F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

 

daxilində  irqi  diskriminasiyaya  və  başqa  ölkələrə  münasibətdə 



işğalçı müstəmləkə siyasətinə haqq qazandırmağa çalışırlar. 

     İrqçilik  və  ya  rasizm-insan  irqlərinin  bioloji  və  psixoloji 

bərabərsizliyi  barəsində  nəzəriyyələr  toplusu.  Həmin  fərqin 

irqlərin  iri  toplum  şəklində  yaşadığı  cəmiyyətlərin  tarix  və 

mədəniyyətlərinə ciddi təsir etdiyi iddia edilir. İrqçilik insanların 

dərisinin rənginə görə ali və aşağı dərəcələrə bölündüyünü və bir 

irqin digərlərindən üstün olub onlara hakim ola biləcəyini qəbul 

edir.  Doktrinanın  yaranma  səbəbləri  kimi  psixoloji  faktorlarla 

yanaşı  iqtisadi  baxışlar  da  əsas  ola  bilər.  İrqçi  nəzəriyyələrin 

həyatda tətbiqi irqi ayrı-seçkiliyə gətirib çıxarır. 

     İrqçilik daha çox öz etnik xüsusiyyətlərini tək kriteriya kimi 

qəbul  etmək,  fərqlilik  qorxusu  (zenofobiya),  irqlər  arasında 

birləşmələrə  və  münasibətlərə  qarşı  olmaq  və  millətçilik  kimi 

anlayışları da özündə ehtiva edə bilər. İrqçilik, sosial baxımdan 

ayrı-seçkiliyin  səbəbi  olur,  irqlər  arasında  fərq  qoymaq  və 

soyqırıma qədər gedib çıxan şiddətə haqq qazandırır. 

İrqçilik ümumi olaraq, öz qanını daşıyan, eyni dildə danışan 

və  eyni  soy-kökdən  gələnin  başqa  soylardan  gələnləri 

alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır. 

     Bu  gün  biz  dünyanın  özünü  irqi  nifrətdən  xilas  etməsi 

yolunda  atdığı  addımları  qeyd  etməli,  həmçinin  hələ  də  həll 

olunmamış qalan problemlərimizi yada salmalı və onları aradan 

qaldırmaq üçün tətbiq etdiyimiz üsulları yeniləşdirməliyik.    

    Bu gün, 1960-cı ildə Cənubi Afrikanın  Şarpevil bölgəsində  

aparteidə    qarşı  “qanunlar  qəbul  edin”  şüarı  ilə  sülhməramlı 

nümayişdə  çıxış  edən  69  nəfərin  güllələnib  öldürülməsi 

nəticəsində  törədilmiş  qırğınlar,  qırğının  ildönümünü  qeyd 

etmək  məqsədilə  21  mart  tarixinə  qərarlaşdırılmışdır.  Biz 

aparteidin artıq keçmişdə qaldığına sevinməliyik. Bu il dünyanın  



10 

 

hər bir yerindən olan nümayəndə  heyətlərinin iştirakı ilə hələ də 



dünyamızı  narahat  etməkdə  davam  edən  irqçilik  probleminin  

müxtəlif formalarını  aradan qaldırmaq  məqsədilə azad Cənubi 

Afrikada  İrqçilik,  İrqi  Ayrı-seçkilik,  Ksenofobiya  və  bundan 

Yaranan Dözümsüzlük məsələləri üzrə Ümumdünya Konfransı 

keçiriləcək.  

    Dözümsüzlüyün  bu  formaları  çox  vaxt  aparteidə  nisbətən  

gözə  çarpan  olmasa da,  onlar daha aldadıcı və hiyləgər şəkildə 

mövcud olurlar. Dünyanın hər bir yerində  qaçqınlar, yerli əhali 

və  sığınacaq  axtaranlar  hələ  də  irqi  ayrı-seçkiliyin  təhqiramiz 

nəticələrindən  əzab  çəkirlər.  Etnik  qruplar  hələ  də  dominant  

qruplarla 

müqayisədə  qeyri-proporsional  şəkildə  kasıb  

qalmaqda davam edir, qeyri-proporsional şəkildə  təhsil almaq 

imkanına  malik  olurlar.  Onlar  siyasi  strukturlarda  təmsil  

olunmadıqları halda, həbsxanalarda həddən artıq miqdardadılar.  

Onların keyfiyyətli  səhiyyə xidmətlərindən  istifadə  imkanları  

az olduqları  üçün  həyatlarının  da qısa olması  müşahidə olunur.  

    İrqi ədalətsizliyin  bu və ya digər  formaları bu  günümüzün  

qəddar gerçəkliyidir, amma bunlar  bizim  gələcəyimizə də əngəl 

olmalı deyil. Gəlin hamımız Ümumdünya Konfransının uğurla 

icra  olunması  yolunda  birləşək  və  ümid  edək  ki,  bir  gün  biz 

2001-ci  ili  irqi  ayrı-seçkiliyə  son  qoyulması  işinin  başlanğıcı 

kimi qeyd edəcəyik.   

Tədbirin sonunda  oxucular mövzu ilə əlaqədar şeirlər deməyə 

başlayırlar. 

     Mövzu  ilə  bağlı  tədbirlər  məktəblilər  arasında  tolerantlığı 

təbliğ etmək və irqi-ayrı seçkiliyə qarşı çıxmaq və s. kimi insani 

hislərin aşılanmasıdır. Bu təbliğ yuxarı sinif şagirdləri ilə yanaşı, 

kiçik  yaşlı  məktəblilərə  də  şamildir.  Onlar  erkən  yaşdan  bu 

aktual  problemlə  tanış  olur  və  erkən  yaşdan  insani  dəyərlərə 

üstünlük verməyi bacarırlar. Bunun üçün kiçik yaşlılar arasında 

keçiriləcək tədbirlərdən biri də kitabxananın kiçik oxu zalında 




11 

 

keçirilən “Uşaqlar var bu dünyada, rəngi sarı, rəngi qara” adlı 



səhərcikdir.  

    Tədbirin  təyin  olduğu  vaxtda  iştirakçılar  və  oxucular 

kitabxanaya  gəlirlər.  Səhnə  mövzuya  uyğun  dekorasiyalarla  

bəzədilir.  İştirakçılar  isə  səhnə  geyimində    “Balaca  kölə”  adlı 

əsəri səhnələşdirirlər. 

I iştirakçı: Keçmiş zamanlarda Ərəbistanda böyük yarmarkalar 

keçirilirdi. Burada tacirlər müxtəlif növ əşyalar, kənd təsərrüfatı  

məhsullarını satışa çıxarırdılar. O dövrdə kölə siyasəti də geniş 

yayılmışdı.  Döyüşlərdə  əsir  düşənlər  və  ya  ölkələrindən 

qaçırılan  insanlar  burada  kölə  kimi  alınıb  satılırdı.  Kölələr 

arasında qonur gözlü, ürkək baxışlı, qara dərili bir uşaq da var 

idi.    Bu  Zeyd  ibn  Haris  idi.  Tacirlər  onu  anasının    yanından  

qaçırıb buraya  gətirmişdilər.  Zeyd evindən ayrı  düşdüyü üçün 

çox kədərli idi.  Günlərdi heç bir şey yeməmişdi. Zeydin yanına 

gülərüzlü bir adam yaxınlaşdı. Tacirə pul ödəyib,  Zeydin başını 

sığallayaraq dedi:  

II iştirakçı:  Oğlum, sənin adın nədir?  

III iştirakçı:  Zeyd, cənab. 

                   − Atanın adı nədir? 

                   − Haris. 

                   − Haralısan? 

                   − Yəmənliyəm, cənab. 

−  Acsanmı?  Mənimlə  gözəl  yeməklər  yemək,  təmiz  paltarlar    

getmək istəyirsənmi?  

                   Zeyd boynunu bükərək dedi:  

               − Yemək verməsəniz də sizinlə gedərəm?   

      Gülərüzlü  adam Zeydin çox xoşuna gəldi. O, həmin adamın 

əlindən tutdu. Hara getdikləri onun üçün də maraqlı idi. Az sonra 

onlar xeyirxah bir qadının evinə gəldilər. O, Məkkənin ən varlı 

qadınlarından biri olan Xədicə xanım  idi. Gülərüz adam dedi: 



Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə