  uşaqlar  arasında 

vətənpərvərliyin təbliği mövzusunda müzakirələr aparır, öz təklif 

və rəylərini bildirirlər.    

Kitabxanada  həmçinin    Nüşabə  Məmmədlinin  vətənpərvərlik 

mövzusunda  yazılmış  “Zəngulə”  əsəri  haqqında  da  müzakirə 

aparmaq  olar.  “Zəngulə”  əsərində  Qarabağ  müharibəsinin 

dəhşətləri çox inandırıcı təsvir edilmişdir. Əsər müharibə zamanı 

əsir  düşən  ata-analarımızın,  baba-nənələrimizin,  bacı-

qardaşlarımızın,  qız-gəlinlərimizin,  balalarımızın    acınacaqlı 

taleyindən, işgəncəli həyatından bəhs edir. Əsərin baş qəhrəmanı 

–  9  yaşlı  Rəhimənin  3  il  əsirlikdə  gördüyü  dəhşətlər  hər  bir 

oxucunu sarsıdır. Erməni vəhşiliklərinin şahidi olan bu qızcığazın 

naləsini,  fəryadını  eşitməmək,  duymamaq  mümkün  deyil. 

Rəhimənin,  eləcə  də  əsirlərimizin  fəryadı  bizdə  düşmənə  olan 

nifrəti,  qisas  hissini  daha  da  alovlandırır.    Anasını  və  Vətənini 

sevən hər bir azərbaycanlı bu hadisələrə laqeyd yanaşmamalıdır. 

Nüşabə Məmmədlinin “Zəngulə” əsəri xalqımızı mübarizəyə sövq 

edir.  


Əziz  oxucular,  əsl  vətənpərvər  oxucu  bu  əsəri  oxumalı  və 

yoldaşları arasında təbliğ etməlidir. Mən inanıram ki, əsəri oxuyan 

hər  kəsdə  intiqam  hissləri  daha  da  güclənəcək,  torpaqlarımızın 



Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə