F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
vedrələrlə gurultu salaraq çəlləyi su ilə doldurardı və anasının hər addımına diqqət yetirərdi. Onun
etdiyi hər bir işə fikir verir və indiyə qədər onun nə qədər işi olduğunu görmədiyinə təəccüb edirdi.
Tez-tez anası əlini belinə qoyaraq zorla belini düzəltdikdə o, anasının yanına yüyürər və diksinmiş
halda deyərdi:
—
Otur! Otur!
O isə şikayət etmək əvəzinə mütəəssir olaraq:
— Yox, əzizim, yorulmamışam!.. Heç bir damcı da yorulmamışam, — deyə cavab verir və
işdən sərtləşmiş əli ilə Lyonkanın yanaqlarını sığallayardı.
Gecələr ana ağır qüssə ilə ah çəkirdi. Lyonkanın məktəbdən ayrılması onu çox narahat edirdi.
O, bu haqda danışmaq istəyirdi, lakin Lyonka susur və hirslənirdi. Odur ki, bəzən anası ona hiylə ilə
təsir etmək istəyirdi. Səhər gözucu oğluna baxaraq:
—
Ay aman! Vaxt nə qaçır! Saat doqquza işləyir, gəl... — deyərdi və içində kitabları olan
çantanı da oğlunun qarşısına qoyardı.
Lyonka pəncərəyə yaxınlaşar və hər şeyi unudar, gözləri yol çəkərək küçəyə baxardı. Bütün
həyətlərdən məktəblilər çıxırdı. Lyonka barmaqlarilə pəncərəni tıqqıldadır, qaşlarını çatır, öz-özünə
nə isə fikirləşirdi, amma məktəbə getmirdi.
—
Oğul, — deyə anası onu çağırardı.
Qəflətən çağırıldığına görə Lyonka diksinərdi.
—
Oğulcan, getsənə Tatyana Petrovnanın yanına, yaxşılıqla ürəyini ona açıb üzr istəsənə!
— Üzr istəyəsi taqsırım yoxdur, — deyə, Lyonka sərt cavab verər və danışıq kəsilsin deyə,
daxmadan çıxıb gedərdi.
Eqorka qonşu oğlanları Styopa və Mitroşa ilə küçədə addımlayarkən «O, məni qovacaqdır»
deyə həyəcanla düşünürdü.
Mitroşa uca boylu və sağlam bədənli olduğundan o, öz gücü ilə tanınmışdı. Styopa isə arıq və
uzun idi. Onlar ayrılmaz dost idilər. Hər vaxt və hər yerdə birgə olardılar. Hər ikisi də qızıl əsgər
ailəsinə kömək etməkdən boyun qaçırmazdılar.
Lyonka evdə idi. O, masa arxasında oturmuşdu, anası isə sobanın yanında durub oda baxaraq
atanın son məktubunu xatırlayırdı. Son məktub başqasının əlilə yazılmış və hansı hərbi
xəstəxanadandırsa göndərilmişdi. Ata heç bir şeydən şikayət etmir və ancaq kiçik bir qeyd ilə
özünün müvəqqəti olaraq sıradan çıxdığını və hərbi xəstəxanada yatdığını xəbər verirdi.
Birdən qapı bərkdən şappıldadı və daxmaya üç oğlan daxil oldu. Lyonka başını qaldırıb
Eqorkanı gördü.
Eqorka papağını çıxartdı və ətrafa nəzər saldı. O, belindəki baltanı düzəltdi və gülümsəyərək
dedi:
—Polya xala, biz sizin qulluğunuza gəlmişik. Uşaqlar işsizlikdən darıxıblar. Bəlkə xırda-xuruş
işlərinizə kömək edək? Özünü itirmiş Lyonkaya çevrilib əlavə etdi:
—
Salam, ay ev yiyəsi!
Pelageya sobaya qab qoymaq və çıxartmaq üçün olan tutqacı yerə qoydu və təşvişə düşdü:
—
Əcəb... hələ de görüm, sizi bura kim göndərib?
Eqorka şad bir halda cavab verdi:
—
Biz özümüz gəlmişik!
Başını qapı çərçivəsinin yuxarısına dayamış Mitroşa burunaltı söyləndi:
—
Biz özümüz düşüncəliyik!
Nazik burunlu, uzun Styopa cib dəftərçəsini çıxarıb əda ilə dedi:
—
Deyin görək, nəyə ehtiyacınız var? Söylə, Polya xala! Mən sənin adından ərizə yaza
bilərəm! Rayona da özüm apararam!
Pelageya əllərini silkələyərək dedi:
—
Yox, yox, sən nə danışırsan! Nə üçün nahaq yerə adamları narahat edək? Müharibə
vaxtıdır. Bircə biz deyilik ki!
Mitroşa özünü doğruldaraq təkbarmaq əlcəyilə burnunu sildi:
—
İşə başlamaq lazımdır! Eqorka, soruş!
—
Nə soruşum? Əvvəl damın qarını kürəyək, sonra da ambara baxarıq.
Eqorka əlini Lyonkanın çiyninə vurdu və dostluqla ona göz elədi.
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Gedək həyətə! Kürəkləri ver!
Pelageya tələsərək qeyd etdi:
—
Hə, hə ambara, ambara bir əl gəzdirmək...
Lyonka anasına acıqla baxdı, kürkünü geyib daxmadan çıxdı. O, anasından, uşaqlardan və
Eqorkadan incimişdi. Hamıdan artıq özünü heç bir şey olmamış kimi idarə edən Eqorkaya qarşı
acığı tuturdu. O, bilmirdi ki, Eqorka Tatyana Petrovnanın mürəkkəb tapşırığını yerinə yetirərkən
özünü qətiyyətsiz hiss edir və bu qətiyyətsizliyini gizləməyə çalışırdı. Hər ikisi bir-birinə gözaltı
baxırdılar. Lyonka Eqorkanın hərəkətlərinə qərəzlə baxırdı. Eqorka şadlıqla fit çalaraq ambara
yaxınlaşdı və divardakı yekə bir dəliyə Pelageya tıxadığı əski parçalarını çıxardıb oradan marıtlayan
çoşqanın burnuna şappıltı ilə vuraraq dedi:
—
Çoşqanız yəqin həyətin hər tərəfini dolaşıb kor qoyur?
Pelageya təsdiq edərək:
—
Sıçrayıb çıxır, bala, sıçrayıb çıxır.
Eqorka ambardan bir taxta çıxartdı. O yan-bu yanına baxdı, ölçdü və yonmağa başladı.
—Mismarınız varmı?
Lyonka kiçik ambara girdi. Dəmir dam Mitroşanın çəkmələri altında səslənirdi. Styopanın
uzun gövdəsi həyətdə vurnuxurdu, ambardan şən fit səsi və baltanın taqqıltısı eşidilirdi. Bunların
hamısını heç bir əziyyət çəkmədən Lyonkanın özü təkcə icra edə bildiyi halda onun həyətində
çağırılmamış qonaqların başçılıq etdiklərindən Lyonkanın qəlbi hirs və həyadan sıxılırdı.
O, mismar qutusunda xeyli eşələnərək acı-acı təkrar edirdi:
—
Atam gələr, hamısını danışaram!
Mitroşa qarın altında qalıb buz bağlamış tiri dartıb çıxartdı. O, tirin çürümüş gövdəsinə balta
ilə vuraraq Lyonkaya dedi:
—
Bu, təmirdə işlətmək üçün yaramaz. Gəl bunu yandırmaq üçün doğrayaq.
Lyonka dişlərini qıcıyaraq baltanı ürəklə qamarladı və tirə sancdı. Mitroşa bir söz demədən
baltanı tirdən çıxartdı və səkiyə atdı.
—
Mişar ver.
Oğlanlar işlərini qurtardılar. Keçə ayaqqabılarında və kürklərində olan qarı uzun müddət
silkələyib təmizlədilər.
Eqorka Lyonkaya baxaraq sözləri uzada-uzada dedi:
—
Hə, sənin üçün çətindir... Belə ailə zarafat deyil.
Acığından Lyonkanın boğazı qurudu və sözləri tıxanıb boğazında qaldı. O, xırıltilə deyindi:
—
Ailə mənimdir! Heç kəsə də dəxli yoxdur! Mənəm evin kişisi! Məni atam özü təyin
etmişdir. Mən də öhdəsindən gələrəm! — təngnəfəs halda uşaqları nəzərdən keçirdi.
Mitroşa islanmış əlcəklərini bir-birinə vuraraq etinasızlıqla dedi:
—
Öhdəsindən gələrsən gəl də!.. gedəkmi, uşaqlar?
Styopa Lyonkaya gözucu baxdı, incik halda burnunu çəkdi, dəftərçəsini cibinə qoydu və
Mitroşanın dalınca addımladı. |
Lyonka onların arxasınca:
— Etdiyiniz köməyə görə isə çox sağ olun! — dedi.
Eqorka eyvanın surahısına dirsəkləndi:
—
Siz gedin! Mən sonra gələrəm, — deyərək başı ilə yoldaşlarına işarə etdi.
Lyonka meydan oxuyan bir nəzərlə ona baxdı.
Eqorka gözlənmədən ona dedi:
—
Sənin bu hərəkətin düzgündür.
Lyonka təəccüblə:
—
Nə dedin?
Eqorka onun sualına cavab vermədən fikirli halda dedi:
— Mənim özümə də kömək edəndə xoşuma gəlmir .— O, başını bulayaraq gözlərini qıydı.
— Ölüm qədər xoşa gəlməzdir! — deyə əlavə etdi.
—
Bəs mənim yanıma niyə gəldin? — deyə Lyonka onu məzəmmətləyərək soruşdu.
Eqorka tutuldu, söz tapmadı və Lyonkaya baxdı:
—
Mən gəlmişəm... Sən həmişə...
ova gedirsən, — dedi:
—
Ova? — deyə Lyonka soruşdu və əllərini cibinə soxaraq yoldaşını başdan-ayağa süzdü.