F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

 

tamamilə  məhv  etməyə,  (holokost),  digər  xalqları  (məsələn 



slavyanları) “əsl arilərə” tabe etməyə cəhd göstərmişlər.  

     XX  əsr  tarixində  Azərbaycan  xalqına  qarşı  ən  dəhşətli 

soyqırımları  ermənilər  törətmişlər.  Terrorçu  erməni  təşkilatı 

olan  “Daşnaksütyun”  partiyasınınn  rəhbərliyi  ilə  1905-1907, 

1918-1920,    1937-1940,  1948-1953  və  nəhayət,  1988-1994-cü 

illərdə  erməni  vəhşiləri  azərbaycanlılara  qarşı  misilsiz 

soyqırımlar törətmişlər. Məhz onların bu qanlı etnik təmizləmə 

siyasətinin  nəticəsidir ki,  indi Ermənistan  adlandırılan, əslində 

Azərbaycanın qərb torpaqları olan  ərazilərdə  bir nəfər də olsun  

azərbaycanlı qalmamışdır.  

     Bəs  BMT-ni  İrqi  Ayrı-Seçkiliyin  (diskriminasiyanın)  Ləğv 

Edilməsi  Uğrunda  Beynəlxalq  Mübarizə  Günü  təsis  etməyə 

vadar edən nə olmuşdur? Cənubi Afrika Respublikasının hakim 

dairələri  tərəfindən  Afrikanın  yerli  əhalisi  və  Hindistandan  

köçürülmüşlərə  qarşı  dözülməz  irqi  diskriminasiya  siyasəti  

bəşəriyyəti narahat  etmişdi. 1960-cı  il oktyabrın 26-da Cənubi 

Afrikanın  Şarpevil  şəhərində  polis  aparteid  rejiminin  afrikalı 

əhalinin  məcburi  pasportlaşdırılması  haqqında  qanuna  qarşı  

keçirdiyi  dinc  etiraz  nümayişinə  divan  tutmuşdu.  Nəticədə  69 

nəfər ölmüşdür.  

     1966-cı  il  oktyabrın  26-da  BMT  Baş  Məclisinin  XXI 

sessiyası  İrqi  Diskriminasiyanın  Ləğvi  Uğrunda  Beynəlxalq 

Mübarizə  Gününün təsis edilməsi  haqqında qərar qəbul etdi. 

BMT  Baş  Məclisi  bununla  beynəlxalq  ictimaiyyəti  irqi                

ayrı-seçkiliyin  bütün  formalarının  ləğvi  uğrunda  səyləri 

birləşdirməyə çağırdı. 1979-cu ildə Baş Məclis rasizmə və irqi 

diskriminasiyaya  qarşı  mübarizə  aparan  xalqlarla  həmrəylik 

həftəsi keçirməyə çağırdı. İndi Cənubi Afrika Respublikasında 

21 mart İnsan Hüquqları Günü kimi qeyd olunur.     

     21  mart  İnsan  Hüquqları  Günü  ilə  əlaqədar  olaraq,  

kitabxanada bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, 



 

rəsm  və şeir müsabiqəsi, səhnəciklər, icmal,  anım gecəsi  və s. 



keçirilə bilər. Həmin günü unutmamaq və gənc nəslə, eləcə də  

şagirdlərə  tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi təşkil 

olunmalıdır.  Bu  mövzu  ilə  bağlı  fotostend,  dünya  xalqlarının 

həmrəyliyindən,  sülh  və  müharibələrdən,  irqi  ayrı-seçkilikdən 

bəhs edən kitablar sərgidə öz yerini alır. Bütün bunlarla yanaşı, 

sitatlar və şeir parçaları sərginin daha da dolğunlaşmasına səbəb 

olar.  Sərgiyə  verilən  adlar  aşağıdakılardır:  “Azərbaycan  irqi 

ayrı-seçkiliyə  qarşıdır”,  “Biz  eyni  hüquqluyuq”,  “Dünya 

insanları birliyi”, “Biz  birik, birliyik”  “Ey insanlar, gəlin əl-ələ 

verək”,  “Xoşbəxt  dünya,  xoşbəxt  insan”,  “Dünya  xalqlarının 

həmrəyliyi”,  “Tolerantlıq”, “İrqçiliyə son”, “Diskriminasiya və 

irqi ayrı-seçkilik tolerantlığın antonimidir”   və s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Görkəmli şəxsiyyətlərin 21 mart − İrqi Ayrı-Seçkiliyin Ləğv 



Olunması  Uğrunda  Beynəlxalq  Mübarizə  Günü  haqqında  

söylədikləri fikirlər: 

 

     Tolerantlıq,  dözümlülük  çox  geniş  anlayışdır.  O,  həm            

insani  münasibətlərin,  həm  insan  cəmiyyətində  gedən 

proseslərin,  həm  də  dövlətlərarası,  millətlərarası,  dinlərarası 

münasibətlərin  bir  çox  cəhətlərinə  aiddir.  …O,  təkcə  dinlərin 

bir-birinə  dözümlülüyünü  deyil,  həm  də  bir-birinin  adətlərinə, 

mənəviyyatına 

dözümlülük,  mədəniyyətlərə  dözümlülük 

deməkdir. 

                                                          Heydər Əliyev, 

                                                         Ümummilli lider 

 

     Azərbaycan    əsrlər  boyu  mədəniyyətlərin    qovuşduğu    bir 

diyar  olmuşdur.  Əsrlər  boyu  müxtəlif  xalqların,  dinlərin 

nümayəndələri  Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, 

qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu 

gün də davam edir. Mən əminəm ki, bu meyillər gələcəkdə daha 

da  gücləndiriləcək  və  Azərbaycan  uğurla  inkişafına  davam 

edəcəkdir.  

                                                       İlham Əliyev, 

                                      Azərbaycan Respublikasının Prezidenti 



                           

 

 

 

 

 

 


 

II hissə 

     Kitabxanada  keçiriləcək  ənənəvi  tədbir  forması  kimi 

“İnsanların  birliyi”  adlı  konfrans  da  məqsədyönlüdür.  Bu 

məqsədlə kitabxanaçı bir neçə ali məktəblərlə əməkdaşlıq edir. 

O, ali məktəb tələbələrini və oxucuları kitabxanaya cəlb etməklə 

Azərbaycanda və dünyada yaşanan genosidi, soyqırımı  ilə tanış 

edir.  Kitabxanaya  abunə  olan  tələbə  və  oxucular  dəhşətverici 

günlə  bağlı  yazılarla  yaxından  tanış  olurlar.  Daha  sonra 

kitabxanaçı  sözügedən  tədbir  üçün  müəyyən  olunmuş  tarixdə 

oxucuları kitabxanaya  dəvət edir. Konfransda müxtəlif ixtisas  

və peşə sahibləri – tarixçilər, araşdırmacılar, yazarlar və s. iştirak 

edə  bilər.  İlk  olaraq  kitabxanaçı  bu  tarixi  hadisə  haqqında 

oxucuları məlumatlandırır.  

Kitabxanaçı:  Tarix  sübut  edib  ki,  mənəvi  gücü  zəif  olan 

cəmiyyətlərdə  sosial-iqtisadi,  elmi-texniki    inkişaf  daimi  ola 

bilməz.  Çünki  inkişaf  və  tərəqqinin  dayanıqlı  olması                 

üçün  cəmiyyət  hərtərəfli  –  həm  sosial-iqtisadi,  həm  də               

mədəni-mənəvi  cəhətdən  inkişaf  etməlidir.  Etnik  hökmranlıq 

nəticəsində irqi ayrı-seçkilik (diskriminasiya) əhalinin müəyyən 

qrupunun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya 

onlardan məhrum edilməsinə gətirib çıxarır. Diskriminasiyanın 

bir  forması  da  aparteiddir.  Aparteid  yerli  əhalinin  bir-birilə 

əlaqəsini kəsmək məqsədilə onların müstəmləkəçilər tərəfindən 

insan həyatı üçün yararsız yerlərə köçürülməsidir. Bu cür sistem 

uzun  müddət  ABŞ-da  hindulara  qarşı,  Cənubi  Afrika 

Respublikasında (CAR) isə zəncilərə qarşı hökm sürmüşdür. 

     Bu  siyasətin  əsasında  rasizm  (rasa  irq  deməkdir)  –  insan 

irqlərinin  qeyri-bərabərliyi  şəraitinə  əsaslanan  ideologiya  və 

siyasət durur. Rasistlər (irqçilər) iddia edirlər ki, “tam dəyərli” 

və  “natamam  dəyərli”  irqlər  vardır.  Onlar  bununla  öz  ölkələri 



Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə