15
B)
vətəni hər yerdə təbliğ etmək,
C)
vətəni qorumaq,
D)
daxili hiss,
E)
ailəyə, cəmiyyətə, ümumiyyətlə Azərbaycana olan
məhəbəbbət.
2. Öz yaşıdlarınızın vətənpərvərlik hisslərini necə
qiymətləndirirsiz?
A) ürəkaçan deyil,
B) ürəkaçandır,
C) zaman keçdikcə daha yaxşı olacaq,
D) hazırda bu hiss olduqca güclüdür.
E) -----------------------------------------
3.Vətənpərvərlik hissi necə formalaşmalıdır?
A) ailədə.
B) uşaq baxçasında, orta məktəbdə,
C) ali təhsil ocaqlarında,
D) ictimai təsisatlar vasitəsilə,
E) insanın öz daxilində,
F) hər yerdə, cəmiyyətdə, hərtərəfli və s.
4.Gənclərdə vətənpərvərlik hisslərinin artırılması üçün nə
edilməlidir?
A) heç bir şey,
B) o daxildə formalaşmalıdır,
C) orta məktəblərdə təbliğ edilməlidir,
D) bu iş televiziya və radiolarda güclənməlidir ,
E) mədəniyyət ocaqları vasitəsilə,
F) uşaqların valideynlər tərəfindən düzgün tərbiyəsi.
5. Sizcə uşaq və yeniyetmələrdə vətənpərvərliyin inkişafı üçün nə
etmək lazımdır?
A) onlar vətənə ürəkdən bağlanmalı, doğma yurdu ürəkdən
16
sevməlidirlər,
B) daxili təşəbbüs göstərilməlidir,
C) birləşməlidirlər,
D) dərnək və klublar yaratmalıdırlar,
E) heç bir şey etməməlidirlər,
F) bacardığını etməli, döyüşə getməli, təbliğat aparmalı, özünü
dərk etməli, örnək olmalı, düşmənləri qırmalı və lazim gələrsə
Vətən uğrunda şəhid olmalıdirlar.
6. Son vaxtlar vətənpərvərlik mövzusunda hansı əsərləri
oxumusunuz?
B. Vahabzadə “Şəhidlər” poemasını, N. Məmmədlinin
”Zəngulə”povestini, Z. Yaqubun “Xocalı” poemasını, S.
Nuruqızının “Qisas”, Ə. Quluzadənin “Qadan mənə Qarabağ”,
E.Elatlının “Qisas gecəsi”, S. Müslümqızının “Onlar heç vaxt
böyüməyəcək”, G. İbrahimovanın “Evin kişisi”, Ə. Cəmilin
“Can nənə bir nağıl de...” şeirini, Ə. Məmmədxanlı “Buz heykəl”
və digər əsərlri.
---------------------------------------------------------
7. Vətənpərvərlik mövzusunda yazan yazıçılardan, şairlərdən
kimləri tanıyırsınız?
S.Vurğun, Ə.Cavad, Ə.Məmmədxanlı, Ə. Cəmil, B.Vahabzadə,
E.Elatlı, S.Müslümqızı, N.Məmmədli və başqalarını.
--------------------------------------------------------
Kiçik yaşlı uşaqlara isə vətənpərvərlik hissi bir neçə yolla
aşılanır. Kitabxanaçılar uşaqlarda Vətənə, onun başı qarlı
dağlarına, bol-bəhrəli düzlərinə, min cür nemət yetirən müqəddəs
torpağına, durnagözlü bulaqlarına, ucu-bucağı görünməyən
meşələrinə məhəbbət hissi tərbiyə etmək işində bədii əsərlərdən,
söhbətlərdən, musiqi əsərlərindən, ekskursiyalardan, foto-
17
albomlardan, rəsm müsabiqələrindən, ucadan oxudan geniş
istifadə etməlidir. Bu oxucular vətən haqqında bilgilərini ilk
əvvəl ailədə, uşaq bağçasında, sonra məktəbdə, daha sonra
kitabxanalarda
zənginləşdirirlər.
Bu
məqsədlə
hərbi-
vətənpərvərlik tərbiyəsinə diqqətlə yanaşmaq lazımdır. Uşaqları
xalqımızın adət-ənənələri və sərvətlərilə tanış etmək, vətəni
qorumağın hər kəsin müqəddəs borcu olduğunu onlara başa
salmaq lazımdır.
Məktəbəqədər yaşlı uşaqlarda vətənpərvərlik tərbiyəsini
formalaşdırmaq üçün ilk əvvəl onlara Vətənin gözəlliklərindən
danışmalı, Vətənin təbiətini sevməyi öyrətmək lazımdır. 3
yaşından başlayaraq uşaqlara Vətən haqqında şeirlər əzbərlətməli,
nağıllar oxunmalı, qəhrəmanlardan danışılmalıdır. Uşaqların
yaşlarını nəzərə alıb sadə və qısa başlıqlı sərgilər tərtib etmək
lazımdır. Sərgilərə “Azərbaycan – Vətənim mənim”, “Azərbaycan
qəhrəmanlar yurdudur”, ”Vətənpərvərlik tərbiyəsi ümummilli
xilas yolumuzdur”, “Doğma yurda bağlılıq Vətən sevgisindən
qaynaqlanır”, “Biz Milli Ordumuzla fəxr edirik” adı vermək olar.
Uşaqlar üçün sərgi təşkil edərkən alim, yazıçı və şairlərimizin
vətən haqqında yazdığı müxtəlif kitablardan və eyni zamanda
vətənə aid şeir parçalarından, milli qəhrəmanlarımızın
şəkillərindən istifadə oluna bilər. Sərgilər hazır olduqdan sonra
tədbirlər keçirmək olar.
Azyaşlı uşaqlar üçün təşkil edilən tədbirlərin ən maraqlısı
səhərcikdir. Səhərciyin uşaqlar üçün əhəmiyyəti böyükdür.
“Vətən” (Abbas Səhhət), “Öz vətənimdir” (Mirvarid Dilbazi),
“Azərbaycan” (Səməd Vurğun), “Bir parça torpaq” (Əli Səmədli),
“Vətəni də sevirəm” (Rafiq Yusifoğlu), “Ey anam, Azərbaycan”
(Hikmət Ziya) və “Qaranquş” (Xəlil Rza Ulutürk) şeirləri üzrə
səhərciyin və ucadan oxunun hazırlanması daha yaxşı olar.
Dostları ilə paylaş: |