F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
1   2   3   4   5   6   7   8   9   ...   13

 

də Vətən üçün yaşaya, öz əməli ilə Vətənin şöhrətini artıra bilər. 



Kifayətdir  ki,  ürəkdə  təpər,  istək,  təəssübkeşlik  olsun.  Əsgər 

döyüş meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərdə 

yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətin iqtisadi 

qüdrəti artır. Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə 

edilə bilər. 

Vətəndaşlıq  borcu  ilk  növbədə  insanın  yaşadığı  torpaqla, 

Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur. 

Vətən  torpağı  bizim  üçün  səcdəgahdır,  toxunulmazdır, 

müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı 

və  qanı  ilə  sevir.  Onun azadlıq  və  istiqlaliyyəti  uğrunda  hər  an 

canını  qurban  verməyə  hazırdır.  Vətən  uğrunda  canından  keçən 

qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəfli şəhid adı qazanırlar. 

Bu  vətən  övladları  doğma  yurda  sədaqət  rəmzi, 

məhəbbət sinvoludurlar.  Onlar Vətən  torpağı  uğrunda  vuruşmuş, 

onun bölünməzliyı uğrunda canlarını qurban vermişlər! 

Eşq  olsun  belə  qəhrəmanlar!  Eşq  olsun  onların  amalına!  Bax 

budur əsl vətəndaşlıq borcu, vətəndaşlıq amalı. 

Biz  “Vətən”  anlayışını  müqəddəsliyini  dahi  Üzeyirin 

“Koroğlu”  uvertürasını dinləyəndən,  Sabiri, Mirzə  Cəlili oxuyub 

dərk  etməyə  başlayanda  duyuruq.  Bu  müqəddəslik  bizim  

qəlbimizə ana laylası, ana zümzüməsi ilə axıb gəlir.  

Vətən  təkcə torpaq,  yurd-yuva  deyil.  Vətən bizik,  hamımızıq. 

Onun dünəninə, bu gününə və sabahına da hamımız cavabdehik: 

əməyimizlə,  lazım  gəlsə  canımızla  və  qanımızla.  Bu müqəddəs 

məkanda  keçmişlə  gələcəyimiz  qovuşur.O  əbədi  və  əzəlidir. 

Onun göylərində  əcdadlaımızın  ruhu  dolaşır.  Vətəni  bizlərə 

babalarımız  ərmağan  etmişlər.  Əcdadlarımız  onun   uğrunda 

vuruşmuş,  onu qorumuşlar.  

Vətənpərvərlik  insanda  fədakarlıq,  qəhrəmanlıq  və 

məğlubedilməzlık  hissi  yaradır,  apardığı  mübarizədə  onda  inam 

hissini  gücləndirir.  Vətənpərvərlik  qəhrəmanlığın  əsasını  qoyan 

amildir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı 

özündə  vətənə,  millətə  sevgi  hissini,  müxtəlif  səviyyə  və 



 

istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların 



zirvəsində  Vətən  üçün  ölümə  hazır  olmaq  dayanır.  Bu 

vətənpərvərliyin  ən  uca  və  ali  formasıdır.    Bəşər  övladı  Vətənə 

xidmət  etməyin  bundan  uca  zirvəsini  kəşf  etməmişdir. 

Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də 

aktual  olaraq  qalır.  Millətin  vətənpərvərliyi  onun  tamlığının, 

bütövlüyünün  təməli  desək,  yəqin  ki,  səhv  etmərik.  Bir  xalqın, 

millətin  vətənpərvərlik  şüuru  onun  digər  xalqlar  və  millətlər 

tərəfindən  qəbul  edilməsi,  tanınması,  hörmətlə  qarşılanması,  ən 

əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi 

ilə  ölçülür. Əgər  biz tarixi keçmişimizə  nəzər salsaq, görərik ki, 

doğma  yurdumuz  Azərbaycanın  igid,  cəsur  oğulları,  qeyrətli 

qızları  həmişə  vətənpərvər  olmuş,  işğalçılara  qarşı 

qəhrəmancasına  mübarizə  apararaq,  Vətənimizi  düşmən  ayağına 

verməmişlər.  Mərd,  mübariz  oğul  və  qızlarımız  doğma  Vətəni 

həmişə  hərarətlə  sevmiş,  onun  qədrini  bilmiş,  Vətən  naminə 

canlarını qurban verməkdən çəkinməmişlər. Azərbaycan xalqının 

igid  oğullarından  Cavanşirin,  Babəkin,  Koroğlunun  yadelli 

işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə, bu günümüzün 

qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlar son dövrlərin Qarabağ 

savaşının  qəhrəmanları,  ölümləri  ilə  ölümsüzlüyə  qovuşan 

şəhidlərdir. 

Bəs Vətən sevgisi nədir? Üzərində həyat sürdüyümüz bu torpaq 

üçün lazım gələndə həyatını, sahib olduğu hər şeyi Vətən yolunda 

düşünmədən  fəda  edə  bilmək  duyğusunun  təcəssümüdür  Vətən 

sevgisi.  Vətən  sevgisi  ən  əsil,  ən  uca  sevgidir.  Məqamı  gəlincə 

Vətən  üçün  döyüşmək  də  Vətən  sevgisinin  bir  təzahürüdür. 

Unutmamalıyıq  ki,  biz  Vətən  uğrunda  qanlarıyla  dastanlar 

yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.  

Ümummilli  liderimiz  Heydər  Əliyev  Azərbaycanın  gələcəyı 

olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, 

soykökünə,  ata-babalarının  ənənələrinə  sədaqət  ruhunda  tərbiyə 

olunmasına  həmişə  böyük  məsuliyyətlə  yanaşmış  və  ona  həyatı 

əhəmiyyətli məsələ kimi baxmışdır. Biz şanlı tariximizlə, əfsanəvi 



 

qəhrəmanlarımızla    həmişə  fəxr  edirik.  Cavanşır,  Babək,  Şah 



İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid 

bəy  Naxçıvanski,  Həzi  Aslanov,  İsrafil  Məmmədov,  Mehdi 

Hüseynzadə  kimi  igid  və  cəsur  sərkədələrimizin  şəxsi  nümunəsi 

bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və 

bu xalq öz  vətənini  göz bəbəyi  kimi  qorumağa  hazır  olan  mətin 

gənclər  yetirmişdir.  Erməni  qəsbkarlarına  qarşı  ölüm-dirim 

savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi 

nümunəsi  apardığımız  hərbi  vətənpərvərlik  tərbiyəsi  işində  ön 

plana keçməlidir. Respublikamızın ümumtəhsil, orta ixtisas və ali 

məktəblərində  tədris  olunan  təbiət  və  cəmiyyət  elmlərinin, 

humanitar  fənlərin,  ümumilikdə  bütün  fənlərin  gənclərdə  hərbi-

vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır. 

Gənclərdə  hərbi-vətənpərvərlik  tərbiyəsini  o  zaman  daha  yaxşı 

aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan 

şagirdlərə  və  alı  məktəbdə  təhsil  alan  tələbə-gənclərə  ayrı-ayrı 

fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər 

də  verilsin.  Keçmiş  Sovetlər  birliyi  dövründə  mövcud 

dərsliklərdə,  dərs  vəsaitlərində  və  metodik  ədəbiyyatda  hərbi 

vətənpərvərlik  hissləri  aşılayan  məlumatlar  və  hərbi  məzmunlu 

biliklər  məxfilik  üzündən  verilmirdi.  Əslində  bu,  bilərəkdən  ona 

görə  edilirdi  ki,  gənclər  vətənpərvərlik  duyğularından  məhrum 

olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq 

bu  gün  müstəqil  respublikamızın  inkişafı,  ilk  növbədə,  böyüyən 

nəslin  təlim-tərbiyə  işinin  düzgün  təşkilindən,  vətəndaşlıq 

hazırlığından  asılıdır.  Uşaqların  bir  vətəndaş  kimi  böyüməsində 

ailənin, cəmiyyətin- ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar 

bir  insan  kimi,  vətəndaş  kimi  ilk  tərbiyəni  ailədən  alır.  Burada 

onlar  əxlaqi-mənəvi  keyfiyyətləri,  fiziki  möhkəmliyi,  əmək 

vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi 

keyfiyyətləri  qazanır.  Tərbiyənin  əsas  məqsədi  kamil  şəxsiyyət-

insan-vətəndaş  yetişdirməkdir.  Vətəndaş  tərbiyə  etmək  mənsub 

olduğu  dövlətin  inkişafına  çalışan,  mənafeyini  gözləyən,  onun 

təhlükəsizliyi  üçün  məsuliyyət  daşıyan,  ölkənin  yüksəlişində 



Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə