F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
1   ...   5   6   7   8   9   10   11   12   13

28 

 

geri  qaytarılması  uğrunda  mübarizələrə  qoşulacaq  və  vətənə 



layiqli övlad olacaqlar”.  

Kitabxanaçının  çıxışından  sonra  qonaqlar  çıxış  etməlidir. 

Çıxışlardan  sonra  oxucular  əsər  haqqında  öz  fikirlərini 

bildirməlidirlər. 

Vətən  oğullarını  haraya  çağıran,  onlarda  ruh  yüksəkliyi 

oyadan,  torpaqlarımızı  düşmən  tapdağından  tezliklə  azad 

olunması  üçün  mübarizəyə  səsləyən,  yeniyetmə  və  gənclərdə 

vətənə  daha  dərindən  məhəbbət  hissini  oyadan  tədbirlərdən  biri 

olan  ədəbi-bədii gecənin keçirilməsi uşaq kitabxanaları üçün daha 

zəruridir. Ədəbi-bədii gecəni “Vətən mənə oğul desə nə dərdim”, 

“Vətəndaşlıq  borcu”  və  s...  başlıqlar  altında    keçirmək  olar



“Vətən mənə oğul desə nə dərdim” adlı bədii gecənin ssenarisini 

təqdim edirik: 

(Səhnə  cəbhə  bölgəsini  xatırladan  şəkillərlə  bəzədilir.  Milli 

Qəhrəmanların  portretləri  və  Heydər  Əliyevin  vətənpərvərliklə 

bağlı  söylədiyi  sözlər  – 

“Hər  bir  gənc  müstəqil  Azərbaycanın 

gələcəyini  təmin  etmək  üçün  vətənini  sevməli,  xalqımızı 

sevməli, dilimizi və milli ənənələrimizi sevməlidir” əks olunur. 

Gecə  Müslüm  Maqomayevin  bəstəsi  olan  “Azərbaycan” 

mahnısının  sədaları  altında  açılır.    Səhnəyə  əsgər  geyimli  iki 

aparıcı daxil olur ). 



I aparıcı:    Vətən! Bu söz insanlarda daha dərin və əziz hislər 

oyadır. Vətənə məhəbbət öz xalqına məhəbbətdir. Vətən uğrunda 

hər cür fədakarlığa hazır olmaq lazımdır. Vətənpərvərlik əsrlərlə 

insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir. 

 

 

II  aparıcı:    Bu  dünyaya  göz  açanda  ilk  dəfə  anamızı 



görmüşük. Günlər, aylar  keçdikcə onun ilıq nəfəsinə, təbəssümlü 

və işıqlı baxışlarına, məhəbbətlə süzülən şirin kəlmələrinə, bütün 

varlığımızı  bürüyən  sevgisinə  qızınmışıq,  böyümüşük.  Ilk 

kəlməmiz də “ana” olub. Və illər ötdükcə, yaşa dolduqca, ağlımız 

kəsdikcə  bilmişik  ki,  bizim  üçün  də,  ata-anamız  üçün  də 

müqəddəs  bir  varlıq  var.  Ona    “Vətən”  deyirlər.  “Vətən”-“Ana” 

qoşa çəkilən addır. 



29 

 

I aparıcı:    Bizim  Vətənimiz  Azərbaycandır.  Onun  başı  ağ 



çalmalı uca dağları, çiçəkli düzləri, meyvəli bağları, hər cür nemət 

yetirən  torpaqları  var.  Bu  torpaqlar  yeralti  sərvətlərlə  daha 

zəngindir.    Vətən  uzaq  və  qəhrəman  keçmişimiz,  bu  günümüz, 

gələcəyimizdir.  Uzaq  və  qəhrəman  keçmişimiz  sal  qayalar 

üzərindəki  silinməz  izlərdir.  Tomris  mərdliyidir,  Cavanşir 

yenilməzliyidir,  Nizami  poeziyasıdır,    Dədə  Qorqud  hikmətidir, 

Nəsirəddin  Tusi  və  Yusif  Məmmədəliyev  elmidir,  Füzuli 

məhəbbətidir,  Koroğlu  cəngisidir,  Xətai  qılıncıdır,  Babək 

harayıdır,  Nəbi iradəsidir, Heydər Əliyev qətiyyətidir.  

(Sonra səhnədə Məhəmməd Hüseyn Şəhriyarın “Azərbaycan” 

şeirinin sözlərinə bəstələnmiş mahnı ifa olunur). 

I aparıcı:    Lakin,  günlərin  bir  günü  qara  və  müdhiş  bir 

təhlükə  anamız  Azərbaycanın  başı  üstündə  dolaşdı.  Bu  təhlükə 

Azərbaycanın  ağ  çalmalı  dağlarının  sakitliyini  pozub,  çiçəkli 

çəmənlərimizin  ətrinə  barıt,  mərmi  qoxusu  qarışdırdı, 

yaylaqlarımızı  çoban  tütəyinin  səsinə  həsrət  qoydu.  Azərbaycan 

Respublikasının  ərazisinin  20  faizi  işğal  olundu,  milyondan  çox 

vətəndaşı  öz  vətənində  qaçqına  çevrildi.  Biz  hamılıqla  vətəni 

qorumalı, işğal olunmuş ərazilərimizi düşmənin əlindən almalıyıq. 

Qanla suvarılmış torpaqlarımızı düşmən tapdağından xilas etmək 

biz  övladların  müqəddəs  borcudur.  Anaların,  bacıların  göz 

yaşlarını  qurutmaq,  qəddi  əyilmiş  qocaların  qəddini  düzəltmək, 

Azərbaycan ordusunun üzərinə ağır və şərəfli vəzifə qoyur.  



II aparıcı:    

Bu  gün  nizamlı  ordumuz  var    və  ordumuz 

hər gün güclənməkdədir. Azərbaycanın silahlı qüvvələri  getdikcə 

təkmilləşir,  təcrübə  qazanır,  peşəkarlığını  artırır,  döyüş 

qabiliyyətini  yüksəldir.  O  cümlədən  ordunun  təminatı  artdıqca, 

xidmətkeçmə də asanlaşır. Bu həm əsgər və zabitlərimizdə, həm 

də  xalq  arasında  vətənpərvərlik  hissinin  artmasına  təkan  verir. 

Vətənpərvərlik    ruhu  isə  hər  bir  xalqın,  dövlətin  inkişafında  

mühüm  rol  oynayır.  Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyev 

əsgərlərimizin,  gənclərimizin  vətənpərvərlik  ruhunda  tərbiyə 

olunmasını  vacib  sayır:  “Azərbaycan  heç  vaxt  torpaqlarının 



30 

 

itirilməsi ilə barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma 



torpaqlarını  azad  edəcəkdir.  Bunu  etmək  üçün  cəmiyyətdə 

səfərbərlik  olmalıdır.  Gənclərimiz,  əsgərlərimiz  vətənpərvərlik 

ruhunda tərbiyə edilməlidir.”  

I  aparıcı:  Abbas  Səhhətin  “Vətən”  şeiri  bütün  dövr  və 

zamanlar  üçün  ən  yaxşı  örnəkdir.  Şeirin  son  misraları  insanın 

bəşəri hisslərini ifadə etməklə  yanaşı,  bəlkə  də Vətəni sevməyin 

ən  gözəl  tərifidir.  (Oxucu  Abbas  Səhhətin  “Vətən”  şeirini 

söyləyir). 

II aparıcı:  Bu gün minlərlə gəncimiz vətəniin keşiyində ayıq-

sayıq  dayanıb.  Hal-hazırda  onların  sayəsində  torpaq  üzərində 

inamla,  rahat  gəzir  və  işləyirik  Onlar  ən  müqəddəs  borclarını 

yerinə  yetirirlər. Vətənə  olan borclarını!  Məhz bu gənclər haqda 

Heydər  Əliyev  demişdir:    “Orduda  xidmət  edən  gənclər  bizim 

dəyərli  vətəndaşlarımızdır.  Onların  əksəriyyəti  gənclərdir.  Onlar 

vətəni  qoruyurlar,  düşmənlə  üzbəüz  mövqedə  dayanırlar, 

Azərbaycanın  müstəqilliyini  qoruyur  və  möhkəmləndirirlər. 

Lazım  gələn  anda  məhz  onlar  doğma  torpaqların  azad  olunması 

üçün ilk addımı atacaqlar”  



I aparıcı:   Şəhidlər 

xiyabanı 

respublikamızın 

bütün 


məktəbliləri  üçün  əsl  birlik,      həmrəylik,  mərdlik  və  cəsarət 

məbədinə  çevrilib.  Ulu  öndərimizin  dediyi  kimi,  "Biz  hərbi 

vətənpərvərliyi  hər  şeydən  öncə  Şəhidlər  xiyabanında  əbədiyyət 

yuxusuna  getmiş,  bugünkü  azadlıq  və  müstəqilliyimizin  polad 

təməlçiləri  olmuş,  öz  fədakarlıqları  ilə  xalqımızın  qəhrəmanlıq 

salnaməsinə  şanlı  səhifələr  yazmış  igidlərimizdən  öyrənməli, 

onlardan ibrət götürməliyik".  

II aparıcı:  Şəhidlər tarixin sönməyən çıraqlarıdır. Onlar daim 

azadlıq  uğrunda  çırpınan  yolumuza  işıq  saçırlar.  Vətən  yolunda, 

milllət yolunda şəhid olanlar ölməzdir. Vətən Təbriz kimi, Çingiz 

kimi, Əlif kimi, Salatın kimi, Mübariz kimi... qəhrəmanlarını heç 

vaxt unutmayacaq. 



Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə