37
dilinə və dininə görə fərq qoyulmadan insan hüquqlarına və əsas
azadlıqlara hamılıqla hörmət edilməsinin və onlara riayət
olunmasının təşviq edilməsidir. Beynəlxalq sənədə qoşulan
dövlətlər bu problemə qarşı həm birgə və həm də müstəqil
fəaliyyət göstərməyi öhdələrinə götürüblər.
Konvensiya BMT tərəfindən qəbul olunan İnsan hüquqları
haqqında Ümumi Bəyannaməyə istinad edir. Bəyannamədə
qeyd edilir ki, bütün insanlar ləyaqətcə və hüquqca bərabər və
azaddır. İnsana irqinə, dərisinin rənginə, yaxud milli mənşəyinə
görə fərq qoyulmamalıdır.
Sənədə əsasən bəzi ölkələrdə irqi fərqlərə əsaslanan üstünlük
fəlsəfəsinin elmi cəhətdən saxta olduğu, əxlaqi cəhətdən çirkin,
sosial cəhətdən ədalətsiz və təhlükəli olduğunu və irqi
ayrı-seçkiliyə harada olursa-olsun nə nəzəri, nə də praktik
baxımdan bəraət qazandırmağın mümkün olmadığını bildirir.
Konvensiyada insanlara irqinə, dərisinin rənginə, yaxud etnik
mənşə əlamətlərinə görə ayrı-seçkilik qoyulmasının millətlər
arasında dostluq və sülh münasibətlərinə mane olduğunu və
xalqlar arasında sülh və təhlükəsizliyin, habelə eyni dövlət
daxilində insanların ahəngdar birgə yaşayışının pozulmasına
gətirib çıxara biləcəyi vurğulanır.
Azərbaycan hökuməti Beynəlxalq Konsvensiyaya dair daim
birgə dövri məruzələrini edir.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən sonuncu dəfə
9-cu birgə məruzə təqdim edilib. Məruzədə qeyd edilir ki,
Azərbaycan dövləti özünün daxili siyasətində respublika
ərazisində məskunlaşan və Azərbaycan etnogenezisinin
formalaşmasında müəyyən rol oynayan milli azlıqların
azərbaycanlılarla yanaşı yaşamasını və onlarla bərabər bütün
hüquqlara malik olmalarını qanunla həyata keçirir. Əsrlər boyu
müxtəlif milli azlıqlar azərbaycanlılarla birlikdə sülh və
əmin-amanlıqda yaşayıb.
Amma Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və yeddi
ətraf rayonun Ermənistan tərəfindən işğalının davam etdirilməsi
38
hazırkı Konvensiyanın tam və səmərəli implementasiyası üçün
ən böyük maneə kimi qalmaqdadır. Bu xüsusda BMT-nin
Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə
(822, 853, 874 və 884) hələ də həyata keçirilməyib. Qətnamələr
Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini
bir daha təsdiq edib, işğal olunan ərazilərdən işğalçı qüvvələrin
çıxarılmasını tələb edir.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir
milyondan çox qaçqın və məcburi köçkün yaşamaqdadır ki, bu
da həmin insanların əsas hüquq və azadlıqlarının təminatı üçün
çətinliklər yaradır. Ölkəmizdə bu qrup insanların sosial
vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər
görülür.
Azərbaycan dövlətinin əsas məqsədi fərdlərin irqindən,
inancından, etnik mənsubiyyətindən və digər hallardan
asılı olmayaraq öz hüquq və vəzifələrindən eyni dərəcədə
faydalandığı
mühitə
nail
olmaqdır.
Azərbaycan
Konstitusiyasının 25-ci maddəsində də təsbit olunduğu kimi,
Azərbaycan dövləti irqindən, milliyyətindən, dinindən, dilindən,
cinsindən,
mənşəyindən,
əmlak vəziyyətindən, qulluq
mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş
hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi,
əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq
qadağandır.
2011-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da irqi
ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri nəzərdə tutulub. Milli
Fəaliyyət Proqramında normativ-hüquqi bazanın, dövlət
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin müxtəlif
qruplarının hüquqlarının müdafiəsi və digər istiqamətlər üzrə
39
tədbirlər müəyyən olunub. Belə ki, “İrqi ayrı-seçkiliyin bütün
formalarının aradan qaldırılması haqqında” Konvensiyada öz
əksini tapan hüquqların milli qanunvericilikdə daha səmərəli
şəkildə qorunması ilə bağlı Milli Fəaliyyət Proqramında
ayrıca bəndlər salınıb. Sözügedən proqramın 1.1-ci
bəndində Azərbaycan qanunları layihələrinin hazırlanması
zamanı Azərbaycan Konstitusiyasında və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
təsbit edilən insan hüquq və azadlıqlarının əsas meyar kimi
rəhbər tutulması təsbit edilib. Milli Fəaliyyət Proqramının 1 və
2-ci bəndində isə Azərbaycanın tərəfdar çıxdığı insan
hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycanın
normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə
uyğunluğunun təmin edilməsi öz əksini tapıb və bundan
irəli
gələn
məsələlər
Nazirlər
Kabinetinə,
Prezident
Administrasiyasına, Azərbaycan Ədliyyə, Xarici İşlər
nazirliklərinə
və
həmçinin
Azərbaycan Milli Elmlər
Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutuna tapşırılıb.
Ümumilikdə Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif
qruplarının hüquqlarının müdafiəsi, müxtəlif dövlət orqanlarının
insan hüquqlarının
mühafizəsi
yönündə fəaliyyətinin
təkmilləşdirilməsi,
insan
hüquqları
sahəsində
tədris,
elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi,
insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq
və Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin
əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi fəsilləri
altında müxtəlif müddəalar öz əksini tapıb.
Dövri məruzədə qeyd olunur ki, “İrqi ayrı-seçkiliyin bütün
formalarının aradan qaldırılması haqqında” Beynəlxalq
Konvensiyaya əsasən, Azərbaycan Hökuməti irqinə, dərisinin
40
rənginə, mənşəyinə, milli və etnik mənsubiyyətinə görə heç bir
ayrı-seçkiliyə yol vermədən bütün insanların siyasi, iqtisadi,
sosial, mədəni və ictimai həyatın digər sahələrində insan
hüquqları və əsas azadlıqlarının bərabər əsaslarda təmin
olunması üçün müvafiq dövlət siyasətini həyata keçirir.
Kitabxanada 21 mart İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması
Uğrunda
Beynəlxalq Mübarizə Gününə həsr edilmiş
tədbirlərdən biri də “Ermənilər Azərbaycan xalqına qarşı
zaman-zaman dəhşətli soyqırımı törədiblər” adlı oxucularla
söhbətdir. Tədbir Azərbaycanda İrqi Ayrı-Seçkiliklə bağlı işlər
və tolerantlıqla bağlı məsələlər müzakirə olunur. Bununla yanaşı
cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq mühitinin
yaradılması və qorunması yolları haqqında da məsələlərdən
söhbət edilə bilər.
Kitabxanaçı: Mütəxəssislərə görə, dini və milli dözümlülük
güzəşt yox, ilk növbədə insan hüquqlarının qəbul edilməsi
əsasında formalaşan fəal münasibətdir. Bu gün dini, irqi və milli
ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya
rəvac verildiyi bir zamanda yaşayırıq. Yəni dünyamız real
təhlükə
ilə
üz-üzədir. Çıxış yolu isə bəşəriyyətin
münaqişələrdən, zor və təcavüzlərdən xilası, müqəddəs dəyər
olan insan həyatının qorunub saxlanması naminə müxtəlif dinlər
və millətlər arasında dözümlülüyü bərqərar edilməsidir. Bunun
üçün elə dinin özündən yararlanmaq daha önəmlidir. Çünki
bütün səmavi dinlər insanlara dinc yanaşı yaşamağı,
əmin-amanlıq şəraitində əməkdaşlıq etməyi və qarşılıqlı
ehtiramı təlqin edir.
I iştirakçı: Bütün xalqların, millətlərin və dinlərin dostluğu
üçün təkcə bu lazımdır. Azərbaycan bütün səmavi dinlərin
ardıcıllarının bir arayaya gəldiyi, qovuşduğu nadir məkanlardan
biridir. Etnik və dini cəhətdən rəngarəng dövlət olan ölkəmizdə
azərbaycanlılarla yanaşı ruslar, yəhudilər və başqa millətlərin
41
nümayəndələri yaşayır. Əsrlər boyu Azərbaycan ərazisində
müsəlmanlarla başqa din nümayəndələri arasında gözəl
münasibətlər hökm sürmüş, güclü tolerantlıq ənənələri təşəkkül
tapmış və bu, şüurlarda möhkəmlənmişdir. Bunun əsasında
xalqımızın milli mentaliteti və mədəniyyəti ilə yanaşı müqəddəs
dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlər durur.
Azərbaycanın dünya xalqlarından bir fərqi də ondadır ki,
ölkəmizdə tolerantlıq dövlət siyasəti səviyyəsində həyata
keçirilir. Bu cəhətdən
Azərbaycan dünyanın ən inkişaf etmiş
ölkələri üçün belə nümunəvi ola bilər. Dünyada ilk dəfə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu addımı
atmış, 1999-cu il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü
münasibətilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların
başçıları ilə görüş keçirmişdir. Ulu öndər həmin çıxışında hər
bir dinə, irqə aid olan insanların diqqətinə Tanrının bir olduğunu
və hamımızın insan olaraq barış üçün, sülh üçün yaradıldığımızı
bir daha çatdırmış, millətləri müharibələrdən, qan tökməkdən,
körpələri gözü yaşlı qoymaqdan çəkinməyə çağırmışdı.
Ulu öndər xüsusilə vurğulamışdır ki, ziddiyyətlərin
bitib-tükənmədiyi, qarşıdurmaların artdığı narahat dünyamızda
insanlığın xilası naminə qüvvələrin birləşməsi Böyük Yaradanın
bizdən tələbidir. Azərbaycanda tolerantlığın, milli və irqi
dözümlülüyün ən ali səviyyədə olduğunu artıq nüfuzlu
beynəlxalq təşkilatlar, siyasətçilər və diplomatlar da etiraf
edirlər.
II iştirakçı: Doğurdan da bu gün dini-irqi ayrı-seçkiliyin
gücləndiyi, bəzən dini, irqi qarşıdurmaya bilərəkdən rəvac
verdiyi bir zamanda yaşayırıq. Neçə illərdir qonşuluğumuzda
yaşayan ermənilərin törətdikləri vəhşiliklər, başqa dinə və milli
mənsubiyyətə aid Azərbaycan xalqına qarşı göstərdikləri
dözümsüzlük
buna
misaldır.
Xalqımızın
tolerantlıq
keyfiyyətlərindən sui-istifadə edən, dövlət siyasətində etnik
42
təmizləmə
və
işğalçılıq xəttini yeridən Ermənistanın
Azərbaycana qarşı təcavüzkar siyasəti hələ də davam edir.
Sonradan ermənilərə peşkəş edilmiş Qərbi Azərbaycan
torpaqlarında yüz minlərlə soydaşımız yaşadığı halda indi bir
nəfər də olsun Azərbaycanlı qalmayıb. Bu faciə Dağlıq Qarabağ
bölgəsində və ətraf rayonlarda yaşayan azərbaycanlıların da
başına gətirilmişdir. Özü də burada təcavüz olunan
təkcə insanlar deyil, tarixi-dini abidələrimiz, inanc yerlərimiz,
məscid və minarələrimiz darmadağın edilib. Bir neçə il
əvvəl Azərbaycandakı dini konfessiyaların nümayəndələri
Ermənistanın təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl
çəkməsi, işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz
boşaldılması ilə bağlı BMT Təhlükəsizlik şurasının qəbul etdiyi
dörd qətnamənin yerinə yetirilməsi, qaçqın və məcburi köçkün
həyatı yaşamağa məcbur olmuş bir milyondan çox Azərbaycan
vətəndaşının öz yurd-yuvasına qayıtması tələbi ilə beynəlxalq
təşkilatlara və dünya ictimaiyyətinə müraciət ediblər.
Milli ayrı-seçkilik və tolerantlığın təbliği ilə əlaqədar
oxucuların maariflənməsində kitabxana ilə yanaşı, məktəblər də
xüsusi tədbirlər keçirə bilər. Bunun üçün məktəbin ədəbiyyat
müəllimləri tərəfindən oxu zalına toplaşan məktəblilər “İrqi
ayrı-seçkilik dünya ədəbiyyatında” oxucularla söhbət adlı
tədbirdə iştirak edə bilərlər. İlk olaraq kitabxanaçı gələn
qonaqları və iştirakçıları salamladıqdan sonra qısa məlumata
keçid alır.
Kitabxanaçı: İrqçilik və ya rasizm-insan irqlərinin bioloji və
psixoloji bərabərsizliyi barəsində nəzəriyyələr toplusu. Həmin
fərqin irqlərin iri toplum şəklində yaşadığı cəmiyyətlərin tarix
və mədəniyyətlərinə ciddi təsir etdiyi iddia edilir. İrqçilik
insanların dərisinin rənginə görə ali və aşağı dərəcələrə
bölündüyünü və bir irqin digərlərindən üstün olub onlara hakim
ola biləcəyini qəbul edir. Doktrinanın yaranma səbəbləri kimi
43
psixoloji faktorlarla yanaşı iqtisadi baxışlar da əsas ola bilər.
İrqçı nəzəriyyələrin həyatda tətbiqi irqi ayrı-seçkiliyə gətirib
çıxarır.
Müasir dünyamızda baş verən müxtəlif səbəbli münaqişələr
fonunda dünya insanını öz yaşadığı cəmiyyətin qorumağa
istiqamətlənmiş çağırışların olmasına hər zaman ehtiyac
duyulur. Bu məqsədlə beynəlxalq təşkilatların, ayrı-ayrı
ölkələrin təşəbbüsləri ilə davamlı olaraq beynəlxalq konfranslar,
forumlar, toplantılar təşkil olunur. Bu tipli tədbirlər sülh və
sabitliyə tam təminat verməsə də, ən azından təcrübənin
paylaşılması, mümkün problemlərin çözülməsinə kömək
göstərilməsi baxımından vacibdir.
Kitabxanaçının çıxışından sonra ədəbiyyat müəllimi ilk
olaraq İrqi Ayrı-seçkilik (Diskrimiasiya) kimi mövzuları qələmə
alan dünya ədəbiyyatı yazıçılarından Fenimor Kuperin
“Sonuncu Mogikan, Harriyet Biçer-Stou “Tom Dayının
daxması”, Mark Tvenin bir neçə əsərindən və digər ədəbiyyat
nümunələrindən söhbət açır və sitatlar gətirir:
Köləliyin ən dəhşətlilərindən biri də odur ki, varlı evdə
xeyirxah ağa yanında yaşamış zənci bir də görürsən taleyin
amansız hökmü ilə bir zülmkarın əlinə düşdü. Tomu alan
sahibkar ondan başqa da bir neçə zənci aldı. Onları dörd yerə
ayırıb iki-iki buxovlayandan sonra gəmiyə mindirdi. Gəmi
körpüdən ayrılan kimi Lerqi zəncilərini yoxlamağa gəldi.
Hərraça aparılanda Tom ən yaxşı paltarını geyinmişdi. Lerqi
onun yanında dayanıb əmr etdi:
− Qalx!
Tom ayağa durdu.
− Qalstuku çıxart!
Tomun əlləri qandallı idi. Lerqi özü qalstuku onun boynundan
dartıb çıxartdı. Sonra onun sandıqcasından köhnə şalvar və iş
44
gödəkcəsini tapıb Tomun əllərini açdı. Göyərtəyə yüklənmiş
yeşikləri göstərib:
− Get orada paltarını dəyiş,-dedi.
Tom bu əmri də yerinə yetirdi. Lerqi ona sarı bir cüt köhnə
ayaqqabı tulladı:
− Ayağındakını çıxart bunu geyin.
Tom tabe oldu. Lerqi Tomun bütün əşyalarını onlardan
bəzilərini, o cümlədən Yevadan yadigar qalanları suya tulladı.
Paltarları isə tezliklə matroslara satıldı...
Ədəbiyyat müəlliməsi nəql etdiyi əsəri sonlandırdıqdan sonra
Azərbaycan ədəbiyyatından bir neçə nümunə göstərir. İlk olaraq
o, Səməd Vurğunun “Zəncinin arzuları” poemasından da söhbət
açaraq bir neçə sitat gətirir:
Salon heyrət içindədir... Sükut edir başdan-başa.
Qara zənci kürsüdədir, ona min göz baxır yerdən...
Bir şeyriyyət tablosudur seyr etdiyim bu tamaşa,
Nə mənalar oxuyuram dalğın baxan o gözlərdən!..
Elə bil ki, bir dəfə də, yarandığı gündən bəri
Ağız açıb o gülməmiş... nəfəslərə biganədir...
Dodağında səslənməmiş ürəyinin nəğmələri,
Talan olmuş şəhər könlü top dağıtmış viranədir...
Elə bil ki, qara zənci bu dünyaya gələn zaman
Bir daxmada matəm tutub ağlamışdır öz anası...
Fəqət yenə ana qəlbi ayrılmamış ana qəlbi övladından,
Gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası...
Tədbir iştirakçıların mövzuya aid çıxışları ilə sonlanır.
Zaman keçir və çox şeyi dəyişir. Amma dəyişməyən bir
həqiqət var: tolerantlıq Azərbaycan xalqının xarakterik
keyfiyyəti, Azərbaycan cəmiyyətinin nailiyyəti, dözümsüzlük
burulğanında müvazinətini itirmiş dünyanın məqsədidir.
45
Ədəbiyyat siyahısı
Bədəlov Ə. Qərbi Avropa ölkələrində və ABŞ-da dini, irqi
ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması
halları baş alıb gedir //
www.xalqqazeti.com
Cəfərov V. Azərbaycan irqi ayrı-seçkiliyə qarşı //
ekspress.az
Dözümlülük və müxtəliflik 21-ci əsrə baxış // BMT bülleteni. –
Azərbaycan. Yaz. – 2001. - № 1. – S.7-9.
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında
Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan
Respublikasının
Qanunu
(31
may
1996-cı
il)
//
www.genprosecutor.gov.az
İrqi ayrı-seçkiliyin (diskriminasiya) ləğv edilməsi uğrunda
beynəlxalq mübarizə günü.
21 Mart // www.teqvim.az
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında
Konvensiya //
www.genprosecutor.gov.az
Quranda irqi ayrı-seçkilik yoxdur //
fiqh.az
Bədii əsərlər
Abrahams P. İldırımlı yollarla . - Bakı : Azərbaycan Dövlət
Nəşriyyatı, 1961. - 280 s. – kiril qrafikası ilə
Abrahams P. Azadlıq haqqında danış : povest. - Bakı : Gənclik,
1982. - 104 s. –kiril qrafikası ilə.
Axundov S.S. Mister Qreyin köpəyi // Əhməd bəy və Məleykə
: nağıllar və hekayələr. – Bakı : Gənclik, 1987. – S. – kiril
qrafikası ilə.
46
Biçer-Stou H. Tom dayının daxması : roman. - Bakı : Altun
Kitab, 2011. - 128 s. - (Məktəblinin Kitabxanası. Dünya
ədəbiyyatından seçmələr).
Biçer-Stou H. Tom dayının daxması : roman. - Bakı :
APOSTROF, 2012. - 480 s.
Biçer-Stou H. Tom dayının daxması : roman. - Bakı : Hədəf
Nəşrləri, 2013. - 600 s.
Kardaşova, A. Zənci uşağı Rob : hekayə. - Bakı :
Uşaqgəncnəşr, 1953. - 36 s. - kiril qrafikası ilə.
Konstantinesku T. Zənci balası // Qız, günəş və leylək : Azyaşlı
uşaqlar üçün hekayələr. - Bakı : Gənclik, 1972. - 40 s. : şək. -
kiril qrafikası ilə.
Məmmədov Q. Zəncinin faciəsi // Hədiyyə : Hekayələr. - Bakı
: Azərnəşr, 1967. - 127 s. - kiril qrafikası ilə.
Rza R. Zənci balası Villi haqqında ballada // Üzü küləyə : şeirlər
və poemalar. - Bakı : Yazıçı, 1978. - kiril qrafikası ilə.
Vurğun S. Zəncinin arzuları
// Seçilmiş əsərləri : 5 cilddə.
:
poemalar. - Bakı : Şərq-Qərb, 2005. – III c. - S.262-271. -
(Müasir Azərbaycan ədəbiyyatı).
47
İnsanlığın xilası naminə İrqi Ayrı-seçkiliklə mübarizə
(metodik vəsait)
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail:info@clb.az
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş: 20
Çapa imzalanmışdır:23.02.2018
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |