F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
1   2   3   4   5   6   7   8   9   10   ...   13

22 

 

yaranacaqdır.  Vətən  yolunda  qəhrəmanlıq  göstərmək  ideyası 



onları həmişə düşündürəcəkdir. Kitabxanada hərbi vətənpərvərliyə 

aid kitabları oxuculara tövsiyə etmək üçün 



“Əziz oxucular! Sizin 

üçün hərbi vətənpərvərlik kitablar həftəsi” başlığı altında sərgi 

və  müsabiqə  keçirmək  olar. 



Sərgidə  nümayiş  olunan  kitablar 

oxuculara  mütaliə  üçün  verilməlidir.  Həftənin  sonunda  ən  çox 

mütaliə  edən  oxucu  kitabxana  müdiriyyəti  tərəfindən 

“Əsl 

vətənpərvər oxucu” diplomu ilə mükafatlandırıla bilər. 

Kitabxanada  uşaqların  hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə 

edilməsində söhbət ən təsirli vasitələrdəndir. Kitabxanaçı gündəlik 

iş  prosesində  bu  tədbirdən  geniş  istifadə  etməlidir.  Söhbət  elə 

qurulmalıdır  ki,  oxuculara  təsir  etsin,  onları  həyəcanlandırsın. 

Uşaqlar  müharibənin  dəhşətlərini  gözləri  qarşısında  canlandıra 

bilsinlər.  Məsələn,  Sevinc  Nuruqızının  “Qisas”  povesti  Dağlıq 

Qarabağ müharibəsinin dəhşətlərini gözləriylə görmüş, ermənilər 

tərəfindən işgəncələrə dözən ana və balanın taleyindən bəhs edir. 

“Qisas”  povestindən  söhbət  apararkən  kitabxanaçı  obrazı  elə 

təsvir  etməlidir  ki,  o  oxucunun  gözləri  qarşısında  canlansın, 

qəhrəmanın  daxili  aləmi  ilə  yaşasın.  Bu    söhbət  kitaba  marağı 

artıracaq, oxucular arasında təbliği genişlənəcəkdir. 

Viktorinaların təşkili  orta və  böyük yaş  qrupuna aid  oxucular 

üçün daha əhəmiyyətli olar. Viktorinanın suallarını təqdim edirik:  

1. Azərbaycan Respublikasının ərazisi neçə kv km-dir? – 86 000 

kv.km. 

2.  Azərbaycan  Respublikasının  Dövlət  Bayrağının  üzərindəki 



rənglər  nəyin  simvoludur?  –  Mavi-  türkçülüyün,  qırmızı- 

müasirlik və demokratiyanın, yaşıl- islamın. 

3.  Azərbaycan  Respublikasının  Dövlət  Gerbinin    üzərindəki 

simvollar  nəyi  bildirir?  –  Qalxan  və  ulduz  sağanaqları 

Vətənimizin cənnət məskəni olmasını, alov – odlar yurdunu, palıd 

yarpaqları – uzun-ömürlülüyün və möhkəmliyin, sünbül – bərəkət 

və bolluğun rəmzidir. Simvollar “müharibə istəmirik, lakin hər cür 

hücumdan müdafiə olunmağa hazırıq” fikrini ifadə edir. 

4. Azərbaycanı 2 hissəyə bölən müqavilə hansıdır? – Türkmənçay. 



23 

 

5. Azərbaycan xalqının ana kitabı – “Kitabi-Dədə Qorqud” dastanı 



nə vaxt yaranıb? – VII-IX əsrlərdə. 

6.  Azərbaycan  Milli  Qəhrəmanlarından  kimləri  tanıyırsınız?  - 

Çingiz  Mustafayev,  Allahverdi  Bağırov,  Əlif  Hacıyev,  Vüqar 

Hüseynov,  Məhərrəm  Seyidov,  Əsəd  Əhmədov,  Şirin  Mirzəyev, 

Fərid Əhmədov, Mübariz İbrahimov və başqaları. 

7.  Bu  qəhrəmanlar  haqqında  yazılmış  hansı  kitablar  var?  – 

İ.İbadoğlu  “Sərkərdə”,  A.Kərimli.  “Zəngilan  şəhidləri”, 

S.Müslümqızı  “Qar  üstünə  qan  yağırdı”,  “Xocalı  uşaqları-  qan 

içində qar çiçəyi”, B.Səmədov, S.Aslanov “Təki Vətən yaşasın”, 

M.Süleymanov  “Milli  Qəhrəmanlar”,  E.Elatlı  ”Qisas  gecəsi”, 

”Cəhənnəmdən gələn səs”, G.Pənah “Qarabağ dərdi”,  M.Çəmənli 

“Mübariz”  və s. 

8.  Azərbaycan  torpağının  işğal  olunmuş  şəhər  və  rayonları 

hansılardır?  –  Xankəndi,  Xocalı,  Şuşa,  Laçın,  Xocavənd, 

Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan. 

9.  Qarabağ  müharibəsi  nə  vaxt  başlamışdır?  –  1988-ci  ilin 

fevralında. 

10.  Azərbaycanlılara  qarşı  ermənilər  tərəfindən  ən  dəhşətli 

soyqırım faciəsi nə vaxt törədilmişdir? – 1918-ci ilin  martında. 

11.  Böyük  Vətən  müharibəsi  illərində  neçə  nəfər  azərbaycanli 

Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür? – 23 nəfər. 

12.  Sovet  İttifaqı  Qəhrəmanı  Mehdi  Hüseyzadədən  bəhs  edən 

filmin adı nədir? – “Uzaq sahillərdə”. 

13. “Sizi dünyalar qədər sevirəm” bədii filmi kimə həsr olunub? – 

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova. 

14.  Heydər  Əliyev  ikinci  dəfə  siyasi  hakimiyyətə  neçənci  ildə 

qayıtmışdır? – 1993-cü il 3 oktyabr. 

15.  “Əsgər marşı”nın musiqisi kimindir? – Cavanşir Qulieyvin. 

16. “Vətən mənə oğul desə nə dərdim

Mamır olub qayasında bitərdim” misralarının müəllifi kimdir? 

– Xalq şairi Məmməd Arazın. 



24 

 

Sualların  sayını  artırmaq  da  olar.  Sualları  düzgün 



cavablandıran  oxucular  müxtəlif  hədiyyələrlə  mükafatlandırıla 

bilər. 


   Uşaqlar  gördüyü,  eşitdiyi,  müşahidə  etdiyi  hadisələri  müzakirə 

etməyə,  ona  öz  münasibətini  bildirməyə  daha  çox  cəhd  edirlər.  

Kimin  doğru,  kimin  səhv,  kimin  pis,  kimin  isə  yaxşı  hərəkət 

etdiyini  öyrənmək  istəyirlər.  Uşaqlar  ictimai-siyasi  hadisələrə  də 

etinasız  yanaşa  bilmir.  Xoşbəxtlik,  qəhrəmanlıq,  ədalət  və  s. 

haqqında mübahisə etməyə, fikrini bildirməyə, öz sözünü deməyə 

çalışır.  Bu  məsələlərin  düzgün  təhlil  edilməsi  və  başa 

düşülməsində  təşkil  olunan  disputların  böyük  əhəmiyyəti  vardır. 

“Kimə  qəhrəman  deyirik”  adlı  disputun  keçirilməsi  daha 

məqsədəuyğun  olar.  Disput  kitabxanaçının  qısa  müsahibəsi  ilə 

başlanmalıdır.  O,  müzakirə  ediləcək  mövzunu  oxuculara 

bildirməlidir.  Daha  sonra  oxucular  çıxış  etməlidir.  Belə 

tədbirlərdə oxucular öz bilik dairələrini və təfəkkürlərini daha da 

zənginləşdirə  bilirlər.  Tədbirin  sonunda  maraqlı  çıxışla  öz 

obyektiv  fikrini  bildirən  oxucu  kitabxanaçı  tərəfindən 

mükafatlandırıla bilər. 

Oxucular  arasında  hərbi  vətənpərvərlik  mövzusunda 

“Azərbaycan gəncini necə görmək istərdim” inşa yazı müsabiqəsi 

və  yeniyetmələrin    rəsm  əsərləri  sərgisi  keçirmək  olar.  Milli  və 

hərbi  vətənpərvərlik  mövzusunda  müsabiqələrin  daha  da 

genişlənməsi  oxucuların  marağını  və  bu  istiqamətdə  biliklərini  

artırır. 

   Hərbi  vətənpərvərlik  hissinin  oxuculara  aşılanması  üçün  uşaq 

kitabxanalarında  Milli  Ordunun  əsgər  və  zabitləri  ilə  görüşlər 

keçirmək  yaxşı  olar.    Görüşdə  əsgər  və  zabitlər  uşaqlara 

göstərdikləri  şücaətdən,  azğın  düşmənlə  necə  vuruşduqlarından 

bəhs  etməli,  oxucular  tərəfindən  vətənpərvərlik  mövzusunda 

şeirlər  söylənilməli,  nəğmələr  oxunmalıdır.  Belə  görüşlərin 

keçirilməsi onlarda Azərbaycan əsgəri olmaq və vətənin keşiyində 

dayanmaq hissini bir daha gücləndirər.  




Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə