F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

22 

 

hüquqları  haqqında  ümumi  Bəyannamənin,  Birləşmiş 



Millətlər 

Təşkilatının 

irqi  ayrı-seçkiliyin  bütün 

formalarının ləğv edilməsi haqqında Bəyannaməsinin və 

bu  Konvensiyanın  məqsəd  və  prinsiplərini  geniş 

yaymağı öhdələrinə götürürlər. 



II hissə 

Maddə 8 


1.  İştirakçı  dövlətlərin  öz  vətəndaşları  arasından 

seçdikləri  yüksək  əxlaqi  keyfiyyətlərə  malik  və 

qərəzsizlikləri  ilə  tanınmış  18  ekspertdən  ibarət  ayrı-

seçkiliyin  ləğv  edilməsi  üzrə  Komitə  (bundan  sonra 

«Komitə»  adlandırılacaq)  təsis  edilməlidir.  Onlar  öz 

vəzifələrini ayrıca şəxs qismində yerinə  yetirməlidirlər. 

Komitənin  üzvləri  seçilərkən  ədalətli  coğrafi  bölgüyə, 

müxtəlif sivilizasiya formalarının, habelə başlıca hüquq 

sistemlərinin təmsil olunmasına diqqət yetirilir. 

2. Komitə üzvləri iştirakçı dövlətlərin namizədliyini irəli 

sürdükləri  şəxslərin  daxil  edildiyi  siyahı  üzrə  gizli 

səsvermə  yolu  ilə  seçilirlər  və  hər  iştirakçı  dövlət  bir 

vətəndaşının namizədliyini irəli sürə bilər. 

3. İlk seçkilər bu Konvensiya qüvvəyə mindikdən altı ay 

sonra  keçirilir.  Hər  dəfə  seçkilərə,  heç  olmasa  üç  ay 

qalmış  Baş  katib  namizədliyi  bu  yolla  irəli  sürülmüş 

bütün  şəxslərin,  onların  namizədliyini  irəli  sürmüş 

iştirakçı  dövlətlər  göstərilməklə,  əlifba  sırası  ilə 

düzülmüş  siyahısını  hazırlayır  və  həmin  siyahını 

Konvensiyanın iştirakçısı olan dövlətlərə göndərir. 

4.  Komitə  üzvlərinin  seçkisi  Birləşmiş  Millətlər 

Təşkilatının  mərkəzi  idarələrində  iştirakçı  dövlətlərin 

Baş katib tərəfindən çağırılan iclasında keçirilir. İştirakçı 

dövlətlərin üçdə ikisinin yetərsay təşkil etdiyi bu iclasda 

ən  çox  səs  alan  və  iclasda  və  səsvermədə  iştirak  edən 



23 

 

iştirakçı 



dövlətlərin 

nümayəndələrinin 

mütləq 

əksəriyyətinin səsini qazanan namizədlər Komitəyə üzv 



seçilmiş olurlar. 

5.  a)  Komitə  üzvləri  dörd  ilə  seçilirlər.  Lakin  ilk 

seçkilərdə  seçilmiş  doqquz  üzvün  səlahiyyət  müddəti 

ikinci  ilin  sonunda  bitir;  həmin  doqquz  üzvün  adı  ilk 

seçkilərdən  dərhal  sonra  Komitə  sədri  tərəfindən  püşk 

yolu ilə müəyyən edilir. 

b)  Gözlənilməz  vakansiyaların  yerini  doldurmaq  üçün 

eksperti artıq Komitənin uzvü olmayan iştirakçı dövlət, 

Komitənin bəyənməsi şərtilə, öz vətəndaşları  arasından 

yeni ekspert təyin edir. 

6. İştirakçı dövlətlər Komitə üzvlərinin onlar Komitədə 

vəzifələrini  yerinə  yetirdiyi  müddətdə  xərclərinin 

ödənilməsinə məsuliyyət daşıyırlar. 

Maddə 9 


1. İştirakçı dövlətlər Birləşmiş Millətlər Təşkilatının Baş 

katibinə  Komitədə  baxılmaq  üçün  bu  Konvensiyanın 

həyata  keçirilməsinə  kömək  etmək  məqsədilə  gördüyü 

qanunvericilik,  məhkəmə,  inzibati  və  digər  tədbirlər 

haqqında məruzə təqdim etməyi öhdələrinə götürürlər: 

a)  aidiyyəti  dövlət  üçün  bu  Konvensiya  qüvvəyə 

mindikdən sonra bir il ərzində

b) bundan sonra isə iki ildə bir dəfə və Komitə hər dəfə 

tələb  etdikdə.  Komitə  Konvensiyanın  iştirakçısı  olan 

dövlətlərdən əlavə informasiya istəyə bilər. 

2. Komitə öz fəaliyyəti barədə hər il Baş katib vasitəsilə 

Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Məclisinə  məruzə 

təqdim  edir  və  Konvensiyanın  iştirakçısı  olan 

dövlətlərdən  alınmış  məruzə  və  informasiyaların 

öyrənilməsi əsasında təkliflər və ümumi tövsiyələr verə 

bilər.  Belə  təkliflər  və  ümumi  tövsiyələr  Baş  Məclisə 




24 

 

Konvensiyanın  iştirakçısı  olan  dövlətlərin  qeydləri  ilə 



(əgər varsa) birlikdə bildirilir. 

Maddə 10 

1.  Komitə  özünün  məxsusi  prosedur  qaydalarını 

müəyyən edir. 

2. Komitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir. 

3.  Komitənin  Katibliyi  Birləşmiş  Millətlər  Təşkilatının 

Baş katibi tərəfindən təmin edilir. 

4.  Komitənin  iclasları,  adətən,  Birləşmiş  Millətlər 

Təşkilatının mərkəzi idarələrində keçirilir. 

Maddə 11 

1.  Hansısa  iştirakçı  dövlət  digər  iştirakçı  dövlətin  bu 

Konvensiyanın müddəalarını yerinə yetirmədiyini hesab 

edirsə,  bunu  Komitənin  nəzərinə  çatdıra  bilər.  Sonra 

Komitə  bu  məlumatı  maraqlı  iştirakçı  dövlətə  verir. 

Bildiriş alan dövlət üç ay ərzində Komitəyə bu məsələni 

və  həmin  dövlətin  görmüş  ola  biləcəyi  tədbirləri 

aydınlaşdıran yazılı izahat, yaxud bəyanat təqdim edir. 

2. Məsələ, belə  dövlət  ilk bildiriş  alandan sonra  altı  ay 

ərzində ikitərəfli danışıqlar, yaxud onlar üçün mümkün 

olan  digər  vasitələrlə  hər  iki  tərəf  üçün  qənaətbəxş 

şəkildə  tənzimlənmədikdə,  bu  iki  dövlətdən  hər  hansı 

biri  həmin  məsələni  Komitəyə,  habelə  digər  dövlətə 

bildiriş  göndərməklə,  yenidən Komitənin  müzakirəsinə 

verə bilər. 

3. Komitə bu maddənin 2-ci bəndinə əsasən ona verilmiş 

məsələyə,  beynəlxalq  hüququn  hamı  tərəfindən  qəbul 

edilmiş prinsiplərinə müvafiq olaraq konkret halda bütün 

mümkün  daxili  hüquqi  müdaifə  vasitələrinin  sınaqdan 

çıxarıldığını və tükəndiyini müəyyənləşdirdikdən sonra 

baxır.  Həmin  vasitələrin  tətbiqi  həddindən  artıq 

ləngidildikdə bu qayda tətbiq olunmur. 



25 

 

4.  Komitə  onun  müzakirəsinə  verilmiş  hər  bir  məsələ 



üzrə işə aid istənilən informasiyanın təqdim olunmasını 

maraqlı iştirakçı dövlətlərdən istəyə bilər. 

5. Bu maddənin müddəalarından irəli gələn hər hansı bir 

məsələyə  Komitədə  baxıldıqda,  maraqlı  iştirakçı 

dövlətlər  öz  nümayəndələrini  məsələyə  baxıldığı 

müddətdə  səs  hüququ  olmadan  Komitənin  iclaslarında 

iştirak etməyə göndərə bilər. 

Maddə 12 

1. a) Komitə lazım saydığı bütün informasiyanı aldıqdan 

və diqqətlə yoxladıqdan sonra sədr Komitənin üzvü ola 

və olmaya bilən beş nəfərdən ibarət xüsusi Razılaşdırıcı 

Komissiya  (bundan  sonra  «Komissiya»  adlandırılacaq) 

təyin  edir.  Komissiya  üzvləri  mübahisə  edən  tərəflərin 

yekdil  razılığı  ilə  təyin  edilir.  Komissiya  məlum 

məsələni  Konvensiyanın  müddəalarına  riayət  edilməsi 

əsasında  dincliklə  tənzimləmək  məqsədilə  maraqlı 

dövlətlərə xeyirxah xidmət göstərir. 

b)  Əgər  üç  ay  ərzində  mübahisənin  tərəfləri  olan 

dövlətlər  arasında  Komissiyanın  bütövlükdə  tərkibinə, 

yaxud tərkibinin bir hissəsinə dair razılıq əldə edilməzsə, 

təminatları haqqında, mübahisədə tərəf olan dövlətlərin 

razılıq  əldə  etmədikləri  Komissiya  üzvləri  Komitə 

üzvlərinin  tərkibindən  gizli  səsvermə  yolu  ilə  üçdə  iki 

səs çoxluğu ilə seçilir. 

2.  Komissiya  uzvləri  vəzifələrini  ayrıca  şəxs  qismində 

yerinə  yetirirlər.  Onlar  mübahisədə  tərəf  olan,  yaxud 

Konvensiyada  iştirak  etməyən  dövlətlərin  vətəndaşı 

olmamalıdırlar. 

3. Komissiya sədrini seçir və özünün məxsusi prosedur 

qaydalarını muəyyən edir. 




Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə