F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

30 

 

bəndin  a)  yarımbəndində  xatırlanan  ərazilərdə  həyata 



keçirdiyi  qanunvericilik,  məhkəmə,  inzibati  və  digər 

tədbirlərə  dair  məruzələrin  surətlərini  alır,  habelə  bu 

barədə  öz  rəyini  bildirir  və  həmin  orqanlara  tövsiyələr 

verir. 


3. Komitə Birləşmiş Millətlər Təşkilatının orqanlarından 

aldığı  şikayət  və  məruzələrın  xülasəsini,  habelə 

Komitənin  həmin  şikayət  və  məruzələr  barədə  rəy  və 

tövsiyələrini Baş Məclisə təqdim edəcəyi məruzəyə daxil 

edir. 

4.  Komitə  Birləşmiş  Millətlər  Təşkilatının  Baş 



katibindən  bu  maddənin  2  a)  bəndində  xatırlanan 

ərazilərə dair onun sərəncamında olan bu Konvensiyanın 

məqsədlərinə aid bütün informasiyaları istəyir. 

Maddə 16 

Bu  Konvensiyanın  mübahisələrin  tənzimlənməsinə, 

yaxud  şikayətlərə  baxılmasına  dair  müddəaları  ayrı-

seçkilik  sahəsində  mübahisə  və  şikayətlərin  həllinin 

Birləşmiş  Millətlər  Təşkilatının  və  onun  ixtisaslaşmış 

qurumlarının  əsas  sənədlərində,  yaxud  sonuncular 

tərəfindən  bəyənilmiş  konvensiyalarda  təsbit  olunmuş 

digər üsullara xələl gətirmədən tətbiq edilir və iştirakçı 

dövlətlərin 

mübahisələrin 

həlli 


üçün 

onların 


münasibətlərində  qüvvədə  olan  ümumi,  yaxud  xüsusi 

beynəlxalq  sazişlərə  müvafiq  olaraq  digər  üsullardan 

istifadə etməsinə mane olmur. 

III hissə 

Maddə 17 

1.  Bu  Konvensiya  Birləşmiş  Millətlər  Təşkilatının, 

yaxud onun hər hansı ixtisaslaşmış qurumunun istənilən 

üzvü,  Beynəlxalq  Məhkəmə  Statutunun  istənilən 

iştirakçısı  və  Birləşmiş  Millətlər  Təşkilatı  Baş 



31 

 

Məclisinin bu Konvensiyada iştiraka dəvət etdiyi hər bir 



dövlətin imzalaması üçün açıqdır. 

2.  Bu  Konvensiya  təsdiq  edilməlidir.  Təsdiqnamələr 

Birləşmiş 

Millətlər 

Təşkilatının 

Baş 


katibinə 

saxlanılmağa verilir. 

Maddə 18 

1. Bu Konvensiya onun 17-ci maddəsinin 1-ci bəndində 

göstərilən  hər  bir  dövlətin  qoşulması  üçün  açıq 

olacaqdır. 

2. Qoşulma bu haqda sənədin saxlanmaq üçün Birləşmiş 

Millətlər  Təşkilatının  Baş  katibinə  verilməsi  yolu  ilə 

həyata keçirilir. 

Maddə 19 

1.  Bu  Konvensiya  iyirmi  yeddinci  təsdiqnamə,  yaxud 

qoşulma haqqında sənədin  saxlanılmaq üçün Birləşmiş 

Millətlər  Təşkilatının  Baş  katibinə  verilməsindən 

sonrakı otuzuncu gün qüvvəyə minir. 

2. Bu Konvensiyanı iyirmi yeddinci təsdiqnamə, yaxud 

qoşulma haqqında sənəd saxlanılmağa təhvil verildikdən 

sonra  təsdiq  edən,  yaxud  ona  qoşulan  dövlət  üçün  bu 

Konvensiya  həmin  dövlət  öz  təsdiqnaməsini,  yaxud 

qoşulma  haqqında  sənədini  saxlanılmağa  verəndən 

sonrakı otuzuncu gün qüvvəyə minir. 

Maddə 20 

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin 

təsdiqetmə,  yaxud  qoşulma  zamanı  etdikləri  qeyd-

şərtlərin mətnlərini alır və bu Konvensiyanın iştirakçısı 

olan,  yaxud  iştirakçısı  ola  bilən  bütün  dövlətlərə 

göndərir.  Qeyd-şərtlərə  etiraz  edən  hər  bir  dövlət 

yuxarıda göstərilən bildirişi alan gündən sonrakı doxsan 

gün  ərzində  müvafiq  qeyd-şərti  qəbul  etmədiyini  Baş 

katibə bildirməlidir. 



32 

 

2. Bu Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya 



sığmayan,  eləcə  də,  bu  Konvensiya  əsasında  yaradılan 

hər  hansı  orqanın  işinə  maneçilik  törədə  bilən  qeyd-

şərtlərə  yol  verilmir.  Konvensiyanın  iştirakçısı  olan 

dövlətlərin  ən  azı  üçdə  ikisi  qeyd-şərtə  etiraz  etdikdə, 

həmin  qeyd-şərt  yolverilməz,  yaxud  işə  mane  olan 

sayılır. 

3.  İstənilən  vaxt  Baş  katibə  müvafiq  bildiriş 

göndərilməklə qeyd-şərt geri götürülə bilər. Belə bildiriş 

alındığı gündən qüvvəyə minir. 

Maddə 21 

Hər bir İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatı Baş 

katibinin  adına  yazılı  bildiriş  göndərməklə,  bu 

Konvensiyanı  denonsasiya  edə  bilər.  Denonsasiya  Baş 

katib bu barədə bildiriş alan gündən bir il sonra qüvvəyə 

minir. 

Maddə 22 



Bu  Konvensiyanın  təfsirinə,  yaxud  tətbiqinə  dair  iki, 

yaxud bir neçə iştirakçı dövlət arasında olan danışıqlar, 

yaxud  bu  Konvensiyada  xüsusi  olaraq  nəzərdə  tutulan 

prosedurlar yolu ilə həll edilməyən hər hansı mübahisə, 

mübahisə  edən  tərəflər  başqa  tənzimləmə  vasitəsi 

haqqında  razılığa  gəlmədikdə,  həmin  mübahisədəki 

tərəflərdən hər hansı birinin tələbi ilə həll edilmək üçün 

Beynəlxalq Məhkəməyə verilir. 

Maddə 23 

1.  Hər  bir  iştirakçı  dövlət  istənilən  vaxt  Birləşmiş 

Millətlər  Təşkilatı  Baş  katibinin  adına  yazılı  bildiriş 

göndərməklə  bu  Konvensiyaya  yenidən  baxılmasını 

xahiş edə bilər. 



33 

 

2.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Məclisi  lazım 



gəldikdə,  belə  xahişlə  əlaqədar,  tədbirlər  görülməsi 

barədə qərar qəbul edir. 

Maddə 24 

Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  bu 

Konvensiyanın  17-ci  maddəsinin  1-ci  bəndində 

xatırlanan  bütün  dövlətlərə  aşağıdakılar  haqqında 

məlumatları çatdırır: 

a)  17-ci  və  18-ci  maddələrə  müvafiq  olaraq  imzalama, 

təsdiq etmə və qoşulma haqqında; 

b)  19-cu  maddəyə  müvafiq  olaraq  bu  Konvensiyanın 

qüvvəyə minmə tarixi haqqında; 

c)  14-cü,  20-ci  və  23-cü  maddələrə  müvafiq  olaraq 

alınmış məlumatlar və bəyanatlar haqqında; 

d)  21-ci  maddəyə  müvafiq  olaraq  denonsasiyalar 

haqqında. 

Maddə 25 

1. İngilis, ispan, Çin, rus və fransız dillərindəki mətnləri 

eyni  qüvvəyə  malik  olan  bu  Konvensiya  Birləşmiş 

Millətlər Təşkilatının arxivində saxlanılır. 

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın 

təsdiq olunmuş surətlərini Konvensiyanın 17-ci maddəsinin 1-ci 

bəndində  xatırlanan  hər  hansı  kateqoriyaya  aid  olan  bütün 

dövlətlərə göndərir. 

Kitabxanaçı:

 

Bəşəriyyət  tarixində  elə  dövr,  elə  zaman  kəsiyi 



olub ki, insanlar yaşamaq naminə hər şeyi məhv etməyə hazır 

olublar, yəni bütün dəyərlər yaşam naminə qurban verilib, daha 

dəqiq  desək  o  dövrdə  insani  dəyərlər  hələ  çox  bəsit  formada 

olub. Burada daha çox tayfa, klan, qrup maraqları üstünlük təşkil 

edib. 

     Bu gün dünyada baş verən bir çox olaylar onu deməyə əsas 



verir  ki,  min  illər  keçməsinə  baxmayaraq,  biz  hələ  də  o 


Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə