F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
1   2   3   4   5   6   7   8   9   ...   13

12 

 

   Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə 



xidmətdə gör.  

                                                                 

  

 

 

 

 

   

           D.İ.Fonvizin 

    Rus dramaturqu

 

 

Özünü vətəndaş zənn edən bir kəs  Vətənin dərdinə yad qala 



bilməz!                                           

A. Nekrasov 

     

 

 

 

 

 

 

       Rus şairi 

 Həqiqi  namuslu  insan  ailəsini  özündən,  vətənini  ailəsindən, 

insanlığı isə Vətənindən uca tutmalıdır. 

                                          

                     J. L. Dalamber 

            Fransız riyaziyyatçısı

 

 

 Vətən uğrunda ölüm həyatın davamıdır.



                                                                                      

     

 

 

 

 

 

      Cambul Cabayev 

                                                

 

 

    Qazax şairi 

 

Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyüklüyü ilə 



müəyyən olunur. 

Vətənpərvərlik - ən dərin hörmətə layiq gözəl bir keyfiyyət dir. 

Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir. 

 İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. 

Müasir  dövrümüzdə  uşaq  kitabxanalarının  qarşısında  duran 

əsas  vəzifələrdən  biri  də  gənc  nəslə  vətənpərvərlik  hissləri 

aşılamaqdır.  Bu  baxımdan  uşaq  kitabxanalarında  oxucularla 

aparılan fərdi söhbətlərin əhəmiyyəti böyükdür. Kiçik və orta yaş 

oxucular arasında müharibə mövzusunda “dəyirmi masa”lar təşkil 

etmək,  söhbətlər  aparmaq  əhəmiyyətli  olar.  Söhbət  apararkən 

oxucuların yaş həddi nəzərə alinmali çıxışlar zamanı dilin sadə və 

aydınlığına diqqət yetirilməlidir.  Bu zaman  müharibə mövzusu 

ilə bağlı yazıçı və şairlərimizin gözəl əsərlərindən istifadə etmək 

yaxşı olar. Məsələn, Ə. Cəmilin “Can nənə bir nağıl de...” şeirini, 




13 

 

Ə.  Məmmədxanlının  “Buz  heykəl”,  T.  Hüseynovun  “Qolsuz 



kukla”,  Ə.  Hacızadənin  “İki  əsgər”,  S.  Nuruqızının  “Qisas”,  Ə. 

Quluzadənin “Qadan mənə Qarabağ”, E.Elatlının “Qisas gecəsi”, 

S.  Müslümqızının  “Onlar  heç  vaxt  böyüməyəcək”,  G. 

İbrahimovanın  “Evin kişisi” hekayələrini oxumağı uşaqlara təbliğ 

etmək məqsədilə kitabların icmalını keçirmək lazımdır. Orta yaş 

qrupuna  aid  oxucular  arasında  “Müharibə  uşaqların  gözü  ilə” 

mövzusunda  rəsm  müsabiqəsi  keçirmək  əhəmiyyətli  olar. 

Müsabiqə  keçirilməzdən    əvvəl  kitabxanaçı  oxucuları  mövzu 

haqqında məlumatlandırmalı, uşaqlara şərait yaratmalıdır ki, onlar 

öz  düşüncələrini  çəkdikləri  şəkillərdə  əks  etdirə  bilsinlər. 

Müsabiqənin  qalibləri  sərgiyə  tamaşa  edən  uşaqlar  arasında  

aparılan  sərbəst  səsvermənin  nəticələri  ilə  müəyyən  olunur.  

Bunun  üçün  əl  işləri  əvvəlcədən  nömrələnir,  kitabxananın  oxu 

zalında  divardan  və  yaxud  rəsm  sərgisi  üçün  nəzərdə  tutulan 

guşədə  asılır.  Sonra  müsabiqə  günü  təyin  olunur  və  elan 

kitabxananın  girəcəyində  divara  vurulur.  Tədbirdə  oxucular 

bəyəndikləri  işlərin  nömrəsinə  uyğun  olaraq  1,  2,  3-cü  yerlərin 

qaliblərinə  səs  verirlər.  Ən  çox  səs  toplayan  iştirakçılar– 

müsabiqənin  qalibləri  tutuduqları  yerə  görə  kitabxana  rəhbərliyi 

tərəfindən  hədiyyələrlə  mükafatlandırılırlar.  Bundan  başqa, 

kitabxanada  orta  və  böyük  yaş  qrupuna  aid  oxucular  üçün  milli 

qəhrəmanlarımızla,  müharibə  veteranları  ilə  görüş  təşkil  etmək 

maraqlı  olar.  Çünki  uşaqlar  görüşdə  müharibənin  canlı  şahidləri 

ilə  yaxından  tanış  olar,  kitablardan  oxuduqları,  filmlərdən 

gördükləri  hadisələri  bir  daha  onların  dilindən  eşidərlər. 

Kitabxanaçı  tədbirə  dəvət  olunan  veteranlarla  əvvəlcədən 

görüşərək,  vaxtı  müəyyənləşdirməlidir.  Görüşün  sərginin  təşkili 

oldunğu yerdə keçirilməsi çox zəruridir. Bundan əlavə, yaxşı olar 

ki,  sərgidə  görüşə  dəvət  olunan  veteranlar  haqqında  məqalələr 

nümayiş  olunsun.  Aparıcı  görüşə  çağrılan  şəxs  haqqında 

məlumatlar toplamalı,  bu məlumatlar əsasında çıxış edərək onları 

oxuculara  təqdim  etməlidir.  Bundan  sonra  qonağa  söz  verilir. 




14 

 

Görüşün  sonunda  oxucular  qonağa  suallarla  müraciət  edə  bilər. 



Məsələn:  

1.Sizin fikrinizcə vətənpərvər kimdir? 

 --------------------------------------------- 



2.Vətəni nə üçün sevmək lazımdır? 

 ____________________________ 



 3.  Siz  böyüyəndə  hansı  sənəti  seçəcəksiniz  və  öz  sənətinizlə 

xalqımız üçün nə kimi işlər görərdiniz?  

 ____________________________ 



4.Yaxşı insan kimdir?  

 ____________________________ 



5.Valıdeynlərinizi nə üçün sevirsiniz?  

 ____________________________ 



6. Vətəndaşlıq borcu nədir?  

 ____________________________ 



7.Vətən  uğrunda  canlarından  keçən  şəhidlərimizi  necə  yad 

edirsiniz? 

 ____________________________ 



8. 20 Yanvar faciəsi neçənci ildə və nə üçün baş verib? 

 ___________________________ 



9. Xocalı faciəsindən neçə il ötür? 

 ___________________________ 



10.  Azərbaycanlı  Sovet  İttifaqı  qəhrəmanlarından,  Milli 

qəhrəmanlarımızdan kimlərin adını çəkə bilərsiniz? 

 ___________________________ 



Yuxarı  sinif  şagirdləri  arasinda    vətəndaşlıq  hissinin  təbliği 

formalarından  biri  də  rəy  sorğularıdır.  Rəy  sorğusunun 

nümunəsini təqdim edirik.  

1.Vətənpərvərlik nədir? 

A)

 

vətənə məhəbbət ,                                                                                




Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə