F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
1   ...   5   6   7   8   9   10   11   12   13

31 

 

I aparıcı:  Torpaqlarımızsa şəhid olmamalıdır! Babalarımız bu 

torpağı quduz düşmənlərin əlindən ona görə qorumayıblar ki, onu 

əsrin ermənilik bəlasına qurban verək.  



II aparıcı:  Vətən şəhid olsa onu bizə əmanət etmiş babalara,  

ağsaçlı analara,  sabahımız olan uşaqlara nə cavab verərik?  

Yox,  türk  oğlu,  yox!  Sən  vətən  torpağını  şəhid  olmağa 

qoymayacaqsan!  Gəlin  hamımız  and  içək  ki,  bu  yurda  əl 

uzadanlarin  əlini  kəsəcəyik.    And  içək  ki, 

şəhidlərimizin    hər 

damla  qanına  əvəz  çıxılacaq.  Və  bir  də  and  içək  ki,  bu  and 

içdiyimiz andların heç birinə bənzəməyəcək. 

 

And içək... 

(İki oxucu Ələmdar Quluzadənin “Hərbi and” şeirini söyləyir). 

 

I oxucu:             Qəhrəman Mehdilərə

 

 



 

Həzilərə həsədim, 

Cəbhələrdən dönməyən 

Atalara həsrətim –  

Hərbi andımdır mənim. 

 

Ünvansz ölənləri 



Axı, necə unudum? 

Bir naməlum əsgərin 

Qəbri üstdə sükutum –  

Hərbi andımdır mənim. 

 

II oxucu:   

İnsanın od-alovlu 

       Tarixlərə heyrəti, 

       Anaların qırğına, 

       Sülhün hərbə nifrəti –  

       Hərbi andımdır mənim. 

       Mənə səadət verən 

       Vətənə sədaqətim, 

Məni vətənə verən 

Anama məhəbbətim –  




32 

 

Hərbi andımdır mənim. 



(S.Nuruqızının “Qisas” povestindən qısa səhnəcik göstərilir. Sonra iki oxucu 

Məmməd Arazın “Bizi Vətən çağırır!” şeirini söyləyir.). 

 

I aparıcı:  Vətənpərvərlik Vətənə, doğma torpağa, xalqa, onun 

dilinə, adət-ənənələrinə, mədəniyyətinə  məhəbbət deməkdir.  Əsl 

vətəndaş isə Vətənin içində gəzən yox, Vətənin özünü öz içində 

gəzdirəndir.  



II aparıcı: Əsl Vətəndaş  Vətəni ana qədər sevən,  əzizləyən, 

qoruyandır.  Gəlin, biz də  əsl vətəndaş  olmaq  üçün  Vətənimizi 

göz-bəbəyimiz  kimi  qoruyaq.  Çünki,  Vətən hər  şeydən  ucadır! 

Bunu hər kəs dərk etməlidir. Onda yenilməz olarıq! 



II aparıcı:      Azərbaycanı sevin, sevin Azərbaycanı, 

                       Bu gün odlu sevgiyə onun ehtiyacı var... 

                       Sevin, odum, ocağım, evim Azərbaycanı, 

                       İndiki dərdlərinə eşqimiz əlac olar... 

                       Yaraları göynəyir, yaraları sızlayır, 

                       Bu millətin qeyrətli oğulları, qızları,   

                       Sevgimiz xilas edər bu gün Azərbaycanı, 

                       Azərbaycanı sevin, sevin Azərbaycanı... 

                       Adını uca tutun hər arzudan, diləkdən, 

                       Doymayın, usanmayın ona ana deməkdən... 

                       O bizim hamımızın həyəcanı, harayı, 

                       Bir də axı kim yanar ona bizdən savayı?... 

                       O bizim ruhumuzda, o bizim qanımızda, 

                       Yalnız biz keçməliyik uğrunda canımızdan. 

                       Can istəsə can verin, sevin Azərbaycanı, 

                       Qan istəsə qan verin, sevin Azərbaycanı... 



Sözləri  Ənvər  Əlibəylinin,  musiqisi  Rauf  Hacıyevin 

“Azərbaycanım”  mahnısını  oxucular  ifa  edirlər.  ”Tədbir 

C.Quliyevin “Əsgər marşı”nın səslənməsi ilə bitir. 

 

 

 


33 

 

VƏTƏNPƏRVƏRLİK MÖVZUSU BƏDİİ 



ƏDƏBİYYATDA 

KİTABLAR 

 

Abbas A. Dolu : roman. - Bakı : Təhsil, 2008. - 256 s.  

Abdulla MƏsir qadın... : roman. –B. : Çinar-Çap, 2006. – 

216 s. 


Abdulla M. (Mahirə). Əvvəl. Axır : Roman. - Bakı : QAPP-

POLİQRAF Korporasiyası, 2004. - 268 s. 



Amanova S. Su satan Abbas, Bülbül və Qızılgül haqqında 

nağıl. - Bakı : Oskar, 2002. - 16 s. 



Anama deməyin / tərt.ed. : E. İsgəndərzadə. - Bakı : Vektor, 

2003. - 128 s.  



Anarqızı G. Oğlun Qarabağ : Hekayə / G. Anarqızı. - Bakı : 

Nurlan, 2004. - 66 s.  



Arifqızı G.  Əsirlikdə qalan kəndim. - Bakı : Avropa, 2008. - 

144, [24] s.  



Azayev Ə. Qanlı gündəlik : povest və hekayələr. – B.: 

Azərnəşr, 2002. – 240 s. 



Cəbrayılova R. Ölməzliyə abidə. – B.: Ziya, 2010. – 444 s. 

Cəfərov R. İkiqat mühasirə. – B.: Çıraq, 2008. – 222 s. 

Cəfərov R. Ləğv edilmiş tapşırıq. – B.: Çıraq, 2005. – 368 s.   

Çəmənli M. Fred Asif : sənədli roman. – B.: Təhsil, 2010. – 

224 s.


 

Çəmənli M. Mübariz : povest. – B.: Təhsil, 2010. – 96 s. 

Elçin. Qarabağ şikəstəsi : Hekayə. - Bakı : Mütərcim, 2009. - 

48 s. - ("525 kitab" seriyası). 



Elatlı E. Cəhənnəmdən gələn səs : roman. – Bakı : MBM, 

2009, - 368 s. 



Elatlı E. Qisas gecəsi : roman. – Bakı : İdeal-Print, 2011. – 176 

s.  


Eyyubov E. Qırx beş gün cəhənnəmdə : roman. - Bakı : 

Şirvannəşr, 2010. - 424 s.  




34 

 

Eyvazlı Ə. Bir batalyonun tarixi : sənədli povest. – B.: Nurlar, 

2011. – 311 s. 

Əhməd Ə. Dünya əlimdən sürüşür : şeirlər və poemalar. - Bakı 

: Qarabağ, 2007. - 527 s.   



Əhmədov Y. Torpağa tökülən qan : roman. – B.: Azərnəşr, 

2004. – 456 s. 



Əlioğlu M. [Məhərrəmov] Gerçəkləşən xəyallar (Fərari – 2). – 

B.: Gənclik, 2011. – 250 s. 



Əliyev O. Əbədiyyətə qovuşan Koroğlu. – B.: Ərgünəş, 2008. 

– 238 s. 



Əroğul Ə. Cəbrayılım-müqəddəs torpaq : Cəbrayıl polisinin 

tarixindən səhifələr. - Bakı : Ekologiya, 2006. - 412 s.  



Əsgərova R. Gültəkin: İki zirvə, iki and yeri : ədəbi-bədii 

toplu. – B.: Qanun, 2006. – 352 s. 



Güney F. Qara qan : tarixi roman. I kitab. – Bakı : Qapp-

Poliqraf, 2003. – 462 s. 



Güney F. Qara qan : tarixi roman. II kitab. – Bakı :Apostrof, 

2009. – 456 s. 



Hacızadə A. Bir cüt yarpaq : sənədli povest. – Hərbi nəşriyyat, 

2005. – 240 s. 



Həsənqızı F. Döyüşçü fəryadı. – B.: Vətən. 2010. – 160 s. 

Xəlilov V. Vətən sənə oğul dedi : Azərbaycanın Milli 

Qəhrəmanı Eldar Xəlil oğlu Xəlilov haqqında. – B.: Nərgiz, 2009. 

– 112 s. 

Xəzər E. Mübariz : poema. – B.: Nərgiz, 2011. – 39 s. 

XınalıZ. Qarabağı unutma : Hərbi vətənpərvərlik mahnıları və 

marşları. - Bakı : Təhsil, 2005. - 48 s. 



Kərimov Y. Sarı sim... : Povestlər, ssenarilər. Qarabağ 

şikəstəsi dəftərindən. - Bakı : Vətən, 2004. - 334 s 



Kərimov Y. 

Qarabağ şikəstəsi. - Bakı : Azərnəşr, 2003. - 

224 s.  

Kərimli A. Vətən igid oğullarımızı yaşadacaq. – B.: Yeni 

poliqrafist MMC, 2010. 




Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə