F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

34 

 

bəsitlikdən tam çıxa bilməmişik. Çünki bu gün dünyanın bir çox 



yerlərində  milli-etnik  və  dini  qarşıdurmalar,  insanların  irqinə, 

dininə, dilinə, dərisinin rənginə görə təhdid və təqib olunmaları 

halları davam edir. Baxmayaraq ki, bütün dünya tolerantlığın və 

multukulturalizmin  antonimi,  bəzi  hallarda  isə  alternativi  kimi 

irqi  ayrı-seçkiliyi  qəbul  edib.  Başqa  sözlə  desək,  dünyada 

tolerantlığa təhdid yaradan, onunla düşmən olan meyillərdən biri 

də irqi ayrı-seçkilikdir. 

     Multietnik  dövlət  olmaqla  yanaşı  Azərbaycan  tarixən  çox 

konfessiyalı  bir  dövlət  olub.  Təxminən  2500  il  bundan  əvvəl 

Dağ  yəhudilərinin  İsraildən  ölkəmizə  gələrək,  burada 

məskunlaşdıqları 

da  tarixi  faktdır.  Ölkəmizin  ərazisi 

Zərdüştlüyün meydana gəldiyi yerlərdən biri hesab olunur. Elə 

bu  səbəbdən  də,  hələ  erkən  orta  əsrlərdə  Azərbaycanda 

xristianlıq yayılmağa başlayıb. Məlum olduğu kimi, 313-cü ildə 

Qafqaz Albaniyasında xristianlıq dövlət dini kimi qəbul edilib. 

O  da  məlumdur  ki,  Azərbaycan  ərazisi  həm  də,  İslamın  ilk 

yayıldığı  yerlərdən  biridir.  Bütün  bunlara  baxmayaraq, 

ölkəmizin  ərazisində  müxtəlif  dinlərin  nümayəndələri,  o 

cümlədən də ermənilər (1988-ci ilə qədər) bir yerdə dinc şəraitdə 

yaşayıblar. Onminlərlə erməni bu gün də Azərbaycanda heç bir 

təhdid və təzyiqlə üzləşmədən yaşayır. Azərbaycanın multietnik 

və  çox  konfessiyalı  tarixi  irsindən  danışarkən  qeyd  etmək 

lazımdır  ki,  dünyada  ölkəmiz  kimi  bu  cür  tarixi  irsə  malik 

dövlətlər çox azdır. 

     Azərbaycan  dövləti  hər  zaman  ölkənin  multietnik  və  çox 

konfessiyalılığını  qorumağa  çalışıb  və  heç  vaxt  etnik  və  dini 

azlıqların  nümayəndələrini  assimilyasiya  etmək  məqsədini 

qarşısına qoymayıb.  Əksinə, Azərbaycan dövləti  tarixin  bütün 

dönəmlərində  onların  hüquqlarının  qorunması  istiqamətində 

mühüm  addımlar  atıb.  Məsələn,  Azərbaycan  Demokratik 

Cümhuriyyətinin  İstiqlal  Bəyannaməsində  etnik,  dini,  gender 



35 

 

mənsubiyyətindən,  sosial  vəziyyətindən  asılı  olmayaraq  bütün 



ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibliyi 

xüsusi qeyd olunub. Azərbaycan Demokratik Cümhuriyyətinin 

bu  maddəyə  əməl  etməsinin  bariz  nümunəsi  kimi  hökumətin 

tərkibində  nazir  kimi,  parlamentin  tərkibində  deputat  kimi, 

müxtəlif  xalqların  nümayəndələrinin  olmasını  göstərmək  olar. 

Bundan  başqa,  Azərbaycan  Demokratik  Cümhuriyyətinin 

“Etnik  azlıqların  ana  dilində  təhsil  almaq  hüquqları”  qanunda 

etnik  azlıqlara  ana  dilində  təhsil  almaq  hüququ  verilib  və  bu 

ənənə bu gün də davam edir. 

     1991-ci  ildə  Azərbaycanın  dövlət  müstəqilliyinin  bərpa 

olunması, xüsusilə də ümummilli lider Heydər Əliyevin siyasi 

hakimiyyətə qayıdışı, ölkədə olan tarixi tolerantlıq ənənələrinin 

qorunması və inkişafı üçün real şərait yaratdı. Ümummilli lider 

Heydər  Əliyev  multikulturalizm  siyasətinin  əsasını  qoydu.  O, 

Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf 

seçdi  və  öz  uzaqgörən,  müdrik  siyasəti  ilə  əsrlər  boyu 

formalaşan  Azərbaycan  çoxmədəniyyətlilik  ənənəsini  inkişaf 

etdirərək  onu  keyfiyyətcə  yeni  mərhələyə  qaldırdı.  Bu           

mərhələ  siyasi  mərhələ  idi.  Ümummilli  lider  Heydər  Əliyevin 

rəhbərliyi  ilə  12  noyabr  1995-ci  ildə  qəbul  olunan 

Konstitusiyada  Azərbaycan  Respublikasının  multikulturalizm 

siyasətini əsas müddəaları aydın şəkildə göstərilib. Azərbaycan 

Respublikasının  multikulturalizm  və  tolerant  ənənələrinə 

sadiqliyi digər hüquqi-normativ sənədlərdə də öz əksini tapıb. 

Məsələn,  Azərbaycan  Respublikasının  Konstitusiyasının  25-ci 

maddəsinin III bəndində deyilir: 

-Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, 

mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən, 

əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər 

ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  hər  kəsin 

hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verir.  İnsan  və 



36 

 

vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, 



mənşəyi,  əqidə,  siyasi  və  sosial  mənsubiyyətə  görə 

məhdudlaşdırmaq qadağandır. 

25-ci maddənin III bəndinin son cümləsində deyilir: 

-İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, 

dil,  cinsi,  mənşəyi,  əqidə,  siyasi  və  sosial  mənsubiyyətə  görə 

məhdudlaşdırmaq qadağandır. 

26-cı maddənin I bəndində isə yazılıb: 

- Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz 

hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 

     Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki,  Azərbaycanda         

heç  zaman  diskriminasiya,  irqi  ayrı-seçkilik,  rasizm  halları 

mövcud  olmayıb.  Bu  gün  Azərbaycanda  mövcud  olan 

tolerantlığı  və  multikulturalizmi  şərtləndirən  əsas  amillər  də 

bunlardır. Yuxarıda da qeyd etdiyimiz kimi, hər şey ilk növbədə 

dövlətin  və  xalqın  həmin  dəyərlərə  münasibətindən  asılıdır. 

Azərbaycanda isə bu dəyərlərin qorunub saxlanılması və inkişaf 

etdirilməsi üçün hər bir şərait yaradılıb. 

     Azərbaycan  irqi  ayrı-seçkiliyə  qarşıdır.  Azərbaycan  irqi  

ayrı-seçkiliyin bütün formalarını rədd edir. Ölkəmizdə insanlar 

cinsinə,  irqinə,  dilinə  və  dininə  görə  fərqləndirilmir,  təqib 

olunmur.  Azərbaycan  dövlət  müstəqilliyin  bərpa  etdiyi  illər 

ərzində bu prinsiplərə, dəyərlərə sadiq olduğunu daim nümayiş 

etdirib. 

     Dövlətimiz  bu  mövqeyi  ilə  insan  hüquq  və  azadlıqlarının 

qorunması  məsələsində  səmimiyyətini  də  göstərir.  İnsanların 

əsas  hüquqlarından  biri  də  onların  irqi  ayrı-seçkiliyə  məruz 

qalmamasıdır. İrqinə, dininə, dilinə, cinsinə görə insanlara fərq 

qoyulduğu  cəmiyyətdə  insan  hüquq  və  azadlıqlarından 

danışmaq əbəsdir. 

     Azərbaycan 1996-cı il mayın 31-də qəbul etdiyi Qanunla bu 

Konvensiyaya  qoşulub.  Bu  Konvensiyanın  əsas  məqsədi              

BMT-yə  üzv  olan  bütün  dövlətlərin  insanlara  irqinə,  cinsinə, 



Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə