F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

37 

 

dilinə və dininə görə fərq qoyulmadan insan hüquqlarına və əsas 



azadlıqlara  hamılıqla  hörmət  edilməsinin  və  onlara  riayət 

olunmasının  təşviq  edilməsidir.  Beynəlxalq  sənədə  qoşulan 

dövlətlər  bu  problemə  qarşı  həm  birgə  və  həm  də  müstəqil 

fəaliyyət göstərməyi öhdələrinə götürüblər. 

     Konvensiya  BMT  tərəfindən  qəbul  olunan  İnsan  hüquqları 

haqqında  Ümumi  Bəyannaməyə  istinad  edir.  Bəyannamədə 

qeyd edilir ki, bütün insanlar ləyaqətcə və hüquqca bərabər və 

azaddır. İnsana irqinə, dərisinin rənginə, yaxud milli mənşəyinə 

görə fərq qoyulmamalıdır. 

    Sənədə əsasən bəzi ölkələrdə irqi fərqlərə əsaslanan üstünlük 

fəlsəfəsinin elmi cəhətdən saxta olduğu, əxlaqi cəhətdən çirkin, 

sosial  cəhətdən  ədalətsiz  və  təhlükəli  olduğunu  və  irqi               

ayrı-seçkiliyə  harada  olursa-olsun  nə  nəzəri,  nə  də  praktik 

baxımdan bəraət qazandırmağın mümkün olmadığını bildirir. 

     Konvensiyada insanlara irqinə, dərisinin rənginə, yaxud etnik 

mənşə  əlamətlərinə  görə  ayrı-seçkilik  qoyulmasının  millətlər 

arasında  dostluq  və  sülh  münasibətlərinə  mane  olduğunu  və 

xalqlar  arasında  sülh  və  təhlükəsizliyin,  habelə  eyni  dövlət 

daxilində  insanların  ahəngdar  birgə  yaşayışının  pozulmasına 

gətirib çıxara biləcəyi vurğulanır. 

     Azərbaycan hökuməti Beynəlxalq Konsvensiyaya dair daim 

birgə dövri məruzələrini edir. 

     Xarici  İşlər  Nazirliyinin  məlumatına  əsasən  sonuncu  dəfə     

9-cu  birgə  məruzə  təqdim  edilib.  Məruzədə  qeyd  edilir  ki, 

Azərbaycan  dövləti  özünün  daxili  siyasətində  respublika 

ərazisində  məskunlaşan  və  Azərbaycan  etnogenezisinin 

formalaşmasında  müəyyən  rol  oynayan  milli  azlıqların 

azərbaycanlılarla  yanaşı  yaşamasını  və  onlarla  bərabər  bütün 

hüquqlara malik olmalarını qanunla həyata keçirir. Əsrlər boyu 

müxtəlif  milli  azlıqlar  azərbaycanlılarla  birlikdə  sülh  və           

əmin-amanlıqda yaşayıb. 

    Amma  Azərbaycanın  Dağlıq  Qarabağ  ərazisinin  və  yeddi 

ətraf rayonun Ermənistan tərəfindən işğalının davam etdirilməsi 



38 

 

hazırkı Konvensiyanın tam və səmərəli implementasiyası üçün 



ən  böyük  maneə  kimi  qalmaqdadır.  Bu  xüsusda  BMT-nin 

Təhlükəsizlik  Şurası  tərəfindən  qəbul  olunan  dörd  qətnamə 

(822, 853, 874 və 884) hələ də həyata keçirilməyib. Qətnamələr 

Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini 

bir daha təsdiq edib, işğal olunan ərazilərdən işğalçı qüvvələrin 

çıxarılmasını tələb edir. 

     Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir 

milyondan çox qaçqın və məcburi köçkün yaşamaqdadır ki, bu 

da həmin insanların əsas hüquq və azadlıqlarının təminatı üçün 

çətinliklər  yaradır.  Ölkəmizdə  bu  qrup  insanların  sosial 

vəziyyətinin  yaxşılaşdırılması  üçün  mütəmadi  olaraq  tədbirlər 

görülür. 

     Azərbaycan  dövlətinin  əsas  məqsədi  fərdlərin  irqindən, 

inancından,  etnik  mənsubiyyətindən  və  digər  hallardan             

asılı  olmayaraq  öz  hüquq  və  vəzifələrindən  eyni  dərəcədə 

faydalandığı 

mühitə 

nail 


olmaqdır. 

Azərbaycan 

Konstitusiyasının  25-ci  maddəsində  də  təsbit  olunduğu  kimi, 

Azərbaycan dövləti irqindən, milliyyətindən, dinindən, dilindən, 

cinsindən, 

mənşəyindən, 

əmlak  vəziyyətindən,  qulluq 

mövqeyindən,  əqidəsindən  və  digər  ictimai  birliklərə 

mənsubiyyətindən  asılı  olmayaraq,  hər  kəsin  hüquq  və 

azadlıqlarının  bərabərliyinə  təminat  verir.  İnsan  və  vətəndaş 

hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, 

əqidə,  siyasi  və  sosial  mənsubiyyətə  görə  məhdudlaşdırmaq 

qadağandır. 

     2011-ci  ildə  qəbul  edilən  “Azərbaycan  Respublikasında 

insan  hüquq  və  azadlıqlarının  müdafiəsinin  səmərəliliyini 

artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”nda  da  irqi         

ayrı-seçkiliyə  qarşı  mübarizə  tədbirləri  nəzərdə  tutulub.  Milli 

Fəaliyyət  Proqramında  normativ-hüquqi  bazanın,  dövlət 

orqanlarının  fəaliyyətinin  təkmilləşdirilməsi,  əhalinin  müxtəlif 

qruplarının  hüquqlarının  müdafiəsi  və  digər  istiqamətlər  üzrə 



39 

 

tədbirlər  müəyyən  olunub.  Belə  ki,  “İrqi  ayrı-seçkiliyin  bütün 



formalarının  aradan  qaldırılması  haqqında”  Konvensiyada  öz 

əksini  tapan  hüquqların  milli  qanunvericilikdə  daha  səmərəli 

şəkildə  qorunması  ilə  bağlı  Milli  Fəaliyyət  Proqramında             

ayrıca  bəndlər  salınıb.  Sözügedən  proqramın  1.1-ci            

bəndində  Azərbaycan  qanunları  layihələrinin  hazırlanması 

zamanı  Azərbaycan  Konstitusiyasında  və  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

təsbit  edilən  insan  hüquq  və  azadlıqlarının  əsas  meyar  kimi 

rəhbər  tutulması təsbit edilib. Milli Fəaliyyət Proqramının 1 və 

2-ci  bəndində  isə  Azərbaycanın  tərəfdar  çıxdığı  insan 

hüquqlarına    və  azadlıqlarına  dair  beynəlxalq  müqavilələrdən 

irəli  gələn  öhdəliklərin  həyata  keçirilməsi  və  Azərbaycanın 

normativ-hüquqi  aktlarının  beynəlxalq  hüquqi  sənədlərə 

uyğunluğunun  təmin  edilməsi  öz  əksini  tapıb  və  bundan           

irəli 

gələn 


məsələlər 

Nazirlər 

Kabinetinə, 

Prezident 

Administrasiyasına,  Azərbaycan  Ədliyyə,  Xarici  İşlər 

nazirliklərinə 

və 

həmçinin 



Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  İnsan  Hüquqları  üzrə  Elmi-Tədqiqat 

İnstitutuna tapşırılıb. 

    Ümumilikdə  Milli  Fəaliyyət  Proqramında  əhalinin  müxtəlif 

qruplarının hüquqlarının müdafiəsi, müxtəlif dövlət orqanlarının 

insan  hüquqlarının 

mühafizəsi 

yönündə  fəaliyyətinin 

təkmilləşdirilməsi, 

insan 


hüquqları 

sahəsində 

tədris,                    

elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, 

insan  hüquqları  sahəsində  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq      

və  Milli  Fəaliyyət  Proqramının  həyata  keçirilməsinin 

əlaqələndirilməsi,  monitorinqi  və  qiymətləndirilməsi  fəsilləri 

altında müxtəlif müddəalar öz əksini tapıb. 

     Dövri  məruzədə  qeyd  olunur  ki,  “İrqi  ayrı-seçkiliyin  bütün 

formalarının  aradan  qaldırılması  haqqında”  Beynəlxalq 

Konvensiyaya  əsasən,  Azərbaycan  Hökuməti  irqinə,  dərisinin 



40 

 

rənginə, mənşəyinə, milli və etnik mənsubiyyətinə görə heç bir 



ayrı-seçkiliyə  yol  vermədən  bütün  insanların  siyasi,  iqtisadi, 

sosial,  mədəni  və  ictimai  həyatın  digər  sahələrində  insan 

hüquqları  və  əsas  azadlıqlarının  bərabər  əsaslarda  təmin 

olunması üçün müvafiq dövlət siyasətini həyata keçirir. 

     Kitabxanada  21  mart  İrqi  Ayrı-Seçkiliyin  Ləğv  Olunması 

Uğrunda 


Beynəlxalq  Mübarizə  Gününə  həsr  edilmiş 

tədbirlərdən  biri  də  “Ermənilər  Azərbaycan  xalqına  qarşı 



zaman-zaman dəhşətli soyqırımı törədiblər” adlı oxucularla 

söhbətdir. Tədbir Azərbaycanda İrqi Ayrı-Seçkiliklə bağlı işlər 

və tolerantlıqla bağlı məsələlər müzakirə olunur. Bununla yanaşı 

cəmiyyətdə  qarşılıqlı  hörmət  və  tolerantlıq  mühitinin 

yaradılması  və  qorunması  yolları  haqqında  da  məsələlərdən 

söhbət edilə bilər.  

Kitabxanaçı:  Mütəxəssislərə  görə,  dini  və  milli  dözümlülük  

güzəşt  yox,    ilk    növbədə  insan  hüquqlarının    qəbul  edilməsi 

əsasında  formalaşan fəal münasibətdir. Bu gün dini, irqi və milli 

ayrı-seçkiliyin  gücləndiyi,  bəzən  dini  zəmində  qarşıdurmaya 

rəvac  verildiyi  bir  zamanda  yaşayırıq.  Yəni  dünyamız  real  

təhlükə 


ilə 

üz-üzədir.  Çıxış  yolu  isə  bəşəriyyətin  

münaqişələrdən, zor və təcavüzlərdən  xilası, müqəddəs dəyər 

olan insan həyatının qorunub saxlanması naminə  müxtəlif dinlər 

və millətlər arasında dözümlülüyü bərqərar edilməsidir. Bunun 

üçün elə dinin  özündən  yararlanmaq daha önəmlidir.  Çünki 

bütün  səmavi  dinlər  insanlara  dinc  yanaşı  yaşamağı,                     

əmin-amanlıq  şəraitində  əməkdaşlıq  etməyi  və  qarşılıqlı 

ehtiramı təlqin edir.  

I  iştirakçı:    Bütün  xalqların,  millətlərin    və  dinlərin  dostluğu 

üçün  təkcə  bu  lazımdır.  Azərbaycan  bütün  səmavi  dinlərin 

ardıcıllarının  bir arayaya gəldiyi, qovuşduğu nadir məkanlardan 

biridir. Etnik və dini cəhətdən rəngarəng dövlət  olan ölkəmizdə 

azərbaycanlılarla  yanaşı  ruslar,  yəhudilər  və  başqa  millətlərin 



41 

 

nümayəndələri  yaşayır.  Əsrlər  boyu  Azərbaycan  ərazisində 



müsəlmanlarla  başqa  din  nümayəndələri  arasında  gözəl  

münasibətlər hökm sürmüş, güclü tolerantlıq  ənənələri təşəkkül 

tapmış  və  bu,  şüurlarda  möhkəmlənmişdir.  Bunun  əsasında 

xalqımızın milli mentaliteti və mədəniyyəti ilə yanaşı  müqəddəs 

dinimizin  təlqin  etdiyi  yüksək  mənəvi  dəyərlər  durur. 

Azərbaycanın  dünya  xalqlarından  bir  fərqi  də  ondadır  ki, 

ölkəmizdə  tolerantlıq  dövlət  siyasəti  səviyyəsində  həyata 

keçirilir.  Bu  cəhətdən

 

Azərbaycan  dünyanın  ən  inkişaf  etmiş 



ölkələri  üçün  belə  nümunəvi  ola  bilər.  Dünyada  ilk  dəfə 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu addımı 

atmış, 1999-cu il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü 

münasibətilə  ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların 

başçıları  ilə  görüş  keçirmişdir.  Ulu  öndər  həmin  çıxışında  hər  

bir dinə, irqə aid olan insanların diqqətinə Tanrının bir olduğunu           

və hamımızın insan olaraq barış üçün, sülh  üçün yaradıldığımızı 

bir  daha  çatdırmış,  millətləri  müharibələrdən,  qan  tökməkdən, 

körpələri  gözü  yaşlı  qoymaqdan  çəkinməyə  çağırmışdı.             

Ulu  öndər  xüsusilə  vurğulamışdır  ki,  ziddiyyətlərin                    

bitib-tükənmədiyi, qarşıdurmaların artdığı narahat dünyamızda  

insanlığın xilası naminə qüvvələrin birləşməsi Böyük Yaradanın 

bizdən  tələbidir.  Azərbaycanda    tolerantlığın,  milli  və  irqi 

dözümlülüyün  ən  ali  səviyyədə  olduğunu  artıq  nüfuzlu 

beynəlxalq  təşkilatlar,  siyasətçilər  və  diplomatlar  da  etiraf 

edirlər.  



II  iştirakçı:  Doğurdan  da  bu  gün  dini-irqi  ayrı-seçkiliyin 

gücləndiyi,  bəzən  dini,  irqi  qarşıdurmaya  bilərəkdən  rəvac 

verdiyi  bir  zamanda  yaşayırıq.  Neçə  illərdir  qonşuluğumuzda 

yaşayan  ermənilərin törətdikləri  vəhşiliklər, başqa dinə və milli 

mənsubiyyətə  aid  Azərbaycan  xalqına  qarşı  göstərdikləri 

dözümsüzlük 

buna 

misaldır. 



Xalqımızın 

tolerantlıq 

keyfiyyətlərindən  sui-istifadə  edən,  dövlət  siyasətində  etnik 



42 

 

təmizləmə 



və 

işğalçılıq  xəttini  yeridən  Ermənistanın 

Azərbaycana  qarşı  təcavüzkar  siyasəti  hələ  də  davam  edir. 

Sonradan  ermənilərə  peşkəş  edilmiş  Qərbi  Azərbaycan 

torpaqlarında  yüz  minlərlə  soydaşımız  yaşadığı  halda  indi  bir 

nəfər də olsun  Azərbaycanlı qalmayıb. Bu faciə Dağlıq Qarabağ 

bölgəsində  və  ətraf  rayonlarda    yaşayan    azərbaycanlıların  da 

başına  gətirilmişdir.  Özü  də  burada  təcavüz  olunan                     

təkcə insanlar  deyil, tarixi-dini abidələrimiz, inanc yerlərimiz, 

məscid  və  minarələrimiz  darmadağın  edilib.  Bir  neçə  il             

əvvəl  Azərbaycandakı  dini  konfessiyaların  nümayəndələri 

Ermənistanın təcavüzkarlıq  və etnik  təmizləmə siyasətindən əl 

çəkməsi,  işğal  olunmuş  Azərbaycan  torpaqlarının  qeyd-şərtsiz 

boşaldılması ilə bağlı BMT Təhlükəsizlik şurasının qəbul etdiyi 

dörd qətnamənin yerinə yetirilməsi, qaçqın və məcburi köçkün 

həyatı yaşamağa məcbur olmuş bir milyondan çox Azərbaycan 

vətəndaşının  öz  yurd-yuvasına  qayıtması  tələbi  ilə  beynəlxalq 

təşkilatlara və dünya ictimaiyyətinə müraciət ediblər.  

    Milli  ayrı-seçkilik  və  tolerantlığın  təbliği  ilə  əlaqədar 

oxucuların maariflənməsində kitabxana ilə yanaşı, məktəblər də 

xüsusi  tədbirlər  keçirə  bilər.  Bunun  üçün  məktəbin  ədəbiyyat 

müəllimləri  tərəfindən  oxu  zalına  toplaşan  məktəblilər  “İrqi 



ayrı-seçkilik  dünya  ədəbiyyatında”  oxucularla  söhbət  adlı 

tədbirdə  iştirak  edə  bilərlər.  İlk  olaraq  kitabxanaçı  gələn 

qonaqları  və  iştirakçıları  salamladıqdan  sonra  qısa  məlumata 

keçid alır.  



Kitabxanaçı:  İrqçilik  və  ya  rasizm-insan  irqlərinin  bioloji  və 

psixoloji  bərabərsizliyi  barəsində  nəzəriyyələr  toplusu.  Həmin 

fərqin  irqlərin  iri  toplum  şəklində  yaşadığı  cəmiyyətlərin  tarix 

və  mədəniyyətlərinə  ciddi  təsir  etdiyi  iddia  edilir.  İrqçilik 

insanların  dərisinin  rənginə  görə  ali  və  aşağı  dərəcələrə 

bölündüyünü və bir irqin digərlərindən üstün olub onlara hakim 

ola  biləcəyini  qəbul  edir.  Doktrinanın  yaranma  səbəbləri  kimi 



43 

 

psixoloji  faktorlarla  yanaşı  iqtisadi  baxışlar  da  əsas  ola  bilər. 



İrqçı  nəzəriyyələrin  həyatda  tətbiqi  irqi  ayrı-seçkiliyə  gətirib 

çıxarır. 

     Müasir dünyamızda baş verən  müxtəlif səbəbli  münaqişələr  

fonunda  dünya  insanını  öz  yaşadığı  cəmiyyətin  qorumağa 

istiqamətlənmiş  çağırışların  olmasına  hər  zaman  ehtiyac 

duyulur.  Bu  məqsədlə  beynəlxalq  təşkilatların,  ayrı-ayrı 

ölkələrin təşəbbüsləri ilə davamlı olaraq beynəlxalq konfranslar, 

forumlar,  toplantılar  təşkil  olunur.  Bu  tipli  tədbirlər  sülh  və 

sabitliyə  tam  təminat  verməsə  də,  ən  azından  təcrübənin 

paylaşılması,  mümkün  problemlərin  çözülməsinə  kömək  

göstərilməsi baxımından vacibdir.  

     Kitabxanaçının  çıxışından  sonra  ədəbiyyat  müəllimi  ilk 

olaraq İrqi Ayrı-seçkilik (Diskrimiasiya) kimi mövzuları qələmə 

alan  dünya  ədəbiyyatı  yazıçılarından  Fenimor  Kuperin 

“Sonuncu  Mogikan,  Harriyet  Biçer-Stou  “Tom  Dayının  

daxması”, Mark Tvenin  bir neçə əsərindən və digər ədəbiyyat 

nümunələrindən söhbət açır və  sitatlar gətirir:  

     Köləliyin  ən  dəhşətlilərindən  biri  də  odur  ki,  varlı  evdə 

xeyirxah ağa yanında yaşamış  zənci  bir də  görürsən  taleyin 

amansız  hökmü  ilə  bir  zülmkarın    əlinə  düşdü.  Tomu  alan 

sahibkar  ondan  başqa  da  bir  neçə  zənci  aldı.  Onları  dörd  yerə 

ayırıb  iki-iki  buxovlayandan  sonra  gəmiyə  mindirdi.  Gəmi 

körpüdən  ayrılan  kimi  Lerqi  zəncilərini  yoxlamağa  gəldi. 

Hərraça  aparılanda  Tom  ən  yaxşı  paltarını  geyinmişdi.  Lerqi 

onun yanında dayanıb əmr etdi:  

− Qalx! 


  Tom  ayağa durdu.  

 − Qalstuku çıxart! 

  Tomun əlləri qandallı idi. Lerqi özü qalstuku onun boynundan 

dartıb  çıxartdı.  Sonra  onun  sandıqcasından  köhnə  şalvar  və  iş  




44 

 

gödəkcəsini    tapıb  Tomun  əllərini  açdı.  Göyərtəyə  yüklənmiş  



yeşikləri göstərib: 

− Get orada paltarını dəyiş,-dedi. 

Tom  bu  əmri  də  yerinə  yetirdi.  Lerqi  ona  sarı  bir  cüt  köhnə 

ayaqqabı tulladı: 

− Ayağındakını çıxart bunu geyin. 

Tom  tabe  oldu.  Lerqi  Tomun  bütün  əşyalarını  onlardan 

bəzilərini,  o  cümlədən  Yevadan  yadigar  qalanları  suya  tulladı. 

Paltarları isə tezliklə matroslara satıldı... 



Ədəbiyyat  müəlliməsi  nəql  etdiyi  əsəri  sonlandırdıqdan  sonra 

Azərbaycan ədəbiyyatından bir neçə nümunə göstərir. İlk olaraq 

o, Səməd Vurğunun “Zəncinin arzuları” poemasından da söhbət 

açaraq bir neçə sitat gətirir: 

          Salon heyrət içindədir... Sükut  edir başdan-başa. 

          Qara zənci kürsüdədir, ona min göz baxır yerdən... 

          Bir şeyriyyət tablosudur seyr etdiyim bu tamaşa

          Nə mənalar oxuyuram dalğın baxan o gözlərdən!.. 

 

          Elə bil ki, bir dəfə də, yarandığı gündən bəri  



          Ağız açıb o gülməmiş... nəfəslərə  biganədir... 

          Dodağında səslənməmiş ürəyinin nəğmələri

          Talan olmuş şəhər könlü top dağıtmış viranədir... 

 

          Elə bil ki, qara zənci bu dünyaya gələn zaman  



          Bir daxmada matəm tutub ağlamışdır öz anası... 

          Fəqət yenə ana qəlbi ayrılmamış ana qəlbi övladından, 

          Gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası... 

Tədbir iştirakçıların mövzuya aid çıxışları ilə sonlanır.  

     Zaman  keçir  və  çox  şeyi  dəyişir.  Amma  dəyişməyən  bir 

həqiqət  var:  tolerantlıq  Azərbaycan  xalqının  xarakterik 

keyfiyyəti,  Azərbaycan  cəmiyyətinin  nailiyyəti,  dözümsüzlük 

burulğanında müvazinətini itirmiş  dünyanın məqsədidir. 



45 

 

Ədəbiyyat siyahısı 



Bədəlov  Ə.  Qərbi  Avropa  ölkələrində  və  ABŞ-da  dini,  irqi           

ayrı-seçkilik,  insan  hüquqlarının  kütləvi  şəkildə  pozulması 

halları baş alıb gedir // 

www.xalqqazeti.com

 

Cəfərov V. Azərbaycan irqi ayrı-seçkiliyə qarşı // 

ekspress.az

 

Dözümlülük və müxtəliflik 21-ci əsrə baxış // BMT bülleteni. – 



Azərbaycan. Yaz. – 2001. - № 1. – S.7-9.  

İrqi  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi  haqqında 

Beynəlxalq  Konvensiyaya  qoşulmaq  barədə  Azərbaycan 

Respublikasının 

Qanunu 

(31 


may 

1996-cı 


il) 

// 


www.genprosecutor.gov.az 

İrqi  ayrı-seçkiliyin  (diskriminasiya)  ləğv  edilməsi  uğrunda 

beynəlxalq mübarizə günü.

 

21 Mart // www.teqvim.az 



İrqi  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi  haqqında 

Konvensiya //

 

www.genprosecutor.gov.az 



Quranda irqi ayrı-seçkilik yoxdur // 

fiqh.az


 

Bədii əsərlər 

Abrahams P.  İldırımlı  yollarla  .  -  Bakı  :  Azərbaycan  Dövlət 

Nəşriyyatı, 1961. - 280 s. – kiril qrafikası ilə 



Abrahams P. Azadlıq haqqında danış : povest. - Bakı : Gənclik, 

1982. - 104 s. –kiril qrafikası ilə. 

 

Axundov S.S. Mister Qreyin köpəyi // Əhməd bəy və Məleykə 

:  nağıllar  və  hekayələr.  –  Bakı  :  Gənclik,  1987.  –  S.  –  kiril 

qrafikası ilə. 

 



46 

 

Biçer-Stou  H.  Tom  dayının  daxması  :  roman.  -  Bakı  :  Altun 

Kitab,  2011.  -  128  s.    -  (Məktəblinin  Kitabxanası.  Dünya 

ədəbiyyatından seçmələr). 



Biçer-Stou  H.  Tom  dayının  daxması  :  roman.  -  Bakı  : 

APOSTROF, 2012. - 480 s.  



Biçer-Stou  H.  Tom  dayının  daxması :  roman.  -  Bakı  :  Hədəf 

Nəşrləri, 2013. - 600 s.  



Kardaşova,  A.  Zənci  uşağı  Rob  :  hekayə.  -  Bakı  : 

Uşaqgəncnəşr, 1953. - 36 s.  - kiril qrafikası ilə. 



Konstantinesku T. Zənci balası // Qız, günəş və leylək : Azyaşlı 

uşaqlar üçün hekayələr. - Bakı : Gənclik, 1972. - 40 s. : şək. - 

kiril qrafikası ilə. 

Məmmədov Q. Zəncinin faciəsi // Hədiyyə : Hekayələr. - Bakı 

: Azərnəşr, 1967. - 127 s. - kiril qrafikası ilə.  



Rza R. Zənci balası Villi haqqında ballada // Üzü küləyə : şeirlər 

və poemalar. - Bakı : Yazıçı, 1978. - kiril qrafikası ilə.  



Vurğun S. Zəncinin arzuları

 

// Seçilmiş əsərləri : 5 cilddə.

  



poemalar.  -  Bakı  :  Şərq-Qərb,  2005.  –  III  c.  -  S.262-271.  - 



(Müasir Azərbaycan ədəbiyyatı).  

 

 



 

 

 

 

 

 

 

 

 

 


47 

 

İnsanlığın xilası naminə İrqi Ayrı-seçkiliklə mübarizə 



                        (metodik vəsait) 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 



Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 20 

Çapa imzalanmışdır:23.02.2018 

Tirajı:100 

                                  Pulsuz 



 

 

 

Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə