34
bəsitlikdən tam çıxa bilməmişik. Çünki bu gün dünyanın bir çox
yerlərində milli-etnik və dini qarşıdurmalar, insanların irqinə,
dininə, dilinə, dərisinin rənginə görə təhdid və təqib olunmaları
halları davam edir. Baxmayaraq ki, bütün dünya tolerantlığın və
multukulturalizmin antonimi, bəzi hallarda isə alternativi kimi
irqi ayrı-seçkiliyi qəbul edib. Başqa sözlə desək, dünyada
tolerantlığa təhdid yaradan, onunla düşmən olan meyillərdən biri
də irqi ayrı-seçkilikdir.
Multietnik dövlət olmaqla yanaşı Azərbaycan tarixən çox
konfessiyalı bir dövlət olub. Təxminən 2500 il bundan əvvəl
Dağ yəhudilərinin İsraildən ölkəmizə gələrək, burada
məskunlaşdıqları
da tarixi faktdır. Ölkəmizin ərazisi
Zərdüştlüyün meydana gəldiyi yerlərdən biri hesab olunur. Elə
bu səbəbdən də, hələ erkən orta əsrlərdə Azərbaycanda
xristianlıq yayılmağa başlayıb. Məlum olduğu kimi, 313-cü ildə
Qafqaz Albaniyasında xristianlıq dövlət dini kimi qəbul edilib.
O da məlumdur ki, Azərbaycan ərazisi həm də, İslamın ilk
yayıldığı yerlərdən biridir. Bütün bunlara baxmayaraq,
ölkəmizin ərazisində müxtəlif dinlərin nümayəndələri, o
cümlədən də ermənilər (1988-ci ilə qədər) bir yerdə dinc şəraitdə
yaşayıblar. Onminlərlə erməni bu gün də Azərbaycanda heç bir
təhdid və təzyiqlə üzləşmədən yaşayır. Azərbaycanın multietnik
və çox konfessiyalı tarixi irsindən danışarkən qeyd etmək
lazımdır ki, dünyada ölkəmiz kimi bu cür tarixi irsə malik
dövlətlər çox azdır.
Azərbaycan dövləti hər zaman ölkənin multietnik və çox
konfessiyalılığını qorumağa çalışıb və heç vaxt etnik və dini
azlıqların nümayəndələrini assimilyasiya etmək məqsədini
qarşısına qoymayıb. Əksinə, Azərbaycan dövləti tarixin bütün
dönəmlərində onların hüquqlarının qorunması istiqamətində
mühüm addımlar atıb. Məsələn, Azərbaycan Demokratik
Cümhuriyyətinin İstiqlal Bəyannaməsində etnik, dini, gender
35
mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bütün
ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibliyi
xüsusi qeyd olunub. Azərbaycan Demokratik Cümhuriyyətinin
bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin
tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi,
müxtəlif xalqların nümayəndələrinin olmasını göstərmək olar.
Bundan başqa, Azərbaycan Demokratik Cümhuriyyətinin
“Etnik azlıqların ana dilində təhsil almaq hüquqları” qanunda
etnik azlıqlara ana dilində təhsil almaq hüququ verilib və bu
ənənə bu gün də davam edir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa
olunması, xüsusilə də ümummilli lider Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışı, ölkədə olan tarixi tolerantlıq ənənələrinin
qorunması və inkişafı üçün real şərait yaratdı. Ümummilli lider
Heydər Əliyev multikulturalizm siyasətinin əsasını qoydu. O,
Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf
seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu
formalaşan Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu
mərhələ siyasi mərhələ idi. Ümummilli lider Heydər Əliyevin
rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul olunan
Konstitusiyada Azərbaycan Respublikasının multikulturalizm
siyasətini əsas müddəaları aydın şəkildə göstərilib. Azərbaycan
Respublikasının multikulturalizm və tolerant ənənələrinə
sadiqliyi digər hüquqi-normativ sənədlərdə də öz əksini tapıb.
Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci
maddəsinin III bəndində deyilir:
-Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin
hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və
36
vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi,
mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır.
25-ci maddənin III bəndinin son cümləsində deyilir:
-İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,
dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır.
26-cı maddənin I bəndində isə yazılıb:
- Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz
hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda
heç zaman diskriminasiya, irqi ayrı-seçkilik, rasizm halları
mövcud olmayıb. Bu gün Azərbaycanda mövcud olan
tolerantlığı və multikulturalizmi şərtləndirən əsas amillər də
bunlardır. Yuxarıda da qeyd etdiyimiz kimi, hər şey ilk növbədə
dövlətin və xalqın həmin dəyərlərə münasibətindən asılıdır.
Azərbaycanda isə bu dəyərlərin qorunub saxlanılması və inkişaf
etdirilməsi üçün hər bir şərait yaradılıb.
Azərbaycan irqi ayrı-seçkiliyə qarşıdır. Azərbaycan irqi
ayrı-seçkiliyin bütün formalarını rədd edir. Ölkəmizdə insanlar
cinsinə, irqinə, dilinə və dininə görə fərqləndirilmir, təqib
olunmur. Azərbaycan dövlət müstəqilliyin bərpa etdiyi illər
ərzində bu prinsiplərə, dəyərlərə sadiq olduğunu daim nümayiş
etdirib.
Dövlətimiz bu mövqeyi ilə insan hüquq və azadlıqlarının
qorunması məsələsində səmimiyyətini də göstərir. İnsanların
əsas hüquqlarından biri də onların irqi ayrı-seçkiliyə məruz
qalmamasıdır. İrqinə, dininə, dilinə, cinsinə görə insanlara fərq
qoyulduğu cəmiyyətdə insan hüquq və azadlıqlarından
danışmaq əbəsdir.
Azərbaycan 1996-cı il mayın 31-də qəbul etdiyi Qanunla bu
Konvensiyaya qoşulub. Bu Konvensiyanın əsas məqsədi
BMT-yə üzv olan bütün dövlətlərin insanlara irqinə, cinsinə,
Dostları ilə paylaş: |