F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
1   2   3   4   5   6   7   8   9   ...   13

18 

 

Əli  Səmədlinin  “Bir  parça  torpaq”  hekayəsi  üzrə  hazırlanmış 



səhərcik  məktəb  yaşlı  oxucular  üçün  daha  maraqlı  olar. 

Kitabxanaçı  əvvəlcə  hekayəni  oxucuların    mütaliəsinə  verməli, 

sonra  sinif  rəhbərlərinin  köməyi  ilə  tədbiri  birgə  həyata 

keçirməlidir.  Yaxşı  olar  ki  səhərcik  kitabxananın  nağıl  otağında 

keçirilsin.  Səhərcik  aşağıdakı  kimi  hazırlana  bilər.  Səhnə 

hekayəyə  uyğun  dekorasiyalarla  bəzədilir.  Uşaqlar  hekayənin 

qəhrəmanlarının libasında səhnəyə daxil olurlar. 

Kitabxanaçı:  -       Bir gün düşmən öz pis niyyəti ilə kəsdirdi 

qapını. Mahalın igidləri silaha sarılıb atıldılar at üstünə. Böyük ata 

“səbr  edin  görək,  igidlərim”,  dedi.  İgidlər  dayandı.  Düşmən 

elçiləri gəlib çıxdı. 

Böyük ata:       -   Xaqanınız nə istəyir? 

Elçi: 

 

      -Ulu Xaqanımız xərac istəyir. 



Kitabxanaçı:       -İgidlər hiddətləndi bu sözlərdən. Böyük ata 

sakitləşdirdi onları. 

Böyük ata:      -Verin, igidlərim, təki dava olmasın. 

Kitabxanaçı: 

     - Elci yenə gəldi. 

Böyük ata:      -İndi tələbiniz nədir? 

Elçi: 

 

     -Ulu Xaqanımız sizin şəxsi döyüş atınızı 



istəyir. 

Kitabxanaçı:     - İgidlər bu sözləri eşitdikdən sonra “biz dava 

istəyirik” bağırdılar. 

Böyük ata:     -Verin, igidlərim, təki qan-qada olmasın. 

Kitabxanaçı:   - Elci yenə gəldi. 

Böyük ata:     - Daha nə istəyirsiniz? 

Elçi:               - Ulu Xaqanımız sizin yeganə oğlunuzu özünə 

nökər etmək istəyir. 

Kitabxanaçı: 

    -İgidlər  yenə  qışqırdılar.  Böyük  ata 

sakitləşdirdi onları. 

Böyük ata:         -Verin, bu davada öləcək igidlərimiz mənim 

bir oğlumdan heç də artıq  deyil. 

Kitabxanaçı:      -  Böyük  ata  sevindi  ki,  bununla  qan-qada 

sovuşub getdi, amma belə olmadı. Elçilər yenidən gəldi. 



19 

 

Böyük ata:     - İndi nə istəyirsiniz? 



Elçi:                 -Ulu Xaqanımız mahalınızdan məskən salmaq 

üçün bir parça torpaq  istəyir. 

Böyük ata:       - Ən böyük sərvət bir parça torpaqdır, böyük 

qeyrətdir  bir  parça  torpaq.  Haydı,  mənim  igidlərim!  Düşmən 

həddini  aşdı!  Ona  aman  verməyin!  At  mənim  idi  verdim,  oğul 

mənim idi verdim, torpaq isə xalqındır. Onun bir qarışını belə verə 

bilmərəm! 

Kitabxanaçı: 

İgidlər  Böyük  atanın  sözündən  sonra 

atlandılar at belinə. Dava başladı, nə başladı. Qılınclardan şimşək 

qopdu. Analar, bacılar da kişi paltarı geyib, qılınc götürüb döyüşə 

yollandılar. Bircə günün içində düşməni məğlub etdilər. 

Səhərciyə yekun vurduqdan sonra kitabxanaçı uşaqlara beləcə 

torpağı  qorumağı,  sevməyi  tövsiyə  etməlidir.  Həmçinin 

vətənpərvərlik mövzusunda “Nağıl otağı”nda təşkil edilən ucadan 

oxu  azyaşlıların  sevimli  tədbirlərindəndir.  Mirvarid  Dilbazinin 

“Azərbaycanım”  şeirinin  ucadan  oxusunu  keçirmək  onlar  üçün 

maraqlı olar: 

Torpağı – türbət, 

Suları - şərbət , 

Günəşi – məlhəm, 

Ayrılığı – qəm 

Azərbaycanım!  

Aranı, dağı, 

Tərlan oylağı, 

Könlüm çırağı, 

Qızılgül bağı 

Azərbaycanım! 

Ana nəfəsim, 

Qaranquş səslim, 

Ellim, obalım, 

Dağlar havalım 

Azərbaycanım. 

Qızları dilbər, 




20 

 

Qğulları ər, 



Odum, ocağım, 

Ana qucağım,  

Qalsam həyatım, 

Ölsəm torpağım 

Azərbaycanım! 

Vətənpərvərliklə bağlı uşaq kitabxanalarının “Nağıl otağı”nda 

mənəvi  abidəmiz olan, 1300 ildən  də qədim tarixə malik “Kitabi-

Dədə  Qorqud”  dastanının  təbliği  mövzusunda  məktəblilərlə 

söhbət təşkil etmək olar. Bu  dastan balacalarda kökünə sadiqlik, 

milli adət-ənənələrimizə hörmət kimi hisslər doğurur və  onlarin  

vətənpərvərlik  tərbiyəsində  başlıca  rol  oynayır.  Salur  Qazan, 

Beyrək,  Qaraca  Çoban  kimi  qəhrəmanların  simasında  qeyrət, 

cəsarət  simvollarına  çevrilmiş  oğullardan  nümunə  götürən    uşaq 

və  yeniyetmələrimiz    milli  köklərimizə  bağlılıq  ruhunda  tərbiyə 

olunurlar. “Kitabi-Dədə Qorqud” dastanındakı “Basatın Təpəgözü 

öldürdüyü  boy”  çoxumuza  tanışdır.  Kitabxanaçı  bu  boyu  aşağı 

sinif məktəblilər arasında təbliğ edərkən Basatın vətənpərvərliyini, 

doğma yurduna, elinə, obasına sönməz sevgisini, yağı qarşısında 

əyilməzliyini    və  cəsarətini  ön  plana  çəkməlidir.  Kifayət  qədər 

şan-şöhrət sahibi olan Basat Təpəgözün üstünə bəlkə getməyə də 

bilərdi. Ancaq ana yurda məhəbbət, amansız düşmənin qəddarlığı, 

Oğuz  elinin  üstünü  alan  təhlükə  onu  bu  nəhənglə  ölüm-dirim 

mübarizəsinə  sövq  edir.  Ata-anası  ağlayıb  sızlasa  da  Basat  öz  

yolundan  dönmür.  Hətta  Oğuz  elinin  bəylərbəyi  Qazan  xan  da 

Təpəgözlə  savaşın çox qorxulu olduğunu  Basata anlatmağa, onu 

bu yoldan döndərməyə çalışır. 

                           Böyük nəhəng oldu Təpəgöz

                           Göydə çevirdim yıxa,  

                                                 bilmədim  Basat! 

                            Böyük qaplan oldu Təpəgöz

                            Uca dağlarda fırlandıq, yıxa, 

                                                bilmədim, Basat! 

                            Ağsaqqallı atanı ağlatma! 



21 

 

                            Ağbirçəkli ananı zarıldatma!   



Bu sözlərdən real təhlükənin nə qədər qorxulu olduğu anlaşılır. 

Çünki bütün oğuz elinin dövləti, “ümmət soyunun  aslanı, qalmış 

yigit  arxası” kimi  tanınan Qazan  xan  belə  Təpəgözün  qarşısında 

acizliyini bildirir.  

Kitabxanaçı nağıl otağında uşaqların diqqətini  misralara cəlb 

edərək, Basatın nə qədər cəsarətli və təhlükəli bir addım atdığını, 

fəqət bu addımın nəcib bir məqsədlə - xalq, doğma yurd və onun 

övladları naminə atıldığını qeyd etməli, gənc nəslə vətənpərvərlik 

tərbiyəsi aşılamalıdır. 

Vətənpərvərlik tərbiyəsinin ən mühüm amillərindən biri doğma 

ana  dilimizi  gələcəyin  vətəndaşlarına  sevdirməkdən  ibarətdir. 

Xalqımızın  folklorla  yoğrulmuş  təfəkkür  süzgəcindən  keçərək 

cilalanan  və bu gün milyonlarla azərbaycanlının mənəvi sərvətinə 

çevrilən  doğma  dilimiz  haqqında  ulu  öndərimizin  bir  kəlamında 

deyilir: “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”. Bunu 

nəzərə  alaraq  kitabxanaçı  uşaqlarla  dilimiz  haqqında  söhbətlər 

aparmalı, onlara ana dilimizi bütün dillərdən üstün tutmağı tövsiyə 

etməlidir. 

Məktəbli  oxucular  yetkinlik  astanasında  olarkən  hər  bir 

addımını  fikirləşir,  onu  əhatə  edən  mühitin,  həyat  hadisələrinin 

təsirinə  qapılırlar.  Onlar  daha  çox  bədii  ədəbiyyat  oxuyur,  öz 

ideallarını  əsərlərdə  axtarırlar.  Onların  marağını  nəzərə  alıb 

kitabxanaçılar  uşaqlara  Babək,  Cavanşir,  Koroğlu,    Nəbi,  Həzi 

Aslanov,  Mehdi  Hüseynzadə,  Hüseynbala  Əliyev,  Çingiz 

Mustafayev,  Salatın  Əsgərova,  Əlif  Hacıyev,  Fərid  Əhmədov, 

Mübariz İbrahimov və digər qəhrəmanların həyatından, keçdikləri 

döyüş  və  mübarizə  yollarından,    qəhrəmanlar  haqqında  çoxlu 

əsərlərən  yazilmasindan  bəhs  etməli,  hərbi  vətənpərvərliyə  aid 

kitabların  oxunmasını  tövsiyə  etməlidir  ki,  onlar  Vətənə  sədaqət 

ruhunda  böyüsünlər,  Vətən,  xalq  uğrunda  çalışmağı    ən  ümdə 

vəzifə  hesab  etsinlər.  Oxucular  belə  kitabları  oxuduqda  igidlik, 

qəhrəmanlıq  haqqında  geniş  məlumatlanacaq,  Vətənə  daha  da 

sadiq  olacaqlar.  Eyni  zamanda  onlarda  nəcib  əxlaqi  keyfiyyətlər 



Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə