F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

18 

 

dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün təsirli tədbirlər 



görməlidir; 

d)  hər  bir  iştirakçı  dövlət  bütün  lazımi  vasitələrdən,  o 

cümlədən  şəraitdən  asılı  olaraq,  qanunvericilik 

tədbirlərindən  istifadə  edərək  hər  hansı  şəxsin,  qrupun, 

yaxud  təşkilatın  yeritdiyi  irqi  ayrı-seçkiliyi  qadağan 

etməli və ona son qoymalıdır; 

e) hər bir iştirakçı dövlət, lazımi hallarda, irqi əngəlləri 

dəf  etməyə  yönəlmiş  başqa  tədbirlərlə  yanaşı,  çoxirqli 

birləşdirici  təşkilat  və  hərəkatları  təşviq  etməyi,  irqi 

bölünmənin dərinləşməsinə yardım edən belə təşkilat və 

hərəkatları isə müdafiə etməməyi öhdəsinə götürür. 

2. İştirakçı dövlətlər, şərait tələb etdikdə, onlara mənsub 

müəyyən  irqi  qrupların,  yaxud  şəxslərin  inkişafını  və 

müdafiəsini  təmin  etmək  məqsədilə  sosial,  iqtisadi, 

mədəni və digər sahələrdə, onların insan hüquqlarından 

və  əsas  azadlıqlardan  tam  və  bərabər  istifadə  etməsinə 

zəmanət verən xüsusi və konkret tədbirlər görməlidirlər. 

Belə tədbirlər nəticədə onların naminə tətbiq edildikləri 

məqsədlərə nail olunduqdan sonra qətiyyən müxtəlif irqi 

qruplar  üçün  qeyri-bərabər,  yaxud  əlahiddə  hüquqların 

saxlanmasına gətirib çıxarmamalıdır. 

Maddə 3 

İştirakçı dövlətlər irqi seqreqasiya və aparteidi xüsusilə 

pisləyir  və  öz  yurisdiksiyalarında  olan  ərazilərdə  bu 

xarakterli hər cür praktikanın qarşısını almağı, qadağan 

etməyi və kökünü kəsməyi öhdələrinə götürürlər. 

Maddə 4 

İştirakçı dövlətlər müəyyən irqin, yaxud dərisi müəyyən 

rəngli,  yaxud  müəyyən  etnik  mənşəli  insan  qrupunun 

üstünlüyü  ideyasına,  yaxud  nəzəriyyəsinə  əsaslanan, 

yaxud  hər  hansı  formada  irqi  nifrətə  və  ayrı-seçkiliyə 



19 

 

bəraət  qazandırmağa,  yaxud  onu  təşviq  etməyə  cəhd 



göstərən hər cür təbliğatı və təşkilatı pisləyir və belə ayrı-

seçkiliyə  hər  cür  təhrikçiliyin,  yaxud  ayrı-seçkilik 

hərəkətlərinin kökünün kəsilməsinə yönəldilmiş təcili və 

pozitiv  tədbirlər  görməyi  öhdələrinə  götürürlər.  Bu 

məqsədlə  onlar  İnsan  hüquqları  haqqında  ümumi 

bəyannamənin  prinsiplərinə  və  bu  Konvensiyanın  5-ci 

maddəsində  aydın  ifadə  olunmuş  hüquqlara  müvafiq 

olaraq, habelə: 

a) irqi üstünlüyə, yaxud nifrətə əsaslanan ideyaların hər 

hansı  şəkildə  yayılmasını,  irqi  ayrı-seçkiliyə  hər  cür 

təhrikçiliyi, eləcə də hər hansı irqə,  yaxud başqa rəngli 

dəriyə,  yaxud  etnik  mənşəyə  mənsub  insan  qrupları 

əleyhinə  yönəldilmiş  bütün  zorakılıq  hərəkətlərini, 

yaxud  belə  hərəkətlərə  təhrikçiliyi,  habelə  irqi  ayrı-

seçkilik 

fəaliyyəti 

aparılması 

üçün, 


onun 

maliyyələşdirilməsi  də  daxil  olmaqla,  hər  cür  yardım 

göstərilməsini qanunla cəzalandırılan cinayət növü elan 

edirlər; 

b)  irqi  ayrı-seçkiliyi  və  ona  təhrikçiliyi  təşviq  edən 

təşkilatları,  eləcə  də  hər  cür  digər  mütəşəkkil  təbliğat 

fəaliyyətini  qeyri-qanuni  elan  və  qadağan  edir,  habelə 

belə  təşkilat  və  fəaliyyətlərdə  iştirakı  qanunla 

cəzalandırılan cinayət növü kimi tanıyırlar; 

c)  milli,  yaxud  yerli  dövlət  hakimiyyəti  orqanlarının, 

dövlət  idarələrinin  irqi  ayrı-seçkiliyi  təşviq  etməsinə, 

yaxud ona təhrik etməsinə yol vermirlər. 



Maddə 5 

Bu Konvensiyanın 2-ci maddəsində ifadə olunmuş əsas 

öhdəliklərə müvafiq olaraq, iştirakçı dövlətlər irqi ayrı-

seçkiliyin bütün formalarını qadağan və ləğv etməyi və 

irqinə,  dərisinin  rənginə,  milli,  yaxud  etnik  mənşəyinə 



20 

 

görə  fərq  qoyulmadan  hər  bir  insanın,—xüsusilə 



aşağıdakı  hüquqları  həyata  keçirməyə  münasibətdə,—

qanun qarşısında bərabərliyini təmin etməyi öhdələrinə 

götürürlər: 

a)  məhkəmə  və  ədalət  mühakiməsi  icra  edən  digər 

orqanlar qarşısında bərabərlik hüququ; 

b)  şəxsi  təhlükəsizlik  hüququ,  istər  vəzifəli  hökumət 

adamları,  istərsə  də  ayrı-ayrı  şəxslər,  qruplar,  yaxud 

təsisatlar  tərəfindən  məruz  qaldıqları  zorakılığa,  yaxud 

bədən  xəsarətinə  görə  dövlət  tərəfindən  müdafiə 

olunmaq hüququ; 

c) siyasi hüquqlar, o cümlədən ümumi və bərabər seçki 

hüququ əsasında keçirilən seçkilərdə iştirak etmək—səs 

vermək və öz namizədliyini irəli sürmək hüququ, ölkənin 

idarə  olunmasında,  eləcə  də  bütün  səviyyələrdə  dövlət 

işlərinə rəhbərlikdə iştirak etmək hüququ, habelə dövlət 

qulluğuna girməkdə bərabərlik hüququ; 

d) digər mülki hüquqlar, o cümlədən: 

i)  dövlətin  hüdudlarında  yer  dəyişmək  və  yaşamaq 

azadlığı hüququ; 

ii) öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etmək 

və öz ölkəsinə qayıtmaq hüququ; 

iii) vətəndaşlıq hüququ; 

iv) nikaha və ər-arvad seçmək hüququ

v)  istər  təkbaşına,  istərsə  də  müştərək  əmlak  sahibliyi 

hüququ; 

vi) vərəsəlik hüququ; 

vii) fikir, vicdan və din azadlığı hüququ; 

viii) əqidə azadlığı və onu sərbəst ifadə etmək hüququ

ix) sərbəst toplaşma və birləşmə hüququ; 

e)  iqtisadi,  sosial  və  mədəni  sahələrdə  hüquqlar,  o 

cümlədən: 



21 

 

i) əmək hüququ, sərbəst  iş  seçmək,  ədalətli  və  əlverişli 



əmək  şəraiti,  işsizlikdən  müdafiə,  eyni  əmək  üçün 

bərabər ödəniş, ədalətli və qənaətbəxş haqq hüququ

ii) həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq 

hüququ; 


iii) mənzil hüququ; 

iv) səhiyyə, tibbi yardım, sosial təminat və sosial xidmət 

huququ; 

v) təhsil və peşə hazırlığı hüququ; 

vi) mədəni həyatda bərabər iştirak etmək hüququ

f) ictimai istifadə üçün nəzərdə tutulan istənilən yerə və 

xidmət  növü  yerlərinə,  məsələn  nəqliyyata  minmək, 

restoran, kafe, teatr və parklara daxil olmaq hüququ. 

Maddə 6 

İştirakçı dövlətlər onların yurisdiksiyasında olan hər bir 

insanın,  bu  Konvensiyanın  pozulması  ilə  onun 

hüquqlarına və əsas azadlıqlarına qəsd olan hər hansı irqi 

ayrı-seçkilik  hərəkətləri  törədildikdə  səlahiyyətli  milli 

məhkəmələr  və  digər  dövlət  təsisatları  vasitəsilə  təsirli 

müdafiə  vasitələri  ilə  müdafiə  olunmaq,  habelə  bu 

məhkəmələrdə  belə  ayrı-seçkilik  nəticəsində  ona 

vurulmuş hər hansı zərərin ədalətli və adekvat əvəzinin 

ödənilməsi  barədə  iddia  qaldırmaq  hüququnu  təmin 

edirlər. 

Maddə 7 


İştirakçı  dövlətlər  irqi  ayrı-seçkiliyə  gətirib  çıxaran 

xurafatla  mübarizə  aparmaq  və  millətlər,  irqi,  yaxud 

etnik qruplar arasında qarşılıqlı anlaşmanı, dözümlülüyü 

və  dostluğu  təşviq  etmək  məqsədilə  təcili  və  təsirli 

tədbirlər—o  cümlədən  tədris,  tərbiyə,  mədəniyyət  və 

informasiya  sahələrində  tədbirlər  görməyi,  habelə 

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, İnsan 



Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə